Təhsillə bağlı əsas problemlər aĢağıdakılarla əlaqədardır :
• Qızların orta təhsildən yayınma riskləri;
• Peşə və ali məktəblərdə qender seqreqasiyası;
• Dərsliklərdə qender qeyri-bərabərliyi.
Azərbaycanda bir sistemdən digər sistemə keçid siyasi - sosial sahələrdəki dəyişikliklər
patriarxal ideologiyanın güclənməsinə səbəb olmuşdur. Bu isə öz növbəsində qızların
məktəbdən yayınmasında, erkən yaşda nikahlarda, qadınların sosial statusunun aşağı
düşməsində özünü büruzə vermişdir.
Azərbaycanda təhsil beynəlxalq təcrübəyə əsaaslanaraq müasir təhsil standartlarına
uyğun strategiya üzrə aparılır. Strategiyada təhsilin bütün pillələri: məktəbəqədər təhsil,
orta, ali təhsil, diplomdan sonrakı təhsil, distant təhsil əks olunmuşdur. Bu sahədə
müəyyən irıliyişlər vardır: yeni məktəb binaları tikilmiş və ya əsaslı təmir edilmişdir,
universitetlər əsaslı təmir edilmişdir, maddi-texniki baza gücləndirilmişdir, yeni
kurikulumlar və interaktiv təlim metodları tətbiq edilir. Müxtəlif proqramlar çərçivəsində
istər orta məktəb şagirdləri, istərsə universitet tələbələrinin xaricdə hətta dövlət hesabına
təhsil almaq imkanları həyata keçirilir.
30
Təhsil sahəsində müəyyən islahatların aparılmasına baxmayaraq dinləmələrdəki
müzakirələr göstərdi ki, təhsillə əlaqədar çoxlu sayda problemlər qalmaqdadır. Təhsilin
keyfiyyəti və dərsə davamiyyət aşağı düşmüşdür. Məktəblərdə şagirdlərin asudə vaxtını
səmərəli keçirmək üçün heç bir tədbirlər aparılmır. İxtisaslı müəllimlərin çatışmaması
səbəbindən ucqar kənd məktəblərində müəllimlər bəzən öz ixtisaslarına uyğun olmayan
fənnləri aparırlar. Dərslik və programların keyfiyyətinin aşağı səviyyədə, pedaqoji
universitetlərə tələbələrin aşağı balla qəbul edilməsi gələcək müəllimlərin peşəkarlıq
səviyyəsinin aşağı səviyyədə olmasına gətirir.
Yuxarı sinif şagirdləri arasında davamiyyət göstəriciləri xeyli aşağıdır. Bu problemi
yaradan səbəblər arasında sagirdlərin müntəzəm olaraq repetitorlarla məşğul olmalarını,
iqtisadi cəhətdən ağır durumlu ailələrdən olan şagirdlərin dərsliklərə, məktəb ləvazimatı
və geyimə olan ehtiyacını, qızların erkən yaşlarından məktəbdən yayınaraq nikaha
qoşulmalarını və təhsilə olan ehtinasızlığı göstərmək olar.
Azərbaycanda erkən nikah halları qızların təhsil almalarına da təsir göstərir. Azərbaycan
erkən nikahların mövcud olduğu ölkə sayılır. Amma statistik göstəricilərin dəqiq
olmaması erkən nikahların yayılmasının miqyaslarına və nəticələrinə qiymət verilməsini
çətinləşdirir. Erkən nikahların statistik göstəriciləri bu nıkahdan doğulan uşaqların
qeydiyyatı, boşanmaların qeydiyyatı zamanı və digər problemlər üzə çıxdıqda ancaq
məlum olur.
Statistik göstəricilərə görə
24
1999-2011-cu illərdə Azərbaycan Respublikası üzrə nikaha
daxil olan erkən yaşlı qızlar bu illər ərzində nikaha daxil olan qadınların ümumi sayına
nisbətən ən çox 1999-cu ildə (7,1%) olmuşdur. 2003- cü ildə isə ən az (4,6%). 2007- ci
ildən isə bu göstəricilər artmaqdadır. Hazırda nikaha daxil olan qadınların ümumi sayına
nisbətən 18 yaşadək olan qızlar 6,17 % təşkil edir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, BMT- nin Əhali Fondunun
(UNFPA) Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Ailə, Qadın və
Uşaq problemləri üzrə Dövlət Komitəsinin maddi və texniki dəstəyi ilə birgə 2010-cu
24
A. Veysəlova. Erkən Nikahlar. Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin Araşdırmaları.
31
ildə ölkənin regionlarının şəhər və kənd yerlərində ―Qızların erkən nikaha daxil olması
və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair‖ statistik tədqiqata əsasən
18 yaşadək erkən nikaha daxil olan qadınların 38,9 %-i şəhər, 61,1%-i isə kənd
yerlərində qeydə alınmışdır.
Erkən nikaha daxil olan qadınların 37,4%-i öz istəyi ilə, 25,9%-i valideynlərinin təzyiqi
altında, 10,7%-i ailədə maddi vəziyyətin çətin olduğuna görə, 7,9%-i nişanlısının maddi
cəhətdən varlı olmasına görə, 6,4%-i qaçırıldığına və 1,6 %-i hamilə olduğuna görə erkən
nikaha daxil olmuşdur. 16 yaşda öz istəyi ilə, 15 yaşda hamilə olduğuna görə erkən
nikaha daxil olma hallarının xüsusi çəkisi daha yüksək olmuşdur. Qaçırılma halları 15 və
17 yaşlar arasında daha çox baş vermişdir. Erkən nikaha daxil olan qadınların atalarının
əksəriyyəti kənd təsərrüfatı işçisi - 31,9%, fəhlə - 17,0%, nəqliyyat işçisi - 9,6%,
analarının - evdar qadın - 53,7 %, kənd təsərrrüfatı işçisi -17,9%, ərləri isə - kənd
təsərrüfatı 21,1%, ticarət 14,1% nəqliyyat 9,9% və tikinti- 7,2%, fəhlə -13,1%, fermer
7,3 % və işsiz – 7,0% olmuşdur. Buradan da görünür ki, həm erkən nikah halları, həm də
erkən yaşda uşaq dünyaya gətirən qadınların çoxu kənd yerlərində (Bakı kəndləri də daxil
olmaqla) yaşayanlardır.
Erkən nikahdan yaranan fəsad yalnız qadının özünə deyil bütün cəmiyyətə mənfi təsir
göstərir. Qadının təhsildən geri qalması, karyerasının olmaması, sağlamlığını cavan
yaşında itirməsi, dünyaya gətirəcəyi uşağın həyatının təhlükədə olması deməkdir. Bu,
nəinki fərd olaraq bir nəfərə, bütünlükdə cəmiyyətin gələcək inkişafına mənfi təsir eləyən
ağrılı amildir. Çünki təhsilini yarımçıq buraxıb, məcburi təhsil pilləsini belə keçmədən
erkən nikaha daxil olan qızlar ailə başçısı kimi öz funksiyalarını yerinə yetirməyə hazır
olmurlar. Müasir dövrdə təhsili olmayan qadın övladının təhsili ilə məşğul ola
bilmədiyindən, onu cəmiyyət üçün normal vətəndaş kimi hazırlaya bilmədiyindən
problem yaradır.
32
Ali təhsil alan qızların bəziləri ərə getdikdən sonra işləmərinə mane olan amil, onların
həyat yoldaşlarının işə getməyə icazə verməmələridir. ― Ər evində qızların ‖ hüquqları
valideynlərinin evindən daha çox pozulur, onlar asılı vəziyyətdə olurlar
25
.
Orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin əksəriyyəti qadınlardır. Lakin
məktəblinin tərbiyyəsində həm qadın, həm də kişi iştirak etməlidir. Məktəblilər uşaq və
gənc yaşlarından kişi və qadının eyni bir vəzifəni yerinə yetirmə qabiliyyətlərinə malik
olduqlarını anlamalıdırlar.
Dinləmələrin iştirakçıları bu problemləri müzakirə etdikdən sonra bir sıra təkliflər irəli
sürdülər:
-
oğlanların pedoqoji təhsilə həvəsinin artırılması məqsədi ilə tədbirlər görülməli;
-
dövlətin qəbul etdiyi qanunların yerlərdə yerinə yetirilməsinə nəzarəti
gücləndirməli;
-
təhsildə rüşvətxorluğ aradan qaldırılmalı;
-
əyalətlərdə kadr potensialının tənzimlənməsi məqsədilə təyinatla göndərişi bərpa
etməli ;
-
məktəb direktorlarının təyini seçkili və alternativ şəkildə aparılmalı;
-
əyalətlərdə dərs demək üçün maraq artırılmalı (müəyyən güzəştlərlə);
-
dərsliklərdəki proqramlar yenidən işlənməli;
-
dərsliklərə genderlə bağlı mövzular salınmalı;
-
şagirdlərin dərslərdən yayınmasının qarşısı alınmalı;
-
məktəb düşərgələri yaradılmalı;
-
məktəbdə dərnəklərin işini bərpa etməli;
-
yaradıcılıq mərkəzlərinin işləri gücləndirməli;
-
erkən nikahların təhlükəsi barədə məlumatlar yayınmalı;
-
valdeynlərin məktəblə əlaqəsi güclənməli.
25
Anna Matveeva. Baseline Survey. CARE international in the Caucasus, ‘Strengthening Women‘s Capacity for
Peace Building in the South Caucasus Region‘ project, 2010 – 2012
33
Göründüyü kimi iştirakçıların irəli sürdükləri problemlər olduqca çoxdur. Lakin istənilən
sahədə nailiyyətin əldə edilməsində təhsilin aparıcı rol oynadığını nəzərə alsaq qaldırılan
problemlərin həlli ən vacib işdir.
Fəlsəfə doktorlarının cins üzrə bölgüsünə görə 1991-ci ildə kişilərin sayı 6566,
qadınların sayı isə 2339 olduğu halda, sonrakı illər ərzində kişilərin sayı azalaraq 2012-ci
ildə 5071, qadınların sayı isə bu illər ərzində müntəzəm artaraq 2012 –ci ildə 3443
olmuşdur
26
. Bu fəlsəfə doktoru elmi dərəcəsini alan insanların elm və ali təhsil
ocaqlarında işləyib o qədər də yüksək məvacib ala bilməmələri ilə əlaqədardır. Kişiləri
daha çox yüksək məvacib maraqlandırdığı halda, qadınlar iş müddəti məhdud çərçivədə
olan ali məktəb və elm ocaqlarında işləməyə maraqlı olurlar. Lakin buna baxmayaraq,
CEDAW Komitəsinin CEDAW/C/AZE/Q/4/26.05.09 Add.1 tövsiyələrinin bu sahədə
müəyyən qədər ölkədə həyata keçməsi nəzərə çarpır.
Yuxarıda qeyd olunan rəqəmlərə baxmayaraq ali təhsil məktəblərində professor-müəllim
heyyətinin tərkibində cins bərabərliyinin pozulduğu aşağıdakı rəqəmlərdən aydın olur:
qadın prorektor/filial direktorları -14,3%, fakultə dekanı-34,8%, kafedra müdiri-24,%.
Peşə və ali məktəblərdə cins bölgüsünə baxsaq burada da qender seqreqasiyası
oldugunu görərik. Bunu aşağıdakı diaqram 5 aşkar göstərir
27
. Orta ümumtəhsil
məktəblərində qadın müəllimlərin sayı kişilərə nəzərən olduqca çox olduğu halda ali
məktəblərdə bu əksinədir. Buna səbəb orta məktəblərdə əmək haqqının ali məktəblərə
nəzərən kiçik olmasıdır.
Təhsilin qarşısında duran mühüm məsələlərdən biri məktəblərdə gender idrakının
formalaşdırılmasıdır. Gender yanaşmasının nə olduğunu nəinki məktəblilər, hətta
müəllimlərin çoxu da bilmir. Orta məktəb programında qız və oğlanların gender
həssaslığına yönəlmiş fənn yoxdur. Bir sıra ali məktəblərdə gender fənni tədris olunur.
Ancaq bunun artıq formalaşmış şüura nə dərəcədə təsir etməsi bir qədər çətin olur.
26
Azərbaycanda qadınlar və kişilər.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2012.
27
Bax. 22
Dostları ilə paylaş: |