Bmt-nin Qadınlara qarşı ayri-seçkiliyin bütün növ


 AZƏRBAYCANDA QADINLARIN VƏZĠYYƏTĠ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix02.01.2022
ölçüsü0,85 Mb.
#2726
1   ...   10   11   12   13   14   15   16   17   ...   29
3. AZƏRBAYCANDA QADINLARIN VƏZĠYYƏTĠ 

XÜLASƏ 

 

 



2012-ci yanvar ayının 1-i vəziyyətinə görə Azərbaycanın  əhalisi 9235,1 min nəfərdir ki, 

bunlardan 4583,5 min nəfəri kişi, 4651,6 min nəfəri isə qadındır

16

.  


 

Azərbaycanın  ictimai-siyasi  həyatında  qadınlar  barəsindəki  hər  bir  ayrı  -  seçkilik  qanun 

səviyyəsində  qadağandır.  Lakin  bir  sıra  qanunlarda  qadın  xüsusiyyətini  nəzərə  alan 

müddəalar vardır ki, bunlarda kişilərin hüquqları qadınlara nəzərən «pozulur». Bu müsbət 

diskriminasiya  adlanır:  qadınların  reproduktiv  funksiyaları,  fiziki  imkanları,  ailədəki 

vəziyyətləri      ilə  əlaqədar    onlara  müəyyən  güzəştlər  nəzərdə  tutulmuşdur.  Məsələn, 

Konstitusiyada  məhdudiyyətin  olmamasına  baxmayaraq  (Maddə  76),  həkimlər  istisna 

olmaqla, qadınlar hərbi mükələfiyyətli  deyillər.  

 

Əmək  Məcəlləsində



17

 hamiləlik  və  uşağa  süd  verməni  əsas  götürərək,  qadınları  işə 

götürməkdən  imtina  etmək  (məcəllənin173-cü  maddəsi),  göstərilən  səbəbələrə  görə 

qadınların əmək haqlarının azaldılması qadağandır (məcəllənin 180-cı maddəsi).  Əmək 

Məcəlləsinin  174  -  cü  maddəsinə  görə  qadınların  ağır  və  ziyanlı  işlərdə  işləmələri 

qadağandır. Hamiləlik və uşağa baxmaqdan ötrü qadınlara məzuniyyət verilir (məcəllənin 

181-ci  maddəsi).  Əmək  Məcəlləsində  işçilərin  işə  qəbulu  qabiliyyətlərindən,  ixtisasdan 

asılı  olmayıb,    ancaq  cinsə  və  digər  amillərə    görə  diskriminasiyası  hüquq  pozuntusu 

sayılır. Qadınların əmək hüquqları bir çox norma və qaydalarla tənzimlənməlidir.  

 

                                                 



16

 Azərbaycanda qadınlar və kişilər. Azərbaycan Respublikası Statistik Komitəsi, 2012. 

17

 Azərbaycan Respublikasının Əmək Məcəlləsi. 1999 –cu il. 




 

19 


Yuxarıda  göstərilən    güzəştlərə  görə,  bir  çox  müəssisələrdə    qadınları  işə  götürməkdə 

ehtiyat edirlər.  Bir sıra hallarda qanunlara riayət edilmir və qadınlara güzəştlər verilmir, 

onları ağır işə belə götürürlər.  

 

Müvafiq  dövlət  mexanizmlərinin  rolu  dəqiq  müəyyən  edilmədiyindən,  bu  qadınları 



ölkənin  inkişafı  və  beynəlxalq  aləmdə  təmsilçilik  prosesinə  hərtərəfli  cəlb  etmək  üçün 

kompleks  və  ardıcıl  strategiyanın  hazırlanmasına  mane  olur.  Sektorlar  və  idarələr 

arasında koordinasiyanın olmamağı,  qanun və qərarların həyata keçməsinin institusional 

mexanizmlərinin  zəif  işləməsi,  maliyyə  mənbələrinin  çatışmamazlığı,    hələ  də  ailə  və 

qadın  məsələləri  sahəsində    ciddi  nailiyyətlər  əldə  etməyə    imkan  vermir.    Hüquqi 

bərabərlik  kişi və qadın arasında real bərabərliyi hələ də  təmin etmir. 

 

Cəmiyyətdə  gender  rollarının  dəyişməsinə  baxmayaraq,  resurslardan  istifadə  edilməsi, 



sosial  və  mülkiyyət  münasibətlərində,  qərar  qəbulu  səviyyəsində  kişi  və  qadınlar 

arasındakı  ənənəvi    fərqlər  qalmaqdadır.    Gender  stereotipləri  və  real  rollar  arasındakı 

ziddiyyətlər    kişi  və  qadınlar  arasındakı  sosial  münasibətlərin  dəyişməsinə  mane  olur. 

Belə hal məcburi köçkün qadınların vəziyyətlərinə daha  ağır təsir edir

18

.  


 

CEDAW  Komitəsinin  CEDAW/C/AZE/Q/4/26.05.09  Add.1  tövsiyələrində  qadınların 

qərar  qəbulunda  saylarının  artması  mühüm  bir  amil  kimi  göstərilmişdir.  Bu  sahədə 

vəziyyət aşağıdakı kimidir. 

 

Mərkəzi Seçki Komissiyasının 16 üzvündən 4-ü, 125 Dairə Seçki Komissiyası sədrindən 



3-ü  qadındır.  Dairə  seçki  Komissiyalarında  qadınlar  əsasən  üzv  səviyyəsində  təmsil 

olunurlar.  

Milli Məclisdə qadınların ən az xüsusi çəkisi 1990-cı ildə  4,3% olmuşdur. Sonrakı illər 

ərzində bu rəqəm demək olar ki, dəyişməyərək, 11%  olmuş, 2010-cu il seçkilərində isə 

16% -ə qalxmışdır. Parlament sədrinin üç müavinindən biri  və komitələrdən birinin sədri 

qadındır. 

 

                                                 



18

 

Brigitta Bode. Conflict Affected Communities in Azerbaijan, CARE International In the Caucasus, 2011 



 


 

20 


 80  icra  başçısının  arasında  qadın  yoxdur,  onlardan  36  –  nın  müavini  qadındır

19

.  Bu 



qadınların  lider  potensialının  ya  aşağı  səviyyədə  olmasından  və  ya  diskriminasiya 

faktorundan  irəli  gəlir.  Bunların  hər  ikisi  qadınlar  üçün  problem  olduğundan  həll 

olunmalıdır

20

 



 

2011-ci  noyabrın  30-da  keçirilən  bələdiyyə  seçkilərində  bələdiyyə  üzvlərinin  26,5  %-ni 

qadınlar təşkil edir.  Hazırda 4137 bələdiyyə üzvü, 302 bələdiyyə sədri qadındır.  

 

Azərbaycanda 20 nazırliyin heç birində nazir  qadın  yoxdur və  yalnız 3  nazirlikdə qadın 



müavin  çalışır  (İqtisadi  İnkişaf  Nazirliyi,  Mədəniyyət  və  Turizm  Nazirliyi  və  Səhiyyə 

Nazirliyi).  Bir  Dövlət  Komitəsinin  (Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə  Dövlət 

Komitəsi)  sədri,  bir  Dövlət  Komissiyasının  (Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyası) 

sədri,  3  ali  təhsil  məktəbinin  (İnşaat  və  Memarlıq  Universiteti,  M.V.  Lomonosov  adına 

Moskva Dövlət Universitetinin Bakı filialı və Azərbaycan Müəllimlər İnstitutu) rektoru, 

Naxçıvan  Muxtar  Respublikasının  Baş  Nazirinin  müavini  və  Azərbaycan  Respublikası 

İnsan  Hüquqları  üzrə  müvəkkili  (Ombudsman)  və  Naxçıvan  Muxtar  Respublikasının 

Ombudsmanı qadındır. 

 

Səhiyyə,  Təhsil  və  Əmək  və  Sosial  Müdafiə  Nazirliklərində  uyğun  olaraq  qadın 



əməkdaşların sayı 79,5%, 68% və 60,8%  olduğu halda rəhbər vəzifələrdə qadınların sayı 

uyğun olaraq 37% , 41,3% və 24,8% - dir.  Dövlət Statistika Komitəsində  və Qaçqınlar 

və  Məcburi  Köçkünlərin  İşləri  üzrə  Dövlət  Komitəsində  işləyən  qadınların  sayı  uyğun 

olaraq 53,7% və 93,4% olduğu halda rəhbər vəzifələrdə uyğun olaraq 21,7% və 4%-dir. 

Bu  rəqəmlər,  xüsusilə  axırıncı  rəqəm  qadınların  qərar  qəbulinda  zəif  iştirak  etmələrini 

sübut edir.  

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində 271 nəfər diplomat çalışır ki, onlardan 



91-ni  qadınlar  təşkil  edir.  Xaricdə  Azərbaycan  Respublikasının  56  diplomatik 

nümayəndəliyi  (səfirliklər,  konsulluqlar  və  daimi  nümayəndəliklər)  vardır.  55  səfirin 

arasında  qadın  yoxdur,  5  daimi  nümayəndiliyin  birinin  başçısı,    53  müşavirin  7-si 

                                                 

19

 

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin 2012-ci il məlumatı.  



 

20

 



"Women in leadership roles" (Women Watch, Online discussion notes, 2007) 

 



 

21 


qadındır.  Ümumiyyətlə,  toxunulmazıq  hüququ  olan  -səfirlik,  nümayəndəlik  və 

konsulluqlarda 600 vətəndaşdan 20-si qadındır.  

 

Lakin,  qadınların  beynəlxalq  aləmdə  fəaliyyəti  bununla  məhdudlaşmır.  Dövlət,  qeyri-



dövlət,  o  cümlədən  qeyri-hökumət  təşkilatlarından  olan  Azərbaycanlı  qadınlar  aparıcı 

beynəlxalq təşkilatlar tərəfindən keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edirlər. Ölkəni 

xaricdə  təmsil  etmək  üçün  yaradılmış  demək  olar  ki,  hər  bir  nümayəndə  heyətinin 

tərkibinə qadın üzvlər daxil edilir.  

 

Doqquz  nəfərdən  ibarət  olan  Konstitusiya  Məhkəməsinin  sədr  müavini  və  1  hakimi  və 



Ali  Məhkəmənin  Mülki  İşlər  üzrə  Məhkəmə  Kollegiyasının  sədri  qadındır. 

Məhkəmələrdə  hakimlərdən  42  nəfəri  qadındır,  onlardan  23  nəfəri  Bakı  şəhərinin 

məhkəmələrində çalışır.  

 

Avropa Şurasının Ədliyyə Səmərəliyi üzrə Avropa Komitəsinin (―CEPEJ‖)



21

 dərc etdiyi 

hesabata  görə,  Azərbaycan  məhkəmələrində  qadınların  sayı  üzrə  faiz  prosesdə  iştirak 

edən  39  dövlət  arasında  ən  aşağı  rəqəmdir.  Məhkəmə-hüquq  sisteminə,  habelə  dövlət 

qulluğuna  qəbul  müsabiqə  yolu  ilə  keçirilir.  Lakin  qadınların  bir  çoxu  hakim,  siyasi 

vəzifələr  kimi  yüksək  bacarıq  və  məsuliyyət  tələb  edən  vəzifələrdə  təmsil  olunmaqdan 

çəkinirlər.  

 

Təəssüf olsun ki. Qeyri-bərabərlik özünü vətəndaş cəmiyyətində də göstərir. Ölkədə 2750 



-yə yaxın qeyri hökumət təşkilatlarının 90-a yaxını qadın QHT təşkilatıdır.  

 

Gender  bərabərliyinə  nail  olmada  Kütləvi  İnformasiya  Vasitələrinin  (KİV)  rolu 



böyükdür. Aparılan  təhlil göstərir ki,  

-  ümumrespublika yayımlı telekanalların əməkdaşlarının təqribən 40-45 faizini; 

-  regional telekanalların əməkdaşlarının təqribən 25-30 faizini; 

-  ümumrespublika yayımlı qəzetlərin əməkdaşlarının təqribən 30-35 faizini; 

-  regional qəzetlərin əməkdaşlarının təqribən 20-25 faizini qadınlar təşkil edirlər. 

 

                                                 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin