Strateji hücum silahları (SHS-1) haqqında Saziş - 1991-ci
il iyulun 31-də Moskvada imzalanmışdır. SSRİ/Rusiya və
ABŞ-ın strateji hücum potensiallarının iki dəfə azalmasına
gətirib çıxarmışdır. Strateji hücum silahlarının (SHS) azaldılması və məh- dudlaşdırılması ilə bağlı tədbirlər haqqında Müqavilə - 2011-ci il aprelin 8-də Praqada Rusiya və ABŞ arasında
imzalanmışdır. Müqavilə paritet əsasda bağlanıb. 2002-ci ildə
qəbul olunmuş Moskva müqaviləsindən fərqli olaraq, tərəflər
döyüş başlıqlarının sayını 3 dəfə azaltmaq barədə razılığa
gəliblər. Moskva müqaviləsində döyüş başlıqlarının sayı hər
ölkə üçün 1700-2000 ədəd müəyyənləşmişdi. Bundan əlavə,
müqaviləyə əsasən, Rusiya və ABŞ öz üzərlərinə strateji nüvə
başlığı daşıyıcılarının sayını iki dəfə azaltmaq barədə öhdəlik
götürmüşlər.