MƏDƏNİYYƏTİN FAYDALI İŞ ƏMSALI VƏ ENTROPİYASI Müasir dövlət və cəmiyyətlərin mədəniyyət effektivliyi, eləcə də
inkişaf səviyyəsi haqqında fikir söyləməyə imkan verən əsas göstərici
rifahdır,
yəni, əhalinin zəruri ruhi və maddi nemətlərlə - insan
həyatım təmin edən predmet, xidmət və şəraitlə təmin olunmasıdır.
Rifah, müəyyən dövr ərzində yaradılmış nemət, xidmət və predmetlərin dəyərinin qiymətləndirilməsi ilə ölçülür.
Mədəniyyətin inkişaf səviyyəsi və effektivlik göstəricisi olan rifah
- əmək məhsuldarlığı, faydalı iş əmsalı və mədəniyyətin entropiya səviyyəsindən daha çox asılıdır.
Məhsul vahidi istehsalına sərf olunan zamanın miqdarı ilə ölçülən
əmək məhsuldarlığı, müəyyən səviyyədə,
intellektual mədəniyyətin
inkişaf səviyyəsi və elmi nailiyyətlərin texnoloji tətbiqindən asılıdır.
Enerjinin dəyişməsi baxımından (dövri prosesdə işə çevrilən),
texnoloji fəaliyyətin effektivlik səciyyəsi olan mədəniyyətin faydalı iş əmsalı,
fəaliyyət prosesində işlənən faydalı enerji ilə sərf olunan
ümumi enerji miqdarının nisbəti ilə müəyyən edilir.
MƏDƏNİYYƏTİN FİƏ = ^ f .olunmuş.faydal,,enerji(iş) Sdrf.olunmuş.bmumi.enerji(iş) Ruhi və maddi dəyərlərin istehsalı prosesində ümumi eneıjinin
(işin) faydalı nəticəyə çevrilməyən hissəsinin itirilməsi,“paylanması”,
yəni mədəniyyətin entropiyası
baş verir. Bunu aşağıdakı formulla
ifadə etmək o lar:
MƏDƏNİYYƏTİN ENTROPİYASI =