Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə153/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   149   150   151   152   153   154   155   156   ...   182
mühazirələr.  Buraxılış  20.  Dünyagörüşlərin  diferensasiya  və 
inteqrasiyası:  ekzistensialist və tarixi təcrübə,  2004, s.220-233
MƏDƏNİYYƏT  SİVİLİZASİYANIN YARADICI  FAKTORU, 
KAMİLLİK, SÜLH VƏ RİFAHA GEDƏN YOLDUR.
Qloballaşma  şəraitində  ruhi  mədəniyyətin  inkişaf problemlərinin 
strateji əhəmiyyət kəsb etməsi onun dünya birliyindəki sosial,  iqtisadi 
və  siyasi  rolu, 
insanın  özünün  və  onu  əhatə  edən  dünyanın 
tərəqqipərvər  dəyişiklikləri, 
şəxsiyyətin 
yaradıcı 
potensialının 
aşkarlanması  və  ictimai  münasibətlərin  tənzimlənməsi  ilə  şərtlənir. 
Müasir  dünya  sivilizasiyası  Xeyir  və  Şər  arasındakı  ziddiyyətlərlə, 
yaradıcılıq  və  dağıntılar,  tərəqqi  və  tənəzzül,  biliklilik  və  cahillik, 
mədəniyyətlilik  və  mədəniyyətsizliklə  doludur,  dünya  tarixi  göstərir 
ki,  bir  çox  hallarda  dəyərlər  maraqlara  qurban  verilir.  Bu  dialektik 
mhitdə 
yüksək  ruhi  mədəniyyət 
yaradıcılığın  əsası,  böhranların 
aradan qaldırılması və sosial terapiya,  bəşəriyyətin xilası  faktoru kimi 
çıxış edir.
Dünya 
sivilizasiyasının  inkişafında 
ruhi 
mədəniyyətin
əhəmiyyətinin  artması  müasir  cəmiyyətin  həyatında  kulturologiyanın 
yüksək dünyagörüş,  sosial-siyasi  və  praktik  əhəmiyyətini  artırmışdır. 
Yaradıcı  insanın  həyat  fəaliyyəti  haqqında  elm  olan  kulturologiya 
sosial  tərəqqinin  tələblərinə  savab  verərək,  “şəxsiyyətin  şüurunda
319


Fuad  МашпЫоу
Kulturologiva effcktivli  haval  va faalivvata aparan vol
mədəni  inqilab”  -in   həyata  keçirilməsinə, 
insan  və  cəmiyyətin 
pozitiv  istiqamətdə  dəyişdirilməsinə  yardım  edir,  dünyada  insan 
həyatının  yüksək  pilləsi  olan  humanist  nizam  və  harmoniyanın, 
etibarlı  gələcəyin  üfüqlərini  proqnozlaşdırmağa  imkan  yaradır.  O, 
nəinki 
bəşəriyyətin  mədəni  irsinin 
mənimsənilməsi  imkanlarını 
genişləndirir,  həm  də  xalqın  tərəqqipərvər  sosial-mədəni  inkişafı 
üçün  maneə  törədən,  əhəmiyyətini  itirmiş  adi-ənənəvi  təsəvvürlərin 
aradan  qaldırılmasına,  zamanın  tələblərinə  cavab  verən  beynəlxalq 
münasibətlərin  harmonizasiyası  və 
universal  mədəni  dəyərlərə, 
dövlət  və  cəmiyyətin  modemləşdirilməsinə  elm  əsaslı  yanaşmaların 
yaradılmasına yol açır.
Kulturologiya  tərəfindən 
öyrənilib  ümumiləşdirilən  dünya 
mədəniyyəti  inkişafının tarixi  prosesi  fərdi,  milli  və qlobal  səviyyədə 
bəşəriyyətin  həyat  fəaliyyətinin  müasir  problemlərinin  həlli  üçün 
mühüm  əhəmiyyət  daşıyır,  çünki,  dünya  mədəniyyəti  tarixi 
dünya 
sivilizasiyasının  minillik  mövcudluğu  ərzində  bəşəriyyətin  bir  çox 
nəsillərinin  topladığı 
müdriklik  və  sosial  təcrübənin 
tükənməz 
xəzinəsidir.
İnsanın  yaradıcı  həyat  və  fəaliyyəti  olan  mədəniyyət  bəşəriyyətin 
xaosdan  nizama  doğru  gedən  tarixi  yolunu  ümumiləşdirir.  İnsan 
tarixinin  müəyyən  mərhələlərində  ədalətsiz  nizam 
insanın  insan 
tərəfindən  istismar  edilməsi  üzərində  qurulan  ictimai  münasibətlərin 
yeganə  tənzimləmə  vasitəsi  idi.  Feodal,  avtoritar,  monopolist  və 
totalitar  cəmiyyətlərdə  insanın  hüquq  və  azadlıqları  hökmdar  və 
bürokratların 
mənafeyinə 
uyğun 
olan 
qanunvericiliklə 
məhdudlaşdırılır,  hüquqi-etik  normalar  isə, 
ədalətsiz  paylama 
münasibətlərini  və  imkanlarda  olan  qeyri-bərabərliyi  möhkəmlədir. 
İnsan  mədəniyyətinin  inkişafı,  humanizm  ideyalarının 
yayılması 
tədricən  nizamın  məzmununu  dəyişir,  sivilizasiyalı  cəmiyyətin  zəruri 
tələbinə çevrilir.
Mədəniyyət  insan  cəmiyyəti  inkişafında 
müəyyən  yetginlik 
mərhələsi,  səciyyəvi  şəhər  həyat  tərzi  ilə  insanların  etnik,  mədəni- 
tarixi  birliyi  olaraq,  sivilizasiyaya bağlıdır.  İlkin olaraq,  urbanizasiyalı 
antik  cəmiyyəti  barbar  əhatədən  fərqləndirmək  üçün 
keyfiyyət 
göstəricisi  kimi  istifadə  olunan 
“sivilizasiya”  anlayışı  XIX  əsrdə 
vəhşilik  və  barbarlıq  dövrlərini  əvəz  edən  sosial-mədəni  inkişafın  ən
320
Fuad Mammadov
K ulluro logiva effektiv!! haval vo foalivvala aparan vol
yüksək, üçüncü pilləsini  müəyyənləşdirmək üçün  istifadə olundu.  XX 
əsrdə  sivilizasiyanı  bəşəriyyətin  qlobal  sosial-mədəni  təkamülü kimi 
anlamaqla  yanaşı,  onu 
lokal  mono-  və  ya  polietnik  birlik  kimi, 
özünüinkişafetdirici  və  özünüdağıdıcı  qanunlara  tabe  olan,  sosial- 
mədəni  spesifikliyə  malik  baxış  kimi  əsaslandıran  yeni  yanaşmalar 
əmələ  gəldi.  Kulturologiyada,  indiyə  qədər,  sivilizasiyanın  təsnif 
ediməsi  üçün  vahid  metodoloji  prinsip  və  meyarların  işlənməməsinə 
baxmayaraq,  son  zamanlar  onun  regionda  yaşayıb,  uzunmüddətli 
mədəni  qarşılıqlıtəsir  və  mədəni  mübadilədə  olan  xalqların  vahid 
tarixi  taleləri 
əsasında  formalaşan 
lokal  etnik 
birlik  kimi 
müəyyənləşdirilməsi  daha  geniş  vüsət  almışdır.  Sosial  təşkilatların, 
tarixən  mövcud  olan, 
institutional 
forma  və  mexanizmlərinin 
eyniliyi,  siyasi,  sosial,  ibntellektual,  hüquqi,  idarəetmə  və  iqtisadi 
mədəniyyətin  xarakterindəki  oxşarlığı  şərtləmdirən  konsolodasiya və 
tənzimlənmə 

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin