Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə161/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   157   158   159   160   161   162   163   164   ...   182
Известия  Российской  Академии  педагогических  и  социальных 
наук,  т.10,  с.337-342.  Москва,  2006.
342
Kuad  Mammadov
Kulturologiva effektivli havat vo faalivvota aparan vol
AZƏRBAYCAN  RESPUBLİKASINDA  RUHİ 
MƏDƏNİYYƏTİN  İNKİŞAF  TEXNOLOGİYALARI,
PROBLEM  VƏ  PRİORİTETLƏRİ  HAQQINDA
Azərbaycan hökuməti mədəniyyətin inkişafına məlum diqqət ayırır. 
12  noyabr  1995-ci  ildə  ümumxalq  referendumu  vasitəsi  ilə  qəbul 
olunmuş  Azərbaycan  Respublikasının  Konstitusiyasında  qeyd  edilir:
“  Azərbaycan  dövləti  mədəniyyət,  təhsil,  səhiyyə,  elm,  incəsənətin 
inkişafına  yardım  göstərir,  təbiət,  tarix,  xalqın  ruhi  və  maddi  irsini 
qoruyur...  Hər  kəs  mədəni  həyatda 
iştirak,  mədəni  müəssisə  və 
mədəni  dəyərlərdən  istifadə  hüququna  malikdir...  Hər  kəs  yaradıcılıq 
azadlığına  malikdir.  Dövlət 
ədəbi-bədii,  elmi-texniki  və  digər 
yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir".
Uzunmüddətli  inkişaf  nəticəsində  Azərbaycanda  ruhi  mədəniyyət 
sisteminin  təhsil,  elm  və  incəsənət,  hüquqi,  idarəetmə,  informasiya, 
beynəlxalq  və  digər 
sosial  institutlannın 
şaxələnmiş  şəbəkəsi 
yaradılmışdır.  2000-ci  ildə  respublikada 22  teatr, 4406  kitabxana,  13 
konsert zalı,  133 dövlət muzeyi,  26 bədii qalereya, 70 mədəniyyət və 
istirahət  parkı,  3022  klub,  mədəniyyət  evi  və  saray,  eləcə  də  onlarla 
elmi  müəssisə  və 
ali  təhsil  müəssisələri  fəaliyyət  göstərirdi. 
Poliqrafiya  müəssisələri  və  kitab  ticarəti,  eləcə  də 
xalq  sənəti 
məhsulları  ticarəti,  rəssamlıq  və  bədii  dizayn,  əntiq  mallar  ticarəti 
genişlənir.  Muzey,  kitabxana  və  bərpa  işində  yeni  texnologiyalara 
tədrici  keçid  həyata  keçirilir.  Avropa  Şurası  Mədəniyyət  komitəsi  və 
YUNESKO  ilə  əməkdaşlıq  edilir.  2000-ci  ildə  Mədəniyyət 
Nazirliyində  mədəni  siyasət  şöbəsinin  yaradılması  tərəqqipərvər 
hadisə  oldu.  Azərbaycan  Mədəniyyət  Nazirliyinin  təşəbbüsü  ilə 
TÜRKSOY  Beynəlxalq  mədəniyyət  təşkilatı  yaradılıb,  fəaliyyət 
göstərir.  MDB  ölkələrində  yeni  mədəni  mərkəzlər  yaradılır  və 
buradakı  mövcud  azərbaycan  diasporalan  ilə  mədəni  əlaqələr  inkişaf 
edir.  İncəsənət  sahəsinin  sosial  müdafiəsi  məqsədi  ilə  Azərbaycan 
Respublikası  Prezidentinin  bir  sıra  sərəncamları  ilə  yanaşı,  1997- 
1998-ci  illərdə  incəsənət  xadimləri  və  onların  kollektivlərinə,  gənc 
istedadlara  və  təqaüdçülərə  xüsusi  təqaüd  və  pensiyalann  verilməsi 
qərara  alınmış,  dövlət  mükafatlarının  yeni  sistemi  tətbiq  edilmişdir. 
Təhsil,  hüquqi  və  sosial  sistemlər,  idarəetmə,  iqtisadiyyat,  səhiyyə  və
343


Kuad  Mammodov
Kulturologiva effekti>li havat  va fjalivvota aparan vol
maddi,  eləcə  də  ruhi  mədəniyyətin  digər  sahələrində  islahatlar 
keçirilir.  1999-cu  ildə  Azərbaycan  Respublikası  Prezidenti  yanında 
Dövlət  İdarəetmə  Akademiyasının 
yaradılması  Azərbaycanda 
idarəetmənin,  eləcə  də  siyasi  və  iqtisadi  mədəniyyətin  inkişafı  üçün 
mühüm  əhəmiyyət  daşımışdır.  Müasir  Azərbaycanın  intellektual 
mədəniyyəti  inkişafinm  ən  böyük  nailiyyəti  2001 -ci  ildə  bir  qrup 
istedadlı  azərbaycan  alimlərinin  Milli  Elmlər  Akademiyasının  həqiqi 
üzvü və müxbir üzvü seçilməsi oldu.
Dövlətin  müasir  mədəni  siyasətində  ən  mühüm  yeri  azərbaycan 
xalqının  mədəni  irsinin  qorunması  və  yayılması  ilə  bağlı  fəaliyyət 
tutur.  Azərbaycanda  və  Gürcüstanda  azərbaycan  mədəniyyətinin 
görkəmli  xadimlərindən  -   Üzeyir  Hacıbəyov,  Səməd  Vurğun,  Cəfər 
Cabbarlı,  Nəriman  Nərimanov,  Bül-bül,  Cəlil  Məmmədquluzadə, 
Niyazi,  Hüseyn  Cavid,  Mirzə  Fətəli  Axundovun  ev  -muzeyləri  təşkil 
edilmiş  və  fəaliyyət  göstərir.Son  zamanlar  keçirilmiş  beynəlxalq 
əhəmiyyətli  tədbirlər  içərisində  görkəmli  azərbaycan  mütəfəkkir  və 
şairi  Məhəmməd  Füzulinin  500  illik  yubileyinin  Fransa,  Türkiyə, 
Rusiya,  İrak  və  İranda  keçirilməsi  oldu.  Görkəmli  azərbaycan 
bəstəkarı  Qara Qarayevin, dünya şöhrətli müğənnilər Bül-bül və Rəşid 
Behbudovun 
yubileylərinə  həsr  olunmuş  və  müxtəlif  ölkələrdə 
keçirilən  bayram  tədbirləri  milli mədəniyyət tarixinə parlaq səhifələr 
yazdı.  Azərbaycan  milli  eposu  olan  Dədə  Qorqudun  1300  illik 
yubileyinin  YUNESKO-nun  rəhbərliyi  altında  keçirilməsi  möhtəşəm 
hadisə  oldu.  Fiziki  mədəniyyət,  idman  və  turizmin  inkişafi  üzrə 
Bakıda  və  Azərbaycan  regionlarında  olimpiya  komplekslərinin 
yaradılması, 
gənclər  üçün  yeni  mərkəzlərin  tikintisi  və  mədəni 
abidələrin bərpası sahəsində  fəal tədbirlər həyata keçirilir.
Keçmiş  on  il  ərzində 
mədəniyyətin  inkişafının  hüquqi 
tənzimlənməsinin  qanunverici 
bazasının 
yaradılması 
üzrə 
əhəmiyyətli  işlər görülmüşdür.  O,  1991-1999-cu illərdə  qəbul  edilmiş 
19  qanunun  fəaliyyəti  ilə  təmin  edilir.  1998-ci  ildə  Azərbaycan 
Respublikasının  mədəniyyəti  haqqında  Qanun  qəbul  olunmuşdur. 
Mədəniyyət  haqqında  yeni  Qanunda  pozitivlik  ondan  ibarətdir ki,  o, 
Avropa  Şurasının,  insanın  azadlıq  və  hərtərəfli  inkişafım  təmin  edən 
demokratik  mədəniyyətini  -  mədəni  rəngarənglik,  yaradıcı  fəaliyyətə 
həvəsləndirmə 
və 
mədəni 
həyatda 
iştirak 
prioritetlərinə
344
Fuad Matnmadot
Kulturologiva cffektivll h.ıvat и  faalivvata aparan yol
istiqamətlənməni  yüksək  dəyər  kimi  nəzərdən  keçirən 
humanist 
prinsiplərini  əks  etdirir.  Bu  və  digər  illərdə  mədəniyyət  idarələrinin 
fiınksionallığı  və  yaradıcı  fəaliyyətini  tənzimləyən,  eləcə  də  milli 
mədəniyyətin  demokratikləşdirilməsinə  yardım  edən,  ölkədə  hüquqi, 
informativ,  idarəetmə  mədəniyyətinin  inkişafını  təmin  edən  bir  sıra 
qanunlar qəbul  olunmuşdur.  Onlann  arasında  -  mədəniyyət  və  tarixi 
abidələrin 
qorunması, 
kitabxana,  muzey,  dövlət  qulluğu, 
informasiya haqqında, informatlaşdırma və informasiyanın qorunması, 
müəllif hüququ,  kütləvi  informasiya  vasitələri,  memarlıq  fəaliyyəti, 
kinemotoqrafıya,  turizm  və  digər  qanunlan  nümunə  gətirmək  olar. 
Bu  qanunların  fəaliyyəti  nəticəsində  demokratik  mədəniyyətin 
formalaşdırılması  ilə  əlaqədar  müəyyən  pozitiv  dəyişikliklər  hiss 
olunur.  Ölkədə  senzura  ləğv  edilmiş,  kütlələrin  akkulturasiya  və 
maarifləndirilməsinin 
mühüm 
vasitəsi 
olan 
MEDİA-nm 
demokratikləşdirilməsi  baş  verir.  Mədəniyyət  haqqında  qanun 
mədəniyyət 
müəssisələrinin 
dövlət 
və 
yerli 
büdcədən 
maliyyələşdirilmə  imkanını,  eləcə  də  mülkiyyət  formasından  asılı 
olmayaraq,  özünümaliyyələşdirməni 
nəzərdə  tutur.  Mədəniyyətin 
demokratikləşdirilməsi  və  azad  inkişafına  vergi  qqanunvericiliyi  də. 
müəyyən  dərəcədə,  yardım  edir.  Mədəniyyətin  inkişafının  əlavə 
maliyyələşdirmə  mənbəyinin  yaradılması  məqsədi  ilə,  dövlət,  qeyri- 
hökumət  strukturları  və  mülki  şəxslər  tərəfindən  milli  mədəniyyət 
fondlarının  yaradılması  nəzərdə  tutulmuşdur.  1992-ci  ildən  etibarən, 
mədəniyyət  sahəsində  ictimai-şəxsi  əməkdaşlığın  inkişafının  hüquqi 
stimullaşdınlması  üçün  şəxsi  kapitalın  cəlb  edilməsi  yolu  ilə  şəraitin 
yaradılması 
mümkün  olmuşdur.  Mədəniyyətin  ticarəti  ilə  bağlı 
demokratikləşdirmə,  “mədəni  sənaye”  sahəsində,  ilk  növbədə.  -  kitab 
nəşri,  televiziya,  radioveriliş  idarəsi  şəbəkəsi,  dövri  mətbuat,  lazer 
disklərinin  və  audiokassetlərin 
istehsalında  müşahidə  olunur. 
Mədəniyyətin  demokratikləşdirilmə  göstəricilərindən  biri  də  odur  ki, 
ölkədə  dövlət  dili  olan  azərbaycan  dilindən  başqa,  ingilis,  gürcü, 
ləzgi,  talış,  kürd  və  digər  dillər  istifadə  olunub,  inkişaf  etdirilir. 
2000-ci  ildə  Bakıda 
Bakı  Slavyan  İnstitutu  yaradılmışdır. 
Azərbaycanın  paytaxtında 
bir  çox  avıopa  və  şərq  dillərinin 
öyrənilməsi  təşkil  olunmuş  kurslar  fəaliyyət  göstərir.  Azərbaycanda
345


N a d   М д тп Ы оу
-Kullurologiva effcktlvli havat vn faalivvala aparan  vol
milli-mədəni  mərkəzlər  şəbəkəsi 
fəaliyyət  göstərərək,  ölkədəki 
azsaylı xalqların  mədəniyyətlərinin azad inkişafına yardım edir.
Sovet  dövründən  qalma  yaradıcı  ittifaq  və  birliklərin  dövlət 
strukturları  ilə  yanaşı,  bu  gün  Azərbaycanda  ruhi  mədəniyyətin 
inkişafına  istiqamətlənmiş  onlarla  assosiasiya,  fond,  mədəni  mərkəz 
və  digər  qeyri-hökumət 
təşkilatlan 
ictimai-faydalı 
fəaliyyətlə 
məşğuldur.  Azərbaycanın  sosial-mədəni  inkişafına  vətəndaş  yardımı 
məqsədi  ilə,o,  könüllülük  əsasında  elm,  təhsil,  incəsənət,  MEDİA, 
din,  geniş  profilli  mütəxəssislər,  qadın  və  gəncləri  birləşdirir. 
Demokratik  mədəniyyətin  yeni  sosial  institutu  olan  qeyri-hökumət 
təşkilatlan 
ölkədə 
vətəndaş 
cəmiyyəti 
və  hüquqi 
dövlət 
quruculuğunun  mükəmməl  məktəbidir.  Onlar  cəmiyyətin 
maddi 
rifahının  yüksəlməsi  və  ruhi  təkmilləşməsinə  yardım  məqsədi  ilə, 
azərbaycan mədəniyyəti  və  ölkənin  mədəni  siyasətinin təkmilləşməsi 
üçün  yeni  forma  və  modellər  axtanrlar.  Azərbaycanda  demokratik 
mədəniyyətin  inkişaf  prosesinə,  mədəni  irsin  qorunmasına  yardım 
edən  beynəlxalq  mədəni  əməkdaşlıq  və  mübadilənin  -  beynəlxalq 
fondların, 
xarici  səfirlik  və  təşkilatların  köməyi  nəticəsində 
intellektual  və  bədii  mədəniyyətin  inkişafi  əhəmiyyətli  dərəcədə 
genişlənmişdir. 
Mədəniyyət 
inkişafimn 
idarəedilməsinin
əksmərkəzləşməsi  öz  təcəssümünü,  müəyyən  dərəcədə, 
qeyri- 
hökumət  təşkilatlarının  fəaliyyətində  tapır.  Belə  təşkilatlar  sırasında 
yeni  tip  mədəniyyətin  Azərbaycanda  ilk  müstəqil  çoxsahəli  qeyri- 
hökumət 
təşkilatı 
olan 
“Simürğ” 
Azərbaycan 
Mədəniyyət 
Assosiasiyası,  Azərbaycan  Kulturoloqlar  Cəmiyyəti  və  Vətəndaş 
Cəmiyyəti  Mədəniyyətinin  Beynəlxalq  Forumunun  da  adım  çəkmək 
olar.  Bu  təşkilatlar  Azərbaycanda  sosial-mədəni  tərəqqiyə,  vətəndaş 
cəmiyyəti  mədəniyyətinin  inkişafina  istiqamətlənmiş  birgəfəaliyyət 
məqsədi  ilə  öz  sıralarında  ziyalı  və  gəncləri,  onlarla  kollektiv  və 
yüzlərlə  fərdi  üzvləri  könüllülük  əsasında  birləşdirir.  Mədəniyyət 
Assosiasiyası  üzvləri  arasında  Milli  Elmlər  Akademiyasının  ölkə 
daxilində  və  xaricdə  tanınmış  onlarla  akademik  və  müxbir  üzvü, 
həmçinin, professorlar vardır.
Ümumiyyətlə,  əldə  edilmiş  uğurlara  baxmayaraq,  etiraf  etmək 
lazımdır  ki,  müasir  dünyada  insan  və  cəmiyyətin  inkişafimn  bir  çox 
perspektivlərinin  qarşısını  alan  və  tədricən  artmaqda  olan  mədəni
346
Fuad  Mammadov
Kulturologıva effektivli havat 
уд
 faalivvəta aparan vol
böhran  Azərbaycan  mədəni  inkişafında  da  mövcud  olaraq,  keçid 
dövrünün qeyri-stabil  şəraiti ilə daha da gərginləşir.  Keçən əsrin  son 
onilliyində  Azərbaycanda mədəni inkişaf vəziyyətinin  sistemli təhlili 
göstərir  ki,  burada  məlum  nailiyyətlə  bərabər,  yeni  baxış  və  düzgün 
həll  tələb  edən,  bir  sıra  çətinlik,  çatışmamazlıq  və  problemlər 
mövcuddur.Bunlar aşağıdakılardır:
o  Aşağı  səviyyəli  kütləvi  mədəniyyətin üstünlüyü  ilə  köhnə sovet 
mədəni sisteminin fəaliyyəti.
o  Etik  mədəniyyətin  pozitiv  norma  və  dəyərlərinin  eroziyası, 
uşaq və gənclərin tərbiyəsi səviyyəsinin enməsi, 
o  Milli  mədəni  abidələrin  qorunması  səviyyəsinin  kifayət  qədər 
olmaması.
o  Köhnə  sistemlə  mədəniyyətin  strukturu,  eləcə  də 
onun 
demokratikləşdirilməsi ilə şərtlənən ziddiyyətlər, 
o  Cəmiyyətdə  mədəniyyətin  iqtisadiyyat  üzərində  üst  qurum 
olması haqqında sovet dövründən qalma təsəvvürlərin üstünlüyü, 
o  Başlıca olaraq,  incəsənət çərçivəsi  və mədəni  irslə məhdudlaşan 
mədəni siyasətin effektsizliyi. 
o  Ermənistan təcavüzünün nəticələri.
o  Hökumət  tərəfindən  dövlət  quruculuğu  və  idarəetmədə,  təhsil 
və  maarifdə,  ictimai  həyat  və beynəlxalq  münasibətlərdə,  daxili 
və  xarici  siyasətin  təkmilləşməsində  kulturologiyanın  rolunun 
lazımi qədər qiymətləndirilməməsi.
o  Vətəndaş 
cəmiyyəti 
mədəniyyəti 
inkişafının 
və 
milli 
mədəniyyətin  demokratikləşdirilməsi  sürətinin  kifayət  qədər 
olmaması.
o  Ölkədə  demokratik  idarəetmə  mədəniyyəti  inkişafı  sürətinin 
kifayət  qədər olmaması.  Siyasi  mədəniyyətdə  avtoritar ənənələrin 
və inzibati-amirlik metodlarının ağır aradan qaldırılması, 
o  Paylama  münasibətləri mədəniyyətindəki çatışmamazlıqlar. 
o  Ziyalılar  və  istedadlı  gənclərin  yaradıcı  inkişafı  və  innovativ 
fəaliyyəti  üçün  əlvüerişli  şəraitin,  eləcə  də  mədəniyyət  sahəsində 
hökumət  tərəfindən  vətəndaşların  təşəbbüslərinə 
zəruri  mənəvi 
yardımın olmaması.
o  İntellektual potensialın  yaradıcı rolunun  qiymətləndirilməməsi 
və bununla əlaqədar olaraq elitar  ziyalıların mühacirəti.
347


Fuad  Mam nw dpv
.K-U.l.tutold£iva tffe k tiv li havat va faaliyyata aparan YQİ
Bu  problemləri  daha  dəqiq  nəzərdən  keçirib,  onların  həlli 
yollan 
və 
metodlanmn 
müəyyənləşdirilməsinə 
cəhd 
edək. 
Azərbaycanda  ölkə  daxilində,  insani,  lokal,  regional  və  qlobal 
səviyyədə  müəyyən  qeyri-bərabər  mədəni  inkişaf  mövcuddur.  Həlli 
zəruri  olan  ciddi  problemlərdən biri  əhalinin  aztəminatlı  təbəqəsinin, 
qaçqın  və  məcbura  köçkünlərin  mədəni  nailiyyətlərdən  istifadəsini 
çətinləşdirən 
iqtisadi 
qeyri-bərabərliklə 
şərtlənən 
mədəni 
bərabərsizlikdir.  Erməni  təcavüzü  Azərbaycan  mədəniyyətinə  güclü 
zərbə  vurmuşdur.  Mədəniyyətin  başlıca  olaraq,  sovet  dövründən 
qalmış,  qalıq  prinsipi  üzrə  maliyyələşdirilməsini  qənaətbəxş  hesab 
etmək  olmaz.  Vətəndaş  cəmiyyəti  mədəniyyətinin  formalaşdırılması, 
təhsil,  elm,  maarif,  incəsənətin  inkişafı, 
ölkədə  yoxsulluğun 
səviyyəsinin 
azaldırlması, 
informasiyalı 
cəmiyyətə 
keçid 
modellərinin 
yüksək  rəqabətəqabil  texnologiyaları  və 
həyati 
modellərinə  keçid  sahəsində  çox  şey  etmək  lazımdır.  Mədəniyyət 
strukturu  və  idarəetmə  metodlan, 
mədəni  inkişaf  proseslərinin 
hüquqi  tənzimlənməsi  və  maddi  təminat  texnologiyaları 
gələcək 
tərəqqipərvər dəyişiklik tələb edir.
Azərbaycanda 
demokratik 
cəmiyyət 
quruculuğu 
şəraitində 
mədəniyyətin  köhnə 
sovet 
konsepsiyası 
və 
strukturu 
ilə
formalaşmaqda  olan 
demokratik  mədəniyyət 
tələbləri  arasında 
yaranan 
dialektik  ziddiyyətlərlə  bağlı  problemlər  apancı  mövqe 
daşıyır.  Ölkənin  sosial-mədəni  inkişafını  ləngidən  bu  ziddiyyətlərin 
vaxtında həll edilməməsi  Azərbaycan mədəniyyətinin böran vəziyyəti 
almasına səbəb  olmuşdur.  Bu,  “Simürğ” AKA  tərəfindən  2001-ci  ildə 
keçirilmiş 
əhalinin  sosioloji  sorğusunun  nəticələri  göstərdi  ki, 
mədəniyyətin 
böhranı  və  onun  sonrakı  mümkün  nəticələrinin
qiymətləndirilməsinə 
münasibətin 
müxtəlifliyinə 
baxmayaraq, 
respondentlərin  əksəriyyəti  (73%)  hesab  edirdi  ki,  Azərbaycanda 
ümumi  mədəniyyət  böhranı  müşahidə  olunur.  Səbəblərin  içərisində 
mədəniyyətin  zəif  maliyyələşdirilməsi  (33,97%),  ziyalıların  -   alim, 
mütəxəssis,  müəllim  və  incəsənət  xadimlərinin  böyük  bir  hissəsinin 
mühacirəti  (31,51%),  əhali  tərəfindən  mədəniyyətinin  mahiyyətinin 
düzgün  başa  düşülməməsi  (27,12%),  respublikada  qaçqın  və  məcburi 
köçkünlərin  sayının  çoxluğu  (26,03%), 
effektiv  mədəni  siyasətin 
olmaması (23,29%),  aşağı əyarlı kütləvi mədəniyyətin, üstünlük təşkil
348
Fuad Mammado»
Kullurologiva effeklivli havaı va faalivvaıa aparan yol
etməsi  (22,74).  Bu  səbəblərlə  yanaşı,  həmçinin  ziyalı  və  istedadlı 
gənclərin 
yaradıcı  inkişafı  üçün  lazım  olan  şəraitin  olmaması, 
mədəniyyət  sahəsində  effektiv  qanunvericilik  bazasının  olmaması, 
hakimiyyət 
tərəfindən 
mədəniyyət  sahəsində 
vətəndaşlann 
təşəbbüslərinin  ruhlandınlmasının  olmaması,  mədəniyyətin  köhnə 
sovet  sisteminin  hələ  də  fəaliyyət  göstərməsi.  Uşaq  və  gənclərin 
tərbiyə  səviyyəsinin  aşağı  olması  əhalidə  xüsusi  narahatlıq  yaradırdı 
(30,8%).  Sorğuda  iştirak  edənlərin  əksəriyyətinin  fikrinə  görə 
(73,15%), müasir kütləvi  mədəniyyətin dağıdıcı  təsiri  ilə  yaranmış bir 
çox  pozitiv  norma  və  dəyərlərin  eroziyası  ilə  əlaqədar  yaranmış 
mədəniyyət  böhranı  respublikanın  gənc  nəslinin  arasında  daha  çox 
müşahidə  olunur.  Lakin  bütün  cəmiyyət  tərəfindən  “istehlak” olunan 
mədəniyyətin  inkişafının yaradıcısı və başlıca qüvvəsi olan ziyalıların 
ağır  vəziyyəti  ən  təhlükəli  simptomdur.  Qeyd  etmək  lazımdır  ki, 
mədəniyyət böhranının başlıca  səbəblərindən biri  ölkənin intellektual 
potensialının  yaradıcı  rolunun  kifayət  qədər qiymətləndirilməməsidir. 
Bunun  nəticəsidir  ki, 
ziyalıların,  ilk  növbədə,  sosial-iqtisadi
tərəqqini  müəyyən  edən,  ruhi  mədəniyyətin  apancısı  olan  elmi- 
pedaqoji  işçilərin 
sosial  müdafiə  səviyyəsi 
olduqca  aşağı 
səviyyədədir.  Mədəniyyətin  səviyyəsinin  düşməsi  səbəblərindən  biri 
də,  ziyalıların  ən  yaxşı  nümayəndələrinin  respublikadan  getmə 
hallarının 
kəskin 
şəkildə 
artmasıdır. 
Azərbaycanın 
ruhi 
mədəniyyətinin  müxtəlif  sahələri  üzrə  mütəxəssislərin 
sosial 
müdafiəsinin  yaxşılaşdırılmasının  köklü  surətdə  dəyişdirilməsi  və 
sosial-mədəni  siyasətin 
strateji  prioritetlərinə  düzəliş  edilməsinin 
zəruriliyi  vacib  məsələdir.  Keçid dövrünün  mürəkkəb  şəraitində  elitar 
mədəniyyətin  yaradıcısı  və  daşıyıcısı,  cəmiyyətin  inkişafinın  “beyin 
mərkəzi” və  lideri  olan ziyalılar  dövlət tərəfindən  müdafiə, diqqət  və 
qayğı ilə əhatə edilməlidir.
Böhranla  bağlı  bir  sıra  məsələlər  milli  mədəniyyət  abidələrinin 

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin