Bmt-nin Qadınlara qarşı ayri-seçkiliyin bütün növ


CEDAW/C/AZE/Q/4/26.05.09  Add.1



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix02.01.2022
ölçüsü0,85 Mb.
#2726
1   ...   9   10   11   12   13   14   15   16   ...   29
CEDAW/C/AZE/Q/4/26.05.09  Add.1    Komitəsinin  tövsiyələrində

14

 Ailə  məcəlləsində 



pozitiv dəyişikliklərin edilməsini və qadınlara qarşı zorakılığın aradan qaldırılmasına aid 

müvafiq tədbirlərin aparılmasını tövsiyə etmişdir.   

 

 ―Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında‖ Azərbaycan Respublikasının 2011-ci il 



15  noyabr  tarixli  Qanununa  əsasən  qadınlar  üçün  minimal  nikah  yaşı  kişilərlər 

bərabərləşdirilərək bir il artırılmış və 18 yaş müəyyən edilmişdir.  

 

                                                 



13

 

Gender Mainstreaming in Poverty Eradication and the Millennium Development Goals: A Handbook for Policy-



makers  and  Other  Stakeholders  (by  International  Development  Research  Centre  (IDRC)  and  the  Canadian 

International Development Agency (CIDA), 2003)  

 

14 Bax.9 



 

 



 

16 


―Məişət zorakılığının qarşısının alınması haqqında‖ Azərbaycan Respublikasının 2010-cu 

il  22  iyun  tarixli  Qanunu  qəbul  edilmişdir.  Bu  qanundan  irəli  gələrək  yeddi 

qanunvericilik  aktına  dəyişikliklər  edilmiş,  beş  yeni  normativ  hüquqi  akt  qəbul 

edilmişdir. 

 

―Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  dəyişiklik  edilməsi  haqqında‖ 



Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr Qanununa əsasən Cinayət məcəlləsinə 

qadını  nikaha  daxil  olmağa  məcbur  etməyi  qadağan  edən  və  buna  görə  sanksiyalar 

nəzərədə tutan 176-1-ci maddə daxil edilmişdir. Bu maddədə həmin əməlin nikah yaşına 

çatmayan şəxs barəsində törədilməsinə görə daha ağır cəza nəzərdə tutulur.   

 

Qanunvericiliyə  edilən  bu  dəyişikliklər  erkən  nikah  hallarının  qarşısının  alınmasında 



xüsusi əhəmiyyətə  malikdir. Araşdırmalar  göstərmişdir  ki,  əksər  hallarda  qızların  erkən 

yaşda ərə verilməsi onların valideynlərinin  razılığı ilə baş verir. 

 

Azərbaycan  Respublikası  Beynəlxalq  Əmək  Təşkilatının  (BƏT)  qadınların  və  ailələrin 



vəziyyətinin  yaxşılaşdırılması  haqqında  bir  sıra  Konvensiyalarını  ratifikasiya  etmişdir. 

2010-cu  il  11  may  tarixli,  1003-IIIQ  nömrəli  Qanuna  və  eyni  tarixli  1004-IIIQ  nömrəli 

Qanuna  əsasən  Azərbaycan  Respublikası  BƏT-nın  ―Kişi  və  qadın  işçiləri  üçün  bərabər 

münasibət  və  bərabər  imkanlar:  ailə  vəzifələri  olan  işçilər  haqqında‖  156  nömrəli  və 

―Analığın  mühafizəsi  haqqında  1952-ci  Konvensiyasına  yenidən  baxılması  haqqında‖ 

183 nömrəli Konvensiyalarına qoşulmuşdur.  

 

2015-ci  ilə  qədər  ifrat  yoxsulluğu  yarıbayarı  azaltmagı,  İİV/QİÇS-in  yayılmasını 



dayandırmağı və ümumi ibtidai təhsilin təmin edilməsi kimi hədəfləri əhatə edən səkkiz  

strateji  istiqamətdən  ibarət  olan  Minilliyin  İnkişaf  Məqsədi  bütün  dünya  ölkələri  və 

dünyanın aparıcı inkişaf təşkilatları arasında razılaşdırılmış fəaliyyət planını təşkil edir.  

 

Məqsədlərə aşağıdakılar daxildir: 



Məqsəd 1. İfrat yoxsulluğu və aclığı aradan qaldırmaq.  

Məqsəd 2. Ümumi ibtidai təhsilə nail olmaq.  

Məqsəd 3. Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək 

Məqsəd 4. Uşaq ölümü hallarını azaltmaq 

Məqsəd 5. Ana sağlamlığını yaxşılaşdırmaq 



 

17 


Məqsəd 6. HIV/AIDS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq 

Məqsəd 7. Ətraf mühitin davamlılığını təmin etmək 

Məqsəd 8. İnkişaf üçün qlobal tərəfdaşlığı inkişaf etdirmək. 

 

Bu istiqamətlərin hamısı qadınların problemlərini əhatə edir. 



 

Yuxarıda  göstərilmiş  milli  və  beynəlxalq  hüquqi  aktların  Azərbaycanda  daha  effektiv 

həyata  keçirilməsinin  təmin  olunması  məqsədilə  qadın  siyasi  məsələləri  üzrə  beşillik  iş 

planları da qəbul olunur.  

 

CEDAW Komitəsinin CEDAW/C/AZE/Q/4/26.05.09  Add.1  tövsiyələrində



15

  hökumət 

bütün  qollarında  Konvensiyanın  müddəalarının  yerinə  yetirilməsinə  nəzarətin 

artırılması  və  gender  amilinin  ümumi  siyasətə  daxil  edilməsinin  gücləndirilməsi 

vurğulanmışdır.    Gender  amilinin  ümumi  siyasətə  daxil  edilməsi  dövlətin  öz  strateji 

planlarının  və  proqramlarının  təkmilləşdirilməsi  baxımından  mühüm  əhəmiyyət  kəsb 

edir. Gender məsələləri üzrə məsul şəxslərin təyin edilməsi ilə bütün dövlət qurumlarının 

və  digər  təsisatların  gender  bərabərliyinin  təmin  edilməsi  ilə  bağlı  fəaliyyəti 

təkmilləşdirilmişdir. Hər bir dövlət qrumunda Gender Əlaqələndiricisi fəaliyyət göstərir. 

Nəticədə, gender problemləri bu strukturların siyasətlərinə və proqramlarına daxil edilir. 

Bu halda nazirliklər və digər dövlət təşkilatları gender problemləri ilə bağlı əldə olunmuş 

nailiyyətlərin monitorinqini asanlıqla aparmaq imkanı əldə edir. 

Bununla belə,  Gender məsələləri üzrə məsul şəxslərin  səlahiyyət dairəsinin daha dəqiq 

müəyyən  edilməsi,  bunun  ayırca  vəzifə  kimi  dövlət  qurmlarının  ştatında  təsbit 

olunmasına  ciddi  ehtiyac  var.  Çünki,  indiki  vəziyyətdə    Gender  məsələləri  üzrə  məsul 

şəxslər  bu  vəzifəni  paralel  olaraq  aparırlar  və  bu  da  səmərəlilik  məsələsinə  xələl  gətirə 

bilər.   

 

 



 

 

 



                                                 

15 Bax.9 

 

 



 

18 


 

 

 



 

 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin