Biotexnologiya - ərzaq istehsalı və ya ərzağın növünün
dəyişdirilməsi, bitkilərin və heyvanların cinsinin yaxşılaşdı-
rılması və ya da xüsusi məqsədlərlə mikroorqanizmlərin
yaradılması üçün canlı orqanizmlərdən və ya həyati
proseslərdən istifadə olunan istənilən texnika.
Biotəhlükəli tullantılar - qida tullantıları istisna olmaqla,
patoqen orqanizmlərin mənbəyi və ya daşıyıcısı ola bilən və
utilizasiyası vacib olan insan və heyvan mənşəli istənilən
maddə. Bu cür tullantılara toxuma və orqanlar, qan
elementləri, iltihablar, sarğı və ya bunabənzər materiallar
aiddir.