Mərcan riflərinin dağılması – təbii proseslər və insan
fəaliyyəti nəticəsində (vulkanlar, tufanlar, zəlzələ, dəniz
orqanizmlərinin dağıdıcı təsiri, suyun lillənməsi, tullantıların
dənizə atılması, kimyəvi və pestisidlərlə çirklənmə, məsaməli
süxur və mərcanların, bəzi balıqyetişdirmə növlərinin
ovlanılması (toplanılması) baş verir.
Mutagenlər – (yunanca, doğuluram) DNK spermasına və ya
toxum hüceyrəsinə təsir edərək irsi dəyişikliklərə -
mutasiyaya, yəni genlərin strukturunda, xromosomların isə
strukturunda və kəmiyyətində dəyişikliklərə gətirib çıxaran
kimyəvi və fiziki amillər.
|