Qlobal vətəndaş cəmiyyəti mədəniyyətininqurulması prosesində
milli dövlətlərin rolu mühümdür. Məlum olduğu kimi, hər bir milli
mədəniyyətin xarakter və keyfiyyəti təbii-coğrafi şərait, bioloji kod,
sosial mühit, tarixi şərait və mədəni mübadilə faktorlanndan asılıdır.
Bu zaman dövlətin siyasi rejimi ilə tənzimlənib, özündə ailə, kollektiv
və cəmiyyət kimi qarşılıqlı asılılıqda olan institutlan birləşdirən
sosial mühit apancı rola malik olur.
Dövlət və cəmiyyətin sosial-mədəni inkişafında ailə mühüm rol
oynayır. İnsanın mədəniyyətində tərbiyə həlledici əhəmiyyətə
malikdir. Əgər insan ailədə humanist tərbiyə almamışdırsa, onda
sosiallığın əksinə, “mədəni atavizm” üstün ola bilər. Belə ailələr
insanın “bioloji”, “heyvani” mədəniyyətinin təbii kultivasiyası üçün
şərait yaradır. Xeyit və ya şər əməllərə meyllilik şəxsiyyətin
fərdi
mədəniiyyəti və xarakterinin formalaşdırılması üçün
qidalandıncı
mühit olan, tarixən formalaşmış
mədəni ənənələr,
ailənin
309
Fuad Mammadov
Kulturologjya effektivli havat »э faaliyyjlo aparan vol
psixologiyası, dünyagörüşü,
həyat tərzi ilə
müəyyən edilən
genetikasından asılıdır. Humanist tərbiyənin olmadığı sosial cəhətdən
neqativ genetika zamanı yaxşı təhsil, humanist mənəviyyat və ictimai
maraqlara zidd olan “bioloji” mədəniyyətli insan tərəfindən öz
eqoistik maraqlan, avantürist məqsədlərinə nail omaq üçün istifadə
olunur. Bu, ictimai asayiş və təhlükəsizlik üçün qorxu yaradan şər,
sosial gərginlik,
konflikt və dağıdıcı proseslər əmələ gətirərək,
yüksək sosial mədəniyyətin eroziyası faktoru kimi çıxış edir. Yüksək
etik prinsiplər və uşaqlanmn yaxşı təhsil prioritetlərinə sadiq olan
möhkəm ailə dövlətin dayağı olaraq,
cəmiyyətin
sağlam
mənəviyyatım
müəyyən edir. Ailə mədəniyyəti
-
cəmiyyətin
mədəniyyətinin
göstəricisi
və
mənbəyi,
dövlətin
milli
mədəniyyətinin, onun həyatiliyi və yaradıcı imkanlarının əsasıdır. O,
insan potensialının keyfiyyətini və milli dövlətin mədəni simasını
müəyyən edir. Lakin, əgər tərbiyə ailədən başlayırsa, valideynlərin
tərbiyəsi, bir çox hallarda, dövlətdən asılıdır. Buna görə də ailələrin
tərbiyəsi dövlətin əsas qayğısına çevrilməlidir. Müasir şəraitdə bu
mühüm strateji vəzifənin yerinə yetirilməsi, təhsillə bərabər, dövlətin
kulturoloji maarif sistemi ilə təmin edilməlidir. Bu sistem
bəşəriyyətin şüuru, hissləri və yaradıcı əməyi ilə yaratdığı dünya
sivilizasiyasının inkişaf tarixinin əhali tərəfindən dərk edilməsi üçün
geniş imkanlar açır.
Millətin sosial-mədəni inkişafinın mühüm faktoru cəmiyyətdir. Bir
çox müasir ziddiyyətlərin mahiyyətinin təhlili göstərir ki, onların əsas
səbəbi mədəniyyətlərin ziddiyyətləridir. Mədəniyyətlərin, məhz baza
dəyərlərinin müxtəlif iyerarxiyası ilə bağlı olan, ziddiyyəti partlayış
doğuran miqrasiya və terrorizmə gətirib çıxarır. Buna görə də, siyasi,
sosial, dinlərarası və beynəlxalq stabilliyin əldə edilməsi üçün,
demokratik mədəniyyətin bəşəri dəyərlərinin - liberalizm və vətəndaş
cəmiyyəti dəyərləri üstünlüyünün təsdiqi yolu ilə xalqların və
vətəndaşların mədəni uyğunluğunun formalaşdırılması həlledici
əhəmiyyət daşıyır. İnsan münasibətlərinin harmonikləşdirilməsi üçün
insanların humanizm dəyərlərinə sadiqliyi, eyni və ya yaxın
dünyagörüş və maraqlarının olması vacibdir. Bunun üçün, onların
Xeyir və Şər, həyat və dəyər anlayışları haqqında təsəvvürlərinin
yaxınlaşdırılması mühüm əhəmiyyət daşıyır.
Bununla əlaqədar,
310
Fuad Mamırıadov
Kulturologjya effektiv» hav al ta faaliyyəla aparan yol
qloballaşma şəraitində bəşər mədəniyyətinin universal mənəvi dəyər
və prinsiplərinin prioriteti əsasında şəxsiyyətin fərdi mədəniyyətinin
formalaşdırılması haqqında mədələ strateji əhəmiyyət alır. Belə fərdi
mədəniyyət əsasında,
mədəni özünəməxsusluğu pozmadan,
öz
aralarında harmonik qarşılıqlı təsir ümumiliyi olan mədəniyyətlərin
düzgün mikro- və makro
sosiumlannı qurmaq olar. Milli
mədəniyyətlərin başlıca dəyərlərinin saxlanması şərti ilə, bu siyasi
vəzifənin həyata keçirilməsi, mühüm əhəmiyyət kəsb edir. Məhz
mədəni özünəməxsusluq, dini fərqlər, həyat tərzi və ənənələri nəzərə
alan yanaşma ümumi maraqlara cavab verən qarşılıqlı anlaşmaya nail
olmaq üçün geniş imkanlar açır.
Məlumdur ki,
şəxsiyyətin və cəmiyyətin mədəniyyətinin
formalaşdırılması çox zaman dövlətin siyasi rejimindən asılı olur.
Dünya təcrübəsi göstərdi ki, müasir dünyada sosial-siyasi quruluşun
ən optimal modeli demokratiyadır. Lakin demokratiya da özündə
inkişafin dağıdıcı prosesləri olan
adi təfəkkür və postmodern
prinsiplərinə əsaslanma,
elm, klassik etika, estetika və yüksək
incəsənəti inkar etmə, kütləvi mədəniyyətin artımı, maarif və təhsilin
defisiti ilə bağlı bir sıra sosial təhlükələri gizləyir. Əgər demokratik
quruluş ictimai maraqlara cavab verən düzgün siyasət və sistemli
idarəetmə ilə təmin olunmursa, o da antisosial fəaliyyətlər yaradan
eqoizmin
aradan qaldırılmasına təminat vermir. Bir zamanlar
görkəmli alman filosof və kulturoloqu
Karl Yaspers,
avropa
mədəniyyətini
tənəzzül kimi səciyyələndirərək qeyd edirdi ki,
ümidsizlik daim illüziyalara ehtiyac, həyatın boşluğu - sensasiyalara
ehtiyac, gücsüzlük - daha zəif üzərində zorakılıq ehtiyacı yaradır.
Bundan çıxış edərək, insanı güclü etməyin, onun həyatının ruhi
cəhətdən zənginləşdirilməsinin, daha yaxşı gələcək üçün ona imkan
verməyin
mühümlüyü aktuallaşır. Məşhur ingilis tarixçisi və
kulturoloqu Arnold Toynbi analoji mövqedə dururdu. Toynbinin
“Çağırış-Cavab” konsepsiyası mədəniyyətin, daxili və xarici
stimulların təsiri ilə passivdən aktivə və əksinə keçidi ilə bağlı,
inkişafinın dialektik proseslərini məntiqi izah edir.
Toynbi
mədəniyyətin yaradıcısı olan şəxsiyyətin ruhu, iradəsi və enerjisinə
böyük əhəmiyyət verirdi. Dindar adam olmasına baxmayaraq, insan
və cəmiyyətin yaradıcı inkişaf prosesini ləngidən faktor kimi, fatalizm
311
b'uad Mammadov
Kulturologiva cffcklivli havat
у э
fəallvvala aparan vnl
fəlsəfəsinin aradan qaldırılmasına qarşı cəsarətlə çıxırdı. Toynbiyə
görə, sivilizasiyanın inkişafının əsasını “Çağırış” və “Cavab” təşkil
edir. “Çağırış” - Xeyir və Şər arasındakı mənəvi seçim, eləcə də, təbii
və ictimai gərginlik, kataklizmlər şəraitində yaşayib inkişaf etmək
uğrunda mübarizə stimulu kimi çıxış edir. “Cavab” - sivilizasiyanın
inkişafının hərəkətverici qüvvəsi kimi çıxış edir. Toynbiyə görə,
məhz bu mifologem insan münasibətlərinin tənzimləyicisidir.
Dostları ilə paylaş: |