və maliyyə hesabatı və s. üzrə maarifləndirici proqramlar hazırlanmalı;
Qadın sahibkarlara lizinq xidmətindən (binaların kirayəsində, avadanlıq və texniki
50
Qadınların problemlərini ayrı-ayrılıqda həll etmək mümkün deyil. Bunu gender qeyri-
bərabərsizliyi problemləri ilə əlaqəli araşdırmaq lazımdır. Qadınların siyasi həyatda
iştiraklarına onların təhsil, səhiyyə və iqtisadi problemləri təsir göstərir. Digər tərəfdən
bu problemlərin həlli üçün qadınlar qərar qəbulunda iştirak etməlidirlər.
Qadınların hər bir sahədə iştirak etmələri üçün ən effektiv vəkillik qadınların özləri
tərəfindən aparılmalıdır. Vəkilliyin effektivliyi üçün təhlükəsizlik təmin olunmalı,
qadınların güclərini maksimum fəallaşdırmaq üçün kifayət qədər resurslar olmalı və qərar
qəbul edənlərə çıxış üçün siyasi meydan lazımdır. Qadınlar resurslara və onlar üzərində
nəzarətə, o cümlədən torpaqdan, kreditlərdən, ev təsərrüfatının gəlirlərindən
istifadəyə az imkanları vardır.
Dövlət bərabərlik və cəmiyyətin həyatında hər bir fərdin tam iştirak imkanlarını həyata
keçirməsi üçün bütün qüvvələri səfərbər etməlidir. Səfərbərlikdə qeyri-hökumət
təşkilatlarının rolu böyükdür. Gender bərabərliyinə münasibəti dəyişmək və bərabərlik
üçün cəmiyyətdə maarifləndirilmə işləri aparılmalıdır. Qadınlar və kişilər siyasi-ictimai
həyatda bərabər təmsil olunmalı olduqlarını başa düşməlidirlər. Gender bərabərliyi
müntəzəm olaraq kütləvi informasiya vasitələrilərində işıqlandırılmalıdır. Qanunvericilik
səviyyəsində gender ekspertizasının aparılması vacibdir. Belə ekspertiza qadınlar və
kişilər üçün bərabər imkanlar üzrə siyasətin formalaşmasına yardım edə bilər.
Gender meynstreminqi – bu yaxınlaşma elə siyasətin aparılma prosesidir ki,
perspektivdə gender bərabərliyi qərar qəbul edən şəxslər tərəfindən bütün səviyyədə
strategiyalara və proqramlara daxil edilməlidir. Layihə çərçivəsində keçirilən ictimai
dinləmələr, yerli icra hakimiyyətləri, yerli özünüidarətmə orqanları və mərkəzi icra
hakimiyyətinin yerli strukturlarında çalışan vəzifəli şəxslərin BMT-nin ―Qadınlara qarşı
ayrı-seçkiliyin bütün formalarınnın ləğv edilməsi barədə Konvensiyası‖, ümumlikdə
gender siyasəti ilə bağlı səthi təsəvvürlərin olduğunu göstərdi.
Bu vəziyyətin dəyişməsi və yerli icra strukturlarının və yerli özünüidarətmə orqanlarının
dövlətin gender siyasətini, bu siyasətin həyata keçirilməsi ilə bağlı qarşıda duran
vəzifələri və məsuliyyəti başa düşmələri və anlamaları üçün maarifləndirmə və
51
məlumatlandırma tədbirlərinin miqyası genişlənməlidir. Bu cür maarifləndirmə
kampaniyalarının aparılması və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təşkili və
həyata keçirilməsi üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin maddi
və institusinal imkanları genişləndirilməlidir. Hazırkı imkanlar daha geniş miqyasda
fəaliyyət üçün yetərli deyil. Bu istiqamətdə hökumət səviyyəsində müvafiq qərarların
qəbuluna ehtiyac var.
Qadınların, ümumiyyətlə, hər bir şəxsin potensial imkanlarının üzə çıxarılmasında və
onların reallaşmasında qeyri hökumət təşkilatlarının rolu danılmazdır. Qeyri-hökumət
təşkilatları, xüsusilə qadın təşkilatları cəmiyyətdə həmişə dəyişikliyə gətirən qüvvə
olmuşdur. Qeyri-hökumət təşkilatları dövlət orqanları, cəmiyyətin bütün strukturları ilə
tərəfmüqabilliyə və əməkdaşlığa əsaslanan münasibətlər qurmaqla gender qeyri-
bərabərliyi istiqamətində problemlərin həllinə öz töhfələrini verməlidir.
Gender bərabərliyi cəmiyyətin müxtəlif sahələri tərəfindən qəbul edilməli və
dəstəklənməlidir. Digər iştirakçıların gender siyasətindən kənarda qaldığı təqdirdə
hakimiyyət və qadın QHT-lər tərəfində aparılan işlər heç bir nəticə verməz. Yalnız bütün
strukturların birgə fəaliyyəti nəticəsində gender bərabərliyini həyata keçirmək
mümkündür. Gender bərabərliyinin həyata keçməsində özəl sektorun, siyasi partiyaların,
sahibkarlıq təşkilatlarının, araşdırma mərkəzlərinin, akademik strukturların və beynəlxalq
təşkilatların fəal iştiraklarının böyük rolları vardır
Bir çox dünya ölkələrində dövlət büdcəsinin formalaşdırılması zamanı gender
faktorunun nəzərə alınması zəruri şərtdir. Dövlət vəsiatlərindən kişi və qadınalrın
istifadəsi zamanaı bərabər imkanların təmin edilməsi gender bərabərliyinin əsas
komponentlərindən, göstəricilərindən biridir.
CEDAW Komitəsinin milli hesabata verdiyi tövsiyələrin təhlili Azərbaycan Hökuməti
tərəfindən
vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin, siyasi partiyaların, media
nümayəndələrinin, fəal vətəndaşların qadınların vəziyyəti ilə əlaqədar
problemlərin həllində iştiraklarının təmin edilməsini;
52
qadınların vəziyyətlərinin yaxşılaşması üçün effektiv milli mexanizmlərin işlənib
hazırlanmasını;
Yoxsulluğun Azalması və Dayanıqlı İnkişaf Dövlət Proqramına gender
bərabərliyinin salınmasını göstərir.
İşlək Milli mexanizm olmadıqda ölkədə Konvensiyanı tələblərini həyata keçirmək
mümkün deyildir.
Dostları ilə paylaş: