Sözə qüvvət: Əslində erməni-daĢnak faĢistlərinin beyninə iz salan Xocalı
soyqırımı riĢəsini erməni-daĢnak faĢizminin qabaqcadan hazırlayıb həyata
keçirdikləri məxsusi qantökmə planının baĢ tutduğu gündən - Sumqayıt fitnəsindən
alsa da, erməni-rus cütlüyü isə hərəkət mənbəyini əslində qekaçepedən aldı.
Tehrana atüstü səfərində Moskvadan aldığı çevriliĢ xəbərindən fərəhlənən
A.Mütəllibov sevincindən özünü ələ ala bilmədi. Öz əliylə boğazına siyasət xaltası
keçirdi, (O xaltanı hələ də boynundan çıxarıb ata bilmir.) Siyasi xamlıq göstərdi,
Moskvada dövlət çevriliĢinə cəhd edən Yanayevi və onun komandasını alqıĢladı.
Lakin çevriliĢ baĢ tutmadı. Yanayevin hakimiyyət ömrü A.Mütəllibovun Tehran
səfərinin müddətindən az oldu. Qekaçepeçilərin basdırdıqları ölü özlərindən qabaq
dirildi.
287
Ġran səfərindən qayıdan A.Mütəllibov centlmensayaq hərəkət etmədi, nə
istefa verdi, nə də hakimiyyətinin köklü müdafiəsi haqqında fikirləĢdi. Əksinə,
xalqı Xocalı soyqırımına sürüklədi. Özü də nəhayət, məcburi istefa tələsinə düĢdü.
Yerlərdən təĢkil etdirdiyi teleqram və məktublarla daim lənətlədiyi rus
demokratiyasının qələbəsindən qeyzləndi, Hacı Əbdül demiĢkən «Əyaz müəllim»
qəzəbini AXC liderlərinin üstə tökdü. Onları küçə qoçularına ustaddan qalma
əziĢdirdi, iqamətgahlarını dağıtdı. Hirsi soyumadı, yan-yörəsinə də dirsək göstərdi.
Hirsli baĢda ağıl olmaz deyiblər, lap cin vurmuĢa döndü. Ancaq özü də dirsək
görüb döndü oyuncaq prezidentə. Hər çalınan havaya baĢladı qol götürüb
oynamağa. Dedilər sessiyanın prezident seçməyə səlahiyyəti yoxdu, prezidentliyin
Tofiq bəy demiĢkən, hüquqi baxımdan qeyri-qanunidir. Bir aya beĢ ayı tamam
olmayan prezidentliyini təzələdi. Bu dəfə özünü ümumxalq referendumu yolu ilə
prezident seçdirdi. Guya yerini bərkitdi, əslində prezident üsuli-idarəsini çevirdi
oyuncağa. Özü də bu oyunda Y.Məmmədov demiĢkən, oldu peĢka. Müxtəlif
oyunlarla baĢ girləyən marionet prezident gücünü məsrəfsiz oyunlarda itirdikcə
müxalifət günbəgün gücləndi. A.Mütəllibov mitinq və nümayiĢlərin, yürüĢlərin
qarĢısını almaq, cəbhəçilərə güc göstərmək, qorxuya salmaq üçün döyüĢ
bölgələrində mətin dayanmıĢ omonçuları Bakıya yığdı. Özünə arxa bildiyi küçə
uĢaqlarının pozuculuq fəaliyyətini gücləndirdi. «Bakı bakılılar üçündü» deyə
Ģəhərli-rayonlu qarĢıdurması yaratmağa cəhd göstərdi. Yenicə yaranmaqda olan
özünümüdafiə dəstələrində baĢıpozuqluq, inamsızlıq və etimadsızlıq toxumu
cücərtdi. O biri tərəfdənsə özünü ona yaxınlıq verməyən Yeltsinə göstərmək istədi.
Azərbaycan parlamenti 18 oktyabr 1991-ci il tarixdə Azərbaycan Respublikasının
Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etdi. Bu münasibətlə
Azərbaycana ilk «töhfəsini» də ərməğan edən elə Yeltsinin özü oldu. Belə ki,
Qorbaçovun onu arxasız qoyub Yeltsin ətrafına toplaĢan və «dikbaĢlıq» edən
erməni həmkarlarına dərs olsun deyə 13-20 may 1991-ci il tarixdə Azərbaycanın
xeyrinə fırlatdığı erməni qulaqburmasını, Yeltsin 13-20 noyabr 1991-ci ildə valı
tərs üzünə çevirdi, ermənilərin xeyrinə fırlatdı. (O val günü bu gün də
fırlanmaqdadı.) O vaxt Cəbrayıl-Hadrut, Laçın-ġuĢa arasındakı erməni kəndləri
Sovet ordusunun nəzarəti altında, omonçular tərəfindən humanistcəsinə
boĢaldıldı.
Ermənilər tərəfdən bir nəfərin burnu belə qanamadı. Həmin kəndlərə
Ermənistandan qovulmuĢ azərbaycanlılar köçürüldü. Yeltsin zamanında isə rus
ordusunun nəzarəti altında erməni-daĢnak faĢistləri tərəfindən həmin kəndlərdəki
türklərə vəhĢiliklə təcavüz edildi. Yenicə isiniĢməyə baĢladıqları od-ocaqdan
qovuldular, təkrar qırğına məruz qaldılar. Qətliamlar törədildi. Yenə də qırılan,
malı-mülkü talan olan türklər oldu, yardım alan, xeyir görən ermənilər.
Rusiyanın hərbi yardımına, bütöv təbliğat maĢınına yiyələnən və Mütəllibov
rejiminin bivecliyindən istifadə edən erməni-daĢnak faĢistlərinin azğınlığı yeni
mərhələyə qədəm qoydu. Dağlıq Qarabağ ərazisindəki türk kəndlərinin birbəbir
288
mühasirəyə alınıb odlanması, əhalisinin yurd-yuvasından qovulub çıxarılması,
qətlə yetirilməsi əməliyyatlarına kampaniya xarakteri verildi.
DaĢnak beyninə iz salmıĢ Xocalı soyqırımını törətmək ehtirası ideyadan
həyati gerçəkliyə istiqamət götürdü. Erməni vəhĢəti alovlandı, günbəgün,
saatbasaat yeni vüsət aldı. Xocalı soyqırımına qara örtük çəkildi. Ağdərə
rayonunun Ġmarət Qərvənd kəndindən baĢlayan, Xocavəndin Tuğ, ġirakətin,
Haxullu kəndlərində davam etdirilən yerüstü terror aktları ala ulduza yön aldı. Göy
terrorunun göstərici lövhəsinin asılacağı ilk dirək Qarakəndin səmasına dikəldi.
Qarabağ münaqiĢəsində az-çox sərt və prinsipial mövqe tutan A.Mütəllibov
komandasının fəal üzvləri T.Ġsmayılov, M.Əsədov, Ġ.Qayıbov, Z.Hacıyev,
V.Məmmədov və baĢqaları Xocavənd harayına can atdılar, lakin çata bilmədilər.
Uçduqları vertolyotla birgə Qarakənd səmasında təcavüzə məruz qaldılar. DaĢnak
terroruna qurban getdilər.
Xalqın artan qəzəbi, kini-küdurəti, müxalifətin təzyiqi hər üzünə
kəskinləĢdi. A.Mütəllibov rejimi 22 dekabr 1991-ci ildə MDB-yə münasibət barədə
təkrar ümumxalq referendumu keçirmək məcburiyyətində qaldı. Azərbaycan
Respublikası MDB-dən çıxdı. Azərbaycan MDB-dən hansı sürətlə çıxdısa,
Ermənistan həmin geriçəkilmənin iki mislinə bərabər bir sürətlə MDB-yə daxil
oldu. Daha doğrusu, Rusiya Federasiyasına pərçimləndi. Bir daha Rusiyanın
Qafqaz iĢğalında sədaqətli dayağı olduğunu, əzəli və davamlı əl alətinə çevrildiyini
nümayiĢ etdirdi. Rusiya Ermənistan dövlətinə super dəstək verdi, bahəm
Azərbaycana təzyiqi on qat artırdı. Həm də Ermənistanla birgə yarımleqal təcavüzə
qoĢuldu. Qanlı yanvardan nəticə çıxarmadığına görə bu ibrət dərsini kifayət
saymadı. Erməni-daĢnak faĢistlərinin diktəsi ilə həyata keçirilən son ibrət dərsi
kimi Xocalı soyqırımını qəbul etməyə hazır olduğunu bildirdi.
Dağlıq Qarabağ ərazisindəki türk kəndlərinin kütləvi Ģəkildə yandırılıb yerlə
yeksan edilməsi, qarət olunması, əhalisinin faciəvi Ģəkildə qətlə yetirilməsi, od-
ocağından didərgin salınması kosmik sürət aldı. Rus ordusunun 366-cı atıcı alayı
sözün əsl mənasında türk kəndlərində insan ovuna çıxdı. Xocalı soyqırımına sınaq
yürüĢləri keçirmək üçün ətraf kəndlərdə təlim-məĢq toplantıları keçirdi.
Xocalı soyqırımı Xocalının üstünə ayaq aldı.
Artıq hakimiyyəti laxlamıĢ A.Mütəllibov kimsəyə gərək deyildi. Kimsəsiz
və köməksiz idi. Ətrafında diĢədəyər qeyrət sahibi olan bir kimsə qalmamıĢdı.
Həm Rusiyadan, həm də öz xalqından əli üzüldü. Əlini saman çöpünə atdı, o da
kara gəlmədi. Bir ildə iki dəfə referendum keçirib imperiya boyunduruğunu
saxlamağa cəhd edən, lakin uğursuzluğa düçar olan, özünü iki dəfə prezident
seçdirib nəyəsə nail olmayan, 20 Yanvar Ģəhidlərinin qanı üstə hakimiyyətə gələn
A.Mütəllibov «Xocalı soyqırımı» adlanacaq Ģəhid Ģəhərin qanı üstə hakimiyyətdən
getməyə məcbur oldu. (Hər iki ssenari Moskvada hazırlanmıĢdı. A.Mütəllibov
Moskvanın buyruq quluydu və buyruq qulu olaraq da qalır. Bu gün də Moskvada
oturub prezidentlik iddiası aparır.)
289
Xocalıya giriĢ-çıxıĢ ancaq havadan idi. Bu yolda da xırda-para təmizləmə
iĢləri görülürdü. Göy altı, yer üstü asfaltı deĢib çıxan otdan, kol-kosdan, çör-
çöpdən, daĢdan-kəsəkdən, yol qırağı pöhrələrdən təmizlənirdi. Ağdam-ġuĢa hava
yolu da kəsildi. ġuĢaya əhali daĢıyan mülki vertolyotlar kəklik kimi göydə
ovlanırdı. Göydən yerə türk cəsədi səpilir, dəmir qırıntıları yağırdı. Torpağa
çilənən qanlar bəs etmirdi. Qarabağın səmasına da qan çilənirdi. Daxildən və
xaricdən törədilən saysız-hesabsız təxribatlar, fitnəkarlıqlar, hakimiyyət dava-
Ģavaları Bakıya göz açmağa aman vermirdi, vermədi də. Hakimiyyət hərisləri, ayrı-
ayrı fərdlər, korrupsiyaya qurĢanmıĢ dəstələr, mafioz qruplar Qarabağ savaĢına
oyun kimi baxırdılar. Rəsmi dairələrin ermənilərə güc göstərmək məqsədilə
hazırladıqları DaĢaltı əməliyyatı da onu hazırlayanların öz baĢında çatladı. Xəyanət
və satqınlıqlar elə o məğlubiyyətlə bahəm o gündən həyata vəsiqə aldı,
qarĢısıalınmaz milli faciəyə çevrildi. Bütün Qarabağ oyuna qoyuldu. Qumar altdan
qumar üstə çıxarıldı.
13 fevral 1992-ci ildən Xocalıya gedən hava yolu da bağlandı. Xocalı
daĢnak terror qruplaĢmaları tərəfindən tam mühasirəyə alındı. Artıq Xocalı
soyqırımı top-tüfəng səsiylə öz açılıĢ gününə hazır idi. AçılıĢ gününün tarixini
daĢnak ideoloqları müəyyən etdi. O gün üçün öz fitnəkarlıqları ilə törətdikləri
Sumqayıt fitnəsinin 4-cü ildönümü günü əsas götürüldü.
Xocalı soyqırımının həyati gerçəkliyə çevrilməsində Silva Kaputikyan kimi
daĢnak jizoitləri, Zori Balayan kimi daĢnak psixopatları təbliğat maĢınlarını tam
gücü ilə iĢə saldılar. Onlarla yanaĢı bu qətliamın baĢ tutmasında Starovoytova,
baronessa Koks kimi ermənilərə satılmıĢ çeĢid-çeĢid muzdluların, erməni düdüyü
püləyən mərkəzi televiziyanın dəstəyi də az olmadı. Əsl Üçmüəzzin dəlləyinə
çevrilmiĢ «Vesti» xəbərlər proqramının xidməti misilsiz oldu.
Ġrəvan atəĢfəĢanlığa çıxdı. Moskvadan sos aldı. Xankəndindəki 366-cı
motoatıcı rus alayı tam heyətdə açılıĢ lentinin qayçılanacağı anı səbirsizliklə
gözlədi, qulağını Ģəklədi. Son komandanı Moskva verməliydi, verdi də. Lentin
xəyali görüntüsü Kremldə Yeltsin tərəfindən kəsildi.
Bəli, Qarabağın əcəl zəngi Kremlin Spasski qülləsində çalındı.
Faciənin də qanlı zirvəsi olarmıĢ. Möhtərəm oxucu, Xocalı soyqırımına o
qanlı zirvədən bax. O qanlı zirvə altında qaralan yol ġuĢaya dikəlirdi. Ağdama
yaylım atəĢləri səpirdi. Bir daĢ altdan qoyulub bir daĢ üstdən ġuĢanın, Ağdamın
baĢına döyülürdü. Görəsən ġuĢanı, Ağdamı Xocalıya qahmar çıxmağa
qoymayanlar kimlər oldu?! Bu baĢabəla iqtidar öz yerində. Gəlin bu faciəyə
əqlimizin gözü ilə də baxaq. Sözü insanın ağlına, dərrakəsinə verək. Özümüzü dərk
etməyə çalıĢaq. Kimsə tərəfindən müdafiə olunmayan əliyalın, dinc sakini,
günahsız insanı hansı instinktin diktəsi ilə öldürmək, qətliam etmək olar?! Buna adı
insan olanın haqqı çatırmı? Bu suallar ilə özümüzə müraciət edək. Mənə elə gəlir
ki, qəzəbi, kini olmayan ikiayaqlı mağara sakinləri, vəhĢi və ya yarımvəhĢi insan
290
belə, erməni-daĢnak faĢizminin isteriyasına, mərəzinə tutulmuĢ terrorçuların -
daĢnak manqurtlarının səviyyəsinə enməzdi, əsla.
Daha bir nüansa da diqqət yetirməmək olmur. Belə ki, erməni-daĢnak
faĢistlərinin terror qruplaĢmaları və onlara qoĢulan 366-cı xüsusi təyinatlı rus
alayının hərbi hissələri Xocalı əhalisini vəhĢicəsinə qırıb-çatarkən hərbi texnikanın
gücü ilə mənəvi soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur bir
əmələ də əl atmaqdan çəkinmədilər. E.ə. XVII-XIII əsrlərə aid edilən yaĢayıĢ
yerləri, daĢ qutu qəbirləri, müxtəlif tipli kurqanlar, siklop tikililər, kromlexlər
(dairəvi düzülmüĢ bir neçə dik və onların üzərinə qoyulmuĢ bir ədəd köndələn
daĢdan ibarət axirət evləri) və menkirlərdən (ruhun daĢa keçməsi inancına rəğmən
ölən adamın qəbri üstə bir növ heykələ oxĢar basdırılmıĢ daĢ) ibarət Xocalı
abidələri kompleksini də dağıdaraq məhv etdilər.
Dostları ilə paylaş: |