Harvard Universitetindən təəssuratlarımız Türkiyə səfirliyinin



Yüklə 15 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix02.01.2022
ölçüsü15 Mb.
#2554
1   2   3   4   5   6   7   8   9   ...   26
SİZİ TƏBRİK EDİRİK!

Hər  şey  bu  məktubla  başladı.    Biz  se-

çilmişdik.    Harvard  Universitetində  təhsil 

almaq,  Boston  Uşaq  Xəstəxanasında  

işləmək,  tədqiqatlar  aparmaq  və  daha  nə 

qədər  imkanlar  üçün  başlanğıc  oldu  bu 

məktub.  Çox  xoşbəxt  ,  lakin  eyni  zaman-

da  da  tərəddüd  içərisində  idik.  Uzun  bir 

yolçuluq, vətəndən, ailəndən, əzizlərindən, 

dostlarından ayrı tam altı ay… Bəs işlərimiz, 

tələbələrimiz, 

xəstələrimiz, 

ATU-dakı 

fəaliyyətimiz necə olacaq? Bu fikirlərlə, yarı 

sevinc,  yarı  qayğı  içində  universitetimizin 

rektoru,  akademik  Əhliman  Əmiraslanova 

müraciət    etdik.  Əhliman  müəllim  xəbəri 

eşidəndə  çox  sevindi,  xeyir-duasını  verdi, 

bizə ugurlar arzuladı. Onun iznini aldıqdan 

sonra  kafedra mudirlərimiz professor Nəsib 

Quliyev və professor Gəray Gəraybəyli ilə, 

Universitetin  elmi  katibi,  professor  İbrahim 

İsayev, Beynəlxalq  Əlaqələr Şöbəsinin mü-

diri, dosent Rəhimə Qabulova ilə görüşdük. 

Çox  minnətdarıq,  necə  sevindiklərini  unut-

madıq.  Prosedur  qaydalarına  görə  ABŞ 

səhiyyə  sistemində  çalışacağımız  üçün 

bizdən  sağlamlıq  vəziyyətimizi  geniş  əks 

etdirən  müayinələr  (komputer-tomoqrafiya, 

rentgen,  qızılca, suçiçəyi və digər infeksi-

yalara  görə  laborator  analizlər)  və    zəruri 

peyvəndlər tələb olunurdu. ATU-nun  Tədris 

Terapevtik  Klinikasının  direktoru  profes-

sor  Surxay  Musayevlə  görüşdük,  bizi  çox 

səmimi  qarşıladı,  gözəl  arzularını  bildirdi, 

klinikada  müayinələrdən keçdik.  Klinikada 

fəalliyyət göstərən peyvənd kabinetində re-

vaksinasiya olunduq.

Bostonda  xəstəxanada  işə  başlama-

dan  öncə,  sizə  ayrılan  həkim  tərəfindən 

ətraflı müayinə olunursunuz və ölkənizdəki 

müayinələrin nəticələri dəyərləndirilir. Pedi-

atrlara daha həssas yanaşdıqları üçün bəzi 

müayinələri  təkrar  etdirmək  istədiklərini 

bildirdilər.  Təbii  ki,  müayinələrin  nəticələri 

hazır  olana  qədər  sizin  işə  başlamanıza 

icazə  verilmir.  Nəticələri  alanda  böyük  qü-

rur  hissi  yaşadıq.  Nəticələr  TTK-da  olan 

nəticələrlə eyni idi.

Əbədi yaşayacaqsanmış kimi  öyrənmək.  

Dalay 

Lamanın 


sözlərini 

xatırladır: 

Biliklərinizi  paylaşın.  Ölüm süz  olmanın 

yolu  budur:  öyrənmək,  öyrətmək,  cəlb 

etmək. Bu fikirlərlə Harvard Universitetində 

öyrəndiklərimizi  paylaşmağa  qərar  verdik.  

Fəaliyyətimizə  Harvard  Universitetində 

“Alim  olmağa  doğru“  planı  üzrə  Milli  Sağ-

lamlıq  İnstitutu  (NİH)  Post-doktorluq 

elmi-tədqiqatçı  yetişdirmək  üçün  zəruri 

dərslərə  start  verməklə  başladıq.  Və  pa-

ralel  olaraq  klinik  fəaliyyətlə  məşğul  olu-

ruq. Dərslər çox maraqlı, təhsil və səhiyyə 

sistemi  çox  irəlidədir.  Kredit  sistemi  üzrə 

hər  fəndən  bəlli  proqram  vardır.  Harvard 

təhsil  sistemində  hər  tələbəyə  identifikasi-

ya kodu, Boston Uşaq Xəstəxanasında isə 

hansı  vəzifədə  çalışmasını  göstərən  kart 

açılır.  Tələbə  identifikasiya  kodunuz  təhsil 

aldığınız fənlər üzrə kurslara qeydiyyatınızı, 

mühazirə  zamanı  suallara  birbaşa  cavab 

vermənizi,  ev  tapşırıqlarını  yükləməyinizi, 

viktorinalarda  iştirak  etmənizi,  kitabxana-

dan  ,  statistik  proqramlardan  istifadəni, 

laborator  dərslərdə  iştirakı,  mühazirələrin 

video  qeydiyyatına  sizə  uyğun  vaxtlarda 

baxmanızı  təmin  edir.  Muhazirə  zallarında 

internet  xidməti,  hər  tələbə  üçün  mikrofon 

sistemi quraşdırılıb. Telefon şəbəkəsi zalda 

avtomatik  qapadılır.    Harvardda  tədqiqatçı 

olmaq  çətindir,  amma    çox  sevinclidir, 

həyəcanlıdır.  Hər  fənn  üzrə  həftəyə  50-60 

səhifə oxunacaq material, ev tapşırıqları və 

viktorina  verilir.  Mühazirə  materialı  bir  gün 

əvvəldən  yüklənir  və  sizdən  mühazirəyə 

dərsi oxuyub gəlməniz tələb olunur. Bəzən 

mövzuya  uyğun  video  materiallar  sitasiya 

tapşırıqları şəklində yüklənilir. Materiallarla 

tanış  olmadan  mühazirədə  suallara  cavab 

vermək mümkün deyil. Bəzi mühazirələrdə 

qruplara  bölünürsünüz  və  hər  qrupun  si-

tuasiya  tapşırığı  fərqlidir.  Hazır  olmasan 

yoldaşlarını  da  çətin  vəziyyətə  salarsan. 

Və  təbii  ki,  bu  kreditləri  yalnız  mükəmməl 

hazırlaşmaqla  keçə  bilərsən.  Mühazirəyə 

gələrkən  qol  çəkirsən,  həftə  sonu  dərsə 

necə gəldiyinə və ev tapşırıqlarından neçə 

bal  topladığına  dair  məlumatlar  alırsan. 

Viktorinaları  birbaşa  cavablandırırsız  və 

nəticələri  də  dərhal  bildirilir.  Sistemin  çox 

fərqli  olmasına,  non-native  speaker  olma-

mıza  baxmayaraq,  vətənimizi,  universite-

timizi  yüksək  səviyyədə  təmsil  edirik.  Ye-

kun  ballarımız  80-100%.  Çıxışlarımız  oldu, 

gözəl  keçdi.  Qürur  hissi  ilə  qeyd  etməliyik 

ki,  daha  üç  həmvətənimiz:  Ayaz  Ağayev 

(radiologiya üzrə), Fedik Rəhimov (genetika 

üzrə)  və Fidan Rüstəmova (etik üzrə) Har-

vardda ölkəmizi  şərəflə təmsil edir.   

  Boston çox gözəl təbiəti olan, mədəni və 

əminamanlıq hiss edilən şəhərdir. İnsanları 

yardımsevər,  pozitiv.  Səhər  işə  gedərkən 

qarşına  çıxan  tanımadığın  insanlar  salam-

laşır, gülümsəyir. Polis sənə ugurlar diləyir, 

əgər  hansısa  bir  ünvanı  soruşursansa  in-

sanlar  bilməsə  belə,  çantasından  xəritə 

və  ya  telefon  çıxarıb  sənə  yolu  izah  edir. 

Bir  sözlə,  sivil  və  eyni  zamanda  insanlı-

ğın  unudulmadığı  bir  yaşam.  Amma  bizi 

qınamayın,  bütün  bunlara  baxmayaraq, 

vətənimiz  üçün,  sizlər  –  həmvətənlərimiz 

üçün  darıxırıq.  Harvard  Universiteti  haq-

qında  təəssuratlarımızı  bölüşməyə  çalış-

dıq.  Çox  yormamaq  üçün  klinik  və  elmi 

fəaliyyətimizdən  yazmırıq.  Onları  gələn 

nömrələrdə təsvir edərik. Sonda universite-

timizin rəhbərliyinə bir daha bizə ABŞ-da ça-

lışmağa icazə verdiyi üçün təşəkkürümüzü 

bildiririk.  Əziz  müəllimlərimiz,  dostlarımıız, 

həmvətənlərimiz!  Bizə  dəstək  olduğunu-

za  və  göstərdiyiniz  mənəvi  qayğıya  görə 

sizlərə  çox  minnətdarıq.  Etimadlarınıza 

layiq  olmağa  çalışırıq.  Sağlıqla  qalın  və 

azərbaycanlı olmağınızla həmişə qürur du-

yun, bizim kimi...


Yüklə 15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin