Harvard Universitetindən təəssuratlarımız Türkiyə səfirliyinin



Yüklə 15 Mb.
Pdf просмотр
səhifə3/3
tarix23.12.2016
ölçüsü15 Mb.
1   2   3

Mübariz ALLAHVERDİYEV,

İnsan anatomiyası

      kafedrasının professoru, Xocalı 

soyqırımını tanıtma  İctimai Birliyi 

Ağsaqqallar şurasının sədri, 

əməkdar müəllim

XOCALININ  «QARAĞAC  BULAĞI»

Bakıda 

Ümumdünya Diabet 

Günü qeyd olunub

Qarabağ xatirələri

15 noyabr  2014-ъц ил

http://www.amu.edu.az

7

E

bola qızdırması bu gün də həllini tapmamış, ölüm faizi yüksək 

(90%) və çox aktual bir problem olaraq qalmaqdadır. Ona görə 

də bu qənaətə gəldik ki, tək tibb işçiləri deyil, bütün zümrədən olan 

insanların  Ebola  haqqında  ümumi  məlumatını  artırmaq  hər  halda 

oxucularımızın xeyrinə olar. 

Ebola  qızdırması  viruslar  tərəfindən  törədilən,  infeksion  xəstəlik  olub  –  qəflətən 

hərarətin yüksəlməsi, ümumi zəiflik, əzələ ağrısı, boğaz ağrısı, qusma, ishal, bəzən 

də daxili və xarici qanaxmalarla müşahidə edilən, ölüm faizi yüksək (50%,  20 - 90%) 

olan xəstəlikdir.

Tarixi məlumat:  ilk dəfə 1976-cı ildə iki hadisə eyni vaxtda baş vermiş – biri Su-

danda digəri əЭƏsə Konqoda – Ebola çayı yaxınlığında baş verdiyi üçün xəstəliyin adı 

da ona uyğun Ebola qızdırması adlandırılmışdır. Birinci alovlanma Mərkəzi Afrika-

nın köhnə, uzaq kəndlərində, axırıncı alovlanma isə (2014) Cənubi  Afrikanın mərkəzi 

şəhərlərində baş vermişdir. Sonuncu alovlanma 2014-cü ilin mart  ayında daha geniş və 

ağır alovlanma olmaqla geniş ərazilərə -Qvineyadan başlayaraq Liberi, Seneqal və s. 

ölkələrə çata bilmişdir. Onu da qeyd etmək yerinə düşər ki, Səhiyyə sistemi zəif inkişaf 

etmiş ölkələr – Qvineya, Serra Leona, Liberiya və s. kimi ölkələr yoluxmaya daha şox 

məruz qalmışlar.

1,2,3-cü ştamlar Afrikanın Cənubunda bir neçə dəfə alovlanmalar törətmiş – 2014- 

cü il alovlanması  da Zair ştamları tərəfindən törədilən alovlanmalardandır.



Epidemiologiya:

  Ebola  qizdirmasının    infeksiya  mənbəyi  vəhşi  heyvanlar,  mey-

munlar, yarasalar saylır. Xəstəlik insanlara xəstələrin qanı, bioloji mayeləri, eləcə də 

virusla çirklənmiş əşya və ləvazimatlardan kontakt vasitəsilə  keçə bilir.

Yuxarıda qeyd etdiyimiz vəhşi heyvanların – antilopların, yarasaların, meymunların 

ətləri bəzi ölkələrdə delikates sayıldığı üçün bu ətlərin  yaxşı bişirilməmiş istifadəsi 

infeksiyanın yayılmasında böyük rol oynayır. Daha çox infeksiya mənbəyi xəstələrin 

qanları və ifrazatları sayılır ki, viruslar uzun muddət qalır: Məsələn –xəstə insanın 

spermasında Ebola virusları 7 həftəyə qədər qala bilir.

Klinika: 

Ebola  qızdırmasının 

gizli  dövrü    2-21  gün  davam  edir 

–  sonra  ümumi  zəiflik,  yüksək 

hərarət,  boğaz  ağrısı,  baş  ağrısı, 

səpgi,  qusma,  ishal,  xarici  və  da-

xili  (damaq,  mədə-bağırsaq)  qa-

naxmalarla  müşahidə  edilə  bilir. 

Bütün  bunlarla  bərabər  qara  ciyər 

və  böyrəklərin  funksional  pozğun-

luqları özünü göstərir. Xəstələr daha 

çox susuzlaşmadan əziyyət çəkirlər. 

Labarator  müayinələrdə  isə  ağ  qan 

hüceyrələrinin  və  trombositlərin 

azalması, qara ciyər fermentlərinin isə artması müşahidə edilir.

Müalicə:

 Hələlik Ebola qızdırmasının məlum, lisenziya almış müalicəsi və vaksina-

siyası olmasa da xəstələrdə ilkin olaraq susuzlaşmanın (dehidratasiya) qarşısı alınmalı 

– itirilmiş mayenin bərpası (rehidratasiya) – su elektrolit balansının bərpa olunması ilə 

bərabər simptomatik müalicə həyata keçirilməlidir.

Diaqnostika: 

  Ebola qızdırmasının  immunoferment analizi, test antigeni, qeyri-

düz transkriplaza (PZR), elektron mikroskopiyası və hüceyrə  kulturasında virusların 

aşkar edilməsi və s. metodlarla xəstələrin diaqnozu dəqiqləşdirilir. 

Malariya, Qarın yatalağı, Meningit və s. kimi infeksion xəstəliklərlə diferensasiya 

edilir.


Profilaktika: 

Əllərin gigiyenik  yuyulması, qoruyucu əlcək və maskaların işlənməsi 

xəstəlikdən qorunmanın vacib şərtlərindəndir. ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) 

məsləhət görür – Ebola qızdırması olan yerdə heç nəyə toxunma.

Respublikamız da bu dəhşətli xəstəliyə qarşı biganə qalmamış, ölkə başçısı Cənab 

İlham Əliyev cənablarının göstərişi ilə Ebola qızdırmasına qarşı mübarizə üçün BMT-

yə bir mln. yardım ayrılmış, eləcə də Respublikamızda şübhəli xəstələrin müayinəsinin 

ag ciyər xəstəlikləri institutunda təşkil olunması üçün müvafiq tapşırıqlar verilmişdir. 



Sədrəddin ATAKİŞİZADƏ



ATU-nun  Tədris Cərrahiyyə 

Klinikasının İnfeksion Nəzarət 

komitəsinin sədri, həkim 

infeksionist, tibb üzrə fəlsəfə doktoru   

D

olub-boşalan 

dünya, 

gedimli, 

gəlimli 

dünya. 

Hamımız  həyata  təsadüfi 

gəlsək  də,  qanunauyğun  şəkildə 

onu tərk edirik, kimi tez, kimi gec, 

Allahın hər bir insana yazdığı qədər 

yaşayırıq, nə az, nə çox. İnsan ömrü 

sonsuz  deyil,  gələn  getməlidir.  Çox 

da  uzun  olmayan  insan  ömrü  bizə 

əbədi olan bir məhəbbət bağışlayır: 

dosta, 

sənətə, 

həmkarlarına 

və  bu  da  öz  növbəsində  insan 

ömrünü  əbədiləşdirir.  İnsan  bu 

ülvi  məhəbbəti  özü  qazanır,  öz 

davranışı  ilə,  insanlarla  ünsiyyətdə, 

gündəlik həyatda. Dünyasını dəyişən 

insanı  əbədiləşdirən  onun  sağlıq 

əməlləridir.  Bu  əməllər  çox  böyük 

sinaqlardan  keçir,  sınanır,  həqiqi 

qiyməti  verilir  və  insan  dünyasını 

dəyişdikdə  yaddaşlara  həkk  olunur, 

onun mənbəsinə çevrilir. 

Tale  belə  bir  insanı  bizim  həyatımıza 

yazdı, ondan təbiətin sirlərini, həkimliyi 

öyrəndik.  Belə  bir  nəcib  insan, 

mənəviyyatca saf, göründüyü kimi olan, 

olduğu kimi görünən, sədaqətli dost, bö-

yük alim, həkim, əsl mənada peşəsinin 

fədaisi,  sözü  ilə  əməli  bir  olan  unudul-

maz insan - Salih Mustafa oğlu Salihov 

idi.  İllər  keçdikcə  daha  dərindən  hiss 

edirsən  ki,  qeyri-adi  bir  şəxsiyyət,  bir 

fenomen  idi.  Bu  gün  aramızda  olmasa 

da unudulası şəxsiyyət deyil. Keçən ay-

rılıq illəri ona qarşı olan məhəbbətimizi 

azaltmamış, qat-qat artırmışdır.

Çünki  bu  məhəbbət  nə  vəzifə  asılılı-

ğından,  nə  də  təmənna  üzərində  qu-

rulmuşdu.  Bu  sonsuz  məhəbbət  рак, 

ülvi,  ləyaqətli  bir  həkimə,  insana  ol-

muşdur.  Azərbaycanın  dilbər  guşəsi 

Ağdaşda  l909-cu  ildə  dünyaya  göz 

açan  Salih  çox  ağır,  məşəqqətli  uşaq-

lıq illəri yaşamalı olmuş, hələ kiçik yaş-

larından  valideynlərini  itirmiş,  qardaş 

himayəsində yaşamışdır. 20 yaşlı gənc 

Salihi Bakıya gətirən tale onun həyatında 

dönüş  nöqtəsi  oldu.  O,  burada  “Fəhlə” 

fakültəsinə  daxil  olub  pedaqoji  təhsil 

aldı,  bir  neçə  il  Bakı  məktəblərində  ri-

yaziyyat  müəllimi  işlədi.  Yaxşı  peda-

qoq  olsa  da  Salihin  amalı,  həyat  yolu 

həkimlikdə idi. 1939-cu ildə tale üzünə 

güldü. O, Azərbaycan Tibb İnstitutunun 

(indiki  ATU)  müalicə  fakültəsinə  daxil 

oldu.  Ağır  müharibə  illərinə  baxmaya-

raq,  o,  böyük  əzmkarlıqla  təbabətin 

incəliklərini  öyrənməklə  amalına  çat-

mışdı,  öz  həyat  yolunu  tapmışdı,  o, 

həkim olmuşdu.

1945-ci  ildə  Azərbaycan  Tibb  İnsti-

tutunun  II  hospital  terapiya  kafedrası-

na  assistent  seçilən  S.Salihov  1950-ci 

ildə  namizədlik  dissertasiyası  müdafiə 

edərək,  özünü  perspektivli  həkim-alim 

kimi sübut etmişdir. O, 1954-56-cı illərdə 

1  saylı  ŞKX-nın  baş  həkimi  işləməklə 

böyük  təşkilatçı  olduğunu  göstərmiş, 

elə həmin ildə də kafedraya dosent se-

çilmişdir.  Qısa  müddətdən  sonra  tera-

pevt kimi Yəmən Krallığına ezam olunan 

S.Salihov sübut etdi ki, o, artıq həkim-

alim kimi yetişmişdir. Çox çəkmir ki, ar-

tıq 1966-cı ildə doktorluq dissertasiyası 

müdafıə  etməklə  kafedraya  professor, 

daha  sonra  müdir  seçilir.  Elə  həmin 

ildən də kafedrada böyük elmi işlər apa-

rılmağa  başlanmışdır.  1967-ci  ildə  pro-

fessor  S.Salihov  birdən-birə  kafedraya 

3  aspirant,  kliniki  ordinator  qəbul  etdi, 

kafedra  elmi-tədqiqat  ocağına  çevrildi. 

Məhz о illər bizim həyatımızda dönüş ili 

oldu, bu da sonralar öz bəhrəsini verdi. 

Qədim ərəb məsəlində deyilir ki: “Yaxşı 

həkim heç vaxt yaxşı həkim ola bilməz, 

əgər о ancaq yaxşı həkimdirsə”. Profes-

sor S.Salihov böyük həkim-alim olmaq-

la  bərabər,  mənəviyyatca  рак,  əvəzsiz 

şəxsiyyət,  ləyaqətli  bir  insan  idi.  Onun 

qüsursuz  mənliyi  hər  bir  səviyyədə 

bir  etalon,  nümunə  idi.  Xoşbəxtlikdən 

onu  tanıyanların  hamısı  bu  fıkirdə,  bu 

əqidədə idi. Ona bənzəməyi arzu etmək 

olardı,  lakin  onu  əvəz  etmək  mümkün 

deyildi.  Bu  cəhətdən  Salih  müəllimə 

ancaq  həsəd  aparmaq  olardı.  O,  dərin 

bilikli  həkim-alimin  və  ləyaqətli  insanın 

vəhdəti kimi qəlblərə həkk olunmuşdur.

Az  yaşadı  Salih  müəllim,  1976-cı  ildə 

elə iş otağında əbədiyyətə qovuşdu, ya-

rımçıq çox arzuları qaldı. Lakin bu qısa 

müddətdə  böyük  bir  məktəb  yaratdı. 

Onun rəhbərliyi ilə 10-dan çox doktorluq 

və  namizədlik  dissertasiyaları  müdafiə 

edildi.


Professor  S.Salihov  sevimli  5  övladı-

nı  da  təbabətə  gətirdi.  Salih  müəllimin 

arzuladığı, lakin həyata keçirə bilmədiyi 

‘Ailə  təbabəti”  dərsliyini  böyük  oğlu 

Mustafa Salihov yazmış, özü də həmin 

kafedraya  başçılıq  edir.  Oğlu  Yalçın  

alim-cərrah, qızı Afaq xanım akuşer-gi-

nekoloq, oğlu Ərəb neyrocərrah, sonbe-

şiyi  Rauf  psixiatrdır.  Onlar  hər  sahədə 

atalarına layiq övladlardır.

İllər keçir, o, bizdən ilbəil daha da uzaq-

laşır, biz isə ona yaxınlaşırıq. O, bu dün-

yaya bir daha dönməyəcək, biz isə Al-

lahımızın bizə yazdığı ömrü başa vurub 

(qismət İlahi) son mənzilə gedəcəyik.

Dünyamızı 

dəyişməklə 

ölmürük, 

ölüm-unudulan andan başlayır, anılırıq-

sa,  demək  hələ  yaşayırıq.  Qəlblərdə, 

xatirələrdə, yaddaşlarda yaşayırıq.

Biz bu sətirləri bir daha yada salmaqla 

professor  S.Salihovun  müqəddəs  ruhu 

qarşısında özümüzü borclu hesab edirik. 

O, sevərək işləmiş, yaşamışdır, həyatda 

böyük bir iz qoymuşdur. Bu izi özlərinə 

əbədi yol götürmüş onun ardıcılları pro-

fessor S.Salihovu duymuş, sevmiş, da-

ima  xatırlamış,  onun  müqəddəs  ruhu 

qarşısında baş əymişdir. Amin!



Hacı Süleyman MƏMMƏDOV,

II daxili xəstəlikər kafedrasının 

dosenti

Etiologiya:  Ebola  qızdırmasını 

törədən  viruslar  Filoviridae  ailəsinə 

mənsubdur və    3 növü var.

1) 

Suera virus

2) 

Marqburq virus

3) 

Ebola virus

Ebola  viruslarının  isə  5  ştamı  möv-

cuddur:

1) 

Zair

2) 

Bundi Buqio

3) 

Sudan

4) 

Reston

5) 

Tai

Unudulmaz müəllimlərimiz

Anılırıqsa yaşayırıq

ƏSRİN EPİDEMİYA TƏHLÜKƏSİ-

Ebola qızdırması haqqında

“Bəşər tarixinin ən qəddar virus xəstəliyi”

Ümumdünya Səhiyyə təşkilatı 

http://www.amu.edu.az

15 noyabr    2014-ъц ил



 



14 noyabr – Ümumdün-

ya Diabet Günüdür. Bu-

nunla əlaqədar “Qafqaz 

Point” mehmanxanasında “Sağlam 

qidalanma səhər yeməyindən 

başlayır “ şüarı altında tədbir 

keçirilib. Səhər yeməyində Milli 

Məclisin deputatları və tibb 

mütəxəssisləri iştirak ediblər.

AzərTAc xəbər verir ki, tədbirdə 

çıxış  edən  Səhiyyə  Nazirliyinin  ictimai-

səhiyyə mərkəzi layihələrin əlaqələndirmə 

şöbəsinin  müdiri  Səbinə  Babazadə  bil-

dirib  ki,  dünyada  ildən-ilə  diabetə  olan 

münasibət  müsbət  istiqamətdə  dəyişir. 

Qeyd  etdi  ki,  dünyada  diabetin  yayılma-

sı  artıq  epidemiya  kimi  qəbul  olunur.  Bu 

qeyri-yoluxucu  xəstəliyin  statistikası-

nı  təhlil  edəndə  yoluxucu  xəstəliklərlə 

müqayisədə ölümlə nəticələnən fəsadlara 

görə diabet birinci yerdədir.

Səhiyyə  Nazirliyinin  İctimai  Səhiyyə 

və  İslahatlar  Mərkəzinin  (İSİM)  direkto-

ru  Ceyhun  Məmmədov  diqqətə  çatdırdı 

ki,  bəşəriyyətin  diqqətini  şəkərli  diabetlə 

bağlı  problemlərə  yönəltmək  məqsədilə 

1991-ci ildən ÜST-nın və Beynəlxalq Dia-

bet Federasiyasının tövsiyələrinə görə bu 

tarix Ümumdünya Diabet Günü kimi qeyd 

edilir.  2007-ci  ildən  isə  14  noyabr  BMT 

günü elan edilərək bütün üzv dövlətlərdə 

xüsusi qeyd edilir. Dünya Diabet Gününün 

(DDG)  emblemi  olan  mavi  dairə  şəkərli 

diabet  ətrafında  hamının  birləşməsini 

simvolizə edir.

Bildirildi  ki,  İSİM  Azərbaycanda  dia-

bet  xəstələrinə  qayğı  göstərilməsi,  bu 

xəstəliyin qarşısının alınması üçün müm-

kün olan addımları atır. Qeyd edildi ki, son 

illər bu xəstəliyin aradan qaldırılması üçün 

dövlət  səviyyəsində  tədbirlər  görülür, 

büdcədə  bununla  bağlı  maliyyə  vəsaitin 

ayrılması nəzərdə tutulur ki, bu da müsbət 

haldır.


Tədbir 

iştirakçılarından 

səhər 

yeməyindən  qabaq  və  sonra  qanda 



şəkərin  yoxlanılması  analizi  alınıb,  DDG-

nin  emblemi  paylanılıb,  sağlam  qida 

barədə məsləhətlər verilib.

1.  Qan  dövranını  sürətləndirmək 

və  saç  köklərini  canlandırmaq 

üçün  zeytun  yağı  və  ya  hindistan 

qozu  yağı  ilə  saç  dərinizi  masaj 

edin.  Saçlarınızı  duruladıqdan 

sonra  ilıq  su  ilə  masaj  etmək  saç 

tökülməsinin 

qarşısını 

almaq 


və  saçlarınızın  uzanması  üçün 

olduqca faydalıdır.

2. Saç tökülməsinin müalicəsində 

istifadə  olunan  əsas  üsullardan 

biri  də  alma  püresi  ilə  hindistan 

qozunun  yağından  hazırlanmış 

qarışıqdır.  Bu  qarışıq  saçların 

uzanması,  quru  və  qaşınan  saç 

dərisinin  müalicəsi  üçün  istifadə 

edilir. Qarışığı saçınıza vurduqdan 

sonra başınızı bağlayın və sabaha 

qədər  gözləyin.  Səhər  yüngül  bir 

şampun  ilə  saçlarınızı  yuyun  və 

soyuq  su  ilə  durulayın.  Bu  işi  hər 

həftə  təkrarlayın  və  nəticəni  öz 

gözlərinizlə görəcəksiniz.

3.  Gücsüz  və  tez-tez  qırılan 

saçların  müalicəsində  ən  çox 

sardinya  bitkisinin  yarpaqlarından 

istifadə  edilir.  Sardinya  bitkisinin 

yarpaqlarını  15-30  dəqiqə  qaynar 

suyun  altında  ağarana  qədər 

saxlayın.  Sardinya  yarpağının 

suyunu süzün və bu su ilə həftədə 

ən azı iki dəfə saçlarınızı şampun 

ilə yuduqdan sonra durulayın.

4.  İnanılmaz  saç  gücləndirici 

təsiri  olan  xına  (çini)  Hindistanda 

yetişən  bir  bitkidir.  Hindistanda 

gözəl,  güclü,  daha  havalı  saçlara 

malik  olan  qadınların  əksəri  bu 

bitkidən  hazırlanan  saç  şampunu 

və dərmanlarından istifadə edir.

5. Yonca suyu uzun illərdir istifadə 

edilən saç baxımı dərmanıdır. Saç 

köklərinin 

qidalandırılmasında 

və  saçların  incəlməsinin  və 

seyrəlməsinin 

qarşısının 

alınmasında istifadə edilir.

6.  Tərkibi  kükürdlə  zəngin 

olan  soğan  bitkisinin  saçların 

çoxalmasında  güclü  təsiri  olduğu 

çoxlarına 

məlumdur. 

Soğanı 

sıxaraq  bir  neçə  yemək  qaşığı 



soğan suyu əldə edin və saçlarınızı 

yumaqdan  qabaq  bir  saat  soğan 

suyu ilə masaj edin. Bu proseduru 

davamlı  təkrar  etdikdə  güclü, 

sağlam  və  yeni  saçlara  malik  ola 

bilərsiniz.



kayzen.az

u

 



 

“Bütün xəstəliklər əsəbdəndir” 

sözləri gündən-günə reallığa 

çevrilir. Orta əsrlərdə “sinir” 

xəstəlikləri deyəndə mədə xorasını, bronxial 

astmanı və şəkərli diabeti nəzərdə tutur-

dularsa, müasir dövrdə həkimlər getdikcə 

daha çox əmin olurlar ki, xəstəliklərin 

əksəriyyəti acı təəssüratların bəhrəsidir. Bu 

gün biz özümüz haqqında çox az şey bilirik, 

halbuki bütün fəlakətlərimizin, qələbə və 

məğlubiyyətlərimizin səbəbi qəlbimizin 

dərinliklərində gizlənib.

Azərbaycan  Səhiyyə  Nazirliyinin 

baş  psixiatrı  Gəray  Gəraybəyli 

AzərTAc-a eksklüziv müsahibəsində 

bildirib  ki,  xəstəliklərin  böyük 

əksəriyyəti  psixosomatik  əsaslıdır, 

yaxud  psixosomatik  fonda  və 

ya  onun  dəstəyi  ilə  baş  verir.  O 

deyib: 

“Cismimizi 



ruhumuzun 

münaqişələri  məhv  edir  və  çox 

vaxt  düşmənlərimizin  ən  təhlükəlisi 

elə  özümüz  oluruq.  Böyük  yunan 

filosofu Sokrat əbəs yerə deməyib ki, 

baş  haqqında  düşünmədən  gözün 

müalicəsinə başlamaq, yaxud bütün 

orqanizm barədə düşünmədən başı 

müalicə  etmək  mümkün  olmadığı 

kimi, 


ruhu 

müalicə 


etmədən 

cismin  müalicəsi  mümkünsüzdür. 

Psixologiyanın 

nisbətən 

yeni 

bölməsi olan psixosomatika psixi və 



somatik (“soma” tərcümədə “bədən” 

deməkdir) 

vəziyyətlər 

arasında 

əlaqəni 

öyrənir. 

Anadangəlmə 

xəstəliklər 

istisna 

olmaqla, 

bütün  xəstəliklərin  50-90  faizini 

psixosomatik  adlandırmaq  olar. 

Fikirlər  xəstəliklərin  yaranmasına, 

gedişatına  və  remissiyasına  təsir 

göstərir.  Sağalmanın  sürətini  və 

keyfiyyətini də fikirlər müəyyən edir. 

Vahimə,  yaxud  qorxu  effekti  əmələ 

gətirən  psixi  travmalar  təkcə  ürək-

damar  xəstəliklərinə  deyil,  həm  də 

daxili  orqanlarda  başqa  funksional 

pozulmalara  səbəb  olur.  Hər  hansı 

neqativ əməl, o cümlədən fikir insan 

üçün izsiz ötüşmür. Beyində neqativ 

ocaq  əmələ  gəlir.  Bundan  əlavə, 

psixosomatiklər  travmatik  xarakterli 

hadisələr,  münaqişələr,  şəxsiyyətin 

strukturu  ilə  funksional  və  ya 

üzvi  pozulmalar  (bronxial  astma, 

hipertoniya, xora, hemorragik rektolit 

və s.) arasında əlaqə olduğunu təsdiq 

ediblər.  Canlı  orqanizmdə  psixi  və 

fiziki  əsaslar  arasında  birbaşa  və 

əks  əlaqə  var.  Məsələn,  əzələlərin 

boşalması  və  istilik  mənəvi  rahatlıq 

və  dinclik  hissi  yaradır,  emosional 

gərginliyi azaldır, gərginlik və soyuq 

isə  əksinə,  ruh  düşkünlüyü  və 

cansıxıcı  vəziyyət  yaradır.  Qəzəb, 

qorxu, təəssüf, inad və inciklik hissi 

fiziki gərginliyə səbəb olur. Əks əlaqə 

mexanizmləri ilə birləşən həm fiziki, 

həm  də  mental  proseslər  bu  yolla 

insanın  biokimyasına  təsir  göstərir. 

Ruh  düşkünlüyü,  məyusluq,  daimi 

narahatlıq,  dilxorluq,  hiddət,  kin 

və  günah  hissi  mütləq  xəstəliklərə 

yol  açır.  Qəzəbinizi,  aqressivliyinizi 

cilovlaya  bilməsəniz,  biokimyəvi 

müvazinətiniz 

gec-tez 


pozulur. 

Onun  fonunda  isə  hipertoniya, 

mədə  xorası  və  ya  şəkərli  diabet 

inkişaf edə bilər. Daim qəzəb, qorxu, 

təəssüf,  inad  və  inciklik  hissi  ilə 

yaşayıb,  orqanizminizin  biokimyəvi 

durumunun qaydada olacağına ümid 

bəsləmək  olmaz.  Orqanizminizin 

normal 

fəaliyyət 



göstərməsini, 

əhval-ruhiyyənizin  yüksək  olmasını, 

mənəvi  rahatlıq,  nikbinlik  hissinin 

sizi  tərk  etməməsini  istəyirsinizsə, 

mentallığınıza  dəyişikliklər  edib, 

ağlınızda harmoniya yaratmalısınız”.

I  müalicə-profilaktika  fakültəsinin  IV  kurs,  146

a

  



qrup tələbəsi Nəsibov Vüsal  Aftandil  oğlunun adına 

verilmiş qiymət kitabçası itdiyi üçün etibarsız sayılır.

   

Hacıyeva    Aygün  Cəlil    qızına  Azərbaycan  Tibb 



Universiteti tərəfindən 1997- ci ildə cərrah  ixtisası 

üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün etibar-

sız sayılır.

II müalicə-profilaktika fakültəsinin IV kurs, 336

b

 

qrup tələbəsi Heydərli Zülfiyyə Üzeyir qızının  adına 



verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Əczaçılıq  fakültəsinin III kurs, 887

b

 qrup tələbəsi  



Khorsheed Mustafa Fadhilin adına verilmiş tələbə bi-

leti itdiyi üçün etibarsız sayılır.

I  müalicə-profilaktika  fakültəsinin  IV  kurs,  140

a

  



qrup tələbələri – Əliyeva Şəhla Müşfiq qızı, Əsgərli 

Şəmsiyyə  Rafail  qızı,  Hüseynəliyeva  Nərgiz  Yaşar 

qızı,  Hüseynli  Gülnar  Seyfulla  qızı,  İbrahimova 

Reyhan  Namiq  qızı,  İsmayılov  Eldar  Ələddin  oğlu, 

Quliyeva  Gülçar  Əlamət  qızı,  Musayeva  Fəridə  El-

çin  qızı,  Mustafabəyli  Yusif  Elman  oğlu,  Şabanov 

Azad Sərdar oğlu, Tağızadə Nərmin Nizaməddin qızı 

və  Vəliyeva  Çiçək  Emil  qızının    adlarına  verilmiş 

qiymət kitabçası itdiyi üçün etibarsız sayılır.

Áàø ðåäàêòîð

ÅËÄÀÐ ÈÑÌÀÉÛË

Ìüÿëëèôëÿðëÿ  ðåäàêñèéàíûí 

ìþâãåéè  üñò-üñòÿ äüøìÿéÿ áèëÿð.

ßëéàçìàëàð  ýåðè  ãàéòàðûëìûð.

Qəzet “Òÿáèá”  ãÿze òè íèí  

êîìïyuòåð ìÿð êÿ zèíäÿ éûğûëûð, 

ñÿùè ôÿ ëÿíèð, “Áÿõòèéàð-4” ÈÊØ-äÿ 

÷àï îëóíóð

.      

Ц Н В А Н Ы М Ы З:

Мярданов гардашлары - 100

2-ъи мяртябя,

тел.: 595-24-97

tabibqazeti@gmail.com

Ëèñåíçèéà Н - 022633

Èíäåêñ -0269

Ñàéû 4000

Ñèôàðèø: 195

Sağlam qidalanma səhər 

yeməyindən başlayır

Saç tökülməsinin 

qarşısını almağın yolları

Ruhu müalicə etmədən 

cismin müalicəsi faydasızdır



 



Gülçiçəklilər fəsiləsinin ən ge-

niş yayılmış növlərindən biri 

olan almanın respublikamızda 

üç yüzə qədər müxtəlif növü və çeşidi 

vardır. Bunlardan altmışı sənaye üçün 

əhəmiyyətlidir. Digər şirəli meyvələrdən 

almanın üstünlüyü odur ki, onu bütün il 

boyu saxlayıb istifadə etmək mümkün-

dür.

Almanın yetişmə fəsli aşağıdakı 

kimidir: 

 Yay (iyul, avqust), payız (sentyabr, 

oktyabr), qış (noyabrdan fevral ayı-

na qədər). Eyni sort almalar iqlim 

şəraitindən asılı olaraq yetişmə dövrü-

nü dəyişə bilər. Almanın övündən və 

sortundan asılı olaraq rəngi, dadı və 

ətri müxtəlif olur. Almalar tərkibcə çox 

zəngindirlər. Onun tərkibində 5-24%-ə 

qədər şəkər, 1,3%-ə yaxın üzvü turşular 

(alma, limon, kəhraba), pektin və aşı 

maddələri, B və C vitaminləri, karotin, 

mineral maddələrdən isə kalium, natri-

um və dəmir duzları vardır. Almada olan 

dəmir duzu böyük müalicəvi əhəmiyyətə 

malikdir. Almanın tərkibində olan 

şəkərin əsas hissəsini qlükoza və frukto-

za təşkil edir ki, onlar da ürək damar sis-

temi üçün çox faydalıdır. Almadan təbii 

halda istifadə etməklə yanaşı, bir sıra 

qiymətli konservləşdirilmiş məhsullar 

– kompot, mürəbbə, povidlo, şirə, püre 

və s. hazırlanır. Bu məhsulların çox 

böyük müalicəvi əhəmiyyəti vardır. 

Almanın və ondan hazırlanan müxtəlif 

konserv məhsullarının ürək zəifliyinə, 

qanazlığına, xroniki mədə-bağırsaq 

xəstəliklərinə, eləcə də vitamin azlığına 

çox yaxşı müalicəvi təsiri olur.

Qurudulmuş alma nəfəs darlığı və 

ürək xəstəliklərinə qarşı qoruyucu 

əhəmiyyətə malikdir. Bədəndən zəhərli 

maddələrin xaric edilməsinə kömək 

olur. Lifli olduğu üçün bağırsaqları 

təmizləyir. Qaraciyərindən şikayət 

edənlər, revmatizması olanlar və hətta 

şəkər xəstələri belə, quru almadan 

faydalana bilərlər. Alma sakitləşdirici, 

yuxuvericidir və baş ağrılarına da yaxşı 

təsir göstərir. Kiçik hisələrə bölünmüş 

almaları qabığıyla qaynadaraq, üzərinə 

limon, portağal, darçın əlavə edib çay 



kimi də içmək faydalıdır.

Daha çox alma, daha sağlam ürək

Каталог: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib


Поделитесь с Вашими друзьями:
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə