Fuad Mammadov
Kulturologiva cffektivlı havat va faalivvata aparan vol
sivilizasiyasında mədəni qeyri-bərabərlik hadisələrinin
tədqiqi və
tənzimlənməsi üçün geniş perspektivlər aça bilər. O nəinki qlobal
cəmiyyətin özünütəşkil prosesində
müxtəlif mədəni sosiumlann
qarşılıqlı təsir xüsusiyyətləri və qanunauyğunluqlarını aşkarlamağa,
həm də mürəkkəb sistem olan dünya mədəniyyətinin bütün inkişaf
dinamikasını qurmağa kömək edə bilər. Bu, ümumi təhlükəsizlik
naminə müxtəlif mədəniyyətlərin harmonizasiyasma yardım edən,
insan və cəmiyyətin mədəni inkişaf potensialının hələ elmə məlum
olmayan
tənzimlənmə imkanlarını aşkarlamaq üçün mühüm
əhəmiyyətə malikdir. Burada söhbət, ictimai şüurun yaranması və
təkamül prosesində
insanların intellektual və mənəvi mədəniyyəti,
psixologiya və xarakterinin
dərin asılılıq səbəblərinin aşkar
edilməsindən gedir. Təbiət və cəmiyyətdəki özünütəşkil proseslərini
öyrənən elm kimi, ümumi sinergetikanın nailiyyətlərinə istinadən,
kulturoloji sinergetika tədqiqatçıların diqqətini cəmiyyətdə sosial
mühitin təsiri altında inkişaf edib, öz-özünə yaranan və saxlanan
mürəkkəb sosial-mədəni sistemlərin mexanizmlərinin öyrənilməsinə
yönəltməlidir.
İnsan
və cəmiyyət səviyyəsində mədəniyyətin
inkişafının bir çox variantlarını nəzərdə tutan təkamül, böhran və
bifiırkasiya (
mövcudluğun qeyri-sabit fazaları)
hadisələrinin
sistemli tədqiqi, humanist məqsədlərdən çıxış edərək, sosial-mədəni
inkişaf proseslərini şüurlu şəkildə formalaşdırıb, proqnozlaşdırmağa
imkan verəcəkdir. Kulturoloji sinergetika təhlilin kamparativ və digər
metodlarından
istifadə etməklə, mədəniyyətin bir iyerarxik
səviyyədən digərinə keçidinin kompleks təzahürlərini öyrənməyə
kömək edə bilər. Bu tədqiqatların praktik əhəmiyyəti, həm də onunla
əlaqədardır ki, onlar insani, maddi və informativ resursların effektiv
strateji planlaşdırılması,
proqnozlaşdırılması və
düzgün elmi
istifadəsi üçün
əsasrolunu oynayır.
Mədəniyyətin özünütəşkili
proseslərinin əsasında olan ümumi qanunauyğunluqların aşkar və
dərk edilməsi
müasir dünya sivilizasiyasının
təhlükəsizliyi və
davamlı inkişafı üçün müxtəlif xalqların mədəniyyət və maraqlarının
harmonizasiyası, qlobal idarəetmənin yaxşılaşdırılmasına yardım edə
bilər.
Nəzərədən keçirilmiş materialları ümumiləşdirərək, demək olar ki,
üçüncü minillikdə
bəşəriyyətin davamlı və təhlükəsiz
inkişafı,
318
Fuad Mammadov
Kulturologiva cffcktivli havat va faalivvata aparan vol
harmonik qlobal vətəndaş cəmiyyəti qurulmasının mühüm şərti
bəşəriyyətin
ruhi mədəniyyəti tərəqqisinin təmin edilməsi və
ziddiyyətlərin aradan qaldırılmasına istiqamətlənmiş beynəlxalq
birgəfəaliyyətin effektiv həyata keçirilməsidir. Bu strateji məsələnin-
həli edilməsi şəxsiyyətin mədəni inkişafına, məsuliyyət mədəniyyəti,
hər bir ölkədə demokratik idarəetmə mədəniyyətinə xüsusi diqqət
tələb edir,
dünya mədəniyyəti və sivilizasiyasının
böhransız
inkişafına istiqamətlənən
yeni beynəlxalq sosial-mədəni siyasətin
həyata keçirilməsini universal mədəni eynilik yaradılmasına yardım
edən
beynəlxalq kulturoloji proqramların
hazırlanıb, həyata
keçirilməsini tələb edir.
>
Mədəniyyətin nəzəriyyəsi, tarixi və fəlsəfəsi üzrə beynəlxalq
Dostları ilə paylaş: