3. AZƏRBAYCANDA QADINLARIN VƏZĠYYƏTĠ
XÜLASƏ
2012-ci yanvar ayının 1-i vəziyyətinə görə Azərbaycanın əhalisi 9235,1 min nəfərdir ki,
bunlardan 4583,5 min nəfəri kişi, 4651,6 min nəfəri isə qadındır
16
.
Azərbaycanın ictimai-siyasi həyatında qadınlar barəsindəki hər bir ayrı - seçkilik qanun
səviyyəsində qadağandır. Lakin bir sıra qanunlarda qadın xüsusiyyətini nəzərə alan
müddəalar vardır ki, bunlarda kişilərin hüquqları qadınlara nəzərən «pozulur». Bu müsbət
diskriminasiya adlanır: qadınların reproduktiv funksiyaları, fiziki imkanları, ailədəki
vəziyyətləri ilə əlaqədar onlara müəyyən güzəştlər nəzərdə tutulmuşdur. Məsələn,
Konstitusiyada məhdudiyyətin olmamasına baxmayaraq (Maddə 76), həkimlər istisna
olmaqla, qadınlar hərbi mükələfiyyətli deyillər.
Əmək Məcəlləsində
17
hamiləlik və uşağa süd verməni əsas götürərək, qadınları işə
götürməkdən imtina etmək (məcəllənin173-cü maddəsi), göstərilən səbəbələrə görə
qadınların əmək haqlarının azaldılması qadağandır (məcəllənin 180-cı maddəsi). Əmək
Məcəlləsinin 174 - cü maddəsinə görə qadınların ağır və ziyanlı işlərdə işləmələri
qadağandır. Hamiləlik və uşağa baxmaqdan ötrü qadınlara məzuniyyət verilir (məcəllənin
181-ci maddəsi). Əmək Məcəlləsində işçilərin işə qəbulu qabiliyyətlərindən, ixtisasdan
asılı olmayıb, ancaq cinsə və digər amillərə görə diskriminasiyası hüquq pozuntusu
sayılır. Qadınların əmək hüquqları bir çox norma və qaydalarla tənzimlənməlidir.
16
Azərbaycanda qadınlar və kişilər. Azərbaycan Respublikası Statistik Komitəsi, 2012.
17
Azərbaycan Respublikasının Əmək Məcəlləsi. 1999 –cu il.
19
Yuxarıda göstərilən güzəştlərə görə, bir çox müəssisələrdə qadınları işə götürməkdə
ehtiyat edirlər. Bir sıra hallarda qanunlara riayət edilmir və qadınlara güzəştlər verilmir,
onları ağır işə belə götürürlər.
Müvafiq dövlət mexanizmlərinin rolu dəqiq müəyyən edilmədiyindən, bu qadınları
ölkənin inkişafı və beynəlxalq aləmdə təmsilçilik prosesinə hərtərəfli cəlb etmək üçün
kompleks və ardıcıl strategiyanın hazırlanmasına mane olur. Sektorlar və idarələr
arasında koordinasiyanın olmamağı, qanun və qərarların həyata keçməsinin institusional
mexanizmlərinin zəif işləməsi, maliyyə mənbələrinin çatışmamazlığı, hələ də ailə və
qadın məsələləri sahəsində ciddi nailiyyətlər əldə etməyə imkan vermir. Hüquqi
bərabərlik kişi və qadın arasında real bərabərliyi hələ də təmin etmir.
Cəmiyyətdə gender rollarının dəyişməsinə baxmayaraq, resurslardan istifadə edilməsi,
sosial və mülkiyyət münasibətlərində, qərar qəbulu səviyyəsində kişi və qadınlar
arasındakı ənənəvi fərqlər qalmaqdadır. Gender stereotipləri və real rollar arasındakı
ziddiyyətlər kişi və qadınlar arasındakı sosial münasibətlərin dəyişməsinə mane olur.
Belə hal məcburi köçkün qadınların vəziyyətlərinə daha ağır təsir edir
18
.
CEDAW Komitəsinin CEDAW/C/AZE/Q/4/26.05.09 Add.1 tövsiyələrində qadınların
qərar qəbulunda saylarının artması mühüm bir amil kimi göstərilmişdir. Bu sahədə
vəziyyət aşağıdakı kimidir.
Mərkəzi Seçki Komissiyasının 16 üzvündən 4-ü, 125 Dairə Seçki Komissiyası sədrindən
3-ü qadındır. Dairə seçki Komissiyalarında qadınlar əsasən üzv səviyyəsində təmsil
olunurlar.
Milli Məclisdə qadınların ən az xüsusi çəkisi 1990-cı ildə 4,3% olmuşdur. Sonrakı illər
ərzində bu rəqəm demək olar ki, dəyişməyərək, 11% olmuş, 2010-cu il seçkilərində isə
16% -ə qalxmışdır. Parlament sədrinin üç müavinindən biri və komitələrdən birinin sədri
qadındır.
18
Brigitta Bode. Conflict Affected Communities in Azerbaijan, CARE International In the Caucasus, 2011
20
80 icra başçısının arasında qadın yoxdur, onlardan 36 – nın müavini qadındır
19
. Bu
qadınların lider potensialının ya aşağı səviyyədə olmasından və ya diskriminasiya
faktorundan irəli gəlir. Bunların hər ikisi qadınlar üçün problem olduğundan həll
olunmalıdır
20
2011-ci noyabrın 30-da keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvlərinin 26,5 %-ni
qadınlar təşkil edir. Hazırda 4137 bələdiyyə üzvü, 302 bələdiyyə sədri qadındır.
Azərbaycanda 20 nazırliyin heç birində nazir qadın yoxdur və yalnız 3 nazirlikdə qadın
müavin çalışır (İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Səhiyyə
Nazirliyi). Bir Dövlət Komitəsinin (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi) sədri, bir Dövlət Komissiyasının (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası)
sədri, 3 ali təhsil məktəbinin (İnşaat və Memarlıq Universiteti, M.V. Lomonosov adına
Moskva Dövlət Universitetinin Bakı filialı və Azərbaycan Müəllimlər İnstitutu) rektoru,
Naxçıvan Muxtar Respublikasının Baş Nazirinin müavini və Azərbaycan Respublikası
İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının
Ombudsmanı qadındır.
Səhiyyə, Təhsil və Əmək və Sosial Müdafiə Nazirliklərində uyğun olaraq qadın
əməkdaşların sayı 79,5%, 68% və 60,8% olduğu halda rəhbər vəzifələrdə qadınların sayı
uyğun olaraq 37% , 41,3% və 24,8% - dir. Dövlət Statistika Komitəsində və Qaçqınlar
və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işləyən qadınların sayı uyğun
olaraq 53,7% və 93,4% olduğu halda rəhbər vəzifələrdə uyğun olaraq 21,7% və 4%-dir.
Bu rəqəmlər, xüsusilə axırıncı rəqəm qadınların qərar qəbulinda zəif iştirak etmələrini
sübut edir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində 271 nəfər diplomat çalışır ki, onlardan
91-ni qadınlar təşkil edir. Xaricdə Azərbaycan Respublikasının 56 diplomatik
nümayəndəliyi (səfirliklər, konsulluqlar və daimi nümayəndəliklər) vardır. 55 səfirin
arasında qadın yoxdur, 5 daimi nümayəndiliyin birinin başçısı, 53 müşavirin 7-si
19
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin 2012-ci il məlumatı.
20
"Women in leadership roles" (Women Watch, Online discussion notes, 2007)
21
qadındır. Ümumiyyətlə, toxunulmazıq hüququ olan -səfirlik, nümayəndəlik və
konsulluqlarda 600 vətəndaşdan 20-si qadındır.
Lakin, qadınların beynəlxalq aləmdə fəaliyyəti bununla məhdudlaşmır. Dövlət, qeyri-
dövlət, o cümlədən qeyri-hökumət təşkilatlarından olan Azərbaycanlı qadınlar aparıcı
beynəlxalq təşkilatlar tərəfindən keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edirlər. Ölkəni
xaricdə təmsil etmək üçün yaradılmış demək olar ki, hər bir nümayəndə heyətinin
tərkibinə qadın üzvlər daxil edilir.
Doqquz nəfərdən ibarət olan Konstitusiya Məhkəməsinin sədr müavini və 1 hakimi və
Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının sədri qadındır.
Məhkəmələrdə hakimlərdən 42 nəfəri qadındır, onlardan 23 nəfəri Bakı şəhərinin
məhkəmələrində çalışır.
Avropa Şurasının Ədliyyə Səmərəliyi üzrə Avropa Komitəsinin (―CEPEJ‖)
21
dərc etdiyi
hesabata görə, Azərbaycan məhkəmələrində qadınların sayı üzrə faiz prosesdə iştirak
edən 39 dövlət arasında ən aşağı rəqəmdir. Məhkəmə-hüquq sisteminə, habelə dövlət
qulluğuna qəbul müsabiqə yolu ilə keçirilir. Lakin qadınların bir çoxu hakim, siyasi
vəzifələr kimi yüksək bacarıq və məsuliyyət tələb edən vəzifələrdə təmsil olunmaqdan
çəkinirlər.
Təəssüf olsun ki. Qeyri-bərabərlik özünü vətəndaş cəmiyyətində də göstərir. Ölkədə 2750
-yə yaxın qeyri hökumət təşkilatlarının 90-a yaxını qadın QHT təşkilatıdır.
Gender bərabərliyinə nail olmada Kütləvi İnformasiya Vasitələrinin (KİV) rolu
böyükdür. Aparılan təhlil göstərir ki,
- ümumrespublika yayımlı telekanalların əməkdaşlarının təqribən 40-45 faizini;
- regional telekanalların əməkdaşlarının təqribən 25-30 faizini;
- ümumrespublika yayımlı qəzetlərin əməkdaşlarının təqribən 30-35 faizini;
- regional qəzetlərin əməkdaşlarının təqribən 20-25 faizini qadınlar təşkil edirlər.
Dostları ilə paylaş: |