Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə130/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   126   127   128   129   130   131   132   133   ...   182
təbii-coğrafi sərvət,  kapital və əməkdən  daha  üstün  olan,  "dördüncü 
iqtisadi faktor" oldu.
Bu  işdə  informasiya,  təhsil  və  tərbiyə  kimi  sosial  institutların 
əhəmiyyəti  böyükdür.  Elm  və  kompüter  texnologiyalarının  inkişafi, 
beynəlxalq  informasiya  şəbəkəsi  olan  “İntemet”-in 
yaradılması 
insanlar üçün bəşəriyyətin yaratdığı  bilikləri  mənimsəmək və praktik 
istifadə etmək  üçün  fantastik imkanlar açdı.  İnformasiyalı cəmiyyətə 
keçid,  informasiya  texnologiyalarının  intensiv  inkişafi 
şəraitində 
sivilizasiyalı ölkələrdə, bəşəriyyətin  bu və ya digər dərəcədə qiymətli 
biliklərin  seçimini  həyata  keçirən 
və  onların  praktikaya  tətbiqinə 
yardım edən  “bilik menecerləri”-nin hazırlığı mühüm əhəmiyyət kəsb 
etməyə başladı. Təhsilsiz insan  müstəqil ola bilməz.  Cahillik həmişə, 
indi  də  Şərin “sosial  bazası” olaraq  qalır.  Eyni  zamanda mədəniyyət - 
biliyə, quruculuğa və humanizmə əsaslanan rifah, insanın  intellektual, 
emosional  və  fiziki 
fəaliyyətinin  pozitiv  prosesi,  vasitəsi  və 
nəticəsidir. 
XX  əsrin  təcrübəsi 
bir  daha  təsdiq  etdi  ki.  insan 
mədəniyyətinin  mühüm  institutu  olan  humanizm  tərbiyəsi,  həyatını 
insan  təbiətinin  neqativ  xüsusiyyətləri  ilə  bağlı  barbarlıq  və  vəhşilik 
mədəniyyətinə xas  dağıdıcı proseslərdən qorumaq üçün,  bəşəriyyətin 
özünümühafizəsinə yardım edən  insan inkişafının zəruri alətidir.
Bəşəriyyəti 
görkəmli  elmi  kəşfləri  və  bədii  əsərləri  ilə 
zənginləşdirən  demokratik  mədəniyyət  öz  məzmun  yetginliyinə  XX 
əsrdə,  sinfi  məhdudiyyətlərin  aradan  qaldırılması 
onun  əsas 
tendensiyasına  çevrildiyi  zaman,  qədəm  qoydu.  Bu  onunla  şərtlənir 
ki,  sivilizasiyalı  ölkələrin 
müasir  mədəni  siyasəti,  cəmiyyətin 
müəyyən  hissəsinin  sinfi,  siyasi,  etnik  və  ya  dini  əlamətlərə  uyğun 
yox,  xalqın mənafeyinə uyğun olaraq qurulur.  Belə bir siyasət  dünya 
kulturoloji  elminin  son  nailiyyətlərini,  eləcə  də  sivilizasiya  və  dünya 
mədəniyyəti  inkişafinın  praktik 
təcrübəsini  nəzərə  alır.  BMT. 
YUNESKO, 
Avropa 
Şurası 
və 
digər 
beynəlxalq
təşkilatlar.bəşəriyyətin 
sosial-mədəni  problemlərinin 
həllinə 
əhəmiyyətli  töhfələr  vermişlər.  Onlar  milli  və  regional  təşkilatlara.
251


KMad  Mammadov
Kulturologiva cffcklMi havat 
у д
 
faaliyyola aparan 
v o l
elmi  tədqiqatların  nəticələrinə, 
müxtəlif  ölkə  politiloq,  sosioloq, 
müstəqil  ekspetrt-kulturoloqlann  tövsiyələrinə  istinadən 
mədəmi 
siyasət  və  dünya  mədəniyyətinin  inkişaf  prosesinə  pozitiv  təsir 
göstərirlər.Tərəqqipərvər  dünya  birliyi  ruhi  mədəniyyəti 
insan 
inkişafının  universal 
özəyi,  həyat  fəaliyyəti  vasitəsi  və  insanın 
təkmilləşdirilməsi  yolu,  mədəni  siyasəti  isə -  inkişaf və rifahın  strateji 
siyasəti 
kimi  nəzərdən  keçirir.  1988  -   1997-ci  illərdə  BMT  və 
YUNESKOmun  rəhbərliyi  altında  Dünya  mədəniyyəti  inkişafının 
onilliyi  keçirilirdi.  2000-ci  il  dünya  mədəniyyəti  ili  elan  olunmuş, 
2001-ci  il yeni minilliyin birinci onilliyi  isə  sivilizasiyalararası dialoq 
adı  altında  keçiriləcəkdir.  1922-ci  ildə  BMT-nin  ətraf aləm  və  inkişaf 
üzrə  Rio-de-Janeyroda 
keçirdiyi 
Dünya  konfransında  dünya 
birliyinin  XXI  əsr  üçün  fəaliyyət  proqramı  müəyyən  edilmişdir.  Bu 
proqramın  əsasını  planet  dövlətlərinin  daxili  siyasətinin  resursların 
qorunmasını  təmin  edən  yüksək  istehlak  mədəniyyəti  və  iqtisadi 
effektivliyin  sosial  məsuliyyətlə  uyğunlaşdınlmasına  istiqamətlənən 
davamlı  inkişaf  prinsipi  təşkil edir.
Vətəndaş  cəmiyyətinin  təkmilləşdirilməsi  məqsədi  ilə  Avropa 
Şurası  hərtərəfli  insan  inkişafına,  mədəniyyət  sahəsində  düzgün  qərar 
qəbul  edilməsi  və avropa ölkələrinin  effektiv mədəni  kooperasiyasına 
istiqamətlənmiş  kulturoloji  tədqiqatlara ciddi  yardım  göstərir.  1998-ci 
ilin 
martında  İsveç  Bankının  yardımı  ilə  Stokholmda,  mədəni 
siyasətin  sosial  inkişafa  istiqamətlənməsi  məsələlərinə həsr olunmuş, 
Avropa  dövlətlərinin  hökumətlərarası  konfransı  keçirildi.  Həmin  il 
İsveç  paytaxtında  avropa  ölkələri  mədəniyyət  nazirlərinin,  mədəni 
siyasətin  sosial  istiqamətləri  məsələlərinə həsr edilmiş iclası  keçirildi. 
1999-cu  ilin  noyabrında  Norveçdə,  22  ölkədən  gəlmiş  150  alimin 
iştirakı  ilə,  mədəni  siyasət  sahəsində  tədqiqatlar  üzrə  Beynəlxalq 
konfrans  keçirildi.  Bu  ölkələrin  əksəriyyəti 
inkişaf  etmiş  avropa 
dövlətlərini  təmsil  edirdilər.Konffans  iştirakçılarının 
məruzə  və 
çıxışları 
göstərdi  ki, 
müasir  dünyada,  ilk  növbədə  demokratik 
ölkələrdə  mədəniyyətin  inkişafına  verilən  əhəmiyyət  və  ona  aynlan 
diqqət  gündən-günə  artır.Postsovet  məkanından  fərqli  olaraq,  avropa 
ölkələrində  mədəniyyət  üstqurum  hadisəsi  kimi,  başlıca  olaraq  - 
incəsənət,  etika,  folklor  kimi  yox,  hər  şeydən  əvvəl  inkişaf,  rifah  və 
həyat yolu kimi  başa düşübür.  Avropada,  dövrün dəyişən şəraitinə və
252
Fuad  Mammadov
Kullurologiva cffcktivli havat 
у д
 
faaliyvat.a aparan  yol
həyatın 
obyektiv 
tələblərinə 
uyğun,  dövlət 
və 
cəmiyyətin 
tərəqqipərvər  sosial-mədəni  inkişafinı  təmin  edən  mədəniyyət  işləri 
üzrə  dövlət  şuraları,  mədəniyyəti  idarəetmə  institutları,  mədəniyyət 
universitetləri  və  kafedraları,  kulturoloji  tədqiqat  mərkəzləri  və  digər 
müəssisələr geniş yayılmışdır.
Son  onillikdə  BMT  məruzələrində,  BMT  inkişaf  Proqramının 
sifarişi  ilə 
müstəqil  ekspert  qrupunun  hazırladığı,  insan  inkişafı 
haqqında  qlobal  miqyaslı  aktual  problemlər  nəzərdən  keçirilir.  Bu 
proqram  öz  missiyasını,  bərabərhüquqlu  cəmiyyət  yaradılması  və 
davamlı  insan  inkişafına  nail  olmağa  yardım  edən  milli  potensial 
yaradılmasında  ölkələrə  yardım  göstərməkdə  görür.  O.  174  ölkə  və 
əraziyə  özünütəminatın  təşkili,  kasıblıqla  mübarizə,  ətraf  mühitin 
keyfiyyətinin bərpa  edilməsin,  iş  yerlərinin  yaradılması  və  qadınların 
vəziyyətinin yaxşılaşdırılmasında böyük yardım göstərir.
Məruzələrdə  insan  maraqlan  və  gəlir  əldə  etmək  cəhdi  arasında 
şüurlu  balans  axtanlma  cəhdələrinə  mühüm  əhəmiyyət  verilir.  Bu 
məruzələr göstərir ki,  insan potensialının inkişafı son nəticədə  “insan 
imkanlanmn  genişlənməsi  prosesi “ -  dir.  Müxtəlif ölkələrdə həyatın 
orta  uzunluğu,  savadlılıq  səviyyəsi,  ümumi  rifahla  ölçülən  insan 
inkişafi  indeksinin  analizi  çıxış  nöqtəsi  kimi  özünü  göstərir.  Məruzə 
müəllifləri  təhsil,  texnologiyalan  və  mədəniyyət  nailiyyətlərindən 
istifadə  imkanı  olmayan 
milyonlarla  insanın 
marginləşməsinin 
aradan  qaldırılması  məqsədi  ilə  sosial  siyasətin  gücləndirilməsi 
çağırışı ilə  siyasətçilərə müraciət edirlər..
BMT-nin  inkişaf  Proqramı  qloballaşma  şəraitində  ölkələrin  və 
xalqların polyarlaşmasının əksinə çıxış edərək, dünya birliyini  maddi 
nemət 
və 
imkanların 
qeyri-bərabər 
bölünməsinin 
aradan 
qaldırılmasına  çağırır.  Qloballaşmanı  yalnız 
iqtisadi  baxımdan 
anlamaq  düzgün  deyil.  Bu,  hər  şeydən  əvvəl, 
insan  həyatı  və 
fəaliyyətinin  bütün  sahələrini,  bütövlükdə  bütün  müasir  dünya 
mədəniyyətini  əhatə  edən 
sosial-mədəni  kateqoriyadır.  Dövlətlər 
qloballaşmadan yalnız gəlir əldə etmək üçün deyil, həm də onun insan 
mənafeyinə,  həyatın  zənginləşməsinə,  ümumi  dəyərlərə  əsaslanan 
qlobal  cəmiyyətin  yaradılmasına  xidmət  etməsində  yardımçı 
olmalıdırlar.  Bunun  üçün  qloballaşma  siyasətində,  insan  potensialı 
inkişafi  sahəsi  prioritet  istiqamətlərinin 
seçimini  nəzərdə  tutan
253


Kuad  Mammadov
Kullurologiva effektivli havat  vo foaliyyjto aparan vol
koordinasiya  həyata  keçirmək  vacibdir.  Belə  istiqamətlərdən  biri, 
insanların  sosial  müdafiəsinin  etibarlı  sisteminin,  ilk  növbədə, 
imkansız  əhalinin  ehtiyacının  ödənilməsinə  yönələn  texnologiyaların 
hazırlanması  üzrə  beynəlxalq  proqramlardır.  Əhalinin  milli  gəlirinin 
adam  başına  düşən orta  səviyyəsinin  hesablanması  yolu  ilə  müəyyən 
edilən,  dünya  əhalisinin  ən  zəngin  beşdə  biri  ilə  ən  yoxsul  beşdə 
birinin  gəlirləri  arasındakı  fərq,  1960-cı  ildə  1-dən  30-a,  1997-ci  ildə 
isə  1-dən  74-ə  artmışdır.  Dünyanın  174  ölkəsinin  insan  potensialı 
inkişafı  reytinqinin  (İPİR)  nəzərə  alınması  ilə  insan  həyatının  orta 
uzunluğu,  təhsil  və  gəlir  sahələrinin  təhlili  göstərdi  ki,  Kanada  artıq 
altıncı  ildir ki,  birinci  yeri,  sonrakı  yerləri  isə,  ardıcıl  olaraq,  Norveç, 
ABŞ, Yaponiya və Belçika tuturlar.
Beynəlxalq 
təşkilatların  xidmətini  anlayıb  qiymətləndirilməsi 
üçün, bəşəriyyətin gələcəyinin layihələndirilməsi və  dünya inkişafının 
qlobal  problemləri  həllinin  elmi  təminatı  ilə  məşğul  olan 
alim, 
menecer  və  siyasətçilərin  qeyri-formal  birliyi  olan  Roma  Klubunun 
nailiyyətləri  ilə  tanışlığın 
mühüm  əhəmiyyəti  var.  Maraqlıdır  ki, 
dünya 
mədəniyyətinin 
inkişaf 
qanunauyğunluqları 
haqqında 
“Simurq”  Azərbaycan  mədəniyyət  Assosiasiyasının 
uzunillik 
müşahidə  və  nəticələri  də  bu  nüfuzlu 
beynəlxalq  təşkilatın 
tədqiqatlarının  nəticələri  ilə  bir  çox  hallarda  üst-üstə  düşür.  Klub 
üzvləri  “Qlobal  dialoq”  proqramı  daxilində,  həyat  keyfiyyətini 
yaxşılaşdırmaq  üçün  öz  şans  və  imkanlarını  şüurlu  surətdə 
qiymətləndirib,  istifadəsinin  zəruriliyi  ideyasını  dünya  xalqlarına 
çatdırmaq  istəyirlər. Onlar planetdəki xalqları “digərlərinə” və gələcək 
nəsillərətolerantlıq,  həmrəylik  nmayiş  etdirməsinə  çağırırlar.  Bu 
çağırışın  əsasını,  müxtəlif  təşkilat  və  milli  dövlətlər  arasındakı 
əməkdaşlığın 
inkişafının, 
demokratların  ən  ülvi  arzulan  olan  - 
“qlobal  düşünüb,  regional  hərəkət  etmək”  ideyasının  reallaşması  ilə 
nəticələnəcəyinə inam təşkil  edir.
İndiki  qlobal  problemlərin  həllinə  və  daha  uğurlu  gələcəyin 
formalaşdınlmasına 
yönəlmiş  strateji  tədqiqatlann  nəticələrindən 
çıxış  edərək,  Roma  klubu  tərəfindən  bir  sıra  maraqlı  elmi  nəticələr 
əldə edilmişdir.  Klub, qloballaşma prosesinin pozitiv inkişafının təmin 
edilməsi  məqsədi  ilə,  dörd 
ziddiyyətli,  eyni  zamanda 
qarşılıqlı 
asılılığı  olan 
uzunmüddətli  məsələnin 
həllində 
şüurlu  balans
254
Fuad  Mammadov
Kulturologiva cffcktivli havat  »э faalivvat.ı aparan vol
axtarılmasının vacibliyinə  işarə edir.  Bu məsələlər -  ekoloji  inkişafın 
davamlılığı,  iqtisadi  rəqabətəqabillik,  sosial  ədalət  və  hüquqi  dövlət 
şəraitində  demokratiya  ilə  əlaqədardır.  Bununla  belə,  qeyd  edilir  ki, 
insan  hüquqları  ilə  yanaşı,  onun  vəzifələrinin  də  etibarlı 
bəyannaməsinin  olması  vacibdir.  Roma  klubu  analitik  fəaliyyətinin 
əsas  nəticələrindən  biri  -   planetar  miqyasda  sülh  mədəniyyəti  və 
dözümlülüyün vacibliyidir.  Bu fikir müasir bəşəriyyət üçün  müharibə 
və  toqquşmaların  həlledici  əhəmiyyət  daşımasının  dərk  edilməsinə 
əsaslanır.  Hətta  lokal  konfliktlər  Yer  üzərində  insan  həyatı  və  təbiət 
itkilərinin  böhranına  gətirib  çıxara  bilər.  Müasir  sivilizasiyanın 
böranlann  aradan  qaldırılması  üzrə,  milli  dövlətlər  çərçivəsindən 
kənara  çıxa  bilən,  regional  və  qlobal  sistemlərin  yaradılmasına  təcili 
ehtiyacı vardır.
Roma  klubu  üzvlərinin,  elmi 
cəhətdən  əsaslandırılmış  və 
metodoloji baxımdan  dəyərli,  bəşəriyyətin gələcəyi qayğısına qalaraq 
gəldikləri  kulturoloji  nəticələri  klubun  prezidenti,  professor  Rikardo 
Dies  Xoxlyaytner  formula  etmişdir.  Bu  nəticələr  bizim  həyatımızın 
planet  insanlarının 
bilik,  iradə,  yaradıcı  fəallıq,  məsuliyyət  və 
humanizmindən  -   insan 
mədəniyyəti  səviyyəsindən 
asılılığına 
aşağıdakı məntiqi baxışlan yaradır:
•  hər  bir  fəaliyyətin 
nəticəsi  de-fakto  mövcud  olan  ictimai 
quruluş,  başlıca  olaraq,  insan  iradəsi  və  fikirləri  ilə  müəyyən 
olunur;
•  insanın  gələcəyi  qeyri  -  müəyyən  olduğuna  görə,  əndazəsiz 
eqoizm  düzgün  olmayan  menecmentin  səbəb  olduğu 
həm  bu 
günkü,  həm  də  gələcək  böhran  və  dəhşətləri  aradan  qaldırmaq 
mümkündür;
•  hər  bir  insan  öz  gələcəyinin  məsuliyyətini  daşımağa  borcludur 
və 
özünü 
həyat 
hadisələrinin 
qurbanı 
kimi 
nəzərdən 
keçirməməlidir.  Böhran  və toqquşmalara daha uğurla tab  gətirmək 
üçün,  təxəyyül  gücü  və  yaradıcı  yanaşma,  eləcə  də  artan  sosial 
məsuliyyət, baxış və dəyərləri dəyişdirə bilər;
•  Bütün  mürəkkəbliklərinə  baxmayaraq, 
formalaşmaqda  olan 
informasiyalı  cəmiyyət  daha  yaxşı  gələcək  qurulması  üçün  geniş 
imkanlar  açır.  İnformasiyalı  cəmiyyət 
təhsili,  sözün  ən  geniş 
mənasında,  hamı  üçün  mümkün  edəcəkdir.  İnformasiya,  təhsil  və
255


Fuad  Məmmədov
Kulturoloeiva effcktivli havat 
уд
 faalivvota aparan  vol
bilik  uzun  müddət  ərzində  imkan  bərabərliyini  təmin  etmək  üçün 
qlobal  və  ümumi  bir  rifah  olmalıdır  ki, 
vətəndaş  cəmiyyəti 
yaradılmasına  və  bütün  dünyada 
yarana  biləcək  təhlükəli 
disbalanslann aradan qaldırılmasına yardım etsin.
Bu  nəticələrə  istinadən  XXI  əsrin  perspektivlərini  nəzərdən 
keçirərək  alim  belə  bi  nəticəyə  gəlir  ki,  müasir  bəşəriyyət  davamlı 
inkişaf  üçün  zəruri  potensial  imkanlara  malikdir  və  buna  görə  də 
gələcəyə optimist nəzərlərlə baxmağa çağırır.
Biz  Roma  Klubunun  elmi  nəticə  və  proqnozlarının  beynəlxalq 
mədəni  siyasətdə  istifadəsinin  olduqca  mühüm  əhəmiyyət  daşıdığını 
qeyd etmək istərdik.  Belə siyasət  mədəniyyətlərarası konsensus və  və 
ya  mədəni  plüralizmin 
formalaşdınlmasmı  nəzərdə  tutur.  Bu 
baxımdan,  müxtəlif  özünəməxsus  milli  mədəniyyətlərin 
şüurlu 
inteqrasiyası  və 
harmonizasiyası,  mədəni  müxtəliflikləri  milli 
mədəniyyət  çərçivəsindən  kənara  çıxan  vahid  plüralist  siyasət 
daxilində,  tolerantlıq  və 
bəşəri  dəyərlərin  vahidliyi,  onların 
yaxınlaşdırılması  və  universallaşdınlması 
əsasında  anlamağın 
vacibliyini  qeyd  edən,  Hettingen  universitetinin  professoru  Bassama 
Tibinin  yanaşması  perspektivli  hesab  edilir.  Bu  hadisənin  ən mühüm 
şərti  demokratiya  prinsip  və  dəyərlərini,  ağıl  və  etikanın  vəhdətini 
nəzərdə tutan,  demokratiyanın  siyasi mədəniyyətidir.
Dövlətin  mədəni  siyasəti  nəinki  ölkənin  hərtərəfli  sosial-mədəni 
inkişafı  üçün  şərait  yaratmalı,  eləcə də  ruhi  mədəniyyətin iqtisadi və 
siyasi  hadisələrə  təsir  etdiyi  mühüm  faktor  olmasına  şərait 
yaratmalıdır.  O,  dövlətin  stabil  daxili  inkişaf,  xalqın  artan  rifahının, 
müxtəlif mədəniyyətlərin  daşıyıcıları  olan  xarici  ölkələrlə  məhsuldar 
beynəlxalq  əməkdaşlıq  siyasəti  olmalıdır.  Milli,  regional  və  qlobal 
səviyyədə  effektiv  mədəni  siyasətin 
hazırlanıb  həyata  keçirilmə 
zərurəti  müasir elmin proqnozlaşdınlmasına və idarəedilməsinə, onun 
texnogen  sivilizasiya  şəraitində  onun  gələcək  humanistləşdirilməsinə 
olan  ehtiyacları  ilə  təsdiqlənir.  Gen  mühəndisliyi  və  biotexnologiya, 
insan  genomu  sirlərinin  açılması,  bir  hüceyrədə  olan  bütün  irsi 
informasiyanın 
vəhdəti, 
faydalı 
bitkilərin 
məhsuldarlığının 
artırılmasının  yeni  metodlarının  kəşfi  inkişafın  yeni  cəzbedici 
perspektivlərindən  xəbər  verir.  Eyni  zamanda,  bəzi  tədqiqatlar 
bəşəriyyətin  gələcəyi  üçün  böyük  risklərlə  əlaqədar  olub,  təbiətə  və
256
Fuad  Mammadov
Kullurologiva effcktivli havat va faalivvata aparan vol
insanın özünə qarşı  bir çox  təhlükələr  yarada bilər.  Məlimdur ki,  bir 
çox  ölkələrdə  tətbiq  olunan,  çoxlu  sayda  ekspertlərin  cavablarının 
təhlilinə  əsaslanan  “delfıya  metodu”  elm  və  texnikanın  inkişaf 
problemləri  üzrə  qərar  qəbulu  üçün 
effektiv  informasiya  bazası 
rolunu  oynayır.  Bu  metod  üzrə  aparılan  elmi  tədqiqatların  gələcək 
nəticələrinin  proqnozlaşdırılması  göstərir  ki,  XXI  əsrdə  alimlər  bilik 
sahəsində  partlayışla qarşılaşacaqlar.  Bu, elmdə humanist istiqamətin 
gündəliyə  gətirilməsini  və  texniki  tərəqqinin  dağıdıcı  nəticələrinin 
azaldılmasını  bir  daha  zəruriləşdirərək, 
mədəni  siyasətin  həyata 
keçirilməsini  aktuallaşdırır.  Beləliklə,  mədəni  siyasət  iki  məsələnin 
optimal  həllinə  yardım  etməlidir:  həyat  keyfiyyətinin  artırılması  və 
təbiətə,  eləcədə  insanın  özünə  yönəlmiş  dağıdıcı  təhlükənin  aradan 
qaldırılması.  Bunun  üçün,  təbiət  və  insan  ekologiyasının  etibarlı 
müdafiəsinə 
qabil 
müəyyən 
mədəni 
dəyərlər 
sisteminə 
istiqamətlənmə  nəzərdə tutulur.
İnsan  inkişafı  siyasətində mədəniyyət  və  mədəni  siyasət anlamına 
yeni  yanaşma  kontekstində  Trir  universitetinin  professoru  Xansa 
V.Maulun,  dünya təcrübəsindən  çıxış  edərək,  dövlətlərin qloballaşma 
şəraitinə 
uyğunlaşması  üçün  təqdim  etdiyi 
“üç  strategiya” 
konsepsiyası  diqqətəlayiqdir.  Bu,  daha  zəif  və  gələcək  nəsillər 
qarşısında  maraq,  yüksək  etika  və  sosial  məsuliyyət 
tarazlığını 
nəzərdə  tutan”əməkdaşlığa  və  birliyə  çıxış”  strategiyalandır.”Çıxış” 
dedikdə,  müəllif,  dövlət  siyasəti  və  iqtisadiyyatının  qeyri-strateji 
sahələrində 
fəaliyyətin 
demonopolizasiyasını 
nəzərdə  tuturdu. 
“Əməkdaşlıq” sözü  altında,  o,  xarici  ölkələrlə  dövlət  və  qeyri-dövlət 
səviyyəsində  iki  və  çoxtərəfli  iqtisadi,  sosial-mədəni  və  siyasi 
əməkdaşlıq  nəzərdə  tuturdu.  “Birləşmə”  dedikdə,  o,  resursların  daha 
effektiv  birgəistifadəsinə  imkan  verən,  müəyyən  suveren  hüquqların 
üstmilli  institutlara  könüllü  verilməsini  nəzərdə  tutan  strateji  tərəf- 
müqabillik nəzərdə tuturdu.
Nəzərdən  keçirilmiş  materialdan 
aşağıdakı  nəticələri  formula 
etmək olar.
Dünya mədəniyyəti tarixi  göstərir ki,  milliyyəti və dinindən, həyat 
tərzi  və  sosial  statusundan  asılı  olmayaraq,  insan  mədəniyyətindəki 
fərqlər Xeyir və Şər, Biliklilik və Cahillik, Həqiqət və Yalan,  “İşıq və 
Zülmət”  arasındadır.  Daha  çox  təhsil  və  tərbiyə,  mühit,  dövlətin
257


Fuad  Mommadov
Kulturologiva cffcktivll haval 
уд
 
faalivvala aparan vol
siyasi  sistemi  və  fərdi  qabiliyyətlərdən  asılı  olan 
xarakterini 
formalaşdırdıqca,  öz  mənəvi  seçimini  edərkən,  insan  həm  özünün, 
həm digərlərinin, bəzən isə bütöv xalqların taleyinə  təsir göstərir.
Hər  bir  dövlətin  tərəqqisi,  ilk  növbədə,  peşəkar  ruhi  istehsalın  -  
intellektual  və  bədii  fəaliyyət,  elm  və  texnologiyalar, 
təhsil  və 
incəsənətin 
inkişaf  səviyyəsi  ilə  müəyyən  olunur.  O,  əvvəlki 
nəsillərin  intellektual  potensialının  və  insan  düşüncəsinin  ən  yeni 
tərəqqipərvər  nailiyyətlərinin 
sistemli  istifadəsini  nəzərdə  tutur. 
Mədəni,  xüsusilə  də  elmi-texniki  tərəqqi  iqtisadi  tərəqqi  və  xalqın 
yüksək səviyyəli rifahının ilkin şərtidir.
Cəmiyyətin  mədəni  inkişafında  xalqın  iştirak  imkanları  və  iştirak 
səviyyəsi  onun  elmi  təminatlı  sistemli  təhsilindən  və  maarifliliyindən 
birbaşa  asılıdır.  Elmi  dünyagörüşün 
kütlələrin  adi  şüuruna  nüfiız 
etməsi  nə  qədər  dərin  olarsa,  onların  mədəniyyətlilik  və  yaradıcı 
mobillik  səviyyəsi  bir  o  qədər  yüksək  olar.  İnformasiya  və  təhsildən 
sərbəst 
bəhrələnmə, 
eləcə  də  gender  bərabərhüquqluluğunun 
formalaşdırılması davamlı  insan inkişafına nail olmağa yardım edir.
Hər  bir  ölkənin  və  bütövlükdə  bəşəriyyətin  gələcəyi,  hər  şeydən 
əvvəl,  gənclərin  təhsil  və  tərbiyə  səviyyəsi  ilə  müəyyən  edilir.  Bu, 
gənclərin  təhsil  və  tərbiyəsinin  strateji  əhəmiyyətini  və  onun  milli 
dövlət  və  beynəlxalq  birliyin  mədəni  siyasətində  həlledici  yerini 
şərtləndirir.
Cəmiyyətin  sosial-mədəni  inkişafı  dövlətin  yaratdığı  sosial  və 
siyasi  şəraitdən  asılıdır,  çünki,  millətin  intellektual  tərəqqisini  inkişaf 
etdirən  və  ya  buxovlayan,  iqtisadi  tərəqqi  və  onunla  bağlı  rifahın 
əsasını  təşkil  edən  də  odur.Mədəni  tərəqqi  üçün  Demokratik  dövlət 
quruluşu  mədəni tərəqqi üçün  ən əlverişli şəraitdir.
Bizə  elə  gəlir  ki,  qloballaşma  prosesində  mədəniyyətin  rolunun 
artması  dünya  inkişafında  ruhi  mədəniyyətim  missiyasına  yeni  baxış 
haqqında 
məsələni  aktuallaşdırır.  Bununla  əlaqədar,  müxtəlif 
xalqların  mədəniyyətlərinin  harmonizasiyası,  yaxınlaşma,  davamlı 
inkişaf  və  sülh  naminə  faydalı  əməkdaşlıq 
onlann  qarşılıqlı 
anlaşmasının  inkişafının  məhsuldar  vasitəsi  kimi,  qlobal  mədəni 
siyasətin  daha  da  təkmilləşdirilməsini  həyati  zərurətə  çevirir.  Ardıcıl 
sosial-mədəni,  iqtisadi  və  siyasi  dəyişikliklər vətəndaşların  təhlükəsiz 
və  stabil  inkişafı  ilə  yanaşı,xalqların  və  dövlətlərin 
daxili  və  xarici
258
Fuad  Mommodov
Kulturologiva cffektivli haval v.ı faalivvata aparan yol
ehtiyaclarına  cavab  verməlidir.  Ruhi  mədəniyyəti  öz daxili  və xarici 
siyasətinin  əsas  prioriteti,  vətəndaşlarının  həyatının  universal  təməli 
kimi  nəzərdən keçirən  ölkələr  bu mürəkkəb məsələni uğurla həll  edə 
biləcəklər.
*  Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri.

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin