Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə149/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   145   146   147   148   149   150   151   152   ...   182
Ölkənin  ümummilli  mədəniyyəti  hətta  ölkənin  iqtisadi  sınaq 
dövrlərində  belə,  sosial  stabilliyin  saxlanması  və 
ictimai 
münasibətlərin  tarixən  yoxlanılmış  vasitəsi  kimi  çıxış  edir.  Hər  bir 
milli  mədəniyyətin  inkişaf  strategiyası  elə  qurulmalıdır  ki,  mənəvi 
mədəniyyətin  tənəzzülünə  aparan 
çatışmamazlığa  qarşı  ardıcıl 
mübarizə  bütün  yaradıcı  səciyyəli  proqramlar  çərçivəsində  həyata 
keçirilsin.  Burada  söhbət  mənəvi  dəyərlərin  eroziyası  nümunəsi  olan 
yaltaqlıq,  yalan,  azğınlaşmış  konformizm, 
korrupsiya,  qulluq 
göstərmə, 
qeyri-sağlam  rəqabət, 
“qara  piar”  və  s.-dən  gedir.
Vətəndaş  cəmiyyəti  ictimai  münasibətləri  üçün  təhlükəli  olan  belə 
hadisələr  üçün  ən  münbit  şərait  adi  şüurun  üstünlüyü  və  aşağı 
səviyyəli  elmi  biliklərə  əsaslanan  kütləvi  mədəniyyətin mozaikliyidir. 
Demokratik  mədəniyyətin  formalaşması  və  inkişafına  neqativ  təsir 
göstərən  digər  faktor  konservativ-arxaik  təsəvvürlərin  üstünlüyü, 
feodal-avtoritar  mədəniyyət  və  ona  uyğun  təfəkkürlə  əlaqədardır.  Bu 
faktor  insanların  qarşılıqlı  anlaşmasına  mane  olub  mədəniyyətlərin 
münaqişə  səbəbinə  çevrilir.  Ölkə  səviyyəsində 
ümummilli 
mədəniyyətin  möhkəm  özülünün  yaradılması  məsələsi  insanların 
doğulduğu  yer,  etnos və  dini  mənsubiyyəti  ilə deyil,  şəxsi  keyfiyyət, 
həyat  prinsipləri  və  dəyərləri  ilə  ölçülməlidir.  Deməli,  şəxsiyyətin 
fərdi  mədəniyyətinin  formalaşdırılması  ümummilli  əhəmiyyət  kəsb 
edir.  Fərdi  mədəniyyət  vasitəsi  ilə  mədəniyyətin  mikro-  və  makro 
sosiumunu,  insan  birliyini  düzgün  formalaşdırmaq  olar.  Bunlardan 
çıxış  edərək, 
hər  bir  hökumət  əlverişli  sosial-mədəni  şəraitin 
yaradılmasına 
çalışmalı, 
vətəndaşlarda  xeyirxahlığın, 
qanununn 
aliliyinə  hörmət,  yüksək  əxlaqlılığın  tərbiyəsinə  qayğı  göstərməlidir. 
O, 
əsas  məqsədi  yüksək  mədəniyyətli 
şəxsiyyət  və  liderlərin 
hazırlanması  və tərbiyə edilməsi olan elmi əsaslı sosial-mədəni siyasət 
həyata  keçirməli,  onların  məhsuldar  fəaliyyətinə  şərait  yaratmalıdır.
3 1 2
Fuad  Məmmadov
Kulturologiva cffcklivli h.ıvat 
уд
 foalivvata aparan vol
Alimlər  arasında  belə  birfikir  yammışdır  ki,  millətin  sosial-mədəni 
tərəqqisi  siyasi-iqtisadi  faktorlarla  deyil,  bioloji  şərtlərlə  bağlıdır. 
Başqa  sözlə  desək,  mədəni  müxtəliflik  bioloji  fərqlərlə  şərtlənir. 
Lakin,  tarixi  təcrübə  göstərdi  ki,  həlledici  faktor  -  insanın  formalaşıb 
böyüdüyü  sosial  mühitdir.  İnasanlar  irqindən,  dinindən  etnos  və 
doğulduğu  yerdən  asılı  olmayaraq,  eyni  bioloji  təbiətə  malikdirlər. 
Lakin,  onun  həyati  imkanlannı  və  rifahını  müəyyən  edən, 
mədəniyyətinin  formalaşdıdırlması 
müəyyən  təbii-hava,  sosial  və 
siyasi  şərtlərdən asılıdır. Mədəniyyətin inkişafı və həyati çətinliklərin 
aradan qaldırılması  üçün təhsil  və tərbiyə, eləcə də  siyasət və düzgün 
idarəetmə  mühüm  əhəmiyyət  daşıyır.  Yüksək  mədəni  prinsiplərdən 
uzaq, düzgün olmayan idarəetmə xalqların degenerasiyası  və kökünün 
kəsilməsinə,  onun  həyatqabilliyinin  aradan  qaldırılmasına  apararaq, 
insanlarda  imansızlıq,  şər, 
sosial  ədalətsizlik,  hakimiyyətə 
etibarsızlıq, gələcəyə inamsızlıq yaradır.
Beləliklə,  qlobal  vətəndaş  cəmiyiyəti  mədəniyyətinin  qurulması 
strategiyalarının  ən  mühüm  məsələlərindən  biri,  ayn-ayr  ölkələrdə 
ictimai  maraqlara  cavab  verib,  sabit  inkişaf  və  ruhi  mədəniyyətin 
tərəqqisini  təmin  edən  mədəni islahatların  həyata  keçirilməsidir.  Bu 
islahatlar  vətəndaşların  iqtisadi,  sosial  və  siyasi  müstəqilliyi,  eləcə 
də 
məsuliyyətinə  yardım  edən 

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin