Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə139/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   135   136   137   138   139   140   141   142   ...   182
Mədəniyyət  sahəsində  siyasət  -  xalqın  mənəvi  sağlamlığını  və 
rifahını 
möhkəmləndirən,  millətin  ruhi,  iqtisadi,  sosial  inkişafını 
təmin  edən  siyasətdir.  Onun  başlıca  vəzifəsi  ölkə  üçün  zəruri  olan 
ruhi  və  maddi  dəyər  və  normaların  istehsalı,  qorunması,  həmçinin 
inkişafı  üçün  şərait  yaratmaq,  xalqın  mədəni  irsini,  sosial-mədəni 
inkişaf təcrübəsini  və  insan  dühasının  yeni  nailiyyətlərini  məhsuldar 
istifadə  edib,  yeni  nəsillərə ötürməkdir.  Sivil dövlətin  mədəni siyasəti 
kütlələrin  mədəni  diletantizmi  və 
mədəni  səbatsızlığının  aşağı 
düşməsinə,  insan  və  cəmiyyətin  mədəni  inkişafında 
qeyri- 
bərabərliklərin  aradan  qaldırılmasına  yardım  edən  tənzimləmə  və 
əlaqələndirmə  yolu  ilə  cəmiyyətin  düzgün  elmi  əsaslarla  təşkil  və 
idarə  edilməsi  əsasında  ölkənin  harmonik  inkişafına  nail  olmağa 
istiqamətlənməlidir.  O,  hər  bir  şəxsin  və  bütün  xalqın  mənafeyini 
ifadə  etməli,  insan  hüquqlarının  azadlığını,  müstəqil  inkişafını, 
cəmiyyətin  müxtəlif  sosial  qruplan  maraqlarının  düzgün  tarazlığını 
təmin  etməlidir.  Onun  effektivlik  şərtləri  -   kulturologiya  elminə, 
mədəniyyətin  milli  və  bəşəri  dəyərlərinə  istinad;  siyasətçi  və 
jurnalistlərin  yüksək  təhsilliliyi  və  peşəkar  səriştəliliyi;  cəmiyyətin 
inkişafının real  tələblərinə cavab verən idarəetmə; tərəqqipərvər dünya 
təcrübəsindən yaradıcı  istifadədir.  Uyğun hüquqi təminata istinad edən 
düşünülmüş  mədəni  siyasət  hadisələri  nəinki  milli,  həm  də  dünya
286
Fund  Mammadov
KuUurokıiilva tffckıM I I
wyhi
 
foallı 
aparan \<>1
miqyasında  qabaqlamalıdır.  Bütün  bunlar,  eyni  dərəcədə,  planetin 
müxtəlif 
xalqlarının 
mənafelərinin 
tarazlığını 
və 
mədəni 
müxtəlifliyini,  sülhü  və  harmonik  inkişafı  təmin  etməli  olan  qlobal 
mədəni siyasətə də aiddir.
Mədəni  siyasət  -   inkişaf  və  rifah  artımı  siyasətidir.  Onun 
mahiyyətini  anlamaq  üçün,  istehsalın  effektivliyinin  elm  və  elini 
texnologiyaların,  eləcə  də  insanın  ümumi  mədəniyyətinin  inkişaf 
səviyyəsi ilə müəyyən edildiyini göstərən, iqtisadi inkişafın kulturoloji 
formulunu bilmək  vacibdir.  Belə siyasətin əsasım  təşkil  edən, başlıca 
motiv  insan  həyatının  qorunması  və  yaxşılaşdırılması  qayğısına 
qalmaq  təşkil  edir.  Belə  ki,  o,  xalqın  həyat  və  mədəni  səviyyəsinin 
dönmədən yüksəlməsi, sosial  inkişafı naminə intellektual potensialının 
şüurlu istifadəsi və  qabaqlayıcı inkişafının  təmin edilməsinə yönəlir.
Vətəndaş cəmiyyəti  mədəni  siyasətinin  başlıca məqsədi  “yüksək" 
mədəniyyətə malik, özündə milli, sosial  və bəşəri dəyərləri birləşdirən 
şəxsiyyətin  formalaşmasına  yardım  etməkdir.  Burada,  mədəniyyətin 
inkişaf  etdirilməsiməqsədi  ilə  maddi  və  hüquqi  baza  yaradılması, 
vətəndaşlar  tərəfindən 
mədəni  dəyər,  etik  norma  və  mədəni 
standartları  müstəqil seçib mənimsəməsi, eləcə də ziyalıların  və bütün 
xalqın  sərbəst yaradıcı  fəaliyyəti  üçün  əlverişli  şəraitin yaradılmasını 
təmin  edən,  monitorinq  və  mütəhərrik  tənzimləmə  mühüm  yer  tutur. 
Vətəndaş  cəmiyyətinin  mədəni  siyasəti,  eyni  zamanda,  dövlət 
strukturları  və qeyri-hökumət  təşkilatları  qüvvələrinin, ölkənin sosial- 
mədəni  inkişafının  vahid 
proqramları  əsasında,  kooperasiyasını 
nəzərdə  tutur.  O,  dövlət  strukturları  və  qeyri-hökumət  təşkilatlarının 
bərabərhüquqlu 
əməkdaşlığı 
əsasında 
həyata 
keçirilirıdövlət 
institutları  səviyyəsində “yuxandan" idarəetmə (“Voltcr üzrə”), qeyri- 
hökumət  təşkilatlan  səviyyəsinda“aşağıdan"(“Russo  üzrə”)  idarəetmə 
ilə  tamamlanmalıdır.  Belə  yanaşma  vətəndaşlann  yaradıcı  qüvvə  və 
qabiliyyətlərinin  inkişafı  üçün  əlverişli  iqtisadi,  təşkilati  və  mənəvi- 
psixoloji 
şəraitin  yaradılmasına  yardım  edəcəkdir. 
Belə  mədəni 
siyasət 
ictimaiyyətə  istiqamətlənərək, 
həm  ölkədaxili  ham  də 
beynəlxalq  sahədə  ictimai  münasibətlərin  plüralizm  və polisentrizm 
prinsipləri  əsasında  harmonizasiyasına  yardım  edir. 
O,  vətəndaş 
cəmiyyətinin  idarəedilməsində qeyri-hökumət təşkilatlannın iştirakına 
geniş  şərait  və  bərabər  imkanlar  yaradır.  Vətəndaş  cəmiyyətlərində
287


Kuad M.-ımmadov
Kulturojflgiya cffektitli hayat »э faaliwat? aparan vol

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin