Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə133/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   129   130   131   132   133   134   135   136   ...   182
dövrünün  çətinlikləri  mənfi  təsir  göstərir.  Elmin  qocalması,  onun 
maddi-texniki  bazasının  dağılması,  kadrların  hazırlıq  səviyyəsinin 
keyfiyyəti  aşağı  düşməsi, alimlərin istifadəsizliyi  nəticəsində  istedadlı 
adamların  elmə  real  axınının  azalması  baş  verir.  Azərbaycan  Elmlər 
Akademiyasında  akademik  və  mükbir  üzvlərin  sayı  əhəmiyyətli 
dərəcədə  azalmışdır.  Bazar  iqtisadiyyatı  şəraitində  elmi-texniki 
fəaliyyətin  formalaşdırılması  mexanizmi  bütövlükdə  elmi  fəaliyyətin 
zəifləməsinə, 
dövlət  elmi-texniki  siyasətinin 
apancı  mövqeyinin 
itirilməsinə  gətirib  çıxarır.  İntellektual  potensialı,  hər  şeydən  əvvəl 
Azərbaycanın  başlıca  milli 
sərvəti  olan  alim  və  mütəxəssislərin 
qorunması  və  yenidən  istehsalı 
probleminin  təhlili  göstərir  ki,
268
Fuad
KuHurologiva cffcktivli h.-ıval '.ı faalivvalo aparan yul
ölkənin  bu  strateji  vəziyyəti  bu  gün 
"genlərin 
itkisi”  kimi 
səciyyələnir. Hal-hazırda  maddi resursların kifayət qədər olmaması və 
əmək  haqqının  aşağı  olması  səbəbindən  Azərbaycanın  mühüm  elmi 
potensialı  azalır.  Elmə  sərf  olunan  məsrəflər  faizlə  milli  gəlirə 
nisbətən  1996-cı  ildə  1990-cı  ilə nisbətən  iki  yanm  dəfə azalmışdır. 
Həmin  dövrdə  elmi-tədqiqat,  layihə-konstruktor və  texnoloji  işləri 
yerinə yetirən  mütəxəssislərin sayı  14,4%  düşmüşdür.
Müasir  azərbaycan  elminin 
vəziyyəti 
elmi  işçilərin  sosial 
statusunun  yenidənqurmadan əvvəlki dövrə nisbətən  kəskin azalması 
ilə səciyyələnir.  Bunu demək kifayətdir ki,  respublikada  elmi  əməyin 
ödənilməsi  ictimai  istehsalın  digər sahələrinin  ödənilməsinə  nisbətən 
əhəmiiyyətli  dərəcədə  aşağıdır.  “Elm  və  elmi  xidmət”  sahəsində 
məşğul  olan 
işçilərin  1995-ci  ildə  orta  aylıq  əmək  haqqı  tikinti 
sahəsinə  nisbətən 
31%  ,  sənaye  sahəsinə  nibətən  32.4  % 
az 
olmuşdur.  Eyni  zamanda  ABŞ-da  elmi  işçilərin əmək haqqı  amerika 
fəhlələrinkindən  iki  dəfə çox,  hətta  elmi  dərəcəsi  olmayan  işçilərin 
ilk  maaşı  sənaye  sahəsində  çalışanların  aylıq  əmək  haqqından  40- 
50%  artıqdır.  90-cı  illərin  əvvəllərindən 
elmin  büdcədən 
maliyyələşməsi  azalmış,  bununla  əlaqədar  ümumi  daxili  məhsulda 
elmi  tədqiqatların  xüsusi  çəkisi  azalaraq,  1995-ci  ildə,  1990-cı  ildəki 
1,015  nisbətən,0,315  olmuşdur.  Müqayisə  üçün  qeyd  etmək  lazımdır 
ki,  ümumi  daxili  məhsula  münasibətdə  elmi  və  layihə  işlərinin 
maliyyələşmə  səviyyəsi  -   ABŞ,  Yaponiya  və  Almaniyada  təqribən 
3%, Böyük Britaniya və Fransada 2% təşkil edir.
Elmi  əməyin  nüfuzunun  düşməsi,  elmi  işçilərin  əmək  haqqının 
azlığı, 
bu  sahənin  maliyyələşməsindəki  çətinliklər 
elmi 
müəssisələrin  ləğv  edilməsinə,  elmi  kadrlann  daha  yüksək  maaşlı 
sahələrə  getmələrinə  səbəb  olur.  Qərb  ölkələrində 
elmin  texniki 
avadanlığının artdığı bir zamanda, bizdə məvacibin azlığı  səbəbindən, 
elmi-yardımçı  heyət  azalır.  Bu,  köməkçi  elmi  tədqiqat  və  texniki- 
konstruktor  işlərinin 
yüksək  ixtisaslı  elmi  kadrlar  tərəfindən 
məcburən  yerinə  yetirilməsinə  gətirib  çıxarır  ki,  son  nəticəsə  bu  da 
elmin effektivliyinə mənfi təsir göstərir.
Elm  sahəsində  islahatların 
gecikməsi  bizə  baha  başa  gəlir. 
Respublikanın  yüksək  intellektual  potensialının  maddi  təminatının 
yolverilməz  dərəcədə  aşağı  səviyyəsi,  texniki  və  kompüter bazasının,
269


Kuad  МашпЫоу
Kullurologiya cffcktjvli havaı  va fralivvat» aparan  yol
beynəlxalq  kommunikasiya  imkanlarının  zəifliyi  və  azad  yaradıcı  iş 
şəraiti  yaradılmasındakı 
digər  çatışmamazlıqlar  özünü  alim  və 
mütəxəssislərin  əməyinin  məhsuldarlığında 
göstərərək, 
milli, 
regional  və  qlobal  problemlərin  həllində 
onların  imkanlarını 
məhdudlaşdırır.  Elmdəki  böhran  vəziyyəti 
mütəxəssislərin 
digər 
fəaliyyət  sahələrinə  üz  tutmalarına  müvəqqəti  və  ya  daimi  olaraq 
müxtəlif ölkələrə miqrasiyasına  səbəb olur.
Müasir  azərbaycan  cəmiyyətində 
ruhi  mədəniyyətin  inkişafına 
mənfi  təsir  göstərən  amillərdən  biri  də  yeni  ictimai  sistemlə 
mədəniyyətin  köhnə  sosial  tipi  arasındakı  ziddiyyətlər, 
sosialist 
mədəniyyət  tipindən  demokratik  mədəniyyət  tipinə  keçiddəki 
geriləmələrdir.  Azərbaycanın  dövlət  və  ictimai  həyatına  yüksək 
mədəniyyət  standartları  və  demokratik  ölkə  fəaliyyətinin  hərtərəfli 
tətbiq  olunması  üçün 
siyasi,  sosial-psixoloji  və 
təşkilati-hüquqi 
şəraitin  yaradılması  prosesi  bütün  səviyyələrdə,  bütün  sinif,  etnik, 
dini,  peşə,  siyasi,  ümumiyyətlə,  azərbaycan  cəmiyyətinin  bütün 
sosiumlannı  əhatə  etməlidir.  Bu  strateji  vəzifənin  həyata  keçirilməsi 
Azərbaycanın  milli-mədəni  quruculuğunda  sivil  xalqların  mədəni 
inkişafinın  dünya  təcrübəsindən  məhsuldar  istifadəni  təmin  edən, 
mədəniyyətin  təşkil  və  idarə  edilməsində  dərin  struktur  islahatların 
həyata keçirilməsini  tələb edir.
Ölkədə 
yeni  demokratik  mədəniyyətin 
yaradılması 
milli 
mədəniyyətdə  ənənə  və  novasiyalar  arasında  elə  bir  harmoniyanın 
əldə  edilməsini  tələb  edir  ki,  o,  azərbaycan  xalqının  sosial-mədəni 
kodunda  tərəqqipərvər  dəyişiklikləri  təmin  etsin.  Azərbaycanın  ruhi 
mədəniyyətinin  özünəməxsusluğu,  hər  şeydən  əvvəl,  dil,  mentalitet 
və  din  üzərində  bərqərar  olmuşdur.  Mədəniyyətin  yeniləşməsi  üçün 
bu üç faktordan ən ənəmiyyətlisi  xalqın mentaliteti dir.  Buna görə də, 
keçmiş  nailiyyətlərin  fetişləşdirilməsindən  imtina  edilib,  qüvvələrin 
müasir  inkişaf  və  işıqlı  gələcək  quruculuğunda  birləşdirilməsinə 
istiqamətlənən  yeni  mentalitetin  formalaşdırılması  təxirəsalınmaz 
milli  vəzifəyə  çevrilir.  Qüvvələrin 
müşahidədən  -  yaradıcılığa, 
mədəni hadisələrin qiymətləndirilməsindən  -  ətraf aləmin  dərk edilib 
dəyişdirilməsinə  , 
insanın  özünün  dəyişdirilməsi  və 
həyatının 
yaxşılaşdırılmasına istiqamətləndirmək zəruridir.  Bu problemi  sistemli 
yanaşma  əsasında,  mədəniyyət  sahəsində 
yeni  dövlət  siyasəti
270
Fuad  Mifflinıylçv.
Kullurolopiva cffcklitli havaı 'a  faalivvata aparan yol
daxilində  kompleks  həll  etmək  vacibdir.  Yeni  siyasətin  əsasını,  ilk 
növbədə  elm,  təhsil,  yüksək  texnologiyalar,  sosial-məişət  və  ekoloji 
mədəniyyət  sahəsində  xalqın  ənənəvi  milli  dəyərləri  və  mədəni  irsi 
ilə  mədəni  yeniliklərin  inteqrasiyasına  yardım  edən  yeni  milli 
ideologiya təşkil etməlidir.
Cəmiyyətdə yeni  yeni demokratik mədəniyyətin  inkişafı üçün elm 
və  təhsil  institutları  ilə  kifayətlənməyərək,  maarifin  başqa  imkan  və 

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin