DÜNYA MƏDƏNİYYƏTİ VƏ ELMİNİN İNKİŞAF TARİXİNDƏN Bu
günlərdə
bəşəriyyət
keçən
yüzilliyin
nəticələrini
ümumiləşdirməklə
yanaşı,
üçüncü minilliyin
həyatfəaliyyət
istiqamətlərini də müəyyənləşdirir. O, öz sosial-mədəni inkişafında,
hər birinin müəyyən mədəni tip və səviyyə ilə səciyyələndiyi, bir-
birini ardıcıl əvəz edən tarixi pillələr keçmişdir. Bu inkişaf prosesi
nəticəsində ibtidai cəmiyyətlər daxilində yaranan insan idealları, ruhi
və maddi dəyərlərin
yenidən
istehsalı və onların texnoloji,
intellektual və
etik baxımdan təkmilləşməsi baş verir. Fasiləsiz
inkişaf edən mədəni ənənələr bu dəyərləri, həm zaman, həm də
məkan baxımından yeni keyfiyyətdə xalqların gündəlik mədəniyyəti
və mədəniyyət yaradıcılarının peşəkar fəaliyyətində mühafizə edir.
Tarixi təcrübəyə müraciət etməzdən əvvəl, dünya mədəni
inkişafının
mühüm mərhələlərini, bəşəri inkişafin sosial-mədəni
qanunauyğunluqlarını düzgün anlayıb qiymətləndirməyə imkan verən
bir neçə mədəni məntiqi-nəzəri məsələləri nəzərdən keçirək.
Kulturoloji tədqiqatların ümumi metodologiyası kimi, tərəfimizdən,
dialektika (Hegel fəlsəfəsi daxil olmaqla), tarixilik prinsipi və məntiq
(Lütvi Zadənin qeyri-səlis nəzəriyyəsi daxil olmaqla) seçilmişdir. Bu
metodologiyaya istinad, bəşəriyyətin ruhi və maddi inkişafının tarixi
proses kimi bütöv bir tam halında dərk edilməsini asanlaşdırır.
Qədim dövrlərdən indiyə qədər, insanın fikri və hissi ilə yaradılan
ruhi mədəniyyət insan davranışının ilkin şəraitidir. İnsanın və
cəmiyyətin
inkişafi nəticəsində formalaşmış şüur, baxış, zövq,
xarakter və dəyər istiqamətləri onun vətəndaş mövqeyi, fəallıq, enerji
və yaradıcı
təşəbbüskarlığını müəyyən edir. Bununla yanaşı,
şəxsiyyətin
fəaliyyət uğurları onun bilik, bacanq və intellektual
potensialının
inkişaf səviyyəsindən asılıdır. Mədəniyyət onun
daşıyıcısı və istehlakçısından, onun yaradıcısı olan insanın özündən
başlayır. Tərəfimizdən, insan mədəniyyətinin beş əsas xarakteristikası
ilə ölçülən düstur hazırlanmışdır. : bilik, bacanq, mütəşəkkillik,
mənəviyyat və yaradıcı fəaliyyət. Bilik - elm və təhsil üzərində
qərarlaşmışdır. Bacanqlar həyatfəaliyyət üsullatından, qabiliyyətlər,
vərdiş, təcrübə və eneıjidən asılıdır. Mütəşəkkillik - nizam-intizam,
230
Fuad Məmmədov
Kulturologiva effcktivli həvat vo faalivvata aparan vol
sosial məsuliyyət və iradənin
olmasını tələb edir. Mənəviyyat
tərbiyədən asılı olaraq, şüur, humanizm, məhəbbət, ədalət, dürüstlük,
həqiqətə inam, xeyirxahlıq, vətənpərvərlik və digər mənəvi
kateqoriyalardan asılıdır. Yaradıcı fəaliyyət - şəxsiyyətin
daxili
motivləri,
özünütəkmilləşdirmə
və
özünütəsdiq
səhdləri
ilə
əlaqədardır. Sistemli yanaşma göstərir ki, mədəniyyət - insanın ağlı,
hissləri və fiziki əməyi ilə yaradılan hər şeyi əhatə edir. Bu, insanın
yaratdığı “ikinci süni təbiətidir”. Mədəniyyətin binar mahiyyətini
anlamağın illüstrativ modeli - bütöv sosial sistem olan insandır.
İnsan fiziki cisim və ruhdan ibarətdir. Əgər fiziki cisim
öz
mövcudluğunu tamamlayırsa və ya ruhun maddi daşıyıcısı olan insan
beyni
zədəlidirsə, onda,
ruh ya yox olur, ya da
öz başlıca
funksiyasının - insanın həyat fəaliyyətinin idarə edilməsini yerinə
yetirə bilmir. İnsan beyni ilə ruhu aynimaz birlik olduğu kimi, ruhi
və maddi mədəniyyət də - insan ruhu və ağlının, onun emosional
və fiziki fəaliyyətinin məhsulu da vəhdətdədir. Ruhi mədəniyyət
insan ağlından doğulduğu kimi, hər bir maddi mədəniyyət predmeti
insanın intellektual əməyinin
nəticələrinin
maddiləşməsi və
əşyaviləşməsidir. İnsanın mədənilik düsturu mədəniyyətin elmi
anlamı, müasir cəmiyiyətdə mədəniyyətin sosial strukturu və mədəni
inkişafin beş faktorunun vəhdəti insan mədəniyyətinin bir çox
hadisələrinin təhlili, dövlət və cəmiyyətin inkişafının praktik idarə
edilməsinin metodoloji açandır.
Mədəniyyətin milli ölçüləri də mövcuddur.. Milli mədəniyyət
fenomeni, obyektiv olaraq, n müxtəlif sinif və sosial qruplann -
yaradıcı ziyalılar, dövlət məmurlan və sahibkarlar, fəhlə və qulluqçu,
fermer, hərbçi, qadın və gənclərin maraqlannın harmoniyası üzərində
bərqərardır. Hər bir milli
mədəniyyətdə, müasir sivilizasiyanın
yüksək mədəniyyəti ilə yanaşı, bu və ya digər dərəcədə, feodal
mədəniyyəti, hətta barbar və vəhşiliyin elementləri mövcuddur.Bu,
mədəni inkişafin qlobal, regional, milli, lokal və insan səviyyəsində
qeyri-bərabərlik qanunu ilə izah olunur. Milli mədəniyyətlər, adi və
peşə mədəniyyəti, elmi və bədii təfəkkür,
fiziki və humanitar
mədəniyyətlər arasındakı dialektik ziddiyyətlər də
qanunauyğun
haldır.Yüksək beynəlxalq mədəniyyətin əldə edilməsi üçün milli
dövlətlərin yüksək mədəniyyətinin
zəruriliyinin sübutuna ehtiyac
231
Lua.d Manmylpı
Кн1|ЧГ9|yoxdur. O, özündə mədəniyyətin universal komponentləri ilə milli
xüsusiyyətlərini ahəngdar birləşdirərək, mədəniyyətlər arasındakı
kəskin fərqlərin aradan qaldırılması və onların ümumbəşəri dəyərlər
üzrə
yaxınlaşması üçün şərait yaradır. Bu isə, öz növbəsində,
dövlətlərin
mədəni siyasətinə, onların pozitiv milli ənənələri
saxlayaraq digər xalqların
mədəni təcrübəsindən
tərəqqipərvər
daxilolmalar hesabına öz mədəniyyətini daim inkişaf etdirməsinə
yüksək tələblər təqdim edir. Belə yanaşmada , fikrimizcə, nəinki
müxtəlif ölkələrin milli dövlətçiliyi üçün, həm də qarşılıqlı anlaşma
və Şərq ilə Qərb arasında məhsuldar əməkdaşlıq və problemlərin həlli
üçün geniş imkanlar mövcuddur.