1.4. Tədqiqatın metodları.
Tədqiqat Azərbaycan Respublikasının hüquq normaları çərçivəsində milli və dünya
təcrübəsinə əsaslanaraq kəmiyyət və keyfiyyət ölçülərinə əsasən aparılmışdır. Keyfiyyət
və kəmiyyət ölçüləri ―Qadınların inkişafı naminə ictimai maraqların qorunması‖ layihəsi
çərçivəsində Masallı, Neftçala, Novxanıda aparılan sorğulara və dinləmələrə əsaslanıb.
Dinləmələrdə yerli İcra Hakimiyyəti rəsmiləri, Azərbaycan Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, rayon prokurorluğu və məhkəməsinin
əməkdaşları, rayon Məşğulluq Mərkəzinin rəhbərliyi, xanım bələdiyyə üzvləri, məktəb
direktorları, müxtəlif dövlət orqanlarında vəzifə tutan qadınlar, həkimlər, sakinlər, yerli
QHT və KİV nümayəndələri iştirak ediblər.
Bundan başqa, milli QHT –in tədqiqatları, müvafiq nazirliklərin hesabatları, Dövlət
Statistika Komitəsinin məlumatları tədqiqatın əsas mənbələri olmuşdur.
Dostları ilə paylaş: |