Fuad Mammadov
Kulturologiva effektivli haval ta faalivvala aparan vol
açılmamış reallıqlann,
dialektik ziddiyyətlərlə dolu olan
mürəkkəbliklərini aradan qaldırmağı asanlaşdırır.
Dini və dünyəvi mədəniyyətdə sosial şər və onunla mübarizə
anlamına müxtəlif cür yanaşılır. Belə ki, iudaizm, islam və xristian
dini mədəniyyətində şərin səbəbkan - şeytan, insanın xilaskarı isə,
imandır. Dünyəvi mədəniyyətdə şərin səbəbi - cahillik, ondan xilas
olma yolu isə - bilik, humanist etika və yaradıcılıqdır. İnkişaf və
səadətə can atan mədəni insan bilik, bacarıq və mütəşəkkilliklə birgə
humanist mənəviyyata malik omalı, şəxsi və ictimai rifah naminə
yaradıcı fəaliyyət həyata keçirməlıidir. Bununla yanaşı,
dini və
dünyəvi yanaşmaları
kamil insan anlayışı birləşdirir.
Bütün
ləyaqətlərin zirvəsi olan
kamillik yüksək olduqca, şər azalır;
kamilliyə doğru gedən yol - yüksək ruhi mədəniyyətə gedən yoldur.
Bizim
təsəvvürümüzə
görə,
bəşəriyyətin
müasir
sosial
mədəniyyətinin ən cəlbedici və şüurlu forması demokratik dəyər və
prinsiplərə əsaslanan vətəndaş cəmiyyəti mədəniyyətidir. O, yeni
demokratik ölkələr tərəfindən
insanlar və xalqlar arasında sülhün
stabilliyinin, sosial inkişafın, daha uğurlu gələcəyin yolunun, bəşər
düşüncəsi və fəaliyyətinin tarixi nailiyyəti kimi nəzərdən keçirilir.
Vətəndaş cəmiyyəti mədəniyyəti - vətəndaşların sosial fəallığı və
özünüidarəsinin inkişafı hesabına ictimai rifahın artımını təmin edən
yüksək həyat fəaliyyəti mədəniyyətidir. O, demokratik etika
və
vətəndaş hüququ, azad informasiya, stabil həyat təminatı sistemi,
vətəndaş, cəmiyyət və dövlətin maraqlarının harmonizasiyasmı
nəzərdə tutur. O, şəxsiyyətin sosiallaşması və ictimai, o cümlədən
milli və dini münasibətlərin tənzimlənməsi üçün yeni imkanlar açır,
düzgün sosial, siaysi, hüquqi və iqtisadi qərarların hazırlanması və
düzgün həll edilməsinə
yardım edir. Demokratik mədəniyyətin
inkişafı
vətəndaş cəmiyyətinin
humanist dəyərlərinə zidd olan
avtoritarizm, despotizm, eqoizm, avantürizm siyasi mədəniyyətinin
tədrici eroziyasına səbəb olur. Bu yol müxtəlif xalqların ideologiya
və iqtisadi maraqlarının, daxili resurs və əməkdaşlığın istifadəsinə
əsaslanan üçüncü ölkələrin
davamlı sosial-iqtisadi inkişafının
harmonizasiyasına aparır.
Nəzərə almaq lazımdır ki, demokratiya bütün dərdlərin dərmanı
deyil, liberal dəyərləri isə ideal adlandırmaq olmaz. Belə ki, Qərb
308
Fuad Mammadov
Kulturologiva effektivli hrival ta faalivvata aparan vnl
üçün xarakterik olan ifrat fərdiyyətçilik sosial altruizmi məhv edən
arxieqoizmin genişlənməsi üçün şərait yaradır, kütləvi mədəniyyət
isə, yüksək intellektual və etik mədəni dəyərlərin eroziyasını yaradır.
O.Şpenqler, A.Toynbi, M.Horkxaymer, Q.Markuze, E.Fromm,
Orteqa-İ-Qassetin və bir çox başqa tanınmış kulturoloq, sosioloq və
filosofların tənqid obyektinə çevrilən bu və digər neqativ
xüsusiyyətlər qərb mədəniyyətində böhran, şəxsiyyətin cəmiyyətdə
yadlaşması hadisələrinin
yaranmasına,
sərtlik,
biganəlik və
himayəçilik tendensiyalarının
yayılmasına səbəb olur. A.Toynbi
Yeni dövrün əvvəlindən yaranan qərb sivilizasiyasmdakı mənəvi
böhranı nəzərdən keçirərkən, inkişaf etmiş Qərb ölkələrinin
eqoizmini, humanizm mövqeyindən tənqid edərək, onlan müasir
dövrün qlobal problemlərinin həll edilməsinin mühümlüyünü dərk
etməyə və millətçilik,
fərdiyyətçilik və kommunizm kimi
“postxristian ideologiyasını” aradan qaldırmağa çağırırdı.
Bununla
belə, siyasi, sosial və beynəlxalq stabilliyin əldə edilməsi vasitəsi olan
demokratik mədəniyyətin mövcud üstünlükləri
qlobal vətəndaş
cəmiyyəti
mədəniyyətinin
formalaşdırılması
problemini
aktuallaşdırırdı.
Bu problemin həlli
eyni
zamanda həm
“aşağıdan”milli dövlətlər səviyyəsində, həm də
“yuxandan”
beynəlxalq təşkilatlar səviyyəsində həyata keçirilməlidir.
Dostları ilə paylaş: