Azərbaycan Respublikasının Konstitusiyası yaşından, ailə vəziyyətindən, faktiki ailə
qadın cinsinə aid olan hər bir şəxsin maraqlarını və hüquqlarını müdafiə edir və bununla
1998-ci ilin 14 yanvar tarixində ―Qadınların rolunun artırılması haqqında Fərman‖ və
―Qadın problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman‖, 2000-ci il
mart ayının 6-da ―Qadın siyasətinin həyata keçirilməsi haqqında Fərman‖ qəbul
2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti ―Azərbaycan
14
qəbul etmişdir. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası
11
əsasında
hazırlanmışdır.
Konvensiyanın və Pekin Platformasının müddəalarına əsaslan plan 12 strateji sahə üzrə
gender məsələlərinə dair müxtəlif iş prinsiplərini nəzərdə tutmuşdur: iqtisadiyyat, təhsil,
sağlamlıq, qadınlara qarşı zorakılıq, hərbi münaqişələr zamanı qadınların problemləri,
qaçqın və məcburi köçkün düşmüş qadınların problemləri, insan hüquqları, KİV, ətraf
mühit, yeniyetmə qızların problemləri, qərarların qəbul edilmə prosesində qadınların
iştirakı, beynəlxalq qadın təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi. Milli
qanunvericiliyin gender ekspertizası və statistik göstəricilərdə gender seqreqasiyasının
təhlili aparılmış, ailə daxilində qadın zorakılığı, eləcə də beynəlxalq insan alveri
sahəsindəki problemlərə hüquq-mühafizə orqanlarının diqqətinin artırılmasına yönəlmiş
tədbirlər keçirilmişdir
12
.
Milli Fəaliyyət Planının müddəalarını həyata keçirmək üçün qurumlararası qrup
yaradılmışdır. Milli Fəaliyyət Planının həyata keçirilməsində həm dövlət strukturlarının,
həm də QHT-lərin iştirakı nəzərdə tutulmuşdur.
Azərbaycan hökuməti genderin təşviqi sahəsində BMT, Avropa Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatı/ Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu
(ATƏT/DTİHB), Avropa Şurası (AŞ) kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Hal-hazırda, Bakıda və Azərbaycanın digər bölgələrində qadınların siyasətə cəlb
olunmaları və qərar qəbul etmə proseslərində iştirakı sahəsində müxtəlif layihələr həyata
keçirilməkdədir.
Azərbaycan Respublikasının ―Gender (kişi və qadınların) bərabərliyinin təminatları
haqqında‖ qanunu 10 oktyabr 2006-cı ildə qəbul edilmişdir. Bu Qanun cinsi
mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara
ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar
11
Review of the implementation of the Beijing Platform for Action and the outcome documents of the special
session of the General Assembly entitled ―Women 2000: gender equality, development and peace for the twenty-
first century‖ (Report of the Secretary-General, Commission on the Status of Women, 2005 (E/CN.6/2005/2))
12
Qadınlara Qarşı Bütün Növ Ayrı-Seçkiliyin Aradan Qaldırılması Konvensiyasının 18-ci bəndinə uyğun olaraq,
ikinci və üçüncü məlumtlar vaxtaşırı olaraq Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən məruzə edilir.
(http://www.gender-az.org/Files/N0527214.pdf)
15
yaratmaqla gender bərabərliyinin təmin edilməsini, seksual qısnamaya yol verilməməsini,
gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və
qanunda nəzərdə tutulan digər normaları tənzimləyir.
Milli Fəaliyyət Planı və Yoxsulluğun Azaldılması üzrə Dövlət Proqramı ilə əlaqədar
2007-2011-ci illəri əhatə edən İş Planı gender sahəsində qadınların-kişilərin hüquqi və
iqtisadi qeyri-bərabərliyinin ləğvi, qadınların sosial müdafiəsi, qadınlara qarşı zorakılıqla
mübarizə və gender maarifçiliyinə yönəldilmiş dünya təcrübəsinə və müxtəlif sənədlərə
əsaslanan səylər
13
nəzərdə tutmuşdur. Təəssüf ki, bundan sonra gender məsələləri ilə
bağlı heç bir dövlət proqramı qəbul edilməmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 3043 saylı
Sərəncamı ilə «2008—2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf Dövlət Proqramı» təsdiq edilmişdir. Proqramın 3.3-cü
―Məqsədlərin, hədəflərin və göstəricilərin icmalı‖ hissəsində əsas hədəflərdən biri 2015-
ci ilin sonunadək qərarların qəbul edilməsi prosesində qadınların iştirak səviyyəsinin
yüksəldilməsini təmin etmək nəzərdə tutulmuşdur. Hədəf əsasən mərkəzi icra
strukturlarının rəhbərləri arasında, parlament üzvləri, bələdiyyə üzvləri, hakimlər
arasında qadınların iştirak səviyyəsinin artırılmasına yönəlib.
Dostları ilə paylaş: