Harvard Universitetindən təəssuratlarımız Türkiyə səfirliyinin



Yüklə 280.55 Kb.

səhifə1/3
tarix23.12.2016
ölçüsü280.55 Kb.
  1   2   3

Harvard Universitetindən 

təəssuratlarımız

Türkiyə 

səfirliyinin 

müşaviri 

ATU-da

ATU-da BAKI ELM 

FESTİVALI 

 

 



 

 

 



           Ãÿçåò 1933 - úö èëäÿí ÷ûõûð.          

№ 19 (1594) 15 noyabr 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

2

BU  SAYIMIZDA 

ATU-nun DEBAT KLUBU 

TƏDBİR KEÇİRİB  

Bakıda Azərbaycan-İran 

biznes forumu keçirilib

Anılırıqsa 

yaşayırıq

Rektor Sevilya Universitetinin 

professoru ilə görüşüb

7

2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes 

forumda iştirak ediblər.

Dövlət başçıları biznes forumda nitq söyləyiblər.

4-5

Noyabrın 13-də Bakıda, Heydər Əliyev Mərkəzində 

Azərbaycan-İran biznes forumu keçirilib.

3

http://www.amu.edu.az

15 noyabr 2014-ъц ил

2

Hörmətli Dr. Sədiyeva   və  

Dr. İkram Rüstəmov

Mən, 


Milli 

Saglamlıq 

İnstitutu  

Beynəlxalq Fogarty  Mərkəzinin    di-

rektoru olaraq,  Global Mental Health,  

Boston  Uşaq  Xəstəxanasında  İnki-

şaf  Pozğunluqları    Araşdırma  Tədris 

Təşəbbüsü və Harvard Tibb Universi-

tetinin  maliyyələşdiricisi kimi,  şərəflə 

bildirirəm ki, Siz Bostonda, 26 Avqust 

2014 - 25 Yanvar 2015 arası “Fogarty 

İnternational 

Fellow” 

proqramına 

Post-doktorluq elmi işçisi kimi bizimlə 

əməkdaşlıq üçün seçilmisiniz.



SİZİ TƏBRİK EDİRİK!

Hər  şey  bu  məktubla  başladı.    Biz  se-

çilmişdik.    Harvard  Universitetində  təhsil 

almaq,  Boston  Uşaq  Xəstəxanasında  

işləmək,  tədqiqatlar  aparmaq  və  daha  nə 

qədər  imkanlar  üçün  başlanğıc  oldu  bu 

məktub.  Çox  xoşbəxt  ,  lakin  eyni  zaman-

da  da  tərəddüd  içərisində  idik.  Uzun  bir 

yolçuluq, vətəndən, ailəndən, əzizlərindən, 

dostlarından ayrı tam altı ay… Bəs işlərimiz, 

tələbələrimiz, 

xəstələrimiz, 

ATU-dakı 

fəaliyyətimiz necə olacaq? Bu fikirlərlə, yarı 

sevinc,  yarı  qayğı  içində  universitetimizin 

rektoru,  akademik  Əhliman  Əmiraslanova 

müraciət    etdik.  Əhliman  müəllim  xəbəri 

eşidəndə  çox  sevindi,  xeyir-duasını  verdi, 

bizə ugurlar arzuladı. Onun iznini aldıqdan 

sonra  kafedra mudirlərimiz professor Nəsib 

Quliyev və professor Gəray Gəraybəyli ilə, 

Universitetin  elmi  katibi,  professor  İbrahim 

İsayev, Beynəlxalq  Əlaqələr Şöbəsinin mü-

diri, dosent Rəhimə Qabulova ilə görüşdük. 

Çox  minnətdarıq,  necə  sevindiklərini  unut-

madıq.  Prosedur  qaydalarına  görə  ABŞ 

səhiyyə  sistemində  çalışacağımız  üçün 

bizdən  sağlamlıq  vəziyyətimizi  geniş  əks 

etdirən  müayinələr  (komputer-tomoqrafiya, 

rentgen,  qızılca, suçiçəyi və digər infeksi-

yalara  görə  laborator  analizlər)  və    zəruri 

peyvəndlər tələb olunurdu. ATU-nun  Tədris 

Terapevtik  Klinikasının  direktoru  profes-

sor  Surxay  Musayevlə  görüşdük,  bizi  çox 

səmimi  qarşıladı,  gözəl  arzularını  bildirdi, 

klinikada  müayinələrdən keçdik.  Klinikada 

fəalliyyət göstərən peyvənd kabinetində re-

vaksinasiya olunduq.

Bostonda  xəstəxanada  işə  başlama-

dan  öncə,  sizə  ayrılan  həkim  tərəfindən 

ətraflı müayinə olunursunuz və ölkənizdəki 

müayinələrin nəticələri dəyərləndirilir. Pedi-

atrlara daha həssas yanaşdıqları üçün bəzi 

müayinələri  təkrar  etdirmək  istədiklərini 

bildirdilər.  Təbii  ki,  müayinələrin  nəticələri 

hazır  olana  qədər  sizin  işə  başlamanıza 

icazə  verilmir.  Nəticələri  alanda  böyük  qü-

rur  hissi  yaşadıq.  Nəticələr  TTK-da  olan 

nəticələrlə eyni idi.

Əbədi yaşayacaqsanmış kimi  öyrənmək.  

Dalay 

Lamanın 


sözlərini 

xatırladır: 

Biliklərinizi  paylaşın.  Ölüm süz  olmanın 

yolu  budur:  öyrənmək,  öyrətmək,  cəlb 

etmək. Bu fikirlərlə Harvard Universitetində 

öyrəndiklərimizi  paylaşmağa  qərar  verdik.  

Fəaliyyətimizə  Harvard  Universitetində 

“Alim  olmağa  doğru“  planı  üzrə  Milli  Sağ-

lamlıq  İnstitutu  (NİH)  Post-doktorluq 

elmi-tədqiqatçı  yetişdirmək  üçün  zəruri 

dərslərə  start  verməklə  başladıq.  Və  pa-

ralel  olaraq  klinik  fəaliyyətlə  məşğul  olu-

ruq. Dərslər çox maraqlı, təhsil və səhiyyə 

sistemi  çox  irəlidədir.  Kredit  sistemi  üzrə 

hər  fəndən  bəlli  proqram  vardır.  Harvard 

təhsil  sistemində  hər  tələbəyə  identifikasi-

ya kodu, Boston Uşaq Xəstəxanasında isə 

hansı  vəzifədə  çalışmasını  göstərən  kart 

açılır.  Tələbə  identifikasiya  kodunuz  təhsil 

aldığınız fənlər üzrə kurslara qeydiyyatınızı, 

mühazirə  zamanı  suallara  birbaşa  cavab 

vermənizi,  ev  tapşırıqlarını  yükləməyinizi, 

viktorinalarda  iştirak  etmənizi,  kitabxana-

dan  ,  statistik  proqramlardan  istifadəni, 

laborator  dərslərdə  iştirakı,  mühazirələrin 

video  qeydiyyatına  sizə  uyğun  vaxtlarda 

baxmanızı  təmin  edir.  Muhazirə  zallarında 

internet  xidməti,  hər  tələbə  üçün  mikrofon 

sistemi quraşdırılıb. Telefon şəbəkəsi zalda 

avtomatik  qapadılır.    Harvardda  tədqiqatçı 

olmaq  çətindir,  amma    çox  sevinclidir, 

həyəcanlıdır.  Hər  fənn  üzrə  həftəyə  50-60 

səhifə oxunacaq material, ev tapşırıqları və 

viktorina  verilir.  Mühazirə  materialı  bir  gün 

əvvəldən  yüklənir  və  sizdən  mühazirəyə 

dərsi oxuyub gəlməniz tələb olunur. Bəzən 

mövzuya  uyğun  video  materiallar  sitasiya 

tapşırıqları şəklində yüklənilir. Materiallarla 

tanış  olmadan  mühazirədə  suallara  cavab 

vermək mümkün deyil. Bəzi mühazirələrdə 

qruplara  bölünürsünüz  və  hər  qrupun  si-

tuasiya  tapşırığı  fərqlidir.  Hazır  olmasan 

yoldaşlarını  da  çətin  vəziyyətə  salarsan. 

Və  təbii  ki,  bu  kreditləri  yalnız  mükəmməl 

hazırlaşmaqla  keçə  bilərsən.  Mühazirəyə 

gələrkən  qol  çəkirsən,  həftə  sonu  dərsə 

necə gəldiyinə və ev tapşırıqlarından neçə 

bal  topladığına  dair  məlumatlar  alırsan. 

Viktorinaları  birbaşa  cavablandırırsız  və 

nəticələri  də  dərhal  bildirilir.  Sistemin  çox 

fərqli  olmasına,  non-native  speaker  olma-

mıza  baxmayaraq,  vətənimizi,  universite-

timizi  yüksək  səviyyədə  təmsil  edirik.  Ye-

kun  ballarımız  80-100%.  Çıxışlarımız  oldu, 

gözəl  keçdi.  Qürur  hissi  ilə  qeyd  etməliyik 

ki,  daha  üç  həmvətənimiz:  Ayaz  Ağayev 

(radiologiya üzrə), Fedik Rəhimov (genetika 

üzrə)  və Fidan Rüstəmova (etik üzrə) Har-

vardda ölkəmizi  şərəflə təmsil edir.   

  Boston çox gözəl təbiəti olan, mədəni və 

əminamanlıq hiss edilən şəhərdir. İnsanları 

yardımsevər,  pozitiv.  Səhər  işə  gedərkən 

qarşına  çıxan  tanımadığın  insanlar  salam-

laşır, gülümsəyir. Polis sənə ugurlar diləyir, 

əgər  hansısa  bir  ünvanı  soruşursansa  in-

sanlar  bilməsə  belə,  çantasından  xəritə 

və  ya  telefon  çıxarıb  sənə  yolu  izah  edir. 

Bir  sözlə,  sivil  və  eyni  zamanda  insanlı-

ğın  unudulmadığı  bir  yaşam.  Amma  bizi 

qınamayın,  bütün  bunlara  baxmayaraq, 

vətənimiz  üçün,  sizlər  –  həmvətənlərimiz 

üçün  darıxırıq.  Harvard  Universiteti  haq-

qında  təəssuratlarımızı  bölüşməyə  çalış-

dıq.  Çox  yormamaq  üçün  klinik  və  elmi 

fəaliyyətimizdən  yazmırıq.  Onları  gələn 

nömrələrdə təsvir edərik. Sonda universite-

timizin rəhbərliyinə bir daha bizə ABŞ-da ça-

lışmağa icazə verdiyi üçün təşəkkürümüzü 

bildiririk.  Əziz  müəllimlərimiz,  dostlarımıız, 

həmvətənlərimiz!  Bizə  dəstək  olduğunu-

za  və  göstərdiyiniz  mənəvi  qayğıya  görə 

sizlərə  çox  minnətdarıq.  Etimadlarınıza 

layiq  olmağa  çalışırıq.  Sağlıqla  qalın  və 

azərbaycanlı olmağınızla həmişə qürur du-

yun, bizim kimi...

Hörmətlə: Nigar SƏDIYEVA, 

İkram RÜSTƏMOV

N

oyabrın 

12-də 

Sevilya 

univer si tetinin 

pro fes -

soru, 

Transp lan to logiya 

üzrə  Av ro panın  tanın mış  mü -

təxəssisi Javier Pa dillo və Tibilisi 

Döv lət  Universitetinin  professo-

ru  Ni no  Çixladze  rek tor  Əhliman 

Əmiraslanovla görü şüblər.

Görüş  zamanı  Azərbaycanda  trans-

plantologiya sahəsində diplomdanson-

rakı  təhsil  üzrə  proqram  yaradılması 

haqqında müzakirələr aparılıb.

Tərəflər  transplantologiya  sahəsində 

ayrıca  proqra mın  mövcudluğunun  əhə miy-

yəti,  bu  sahənin  gələcək  pres pektivlərindən 

danışıblar.

ATU-nun  rektoru,  akademik  Ə.Əmiraslanov 

gələcəkdə Uni ver sitetlər arasında mütəxəssis 

mü badiləsinin reallaşdırılması məq sədilə xü-

susi müqavilənin hazırlanacağını deyib.

Görüşdə  ATU-nun  beynəl xalq  əlaqələr 

şöbəsinin rəhbəri, dosent Rəhimə Qabulova, 

ATU-nun  Tədris-Terapevtik  Klinikasının  di-

rektoru,  professor  Surxay  Musayev  və  ATU-

nun  I  cərrahi-xəstəliklər  kafedrasının  müdiri, 

AMEA-nın müxbir üzvü, professor Nuru Bay-

ramov iştirak ediblər.



Noyabr 

ayının 

13-də  Türkiyənin 

Azər baycandakı 

səfirliyinə 

yeni 

təyin olunan təhsil 

müşaviri  Abdul-

gafur 

Büyükfı-

rat 

Azərbaycan 

Tibb  Universiteti-

nin  qonağı  olub. 

Cənab  Büyükfırat 

ATU rektoru akademik Əhliman Əmiraslanovla görüşüb. 

Səmimi  şəraitdə  keçən  görüş  zamanı  qonağa  Azərbaycan  Tibb  Univer-

sitetinin  fəaliyyəti,  klinikalar  barədə  məlumat  verilib.  Qeyd  olunub  ki,  ATU 

nəzdindəki  klinikalar  əhaliyə  yüksək  tibbi  xidmət  verməklə  yanaşı,  həm  də 

tədris müəssisəsi kimi fəaliyyətdədir. 

Öz  növbəsində  müşavir  Abdulgafur  Büyükfırat  da  klinikaların  işi  ilə  tanış 

olduğunu, burada mövcud şəraitdən çox məmnun qaldığını dilə gətirib. 

Görüş zamanı ATU ilə qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olunub.



Rektor Sevilya Universitetinin 

professoru ilə görüşüb

Türkiyə səfirliyinin müşaviri 

ATU-da

Harvard Universitetindən təəssuratlarımız

Nigar Sədiyeva

1994-2000-cü  illərdə  Azərbaycan  Tibb  Universitetinin 

pediatriya  fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirib. 

2000-2001-ci  illərdə  K.Fərəcova  adına  ETPİ-da  həkim-

interna  vəzifəsində  çalışıb.  2001-ci  ildən  Azərbaycan 

Tibb Universitetinin mualicə-profilaktika fakültələrinin 

uşaq  xəstəlikləri  kafedrasının  assistentidir.  Hacettepe 

Uni versiteti  tibb  fakültəsi  İhsan  Doğramacı  adına 

Uşaq  Xəstəxanasında  uşaq  saglamlığı  və  xəstəlikləri 

kafedrasında,  neonatologiya,  RİT,  qastroenterologiya, 

hepatologiya  və  diyet  bölümlərində  ixtisasartırma 

kursları  keçib.  Hacettepe  Universiteti  inkişaf 

pediatriyası bölümündə – Bayley-3 və Denver-2 inkişafı 

qiymətləndirmə  testlərini  öyrənərək    yetərlilik  sertifikatını  alıb.  ATU-nun  Tədris-Terapevtik 

Klinikasının  I  pediatriya  şöbəsində  stasionar  xəstələrin  müalicəsi,  klinikanın  konsultativ-

diaqnostik poliklinikasında ambulator xəstələrin qəbulu, uşaqlarda sinir-psixi inkişafın və əqli-

inkişaf  indeksinin  qiymətləndirilməsi,  inkişaf  geriliklərinin  erkən  aşkarlanması  ilə  məşğuldur. 

Kafedra TEC-nin sədri, 20-dən çox elmi işin müəllifidir. Hazırda Harvard Universiteti və Boston 

Childrens Hospital-da Post Doc Research Fellow vəzifəsində çalışır.

 İkram Rüstəmov

1998-2003-cü illərdə İstanbul Universiteti 

Cərrahpaşa  Tibb  Fakültəsində  təhsil  alıb. 

2003-2009-cu  illərdə  həmin  universitetdə 

uşaq  psixiatriyası  üzrə  uzmanlıq  keçib. 

2004-cü ildə Cərrahpaşa Tibb Fakültəsində 

həkim-  psixiatr,  2009-2010-cu  illərdə  isə 

İstanbul şəhərində özəl həkimlik fəaliyyəti 

ilə  məşğul  olub.  2010-2011-ci  illərdə 

Mərkəzi  Klinik  Xəstəxanasında  həkim-

psixiatr  olaraq  çalışıb.  2011-2013-cü 

illərdə  isə  1  saylı  Respublika  Psixiatriya 

Xəstəxanasında  həkimlik  fəaliyyətini 

davam  etdirib.  2012-ci  ildən  Azərbaycan  Tibb  Universitetinin  psixiatriya 

kafedrasının müəllimidir. Təsis olunduğu 2013-cü ildən MediStyle Psixonevroloji 

Sağlamlıq  Mərkəzində  uşaq  psixiatrı  olaraq  fəaliyyət  göstərir.  İxtisaslaşdığı 

sahələr depressiya, panik atak, həyəcan pozuntuları, əhval ruhiyyənin dəyişməsi, 

marağın  azalması,  ölüm  qorxusu,  əsəbilik,  yaddaş  pozuntuları  və  uşaqlarda 

psixiatrik pozuntulardır.

ATU-nun mətbuat xidməti

15 noyabr  2014-ъц ил

http://www.amu.edu.az

3

Oktyabrın 31-də Azər bay-

can  Tibb  Universitetinin 

(ATU)  Debat  Klubunun 

payız  mövsümünün  açılı-

şı ilə əlaqədar tədbir keçi-

rilib.  Tədbirdə  tələbələrlə 

yanaşı, 

universitetin 

Tələbə  Həmkarlar  İttifa-

qının  sədri  Elşad  Novru-

zov, “Vətəndaş Cəmiyyəti 

Debat”  İctimai  Birliyinin 

nümayəndələri  Pərvin Pi-

riyev, Vüqar Süleymanov, 

Nicat  Mehrəliyev  də  işti-

rak  ediblər.  Birlik  üzvləri 

universitetin  Debat  Klu-

bunun  üzvləri  ilə  birgə 

“İnsan  klonlaşdırılması 

leqallaşdırılmalıdırmı?” 

mövzusunda  maraqlı  de-

bat keçiriblər. Tərəflərdən 

biri  insanın  klonlaşma-

sını  öz  arqumentləri  ilə 

təsdiq,    o  biri  isə  inkar 

etməyə çalışıb. Tərəflərin 

çıxışı  tədbir  iştirakçıları 

tərəfindən alqışla qarşıla-

nıb. 

“Biz  tələbələrin  hər 

müsbət  təşəbbüsünü 

dəstəkləyirik”

 

Tədbiri Nigar Nəcəfova aça­

raq  sözü  Tələbə  Həmkarlar 

İttifaqı  Komitəsinin  (THİK) 

sədri  Elşad  Novruzova  ve­

rib.  E.Novruzov  tədbir  işti­

rakçılarını    salamladıqdan 

sonra  bildirib  ki,  universite­

tin    Debat  Klubu  15  ildir  ki, 

THİK-nin  nəzdində  fəaliyyət 

göstərir.  “Məqsəd  tələbələrin 

asudə  vaxtlarının  səmərəli 

keçirilməsindən,    onları  pis 

vərdiş  və  istiqamətlərdən 

uzaqlaşdırmaqdan  ibarətdir” 

–  deyən  E.Novruzov    uni­

versitet 

rəhbərliyinin, 

cümlədən  akademik  Əhliman 



Əmiraslanovun 

tələbələrin 

bu  cür  birlik,  təşkilatlarda 

fəaliyyətinə  şərait  yaratdı­

ğını  və  onların  hər  müsbət 

təşəbbüsünü  dəstəklədiyini 

qeyd edib. Çıxışının sonunda 

iştirakçılara uğurlar arzulayan 

Elşad müəllim bildirib ki,  Klu­

ba öz arzu və istəyinizlə cəlb 

olunmağınız  bizi  olduqca  se­

vindirir  və  Tələbə  Həmkarlar 

İttifaqı Komitəsi olaraq həmişə 

siz  tələbələrin  yanındayıq  və 

keçirdiyiniz  tədbirləri  hər  za­

man dəstəkləyirik. 



Debat  Klubu  necə 

yarandı?

Qeyd  edək  ki,  “Vətəndaş 

Cəmiyyətində  Debat”  İctimai 

Birliyi  1998-ci  ildən  “Debat” 

təhsil proqramı kimi fəaliyyətə 

başlayıb.  İctimai  Birlik  kimi 

2001-ci ildə təsis edilib, 2005-

ci  ilin  yanvar  ayında  Ədliyyə 

Nazirliyi tərəfindən qeydiyyat­

dan  keçirilibdir.  Bu  proqrama 

əsasən ali təhsil müəssisələri 

cəlb  olunub  və    ATU-nun 

Debat  Klubu  isə  qurumun 

tərkibində  yaradılan  ilk  klub 

olub.  

Həmişə olduğu kimi bu dəfə 



də    ATU-nun  tələbələri  digər 

ali  məktəb  tələbələrindən 

aktivliyinə görə fərqlənir.  

Kluba 


universitetin 

müalicə-profilaktika  fakültə

­

si nin  IV  kurs  tələbəsi  Gül­



tac  Kərimli  sədrlik  edir.                                                                                                                                            

 Onun sözlərinə görə, 1999-cu 

ildə  yaradılan  ATU-nun  De­

bat  Klubu  arada  müəyyən 

fasilələrlə 15 ildir öz fəaliyyətini 

davam etdirir. “Hazırda klubun 

427  üzvü  var.  Bu  yaxınlar­

da  təlimlərə  başlanacaq  və 

daxili  turnir  keçiriləcək.  Klub  

fəaliyyəti  dövründə    4  dəfə 

Respublika, bir dəfə Bakı Fo­

rumu qalibi, 3 dəfə Bakı Foru­

mu 2-cisi olub. Hazırda klubun 

15 illiyini keçirmək məqsədilə 

təlimlərə hazırlaşırıq”. 

Gültac xanım onun rəhbərlik 

etdiyi Klubun “Aktiv Debat Klu­

bu”  adına  layiq  görülməsinin 

və 

uğurlar 


qazanması­

nın  səbəbini  həmçinin    üzv 

tələbələrin  məsələyə  ciddi 

yanaşması  ilə  də  izah  etdi. 

“Sevindirici  haldır  ki,  “Debat 

Klubun  məzunları”  adlanan 

çox  sayda  həkimlər  hələ  də 

öz fəliyyətlərini davam etdirir. 

Hətta  ölkəmizin  hüdudların­

dan  kənar  yaşayan  həkimlər 

hələ  də  klubla  əlaqələrini 

kəsməyiblər.  Bunun  da  əsas 

səbəbini səmimi tələbə mühiti­

nin yaradılması ilə izah etmək 

olar. Mübaliğəsiz deyərdim ki, 

universitetimizin  tələbələrinin 

ən çox  üzv olduğu Debat Klu­

budur.  Çünki  bu  klub  sağlam 

ideya və xoş rəqabət üzərində 

qurulub  və  daim  inkşaf  edir. 

Qoşulmaq  istəyənlərə  də  bu­

rada hər zaman yer var. Arzu 

edən  tələbələr  debatçı  adını 

qazana,    universitetimizi  ölkə 

miqyaslı  forumlarda  təmsil 

edə  və  öz  ictimai  fəallıqlarını 

göstərə bilərlər”.  

Sonda  Gültac  xanım  uni­

versitet  rəhbərliyinin  keçirilən 

bütün  tədbirlərə  dəstək  ol­

masından,  Debat  Klubun 

fəaliyyətinə nəzarət və diqqət 

ayırmasından,  lazım  olan 

maddi-texniki  və  mənəvi  yar­

dımı  göstərməsindən  də  da­

nışdı. Kluba dəstək verən hər 

kəsə  qəzetimiz  vasitəsi  ilə 

təşəkkürünü bildirdi.



Qabil ABDULLAYEV

ATU-nun DEBAT KLUBU TƏDBİR KEÇİRİB  

Klub dekabrda 15 illiyini keçirmək üçün 

təlimlərə başlamaq niyyətindədir

http://www.amu.edu.az

15 noyabr 2014-ъц ил

4

B

u il noyabrın 10-

da Bakı şəhər İcra 

Hakimiyyəti, Təhsil Nazirliyi 

və Azərbaycan Milli Elmlər 

Akdademiyasının (AMEA) 

birgə təşkilatçılığı ilə “Bakı 

Elm Festivalı-2014” –ün 

açılışı olub. Ertəsi gün isə 

“Bakı Elm Festivalı-2014” 

çərçivəsində Azərbaycan 

Tibb Universitetində  geniş 

tədbir keçirilib.

“Festivalın 

universitetimizə 

faydası olacaq”

Açılış mərasimində çıxış edən 

universitetin  rektoru,  akademik 

Əhliman  Əmiraslanov  iştirak-

çıları  salamlayaraq  festivalın 

məqsəd  və  məramı  haqqında 

məlumat verib:

- Çox hörmətli Akif müəllim! 

Çox hörmətli professor-müəllim 

heyəti!

Əziz gənclər və tələbələr! 

Azərbaycanda ilk dəfə keçirilən 

elm festivalı bizim üçün, ölkəmiz 

üçün yeni bir hadisədir. Biz festi-

vala hazırlıq işlərinə başlayanda 

çoxları bunun nəyə görə keçiril-

diyini  anlaya  bilmirdi.  Amma  bu 

festivalın  keçirilməsi  vacibdir  və 

əsas  məqsəd  də  Azərbaycan 

elminin  bugünkü  nailiyyətlərini 

geniş  ictimaiyyətə  çatdırmaq, 

müasir elmi bilikləri təbliğ etmək, 

həmçinin gəncləri elmi fəaliyyətə 

cəlb  etməklə  elmi  tədqiqat 

işlərinə  marağı  artırmaqdan 

ibarətdir.

Bildiyiniz  kimi,  elm  festivalı-

nın  əsası  İngiltərədə  qoyulub. 

Məqsəd isə elmin təbliğ olunma-

sından, insanları, cəmiyyəti elmi 

tədqiqatlara, elmi laboratoriyala-

ra,  elmi  müəssisələrə  yaxınlaş-

dırmaqdan gedir.  Bəzən bizdən 

kimsə  hansısa  laboratoriyada,  

klinikada və ya elmi müəssisədə 

tədiqatla  məşğul  olur.  Ancaq 

cəmiyyətin  və  bütövlükdə  bu 

sahədə  çalışan  mütəxəssislərin 

isə  aparılan  tədqiqatdan  xəbəri 

olmur. 


Ancaq 

belə 


festvalların 

keçirilməsi  cəmiyyəti  elmə  ya-

xınlaşdırır  və    bu  baxımdan 

elmi təbliğ etmək, heç şübhəsiz 

ön  plana  çəkmək  lazımdır. 

Görürəm,  bura  toplaşanlar 

əsasən  gənclərdir.    AMEA-nın 

prezidenti  Akif  Əlizadəni  və  o 

cümlədən  bizi  son  zamanlar 

gənclərin əvvəlki illərə insbətən 

elmi-tədqiqatlara 

marağı-


nın    azalması  narahat  edir.  Bu 

səbəbdən istərdik ki,  gənclərin 

elmi müəssisələrə, elmi-tədqiqat 

laboratoriyalarına  axını  daha 

çox olsun. 

Doğrudur,  universiteti  bitirən 

hər  gəncdən  elmi  işçi  ola 

bilməz. Bunun üçün onda bir çox 

xüsusiyyətlər  olmalı,  ən  əsası 

elmi  tədqiqatın  predmetini  düz-

gün seçməlidir. Əgər o, predmeti 

düzgün  seçə  bilməsə,  heç  vaxt 

yaxşı  nəticə  əldə  edə  bilməz. 

Ikincisi,  elmi  tədqiqatlarda  bir 

ardıcıllıq  olmalı,  tədqiqatın  bir 

mərhələsindən  sonra  hansı 

mərhələnin gəlməsini bilməlidir. 

Bəzən  tədqiqatçılar  deyirlər 

ki,  apardığım  elmi-tədqiqat  işi-

nin  nəticəsi  olmadı.  Əgər  elmi-

tədqiqat işinin nəticəsi əvvəldən 

bilinsəydi, onda bu elmi tədqiqat 

olmaz,  səviyyəsi  aşağı  düşərdi. 

Aparılan tədqiqat isə sona çatdı-

rılmalı və hər bir tədqiqatçı  apar-

dığı  elmi-tədqiqatın  nəticəsinin 

ölkəsinə və xalqına hansı fayda-

sının olacağını bilməlidir. 

Elmi-tədqiqat  işlərinin  apa-

rılması 


üçün 

elmi-tədqiqat 

müəssisələrinin 

maddi-texni-

ki  bazasının  yaxşılaşdırılması 

istiqamətində, o cümlədən  Aka-

demiyada  son  illərdə  xeyli  işlər 

görülüb  və  yeni  institututlar  ya-

radılıbdır.

Mən yeni yaranan  institut kimi 

Molekulyar  Biologiya  və  Biotex-

nologiyalar  İnstitutunun  adını 

çəkə  bilərəm.  Bu  institut  yeni 

elmi istiqamətlərin meydana çıx-

ması,  elm  və  texnologiyaların 

inkişafı nəticəsində yaradılan bir 

elm  müəssisəsidir  ki,  bunun  da 

çox böyük əhəmiyyəti vardır.  

Akademiyada,  keçmiş  SSRİ 

məkanında  analoqu  olmayan,  

çox geniş imkanlara malik müa-

sir elrktron kitabxana da fəaliyyət 

göstərir.  Gənclərimizə  tövsiyə 

edərdim ki, həmin kitabxanadan 

istifadə etsinlər. Buradan dünya-

nın  bir  çox  qapalı  mənbələrinə 

giriş əldə etmək mümkündür. 

Diqqətinizə  çatdırım  ki,  festi-

valda maraqlı məruzələr planlaş-

dırılıb. Mənə elə gəlir ki, burada 

geniş diskusiyyalar olacaq.  He-

sab edirəm ki, gənclər özü üçün 

nə isə götürəcək, əldə edəcəklər. 

Əminəm ki, bu gün təşkil olunan 

bu  festival  universitetimiz  üçün  

faydalı olacaq. 

Son olaraq, Akademiyanın pre-

zidenti, akdemik  Akif Əlizadəyə 

də dərin təşəkkürümü bildirirəm 

ki,  bu  gün  bizimlə  bir  yerdədir. 

Festivalın  necə  təşkil  olunması 

və  gedişi  ilə  maraqlanır.  Məhz 

Akif  müəllimin  təklifi  ilə  festival 

Azərbaycan Tibb Universitetində 

keçirilir. Sizlərə uğurlar arzulayı-

ram. 


: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib


  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə