Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə91/95
tarix02.01.2022
ölçüsü7,02 Mb.
#2557
1   ...   87   88   89   90   91   92   93   94   95
 
 
 
 
 
 
 


131 
 
 
Ustad Məhəmməd Tağı Cəfəri 
NİZAMİ GƏNCƏVİNİN ŞEİRLƏRİNDƏ HİKMƏT  
İRFAN VƏ ETİK MÖVZULAR 
 İlyas Yusif oğlu Nizami Gəncəvi 520 hicridə Azərbaycanın qədim şəhəri Gəncədə 
bir sənətkar ailəsində anadan olmuşdur. Atası Yusif, anasının hansı qəbilədən olduğu və 
adı məlum deyildir. Şairin yaşadığı dövrdə Gəncə şəhəri böyük karvan yolunun üstündə 
olduğundan dünyanın müxtəlif ticarət karvanları bu şəhərlə əlaqə saxlayırdılar. Burada 
böyük saraylar, mədrəsələr və çox geniş bir bazar var idi. Bu səbəbdən Gəncədə 
mədəniyyətin başqa sahələri kimi şeir də geniş vüsət almışdır. Eyni zamanda o dövr 
Gəncədə ipək, saxsı, dəmir karxanaları da mövcud idi. Şeir və  şairlər ancaq şah 
saraylarına xidmət edirdi. Azərbaycan saray şeiri hələ beşinci  əsrdə inkişafına 
başlamışdır. Bu zaman Şəddadilər hökmranlıq edirdilər. O dövr Gəncədə yaşayan 
Qətran Təbrizi öz qəsidələri ilə məşhur idi. VI əsrdən başlayaraq Xaqani Şirvani, Fələki, 
İzzəddin Şirvani kimi söz ustaları meydana çıxmışdı. Bu şairlər arasında yalnız Xaqani 
öz etiraz səsini qaldırıb saraydan uzaqlaşır. O, öz mütərəqqi fikirləri ilə şahların zülmünə 
qarşı  çıxır və  şairlərin azad şəkildə istədiklərini yazmaq kimi mühüm məsələni ortaya 
atır.  
Nizamiyə gəldikdə isə o, saray qulluğunda duranlara nifrət bəsləyib belə deyir:  
Bu qarın otaran duzsuz şairlər  
Sayəmdə dünyanı basıb yedilər. (87-12) 
Şikarı tutmağa aslan gərəkdir  
Tülkünün işi də müftə yeməkdir.  
Əlimin muzdu ilə dolanıram mən  
Cəlalım yaranır söz xəzinəmdən,  
Şahlar məclisindən kənar ol, kənar  
Pambıq od görəndə alışıb yanar. (87-12) 
 Nizaminin  sevincli  günlərindən  ən mühümü qıpçaq qızı Afaqa qovuşmaq, kədəri 
isə onu itirmək olmuşdur.  


132 
 
 
Şair «Xosrov və Şirin» mənzuməsində buna belə toxunmuşdur:  
İbrət gözüylə bax sən bu əsərə  
Özünü çox uydurma əfsanələrə.  
Çünki tez tərk etdi o, bu aləmi  
Cavanlıqda soldu qızıl gül kimi,  
Qıpçaq bütün təki ox kimi süzdü  
Afaq sevgilimin sanki özüydü.  
O, Dərbənd şahının bir töhvəsiydi  
Saf, ağıllı, gözəl gül qönçəsiydi.  
Əğyara qəzəbli, mənə mehriban  
Könül yoldaşımdı o nazlı canan. (87-318) 
Nizaminin müəllifi olduğu «Sirlər xəzinəsi», «Xosrov və  Şirin», «Leyli və 
Məcnun» və «İskəndərnamə» əsərlərində aşağıdakı mövzular diqqət mərkəzindədir:  
1.
 
Dini-fəlsəfi dünyagörüşü.  
2.
 
Məntiq.  
3.
 
Məhəbbət mövzusu və ilahi eşq (irfan).  
4.
 
Nəsihət.  
5.
 
Zülmə qarşı mübarizə.  
6.
 
Elmi mövzular.  
7.
 
Əxlaq və etik normalar.  
Nizami hər  şeydən  əvvəl  İslam fəlsəfəsi ilə silahlanmış bir şair və arifdir. O, öz 
fikirlərini və ilahi eşqi açıqladıqda mey, şərab, meyxana, qədəh, məstlik və s. 
terminlərdən faydalanmışdır. Lakin hamıya aydındır ki, bunlar həqiqi mənada deyil
məcazi anlamda işlədilmişdir.  
Nizami  əsərlərini məntiq və hikmətlə  təchiz edən  şair və sözü bədii dildə dolayı 
yolla deyil, bir başa ifadə edən sənətkardır. O, «Şərəfnamə»də belə deyir:  
Qəbrimə gələrkən qədəhi doldur  
Nizami yatdığı yerə qədəh vur.  


133 
 
 
Ey uğurlu xızır sanma ki, mənim,  
Qədəhdən içilən meydir məqsədim. (87-386) 
Aydındır ki, Nizami mey içməmiş, hətta, Qızıl Arslan onu mey məclisindən mey 
nuş etmədiyi üçün çıxarır. Nizami bunu belə təsvir edir:  
Xəbər veriləndə ki, gəldi Nizami  
Dərhal əmr verildi yığdırdı meyi.  
Nizami allahı daima nəzərdə tutub deyir:   
Bütün insanlara sual ver bu dəm, 
Nə yolla boşluqdan yarandı aləm? (87-116) 
Şair insanları inama, nizam-intizama və düşünməyə çağırır.  
Nizami yerin hərəkətdə olması, kürə  şəklində  fırlanması, torpaq, külək, su, hava, 
atəş kimi elmi və təbii mövzulara toxunub onları fələyin möcüzəsi adlandırır.  
Yerin hüdudundan o tərəfdə də  
Buludlar, fələklər qaçışır yenə  
Onlar bir-birinə sarılmış bərk-bərk  
Hamısı top kimidir, gəzir kürətək  
Hər xətt ki, hərlənir yuvarlaqdır bil …  
Pərgar xətti kimi dolanan fələk  
Yalnız bu qaydayla dövr edir, gerçək … (87-258) 
Nizami insanın hələ çox bilmədiyini və zaman gələcək ki, elm və bilik vasitəsiylə 
bi sirlərə bələd olacağına inanır.  

Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin