Maddi-cismani mühit – biziəhatə edənaləm. Maddələr və
əşyalar (cisim, şey) hadisələr barədə heç də insandan az
məlumat vermir, həm də onlar yanlış informasiya verə
bilmirlər. Sadəcə, vacib olan informasiyanı almaq üçün
“müşahidə” metodundan bacarıqla istifadə etmək lazımdır.
Maltus Tomas - XIX əsr irland alimi, demoqrafiya elminin
banisi. “Əhali qanunu haqqında təcrübə” kitabının müəllifi. Meşələşdirmə - xam və ya əkilib-becərilən torpaqların
meşələrə çevrilməsi (bax: meşələrin bərpa olunması).
Meşəsizləşdirmə - odun tədarükü, istehsalat məqsədi ilə
ağacların qırılması, yol çəkilməsi, mal-qaranın otarılması,
yataqların işlənib hazırlanması və yanğınlar nəticəsində
meşələrin itirilməsi. Torpağın eroziyasına, daşqınlara səbəb
olur və təbii məskunlaşma yerlərinin dağılmasına görə
heyvan və bitki növlərinin mövcud olmalarını təhlükə altında
qoyur.