kulturoloji konfrans və seminarlar ola bilər. Bu görüşlər həm peşəkar,
həm də elm, təhsil, incəsənət xadimləri, iqtisadçı və hüquqşünas,
siyasətçi və jurnalistlər,
parlament, mərkəzi və yerli hakimiyyət,
bələdiyyə və qeyri-hökumət təşkilatlan, sahibkar və xeyriyyəçilər,
diplomat və din xadimlərinin iştirakı ilə geniş formatda keçirilə bilər.
Azərbaycan üçün aktual olan
sosial-mədəni inkişaf probltmi
həllinin perspektivli formalanndan biri kimi, Azərbaycanın mədəni
tərəqqisinin ümumi maraqlan ilə birləşən dövlət və qeyri-hökumət
təşkilatlan, eləcə də vətəndaşlann könüllülüyü əsasında Azərbaycan mədəniyyət Forumu ola bilər. Hal-hazırda “Simürğ” Azərbaycan
mədəniyyət Assosiasiyası
həmin Forumun yaradılması üzərində
çalışır.
Azərbaycan Respublikasında yeni mədəni siyasətin formalaş-
dınlması və mədəniyyətin idarə edilməsinin köhnə sisteminin dəyiş
dirilməsində bir çox sosial və humanitar elmlərin elmi sintezatoru
olan
kulturologiya fundamental rol oynaya bilər və oynamalıdır.
Çoxəsrlik dünya və milli mədəniyyətin
tarixi, nəzəri və praktik
öyrənilməsinin sistemli təhlilinə istinadən, kulturoloji metodologiya
həyat fəaliyyətinin
mahiyyət və qanunauyğunluqlarını
düzgün
anlamağın və insan və cəmiyyətin rifahının ruhi təkmilləşmə yollarını
görməyin və həyat keyfiyyətinin yüksəldilməsinin yeni imkanlarını
açır. O, dövlətin inkişaf sürəti və keyfiyyətini müəyyən edən fakt və
şərtlərin bütün rəngarəngliyini nəzərə alaraq, praktik problemlərin
elmi qoyuluşuna əsaslanan həyati modellərini qurmağa, onların həlli
yollan, üsul və vasitələrinin düzgün müəyyənləşdirilməsinə, ölkənin
idarəetmə texnologiyalanmn təkmilləşdirilməsinə imkan verir.
Yeni prinsiplər üzrə mədəniyyətin inkişafının idarəedilməsinin
effektivliyinə nail olmaq üçün
yüksək ixtisaslı kulturoloq
304
Fuad Mammadov
Kulturologiya effektivli haval va faalivvola aparan vol
mütəxəssislərin hazırlığı və səmərəli istifadəsinin mühüm əhəmiyyəti
var. Gənc kulturoloqlar
ruhi mədəniyyətin müxtəklif sahələrinin
dövlət idarəçiliyi sistemində hökumət tərəfindən fəal istifadə
edilməlidirlər.Onlar təhsil; mədəniyyət; gənclər, idman və turizm
nazirliklərində ; Milli elmlər Akademiyasında; Dövlət Tele-Radio
şirkətində; mərkəzi və yerli idarəetmə orqanlarının müvafiq
bölmələrində ; MilliMəclisin komissiyalarında, eləcə də müvafiq
qeyri-hökumət təşkilatlarında, bələdiyyə və
respublika həmkarlar
komitələrində ciddi istehsalat praktikası keçməlidirlər.
Dövlət quruculuğu və idarəçiliyində
kulturologiyanm praktik
rolunun artması ilə əlaqədar olaraq, onun elm və tədris fənni kimi
institutlaşdınlması, xüsusilə, mühüm əhəmiyyət kəsb etməyə başlayır.
Azərbaycanda kulturoloji institutlar, mərkəzlər, kafedra və digər
idarələr yaradılmalı, kulturoloji təhsil və tədqiqatın, dövlət və qeyri-
hökumət
təşkilatlan şəbəkəsi üçün
müəllim, alim və menecer-
kulturoloqlann hazırlanmasının
prioritet inkişafina zəruri şərait
formalaşdmlmalıdır. Bu məsələ üzrə qərar qəbul edilməsinin
gecikdirlməsi
ölkəniin
mədəniyyətin inkişafının idarəedilməsi
sisteminin
təkmilləşdirilməsi
və
yeni
mədəni
siyasətin
formalaşdınlmasına
mənfi təsir göstərir. Sistemli kulturoloji
tədqiqatlar Azərbaycan dövlətinin
dünyanın apancı demokratik
ölkələrinin
inkişaf səviyyəsinə
yaxınlaşma zamanının xeyli
azaldılmasını təmin etməyə qabil, ölkənin modemləşdirilməsinin
strateji texnologiyalanmn hazırlanması üçün universal elmi əsas ola
bilər və olmalıdır.