5. KONVENSĠYANIN 12-ci MADDƏSĠ: SƏHĠYYƏ
SAHƏSĠNDƏ QADINLARA QARġI AYRI-SEÇKĠLĠYĠN
ARADAN QALDIRILMASI
Konvensiyanın 11-ci maddəsi səhəyyə sahəsində qadınlara qarşı ayrı-seçkiliyin aradan
qaldırılmasını və bunun üçün dövlətin qarşısına müvafiq tədbirlərin aparılmasını qoyur.
CEDAW
Komitəsinin
CEDAW/C/AZE/Q/4/26.05.09
Add.1
tövsiyələrində
Azərbaycanda qadınların, xüsusilə kənd qadınlarının reproduktiv sağlamlığı, ailə
planlaşdırılması ilə bağlı problemlərin olması, ana ölümünün yüksək səviyyəsi qeyd
olunmuşdur.
Konvensiyaya görə yoxsul, savadsız, eləcə də azadlıqdan məhrum edilmiş qadınların
tibbi xidmətlərdən rahatlıqla istifadə edə bilmələri üçün müvafiq addımlar atılmalıdır.
Konvensiyaya qoşulan dövlətlər lazım olarsa qadınları hamiləlik və ondan sonrakı dövrdə
pulsuz xidmətlər, və müvafiq qida məhsulları ilə təmin etməlidirlər.
Konvensiyada qadınların mülki hüquqları ilə yanaşı, onlar üçün ən mühüm narahatçılıq
doğuran reproduktiv hüquqlarına da böyük diqqət yetirilir. Konvensiyanın preambulasında
bu məsələyə münasibət bildirilərək qeyd edilir ki, "qadınların nəsil artırılmasındakı rolu
ayrı-seçkiliyə səbəb olmamalıdır". Qadınların reproduktiv rolu Konvensiyanın 5-ci
maddəsində "analığın sosial funksiya kimi düzgün başa düşülməsi" təşviq olunur və uşağın
böyüdülməsi ilə əlaqədar məsuliyyətlərin hər iki cinsin nümayəndələri – ata və ananın
arasında tam paylaşdırılması tələbi qoyulur. Buna müvafıq olaraq, analığın qorunması və
uşağa qayğı ilə əlaqədar təminatların əsas hüquqlar hesab edilməsi bəyan edilir.
Konvensiya dövlətdən qadın və kişilərin bərabər səhiyyə xidmətindən istifadə etmələrini,
ailə planlaşdırılmasını, qadınlara hamiləlik və doğuşdan sonrakı dövrlərdə patronaj
qulluğunun təmin olunmasını tələb edir.
36
Bu müddəalar Konvensiyanın toxunduğu bütün sahələrə, o cümlədən işə götürülmə, ailə
hüququ, səhiyyə və ya təhsil sahələrinə də daxil edilir. Dövlət vətəndaşların həm öz ailə
öhdəliklərini yerinə yetirə, həm də işləyə və ictimai həyatda iştirak edə bilmələri üçün sosial
xidmətlər, xüsusilə uşaqlara qayğı kimi xidmətləri təmin etməlidir. Maddə 4-də analığın
qorunması üçün xüsusi tədbirlərin aparılması tövsiyə edilir və bu tədbirlər "ayrı-seçkilik
hesab edilmir". Eyni zamanda, Konvensiya qadınların reproduktiv sahədə seçim etmək
hüququnu təsdiq edir. Qeyd etmək lazımdır ki, Konvensiya ailə planlaşdırması məsələsinə
toxunan insan hüquqlarına dair yeganə beynəlxalq sənəddir.
Konvensiyanı qəbul edən dövlətlər təhsil prosesinə ailə planlaşdırması ilə əlaqədar
məsləhətlər daxil etməli (Madda 1) və qadınların "uşaqların sayı və onların doğulmaları
arasındakı müddətlərlə bağlı məsələni sərbəst və məsuliyyətlə həll etmək və onlara bu
hüququ həyata keçirməyə imkan verən məlumata, təlim və vasitələri əldə edə bilmək"
hüquqlarına təminat verən ailə məcəllələri hazırlanmalıdır (Maddə 16, e).
Bütün dünyada olduğu kimi, Azərbaycanda da əsas məsələlərdən biri əhaliyə müasir
səviyyədə tibbi qulluğun göstərilməsidir. Təsadüfü deyildir ki, BMT-nin Minilliyin
İnkişaf Məqsədlərində əsas piroritet kimi uşaq ölümünün azaldılması, ana sağlamlığının
qorunması, malyariya, QİÇS və s. xəstəliklərlə mübarizə müəyyən edilmişdir.
Əhalinin sağlamlıq durumu Azərbaycan üçün də aktual olduğundan, axır illər bir sıra
fərmanlar və göstərişlər verilmişdir. 1997 - ci ildə «Əhalinin sağlamlığının qorunması»,
2003-ildə «Körpələrin qidalanması» istiqamətində məqsədli proqramlar hazırlanmışdır.
5 Sentyabr 2006-cı ildə Nazirlər Kabinetinin 211 № li qərarı ilə "Ana və uşaqların
sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı" təsdiq edildi. Bu proqramda Ailə
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aşağıdakı təklifləri öz əksini
tapmışdır:
Azərbaycan Respublikasının şəhər və rayonlarında ana və uşaq sağlamlığının
qorunması xidmətinin fəaliyyəti üzrə monitorinqin keçirilməsi və nəticələrin təhlili;
37
Reproduktiv sağlamlıq, ana və uşaqların mühafizəsi sahəsində qanunvericilik
aktlarının Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğunlaşdırılması
məqsədilə təkliflərin hazırlanması;
Mamalıq patologiyasında yeni müalicə və diaqnostika üsullarının tətbiq olunması
üçün beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə elmi-praktik konfrans və
seminarın keçirilməsi;
Əhali arasında sanitar-maarifçilik işinin genişləndirilməsi, reproduktiv sağlamlıq
və ailə planlaşdırılması mövzusunda radio və televiziyada xüsusi verlişlərin təşkili.
Ölkədə aparılan işlərə baxmayaraq, səhiyyə sahəsində bir sıra ciddi problemlər
qalmaqdadır. Fokus qruplarda aparılan müzakirələr aşağıdakı daha aktual istiqamətləri
və bunlarla bağlı problemləri müəyyən etdi. Bu problemlər qadınların nəinki
səhhətlərinin durumu ilə bağlıdır, bunlar eyni zamanda qadınların cəmiyyətin bərabər
hüquqlu vətəndaşı kimi fəaliyyət göstərməsinə mane olur:
1. 10 %-dən artıq qadın işləyən müəssisələrdə sanitar-gigiyena otaqları ayoxdur.
2. Bir çox rayon mərkəzlərində təcili yardım maşınlarının yararsız və az olması
nəticəsində kəndlərdən hamilə qadınları doğuş üçün mərkəzə çatdırmaq mümkün deyildir
ki, bu da çox vaxt ölümlə nəticələnir.
3. Uşaq və reproduktiv sağlamlıq sahəsində hamilə qadınlar üçün əlverişli məişət şəraiti
yaradılmalı, onları ailədə və iş yerində ağır fiziki işdən azad etmək, südəmər uşaqların
qidası və patronaj qulluğun keyfiyyətini qaldırmaq sahəsində proqramlar hazırlanmalıdır.
4. Arzu edilməz hamiləliyin qarşısını almaqdan ötrü kontraseptlərdən istifadə etməyi
nəinki qadınlar arasında, kişilər arasında da təbliğ etmək lazımdır.
5. Yaşlı və qoca qadınların səhhətinə diqqəti artırmaq, onların vaxtaşırı tibbi müayiəndən
keçmələri üçün nəzarət gücləndirməlidir.
6. Fiziki və əqli cəhətdən zəif uşaqlar üçün ixtisaslaşdırılmış diaqnostik mərkəzlərin
yaradılması, onların inkişafına təsir göstərən mərkəzlərin, uşaq bağçalarının açılması
həm anaların mənəvi sıxıntılarının azalmasına və həm də işləmələri üçün şərait yarada
bilər.
7. İçməli sular müntəzəm olaraq yoxlanılmalı, onlarda yod, sink və dəmirin normaya
uyğun olduğu müəyyən edilməli, normaya uyğun olmadıqda yerli əhali uyğun dərman
preparatları ilə təmin edilməlidir.
38
8. Genetik xəstəliklərin qarşısını almaqdan ötrü qohumlar arasında bağlanılan nikahların
fəsadları haqqında əhali, xüsüsilə gənclər arasında izahedici işləri vaxtında aparmaq, bu
sahədə kütləvi informasiya vasitələrindən istifadə etmək lazımdır.
9. Qızların vaxtından əvvəl ərə verilməsinin qarşısını almaqdan ötrü, belə nikahların həm
ana və həm də dünyaya gələcək uşaqların səhhəti üçün təhlükəli olduğunu ictimaiyyətə
çatdırılma kampaniyasını aparmaq, bu işdə iştirak edən yaşlı insanlar üçün cəza tədbirləri
görmək lazımdır.
Qadınların reproduktiv sağlamlıqlarına təsir edən mənfi amillərdən biri də abortlardır.
Azərbaycan qanunvericiliyi abortları qadağan etmir. Abortlar qanuni sayılır və onların 6
həftəlik müddətə qədər ambulator şəraitində, 6 həftədən 12 həftəyədək müddətdə isə
yalnız stasionrada aparılmasına icazə verilir.
Müasir dövrdə dunyada abortların səbəbləri aşagıdakı kimi müəyyənləşdirilmişdir:
Dostları ilə paylaş: |