İQTİSADİYYAT MƏDƏNİYYƏTİN SOSİAL İNSTİTUTUDUR Mədəniyyəti elmi anlamda bütöv sosial sistem kimi dərk etmək,
inkişafin məqsəd və vasitə göstəricisi, “ikinci süni təbiət”
kimi
görmək, onun sosial institutlarına, eləcə də iqtisadiyyata yeni nəzərlə
baxıb, qiymətləndirməyə imkan verir.
Bu gün biz mədəniyyəti statik hadisə, iqtisadiyyatın üst qurumu
kimi nəzərdən keçirə bilmərik, iqtisadiyyat bütöv ruhi və maddi
mədəniyyət sisteminin bir hissəsidir. O, insanın həyati tələbatlarının
ödənilməsinə istiqamətlənmiş, ruhi mədəniyyətin