Harvard Universitetindən təəssuratlarımız Türkiyə səfirliyinin



Yüklə 15 Mb.
Pdf просмотр
səhifə2/3
tarix23.12.2016
ölçüsü15 Mb.
1   2   3

Bir günə yeni 

çənə 

Elm  Festivalı  çərçivəsində 

ATU  əməkdaşlarının  çox  aktu-

al  və  maraqlı  mövzularda  elmi 

məruzələri səsləndirildi.

B a k ı   e l m   f e s t i v a l ı - 2 0 1 4

Birinci Bakı Elm Festivalının keçirilməsi, əlbəttə,  böyük əhəmiyyətə malikdir.  Heç 

şübhə etmirəm ki, onun Azərbaycan elminə, Azərbaycan elmində kadr hazırlığına bö-

yük töhfəsi olacaq. Bakı Elm Festivalının əsas məqsədi Azərbaycan elminin bugünkü 

nailiyyətlərini ictimaiyyətə tanıtmaqdır. Azərbaycan elmi bu gün yüksək elmi potensiala 

malikdir və onun çox böyük uğurları, nailiyyətləri vardır. Birinci Bakı Elm Festivalının 

keçirilməsi şübhəsiz ki, elmimizin gələcək inkişafına dəstək verəcək və Azərbaycan 

elminə, Milli Elmlər Akademiyasının elmi kadr baxımından bir qədər də uğurlarının art-

masına imkan yaradacaq. Mən, Bakı Elm Festivalının bütün təşkilatçıları və iştirakçıları-

na Azərbaycan elminin inkişafı naminə uğurlar, sağlıq arzu edirəm. 

Akif ƏLIZADƏ,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, 

akademik

ATU-da BAKI ELM 


15 noyabr  2014-ъц ил

http://www.amu.edu.az

5

  Üz-çənə  kafedrasının  müdi-

ri, professor  Çingiz Rəhimovun 

“Bir  günə  yeni  çənə”  mövzu-

su  maraqla  qarşılandı.  Çingiz 

müəllimin  bildirdiyinə  görə,    bir 

həkim  kimi  öhdələrinə    çənədə 

olan qüsurları aradan qaldırmaq 

və  reablitasiyası  ilə  məşğul  ol-

maq düşür. 

Əsas məqsəd qüsurlu çənənin 

rekonstruksiyasını bərpa etmək, 

funksiyasını  geri  qaytarmaq-

dan  ibarətdir.  Bunun  üçün  incik 

sümüyündən  götürülən  trans-

plantasiya  ilə  çənə  sümüyünü 

bərpa  etmək  mümkündür.  Pro-

fessor  festival  iştirakçılarını  bir 

günə  çənəni  hansı  yolla  bərpa 

etmənin  mümkünlüyü  ilə    ətraflı 

şəkildə  tanış  etdi.    Bu  yeniliyin 

Azərbycan  tibb  elminə  verdiyi 

töhvədən söhbət açdı. 

Sonra  söz  ATU-nun  dosen-

ti  Ramin  Bayramlıya  verildi. 

O,    “Septik  infeksiyaların  diaq-

nostikasında  kultural  üsulla-

rın  və  biokimyəvi  markerlərin 

əhəmiyyəti” 

mövzusunda 

məruzə  ilə  çıxış  edərək  tətbiq 

etdiyi  yeni  metodlarla  sepsis 

xəstəliyinin  oxşar  xəstəliklərdən 

necə  fərqləndirilməsi,  aşkar 

edilməsi ilə bağlı festival iştirak-

çılarına    geniş  məlumat  verdi. 

Adıçəkilən  xəstəliyin  diaqnozu-

nun  qoyulması  yollarına  toxun-

du. 

“Transplantasiya 

sahəsinin 

inki-

şa fı  orqan  bağış-

lanmasından  ası-

lıdır”

Tibb  üzrə  fəlsəfə  doktoru 

Pərviz  Abbasov  isə  “Qaraciyər 

transplatasiyasında 

damar 

deffektləri  zamanı  “  periton  ya-



mağın”  istifadəsi”  mövzusunda 

çıxış  etdi.  O,  orqan  transplan-

tasiyasında  yeni  cərrahi  üsular-

dan,  orqan  bağışlanması  yolu 

ilə  transplantasiya  sahəsinin  in-

kişaf etdirilməsinin vacibliyindən 

söhbət  açdı.  Böyrək  trans-

plantasiyasının  tarixinə  toxu-

nan    P.Abbasov  bunun  sovet 

dövründə ilk dəfə olaraq akade-

mik Cavad Cavadzadə tərəfindən 

Azərbaycanda  reallaşdığını 

vurğuladı.  Bu  ənənənin  ha-

zırda  davam  etdirilməsinin 

əhəmiyyətindən söz açdı. 

Ölkənin 

üçüncü mühüm 

sərvəti - Biyan

Professor 

Məh bubə 

Vəliyevanın “Biyan əsasında 

dərman  vasitələrinin  işlənib 

hazırlanması  və  tibbdə 

tətbiqi”  adlı  məruzəsi  də 

özünün  aktuallığı  ilə  diqqəti 

çəkib:    “Neft  və  qazdan  sonra 

biyan  bitkisi  ölkəmiz  üçün  ol-

duqca  əhəmiyyətlidir.  Dünyada 

adıçəkilən  bitki  ilə  bağlı  2800-

dən  çox  tədqiqat  işi  məlumdur. 

Bu  bitki  bir  sıra  xəstəliklərin 

müalicəsində yaxşı effekt verir”-

deyən  məruzəçi  bu  bitkinın 

əhəmiyyətinin  nəzərə  alınaraq 

istehsal və satışını təşkil etməyin 

vacibliyinə diqqəti çəkib.

  ATU-nun  əməkdaşı  Fərid 

Əliyevin  “Müalicəyə  cavab-

sız  mədəcik  taxiaritmiyaların 

müalicəsində iki tərəfli perkutan 

stellat ganglion blokadasının ef-

fektivliyi”  və  AMEA-nın  Botani-

ka  İnistitutunun  əməkdaşı  Aidə 

Dadaşovanın    “Azərbaycan  flo-

rasında  praktiki  yanaşma  kimi, 

Virtual Məlumat Bazası”, AMEA-

nın  Dendralogiya  İnstitutunun 

əməkdaşı    Samirə  Bağırova-

nın  “Ağac  bitkilərinin  dendraloji 

tədqiqi  və  təhlili”  mövzusunda 

etdiyi  çıxışlarda  səslədirdikləri 

fikirlər və tətbiq olunan yeni üsul-

lar da festival iştirakçılarının ma-

rağına səbəb oldu. 

Festival zamanı tibb sahəsinin 

mütəxəssislərinin 

etdikləri 

ixtiralar, 

müalicə 


zamanı 

tətbiq  olunan  yeni  üsullar  və 

səmərələşdirici  təkliflərlə  bağlı 

hazırlanmış  posterlər  də  nüma-

yiş etdirildi. AMEA-nın preziden-

ti, akademik Akif  Əlizadə, ATU-

nun  rektoru,  akademik  Əhliman 

Əmiraslanov  edilmiş  ixtiralar  və 

səmərələşdirici  təkliflərlə  ayrı-

ayrılıqda tanış oldu.  



İxtira və 

səmərələşdirici 

təkliflər...

Ağız  və  üz-çənə  kafedrasının 

assisenti  Fərman  Həsənov  Alt 

çənənin  ön  çıxığının  yerinə  sa-

lınması  üçün  qurğu  ixtira  edib. 

Onun  bildirdiyinə  görə,  qurğu 

həkimlərin  işini  xeyli  asanlaş-

dırıb.  Bu  qurğu  pasiyentlərin 

çıxmış çənəsini yerinə salan za-

man  həkimlərin  barmaqlarının 

zədələnməsinin qarşısını alır. 

F.Həsənov  bu  alətin  2004-cü 

ildən  kafedrada  uğurla  istifadə 

olunduğunu  bildirdi  və    stoma-

toloji  poliklinikalarda  və  ruhi 

dispanserlərdə  tətbiq  olunması-

nın vacibliyinə toxundu. 

Fərman həkim ikinci ixtirasının 

almacıq  sümüklərinin  repezisi-

yası  və fiksasiyası zamanı tətbiq 

olunduğunu  bildirdi.  Qeyd  etdi 

ki,  qurğudan  1992-93-cü  illərdə 

Qarabağ  Müharibəsi  zamanı 

istifadə  olunub  və  bunun  geniş 

şəkildə istehsalına ehtiyac var. 

Sakitləşdirici 

yeni həb

Professor  Ramiz  Axundov, 

dosentlər  Sərxan  Tağıyeva, 

Fatma 


Hüseynova, 

disser-


tantlar  Vüsalə  Qaraxanova, 

Xumar  Axundovanın  hazırla-

dığı  “Adutofitorozin”  adlı  həb 

isə      pasiyentlərin  xroniki  yor-

ğunluq  və  hipoksiya  sindromu-

nun    müalicəsi  zamanı  istifadə 

olunur.  Vüsalə  Qaraxanovanın 

bildirdiyinə görə, adıçəkilən həb  

xroniki  yorğunluğu,  depresiya-

nı  aradan  qaldırır    və  işgörmə 

qabiliyyətini 

yaxşılaşdırır. 

Tərkibində  5  dərman  bitkisinin 

qarışığı olan həbə  2013-cü ildən 

patent verilib. 

Plastik 


cərrahiyyə 

üzrə 


mütəxəssis olan Vaqif Qələndər 

ATU-da  keçirilən  “Bakı  Elm 

Festivalı”nın 

əhəmiiyəti 

və 

önəmindən danışdı:



-  Keçirilən  festival  ölkəmizdə 

tibbin inkişafı üçün çox önəmlidir. 

Plastik  cərahiyyədə  əməliyyatın 

yeni  üsulları  mövcuddur.    Bun-

lardan  yumşaq  toxumaların 

deffektlərinin  bərpasında  kök 

hüceyrələrinin 

və 


fleplərin 

istifadəsi  ölkəmizdə  ilk  dəfə 

tətbiq olunur və bu barədə pos-

ter hazırlamışam.  

Ortopedik  Stomatologiya  ka-

fedrasının  əməkdaşları  Rauf 

Şahmuradovun  “Ortopedik  sto-

matologiyada  funksional  este-

tika”  və  Asif  Arxməmmədovun  

Kariyesin  ağırlaşmalarının  mü-

alicəsinə  tətbiq  etdikləri  yeni 

yanaşmalar  müsbət  nəticəsini 

verib.  R.Şahmuradovun  yanaş-

ması pasiyentlərin çənə sistemi-

nin  tam  reablitasiyasına  səbəb 

olur.  Adıçəkilən  kafedranın  as-

sisenti İlham Mehmaninin tətbiq 

etdiyi yeni üsul isə  protezlər ha-

zırlanan  zaman  əyilən  dişlərin 

istiqamətini düzəltmək olub. 

Tədris-Terapevtik 

Klinikanın 

ürək  damar  mərkəzinin  inva-

ziv  kordioloqu  Elnur  İsayev  isə 

apardığı  araşdırmanın    əsasən 

genetika  sahəsini  əhatə  et-

diyini  bildirib.  İnfarkt  və  insult 

keçirmiş  xəstələrdə  qan  duru-

laşdırıcı  dərman  maddələrinin 

nə  dərəcədə  effekt  verdiyini 

müəyyənləşdirmək olduğunu və 

bu sahədə uğurlar əldə edildiyini 

qeyd edib.      I mama-ginekologi-

ya  kafedrasının  assisenti  Şərifə 

Vahabova  uşaqlıq  boynunun 

çatışmazlığı  olan  hamilələrdə 

gərginliyi azaldan mamalıq pes-

sarinin  istifadəsindən  söhbət 

açıb. Onun sözlərinə görə, ma-

malıq  pessarisindən  hamiləlik 

zamanı vaxtından qabaq doğuş-

ların qarşısını almaq üçün tətbiq 

olunur. Beləliklə, uşaqlıq boynu-

nun  qısalmasının  qarşısı  alınır 

və yeni doğulmuşlarda fəsadlar 

müşahidə  olunmur.    ATU-nun 

ağız  və  üz-çənə  kafedrasının 

assisenti,  tibb  elmləri  namizədi  

Sahib Bilalzadənin təqdim etdi-

yi  posterdə  iki  ixtirası  öz  əksini 

tapıb.  Birinci  ixtirası  üz-çənə 

nahiyəsində  hemangiomaların, 

ikinci  ixtirası    isə  sümükdaxili 

hemangiomaların  müalicəsi  za-

manı nəzərdə tutulub. 

Beləliklə,  ATU-da  keçirilən 

festival mütəxəssislər tərəfindən 

ölkənin tibb sahəsinin inkişafına 

bir təkan kimi dəyərləndirilib.  

Yüksək  səviyyədə  keçən 

tədbirə ATU-nun qızlardan ibarət 

məşhur  “Çinar”  rəqs  ansamblı-

nın  çıxışları  xüsusi  bir  gözəllik 

qatıb.


Arif MƏMMƏDLİ,

Qabil ABDULLAYEV,

Fotolar Cənnətalı Çingizindir

FESTİVALI 

http://www.amu.edu.az

15 noyabr 2014-ъц ил

6

H

azırda  dünyada  400  milyona 

yaxın  insan  şəkərli  diabetdən 

əziyyət  çəkir.  Bu  xəstəliyin 

profilaktikası  və  müalicəsi  vaxtında 

aparılmasa,  çox  ciddi  fəsadlar  törədə 

bilər.  Böyük  sürətlə  yayılan  bu 

xəstəlik  ciddi  sosial–tibbi  problemlər 

yaradaraq  ölkələrin  iqtisadiyyatına, 

ailələrin  maddi  durumuna  təsir  edir. 

Dünya  Səhiyyə  Təşkilatının  (DST) 

proqnozlarına  görə,  2030-cu  ilədək 

diabetdən  dünyasını  dəyişənlərin  sayı 

iki dəfə arta bilər. Odur ki, insanların 

ömürlərinin  azalmasına  səbəb  olan 

bu  xəstəliyə  diqqətin  cəlb  olunması 

məqsədi  ilə  1991-ci  ildən  DST-nin  və 

Beynəlxalq  Diabet  Federasiyasının 

tövsiyələrinə  görə,  14  noyabr  tarixi 

Dünya  Diabet  Günü  kimi  qeyd  edilir. 

BMT-nin  Baş  Məclisinin  2006-ci  il 

dekabrın 20-də qəbul etdiyi qətnaməyə 

əsasən  Dünya  Diabet  Günü  2007-ci 

ildən  başlayaraq  BMT-nin  rəsmi  günü 

elan  edilib.  Noyabrın  14-ü  Fredirik 

Bantinqin  anadan  olduğu  gündür.  Bu 

görkəmli  insan  Çarlz  Best  ilə  1922-

ci  ildə  insulini  kəşf  etməklə  diabetli 

insanların müalicəsində yeni bir eranın 

başlanğıcını qoyublar.

AzərTAc  xəbər  verir  ki,  bu  barədə 

noyabrın  14-də  “Qorqud”  hotelində 

Azərbaycan Diabet Cəmiyyəti (ADC) və 

Azərbaycan Endokrinologiya, Diabetolo-

giya və Terapevtik Təlimat Assosiasiya-

sının BMT-nin Bakı ofisinin rəhbərliyinin 

iştirakı ilə keçirdiyi tədbirdə məlumat ve-

rilib.

ADC-nin  sədri  Möminat  Ömərova  bil-



dirib  ki,  tədbirin  əsas  məqsədi  uşaq 

və 


yeniyetmələrdə 

şəkərli 


diabet 

xəstəliyinə qarşı mübarizə istiqamətində 

görülən  və  gələcəkdə  nəzərdə  tutu-

lan  tədbirlər  haqqında  ictimaiyyəti 

məlumatlandırmaqdır.  O,  ölkəmizdə 

səhiyyəyə  göstərilən  dövlət  qayğı-

sından,  şəkərli  diabetlə  bağlı  görülən 

işlərdən  və  bu  xəstəliyin  müalicəsində 

əldə  olunan  son  nailiyyətlərdən  söhbət 

açıb. Prezident İlham Əliyevin səhiyyəyə 

göstərdiyi  xüsusi  diqqət  və  qayğının  bu 

sahədə  xeyli  irəliləyişlərə  səbəb  olduğu 

xüsusi  qeyd  edilib.  Diqqətə  çatdırılıb  ki, 

bir  sıra  dövlət  proqramlarının  reallaş-

dırılmasında  Heydər  Əliyev  Fondunun 

prezidenti,  UNESCO-nun  və  İSESCO-

nun xoşməramlı səfiri, Milli Məclisin de-

putatı Mehriban xanım Əliyevanın böyük 

xidmətləri vardır.

Eyni  zamanda,  əsrin  bəlası  olan  dia-

betin  yaratdığı  problemlərdən  danışılıb, 

bu xəstəliyin müalicəsinə profilaktikasın-

dan daha çox xərc çəkildiyi bildirilib.Ağır 

fəsadlar  törədən  şəkərli  diabetlə  bağlı 

əhalini  maarifləndirməyin  vacibliyi  də 

vurğulanıb.

Tədbirdə  diabetlə  mübarizədə  qarşıda 

duran vəzifələrlə bağlı müzakirələr apa-

rılıb.



Biri  vardı,  biri  yoxdu...  Bir 



Xocalı vardı, bir də onun əzabkeş, 

cəfakeş, zəhmətkeş və vətənsevər, 

yurdsevər sakinləri... 

Azərbaycanın  ən  qədim  insan 

məskənlərindən, yurd yerlərindən olan, 

tarixi maddi - mədəniyyət nümunələrini 

özündə    əks  etdirən,  çar  Rusiyasının  

apardığı 1895-ci il siyahıyaalınmasına 

görə  46  kişi  bəyi  və  44  qadın  bəyinə 

malik olan Xocalıda – Allahverdi bəyin 

«Tut Bağı»nın yaxınlığında qaynar göz-

lü,  ayna  üzlü,  şirin  sözlü  bir  bulaq  da 

vardı. Bulağın büllur kimi saf damlaları 

gözlərə  məlhəm,  canlara  dərman  idi. 

Onun  suyu bədəndəki zərərli və zəhərli 

maddələri  təmizləyir,  orqanizmdəki 

xolesterini 

damarların 

divarlarının 

kirəcləşməsinə-aterosklerozuna  yox, 

orqanların fəaliyyətinin həyat üçün va-

cib məsələlərinə  yönəldərdi. O inci  su-

lardan  içənlər  də  onun  damlaları  kimi 

təmiz və saf olurdular. İnsanlar bulağın 

qaynar  gözündən  su  içib  bir-birlərinə 

«Sucan  ömrün  olsun!»  -  deyərdilər. 

«Qarağac  Bulağı»  qoymuşdular  bu 

bulağın adını dədə-babalar. Bulaq hər 

tərəfdən  ətrafa  oksigen  hopmuş  ətir 

çiləyən  irigövdəli,  sərin  kölgəli,  yaşıl-

yarpaqlı,  başı  göylərə  millənən  qol-

budaqlı qarağaclarla, böyürtkən və mo-

ruq kolları ilə, bir-birinə sarmaşmış qız-

lar boxçası gülləri ilə  əhatə olunmuş-

du. Bu ecazkar ağacların zümrüddonlu 

yarpaqları,  göylərə  ucalan  budaqları, 

nəhəng  gövdələri  gündüzlər  gün  işı-

ğında,  gecələr  ay  işığında  bulaqda 

bərq  vuraraq  sığallanar,  xəfif  mehdən 

xoşallanaraq həzin xışıltı ilə pıçıldaşar-

dılar. Bu pıçıltıların sevgisindən vəcdə 

gələrək  qol  götürüb  süzən  budaqların 

ahəngdar  ritmik  hərəkətləri  möcüzəli 

məğrur düzümü ilə seçilən, əl-ələ verib 

«Yallı» gedən el birliyinin təcəssümünü 

xatırladardı  insanlara.  Bəlkə  də  bu 

ağaclara görə belə qoymuşdular bula-

ğın adını. Allahverdi bəyin «Tut Bağın-

da»  məskən  salmış    sülh  göyərçinləri 

də,  cəh-cəh  vuran  bülbüllər  də, 

şanapipiklər, torağaylar və cikkildəşən 

sərçələr  də,  böyürtkənli,  moruqlu, 

çiyələkli  yarpaqların,  şibyə  budaqları 

arasından hürkəkliklə  boylanan  əliklər, 

ceyran-cüyürlər,  kəkliklər,  turaclar  da, 

şahə  qalxan  qızıl  quşlar,  şahinlər,  qa-

yalarda qıy vuran qartallar da, o bula-

ğın  dövrəsində  fırlanar,  onun  suyu  ilə 

böyüyüb boy atar, pərvazlanaraq dün-

yaya  xeyirxahlıq,  bərəkət,  xoşbəxtlik 

toxumu səpərdilər...

Hər  ilin  mart  ayında  boynu  bükük 

bənövşələr  kolların  dibindən  boyla-

nanda,  Novruz    gülünün    ətri  yamac-

lara  yayılanda  Novruz  Bayramını 

Qarağac  Bulağının  yanında  bayram 

edərdilər  Xocalılar.  Axır  çərşənbədə 

gecəni  Qarağac  Bulağının  yanında 

keçirər,  Tut  Bağındakı  çəmənliklərdə 

qurduqları  çadırlarda  çillə  çıxarar,  ba-

harın  xoşqədəmli  gəlişini  toy-büsatla 

qarşılayardılar  xocalılar.  Tiyanlarda 

qaynadılıb  çətənə  üzərində  süzülərək 

dəmə  qoyulan  Bayram  aşının  ətri  Ba-

harın  ilk  müjdəsinə  çevrilərdi.  Hamı 

bir-birini təbrik edib «Novruz Bayramın 

mübarək!» deyərdi. Oğlanlar at belində 

oyunlar  göstərər,  qızlar  yumurta  bo-

yayıb  piyalələrdəki  suya  iynə  salar, 

bəxtlərini  sınayardılar.  Səhər  tezdən 

hamı  böyürtkən  kolunun  tağ  kimi 

əyilmiş  budağının  altından  keçər,  Qa-

rağac  Bulağının  buz  kimi  suyunda  əl-

üzlərini  yuyub  arxın  üstündən  hoppa-

nar, «Ağırlığım burda qalsın!» -  deyər, 

təzə ildə təzələnər, təravətlənərdilər...

Ancaq el arasında deyirdilər ki, «Mur-

darlıq  götürmür  təmiz  qəlbli  insanlar 

kimi Qarağac Bulağı». Söyləyirdilər ki, 

XIX əsrin əvvəllərində - 1813 və 1828-

ci  illərdə  «bağlanan»  «Gülüstan»  və 

«Türkmənçay» müqavilələrindən sonra 

Azərbaycana  Qriboyedovun  müşayiəti 

ilə  köçürülənlərlə  birlikdə  donuz  köçü 

də geniş ayaq açmışdı və  bir gün bu 

murdar donuzlar bulağın suyundan içib 

doyduqdan sonra ağnayıblar  gözündə 

bulağın.  Dözməyib  bulaq  qəfil  peyda 

olan bu yadelli murdarlığa, götürməyib 

bu haramlığı - quruyub suyu, batıb gözü 

bulağın. Söyləyirlər ki, xeyirxah insan-

larla  birlikdə  göyərçinlər,  bülbüllər, 

ceyran-cüyürlər,  kəkilli  kəkliklər  bu-

lağın  yurdunu  məhəbbət  dolu  göz 

yaşlarıyla  yuyub  təmizləyiblər.  «Alla-

hın  məsəlli  əla  Məhəmmədin  və  əla 

Məhəmməd» - deyib salavat çeviriblər 

hər gün. Təmiz məhəbbətdən, səmimi  

sevgidən təmizlənərək durulaşan bulaq 

yenidən qaynamağa başlayıb, yenidən 

insanlara,  cəh-cəh  vuran  bülbüllərə, 

sülh  göyərçinlərinə,  ceyran-cüyürlərə, 

kəklikotu 

ətirli 


kəkilli 

kəkliklərə 

xoşbəxtlik  bəxş  edib,  yenidən  həyata 

gəlib,  yenidən  aləmə  ədalət  toxumu, 

sülh  toxumu  səpilməsinin  mənbəyinə 

çevrilib «Qarağac Bulağı».

Deyirlər ki, Xocalı adlı məkan da özü-

nün  büllur  gözlü  bulağına  bənzəyir.  O 

da  götürə    bilmədi  erməni  vandalla-

rı  tərəfindən  törədilən  soyqırımı  kimi  

murdarlıq vəhşiliklərini. XIX əsrə qədər 

xoşbəxt  və  firavan  bir  həyat  sürüb 

Xocalı.  1828-ci  ildə  qonşuluqdakı  iri 

dövlətlərin  Azərbaycanı  öz  aralarında  

parçalamalarından  sonra  ermənilərin 

İrandan,  digər  regionlardan  Qaraba-

ğa  doğru  başlanan  kütləvi  köçü  po-

zub  dincliyini,  rahatlığını,  ərşə  çəkib 

yuxusunu  Xocalının.  Son  yüz  ildə  3 

dəfə  yandırılıb  lənətə  gəlmiş  gəlmə 

erməni  daşnakları  tərəfindən  Xoca-

lı.  Əvvəlki  vaxtlarda  yol  tapıb  paklığa 

çıxara  bilmişdilər  xocalılar  «Qarağac 

Bulağı»nı.  «Su  aydınlıqdır»  -  deyirlər. 

O  da  aydınlığa  çıxarmışdı  Xocalını. 

1992-ci  ilin  fevral  ayının  qarlı-çovğun-

lu  25-26-sı  tarixlərindəki  son  erməni 

işğalından  sonra  daha  ağır,  daha 

dəhşətli  soyqırıma  məruz  qalsalar 

da, yenə də yollar axtarır dəhşətli qır-

ğından  təsadüfən  sağ    çıxan    Xoca-

lılar.  Xocalılar  bilir  ki,  hər  gün,  hər  an 

yeni  murdarlıqlarla  üzləşir  əsirlikdə, 

erməni  tapdağı  altında  inləyən,  sız-

layan  «Qarağac  Bulağı».  İndi  «Qa-

rağac  Bulağı»na    gedən  ot  basmış, 

itmiş  yollarını  axtarırlar  Xocalılar.  Bu 

yolları  tapmaq  üçün  mükəmməl  ordu 

ilə  birlikdə  «Qarağac  Bulağı»nı  böyük 

ürəklə  sevə  bilən  gənclərin  hərarətli, 

sevgi dolu məhəbbətli ürəkləri lazımdı. 

Məhəbbətli gənc ürəklər tapa bilər «Qa-

rağac  Bulağı»nın  yollarını.  Müqəddəs 

duyğular  xilas  edə  bilər  murdarlıqdan 

«Qarağac  Bulağı»nı.  Xocalının,  Qa-

rabağın,  Şuşanın,  Xankəndinin,  Laçı-

nın,  Kəlbəcərin,  Ağdamın,  Füzulinin, 

Cəbrayılın,  Qubadlının,  Zəngilanın, 

Zəngəzurun, 

Göyçənin, 

Vedinin, 

Dərələyəzin,  İrəvanın,  Turşsuyun,  İs-

tisuyun,  İsa  Bulağının  da  tilsimi  o  bu-

laqdadır.  «Qarağac  Bulağı»nı  xilas 

edən dahi xilas edəcək  murdarlardan 

Qarabağı da, Xocalını da, bütün Qərbi 

Azərbaycan  torpaqlarını  da.  Yol  gəlir 

coşqun məhəbbətli, namuslu gənclərin 

qeyrət dəstələri. Bu məhəbbətdən co-

şub  daşacaq  təlatümlü  suyu  «Qara-

ğac  Bulağı»nın,  yuyub  təmizləyəcək 

yenidən Qarabağı donuz məkrlilərdən. 

Qovuşacaq  Qarqara,  İlisə,  Kürə,  Ara-

za,  Qudyalçaya,  Həkəriyə  töküləcək 

yenidən  Xəzərə  sonucda  «Qarağac 

Bulağı».  

...Saf duyğularla yaşayan təmizqəlbli, 

xoşniyyətli  təvazökar  bəşər  övladları 

da, bütün sülhsevər insanlar da mənim 

Xocalımda  olan  büllur  damlalı,  həzin 

laylalı «Qarağac Bulağı» kimidirlər. Ma-

yası  paklıq  xəmirində  yoğrulmuş  belə 

səmimi, etibarlı insanlar da onlara qar-

şı  törədilən  murdarlıqları  götürmürlər. 

Onların  da  qəlbi  o  qədər  zərifdir  ki, 

onlara  qarşı  törədilən  istənilən  tipli 

murdarlıqları həzm edə, ona tab gətirə 

bilmirlər.  Gözümüz  önündə  saralıb 

solur,  göyün  ənginliklərinə  çəkilirlər. 

Orada  mələklərə  qovuşub  təmizlik 

rəmzinə  çevrilirlər…Yaxşı  ki,  dünyanın 

heç bir guşəsində murdarlıq götürmür 

təmiz qəlbli, sədaqətli  insanlar. Nə qa-

palı bir ailə çərçivəsində, nə də geniş 

ictimaiyyət  qarşısında!  Götürmürlər 

murdarlıq. Gedirlər... Gedirlər əbədiliyə 

hay-küysüz, səssiz-səmirsiz...

Mənim  Xocalımın  «Qarağac  Bulağı» 

da  indi  yəqin  ki,  erməni  murdarlığını, 

donuz  ağnamalarını  götürməyərək 

yenidən  səmtini  dəyişib,  erməni 

rəzalətinə  xidmət  etməyərək,  göyün 

ənginliklərinə çəkilib, gözləyir yolumu-

zu  bizim.  Bizim  «Qarağac  Bulağı»nın 

gözünü  donuzlardan  təmizləməyimizi, 

əsarətdən,  işğaldan,  rəzalətdən  azad 

etməyimizi gözləyir.

Gözlə,  mənim  saf  qəlbli  «Qarağac 

Bulağım».  Biz  səni  də,  Şuşamızın 

İsa  Bulağını  da,  Turşsuyunu  da,  Xan 

qızı  Natəvanın  ecazkar  bulağını  da, 

Kəlbəcərimizin  İstisuyunu,  Gəlin  Qa-

yasını  da,  Qırxqızımızın  Sarı  Bulağı-

nı  da,    Laçınımızın  «Yaxşısını  və  Sarı 

Aşığını»  da,  Füzulimizin  Azıx  Mağa-

rasını  da,  Ağdamımızın  qədim  tarixə 

malik 

«Qarağacı 



qəbiristanlığını» 

da,  Xankəndinin  yaxınlığındakı  «Xan 

Bağı»nı da, Pənah Xanın inşa etdirdi-

yi möhtəşəm Şuşa Qalası və Əsgəran 

Qalasını  da  mütləq  azad  edəcəyik. 

Sənin  uğrunda    ədalətsizliyə,  işğala 

qarşı  mübarizə  aparan  Azərbaycan 

sərkərdələri  həmişə  ayıq-sayıqdırlar. 

Sən  yenə  də  halallığa  qovuşacaq, 

kükrəyib-daşacaqsan. Təmizliyi görüb, 

insanlara  xoşbəxtlik  bəxş  edəcəksən. 

Sən  mütləq  Azərbaycanın  halallı-

ğının  müjdəsini  duyacaq,  görəcək, 

eşidəcəksən,  sən  azad  olacaqsan, 

Qarağac Bulağı. 

Bunu, bu büllur saflığı mən görməsəm 

də  Azərbaycanın  övladları  olan 

nəvələrimiz,  nəticələrimiz  görəcək. 

Əminəm  və  inanıram  ki,  bu  görüşdən 

mütləq  mənə  də  pay  düşəcək,  sənin 

damlalarınla mənim də ruhuma müjdə 

gələcək,  mehriban  Qarağac  Bulağı. 

Bu mütləq baş tutacaq. Çünki həmişə 

sonda  xeyir-şərə,  ədalət-ədalətsizliyə, 

işıq-qaranlığa, düzlük-əyriliyə, həqiqət-

yalana,  səmimilik-xəbisliyə,  qeyrətlik-

qeyrətsizliyə,  dürüstlük-nadürüstlüyə, 

mərdlik-namərdliyə qalib gəlib. Bu, indi 

də belədir. Gələcəkdə də belə olacaq-

dır.  Çünki  yaxşı  insanlar,  hamıda  bir 

yaxşılıq axtarıb tapan insanlar həmişə 

olub, var və olacaqdır.

Qürurlu  qeyrətli,  vüqarlı  «Qarağac 

Bulağı»!  Xilaskar  Azərbaycan  ordusu 

Allahın  köməyi  ilə  tezliklə  səni,  işğal 

altında  əzilən  Qarabağı,  Qərbi,  Şərqi, 

Şimali, Cənubi Azərbaycanın yadellilər 

tərəfindən zəbt edilən bütün qütblərini 

zülmətlərdən  nura,  aydınlığa,  işıqlığa 

çıxaracaqdır.



Каталог: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib


Поделитесь с Вашими друзьями:
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə