ĠZAHLI LÜĞƏT
Bərabərhüqulululq və qeyri-ayrıseçkilik: Bütün insanlar öz hüquqları baxımından
bərabərdirlər. Bütün insanlara insan haqları hər hansısa bir ayrı-seçkilik olmadan
verilmişdir. Bu o deməkdir ki, hər bir insan dərisinin rəngindən, cinsindən, dinindən,
dilindən, siyasi və ya başqa baxışlarından, milli və ya sosial mənsubiyyətindən asılı
olmayaraq insan hüquqlarından istifadə etmək hüququna malikdir.
Daxili məcburi köçkünlər (məcburi köçkünlər)- ölkə daxilində etnik, dini və başqa
dəlillərə əsasən təqib olunan, müharibədən, insan ləyaqətinə toxunan hadisələrlə üzləşən
və buna görə ölkə daxilində yaşayış yerlərini tərk edən insanlar.
Edvokasi – Ġctimai vəkillik - demokratiyanın alətlərindən istifadə edib ədalət və bərabər
hüquqlar üçün norma və qanunları hazırlayıb həyata keçirən təşkilatlanmış səylər və
vətəndaş aksiyaları.
ƏməkdaĢlıq - müəyyən bir quruluşa və aydın əlaqələrə malik olan və aralarında kiçik bir
dəyişmə zamanı bütün sistemə təsir edən çoxlu təşkilatların, təsisatların və şəxslərin
birgə fəaliyyətdir.
Ədalət hüququ kişilərə və qadınlara eyni münasibətə təminat verir.
Dostları ilə paylaş: |