Potensial areal – növün həyatilik imkanlarına uyğun ekoloji
şəraiti olan ərazi.
Postindustrial cəmiyyət – iqtisadi həyatın davamlı surətdə
texnolojiləşməsi nəticəsində industrial sektorun özünün
aparıcı rolunu itirdiyi sosium.
Publisistika - ədəbiyyatın ictimai fikrə birbaşa təsir etmək
məqsədi ilə mühüm sosial məsələlərin müzakirəsinə həsr
olunmuş növü, bu növdə yazılan əsərlər (məqalələr, oçerklər,
pamfletlər, felyetonlar və s.).
Radiasiya - korpuskulyar (alfa-, beta-, qamma- şüaları,
neytron axını) və/və ya elektromaqnit enerjisinin axını. İki
göstərici üzrə ölçülür: şüalanma mənbəyində aktivliyinə və
udulan dozaya görə. Parçalanan maddənin atomlarının daha
sabit formaya keçdiyi vaxt vahidi ərzində mənbədə nüvə
çevrilmələrinin sayı bekkerel və küri ilə ölçülür. Qazda
91
müsbət və ya mənfi ionlar əmələ gətirən rentgen və və
qamma-şüalanmanı rentgen və kulonla ölçürlər.