Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə131/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   127   128   129   130   131   132   133   134   ...   182
Humanitar və ictimai elmlər seriyası.  2002, №1-2, s. 38-61.
DÜNYA MƏDƏNİYYƏTİ VƏ AZƏRBAYCAN CƏMİYYƏTİ:
MÜQAYİSƏLİ  TƏHLİL,  PROBLKEMLƏR  VƏ  ONLARIN 
HƏLLİ YOLLARI
Yeni, 
demokratik 
cəmiyyətə  keçid 
şəraitində 
azərbaycan 
alimlərinin  qarşısında  duran 
mühüm  vəzifələrdən  biri,  bizim 
postsovet  milli  mədəniyyətimizin  nəzərdən  keçirilməsi  və  tənqidi 
qiymətləndirilməsi,  dünya 
sivilizasiyası  kontekstində 
müasir 
azərbaycan  cəmiyyətinin 
müqayisəli  kulturoloji  təhlilidir.  Bu
məsələnin 
həlli 
azərbaycan 
mədəniyyətindəki  .  nailiyyət 
və 
uğursuzluqların  aşkar  edilib,  obyektiv  qiymətləndirilməsinə,  bu  gün 
və  gələcək  perspektivdə 
azərbaycan  xalqının  həyati  və  milli
maraqlarına  cavab  verən,  dünya  mədəniyyətinin  inkişaf tələbləri  və 
tendensiyasına 
uyğun 
olan 
gələcək 
təkmilləşməsi 
və 
modernləşməsinin  yol,  vasitə  və  metodlarının  müəyyən  ediilməsinə 
imkan verir.
Müasir  azərbaycan  mədəniyyətinin  xarakterik  cəhətlərindən  biri 
yüksək  intellektual  və  istehsal  potensialı,  eləcə  də  onun  humanist 
xarakteridir. 
Azərbaycanlıların 
çoxəsrlik 
mədəni 
təkamülü 
nəticəsində  onlann  milli  xarakterində  bəşəri  humanist  dəyərlər  -  
həqiqət,  xeyirxahlıq,  ədalət  və  gözəllik  ideallan  öz  yerini  tapmışdır. 
Lakin  Azərbaycanda  dövlət  quruculuğu  və  insan  inkişafi  potensial 
imkanlannın  reallaşdmlması 
təşkilati,  maliyyə  və  dünyagörüş 
xarakterli  obyektiv  və  subyektiv  çətinliklərlə  bağlıdır.  Respublika 
hələ  ideoloji  yenidənqurma  və  mədəni  yeniləşmələr,  müharibədən 
zərər  çəkmiş  ərazilərin  ekoloji  reabilitasiyası,  elm,  təhsil,  səhiyyə 
şəbəkələrinin  optimallaşdmlması  və  əhalinin  dövlətin  rəqabətəqabil
259


Kuad  Mammodot
Kullurologiva cffcktivll havat vn faalivvətn aparan  vol
texnologiyalarla 
təmin 
edilməsi 
və  əhalinin  həyattəminedici 
sistemlərinin  effektivliyinin  artırılması  ilə  bağlı  mürəkkəb  məsələləri 
həll  etməlidir.  Azərbaycan  mədəniyyəti  inkişafının  struktur,  sosial, 
regional  və  şəxsi  baxımdan 
qeyri-bərabərliyi  də  çətinliklərə  aid 
edilməlidir.  Onlar  bütöv  sistem  olan 
mədəniyyətin  müxtəlif 
sahələrinin 
qeyri-bərabərliyində,  əhalinin 
elitar  və  kütləvi 
mədəniyyətinin  inkişafındakı  daxili  disproporsiyalarda,  inkişaf 
mənbəyi  olan 
mədəniyyət  nailiyyətlərinin 
istifadəsində  gender 
bərabərhüququnun 
olmamasında, 
Azərbaycanın 
müxtəlif
regionlarında  mədəni  inkişafın  qeyri-bərabərliyində  özünü  göstərir 
ki, bu da  azərbaycan  cəmiyyətində  mədəniyyət institutlarının  inkişaf 
prioritetlərinin seçilməsi məsələsini  gündəliyə çıxarır.
Adı çəkilən  məsələlərin  uğurlu həlli  zamanın  obyektiv tələblərinə 
cavab  verən 
yeniməzmunlu  islahatların 
hazırlanıb  həyata 
keçirilməsini  israrla tələb  edir.  Bundan  çıxış edərək, tərəfimizdən ruhi 
mədəniyyətin  yüksək  missiyasına,  Azərbaycanın  dövlət,  sosial  və 
insan  inkişafında  onun yenilikçi roluna yeni baxış problemlərinə həsr 
olunan  kulturoloji təhlil aparılmışdır.
Davamlı  insan  inkişafi  ruhi  mədəniyyətin  mühüm  sahəsi  olan 
ideologiyanın  vəziyyətindən 
həlledici  dərəcədə  asılıdır.  Həyatın 
mahiyyət,  nizam  və dəyərini  izah edən  müəyyən  əqidə,  təsəvvür və 
ideyalar tədricən  bütöv  ideoloji  sistemə  çevrilərək,  insanlarlm  bütün 
həyat 
fəaliyyətinə,  həyat  tərzinin  formalaşmasına, 
istehsal 
texnologiyalarının 
təşəkkülü  və  inkişafına, 
dövlət  və  cəmiyyət 
strukturunun  yaradılmasına müəyyən təsir göstərir.  Zaman keçdikcə, 
həyatın  tələbi,  elmi  biliklərin,  təhsil  və  tərbiyənin 
artması 
ilə 
ideologiyalar  da 
dəyişib  təkmilləşərək,  etnos,  xalq,  millətin 
inkişafının  əsası  və  kollektiv təcrübə  forması  olan  mədəni  ənənələrə 
təsir göstərir.
İdeologiya  insan  təşəkkülü  və  inkişafında  taleyüklü  əhəmiyyət 
daşıyır, onun dəyəri  isə,  cəmiyyətin praktik nailiyyətləri ilə  müəyyən 
olunur.  Xalqın  həyat  tərzi  və  onun  rifahı,  dövləti  və  ictimai  inkişaf, 
iqtisadi  və  sosial  tərəqqi  ,  daxili  və  xarici 
siyasətdəki  uğurlar 
bilavasitə  ideologiyanın 
xarakter  və  xüsusiyyətlərindən  asılıdır. 
İdeologiyanın  yüksək  missiyası,  eyni  zamanda,  onunla  şərtlənir  ki, 
məhz  bu  sahədə  inkişafın  strateji  məqsəd  və  vəzifələri  formalaşır.
260
Fuad M ?mmadov
Kullurologiva cffeklivli haval 
v a  
foalivvatj aparan 
y n l
Cəmiyyətin  iqtisadi,  sosial  və  siyasi  məqsədlərinin  formalaşmanın 
əsası  olan  ideologiya  dövlətin  strategiyalarını  və  ölkənin  “texnoloji 
inkişafinı”  müəyyən  edən 
başlıca  prioritetlərini  sanksiyalaşdınr, 
sosial-mədəni 
tərəqqinin 
intellektual  və 
etik 
üfüqlərini
müəyyənləşdirir.  O,  məqsəd  olmasa  da,  sivil  beynəlxalq  birliklə 
humanist  harmoniya 
qurulmasında 
bütün  xalqı  və  ziyalılan 
cəmiyyətin  sosial-mədəni  və  iqtisadi  inkişafının  yüksək  səviyyəyə 
çatması  üçün 
şüurlu  yaradıcılığa  səfərbər  edən,  onun  milli 
təhlükəsizliyini  və  həyat  qabiliyyətliliyini  təmin  edən 
zəruri
intellektual-etik  vasitədir.  İdeologiya  bilavasitə  ictimai  şüura  təsir 
göstərərək,  həm  təkamül,  həm  də  inqilabi  prosesləri  stimullaşdınr. 
Bununla  belə,  tarix  göstərir  ki,  cəmiyyət  üçün  heç  bir  sahədə  olan 
səhv,  ideologiya  sahəsində  olan  qədər,  baha  başa  gəlmir.  Onlar 
ictimai  psixologiya  və  əxlaqda  dönməz  itgilərə,  əvvəllər  dönməz 
hesab  edilən  dəyərlərə  inamın  kütləvi  şəkildə  itirilməsiböyük  insan 
və  iqtisadi  itkilərə,  bəzən  isə, 
hətta 
müəyyən  cəmiyyət  və  ya 
sivilizasiyanın  həyatım  təhlükə  altında qoya bilən  ictimai  və ekoloji 
dağıntılara gətirib çıxanr.
Tarixən  tərəqqipərvər  ideologiyalar,  insanın  şüurunun  düşüncə 
tərzinin 
dəyişdirilməsi  yolu  ilə, 
cəmiyyətdə 
sosial-mədəni 
dəyişikliklərin  yaranması  üçün  mühüm  təkan  olur.  Onlar  sosial 
həqiqətləri  qabaqlayaraq, nəinki  həll edilməsi üçün  obyektiv şəraitin 
yarandığı 
yeni  sosial  vəzifələri  müəyyən  edir,  həm  də  daha  yaxşı 
gələcəyə  yol  açan  elmi  əsaslı  ideal  və  məqsədlərin  real  olaraq  əldə 
edilməsinə  istiqamətləndirir.  İdeologiyaların müqayisəli  tarixi  təhlili 
insan  dəyərlərinin 
apancılığına  iqtiqamətlənmiş 
demokratik 
ideologiyaların  üstünlüyünü  göstərir.  İnsan  şəxsiyyətinin  dəyərini, 
onun daimi özünütəkmilləşdirmə qabiliyyətinə və sonsuz  imkanlarına 
inamı, 
idrak,  fəal  yaradıcı  əmək  və 
insanların  həyatının 
yaxşılaşdırılması  uğrunda  ətraf  aləmi 
dərk  edib  dəyişdirməyin 
insanın  ali  məqsədi  olduğunu  təsdiqləyərək,  onlar,  insan  inkişafında 
tərəqqipərvər  mədəni  dəyişiklikləri  stimullaşdırırlar.  Onlar  əməyin 
mənəvi  əhəmiyyətini  və  işbaz  sahibkarlıq  dəyərini  əsaslandıraraq, 
yüksək  əmək  mədəniyyəti  və  xalqın  rifah  mənbəyi  olan,  heç  bir 
yüksək  effektli  istehsalın  keçinə bilmədiyi,  sosial  cəhətdən  fəal  işçi 
tipi  mədəniyyətinin sabit mənəvi dayaqlannı yaradır.
261


Fuad  Mammadoı
KulluroİQEİva 
effcktivli həyat 
ул
 faalivYota 
aparan 
yol
Demokratik  prinsiplər 
üzərində  qurulmuş,  insan  azadlığının 
zəruriliyini  elmi  və 
əxlaqi  cəhətdən  əsaslandıran 
ideologiyalar, 
qlobal  sosial dəyişikliklər və  müasir dünyada  demokratik dövlətlərin 
yaradılması  üçün  nəzəri  əsas rolunu  oynayırlar.  Müasir demokratiya 
prinsiplərinin  işlənməsi  və 
reallaşmasına  humanizm,  rasionalizm, 
maarifçilik və  liberalizm ideologiyaları  ciddi  təsir göstərmişdir.  Onlar 
insanın sosial  faydası  idealının, “bərabər imkanlar” xüsusi mülkiyyət, 
hüquq  və  azadlıqda  bərabərlik  prinsiplərinin  təsdiqinə  təsir 
göstərmişlər.  İnsana  yeni  -  humanistik  nəzərlə  baxış,  azadlığın  təbii 
bərabərlik  və  təbii  hüquq  demokratik  prinsiplərinin  təsdiqi,  insanın 
dünyanın  dərk  etməsi 
və  dəyişdirməsi,  daha  yaxşı  gələcəyi 
yaratmasında 
yaradıcı  imkanlarını 
dəfələrlə  artırır. 
Əksinə, 
humanist  olmayan  ideologiyalar  sosial  stabilliyi,  siyasi  hadisələrin 
idarə  edilməsini 
pozur,  cəmiyyətin  inkişafını  buxovlayır  və  ruhi 
mədəniyyətin tənəzzülünə səbəb olur.
İnsanın  və  cəmiyyətin  ruhi  mədəniyyətinin  mühüm  göstəricisi 
ətraf mühitə münasibət, insan inkişafi üçün  həyati əhəmiyyət daşıyan 

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin