onun çiçəklənməsində həlledici əhəmiyyət daşıyır. Şərq və Qərbin digər
demokratik ölkələrinin, eləcə də Norveç, Yapon sosial-iqtisadi
çiçəklənməsinin əsasını bu siyasət təşkil edir. Bu təcrübə göstərir ki,
Azərbaycanın milli iqtisadiyyatının tərəqqipərvər inkişafı dünya elm
fikrinin ən yeni nailiyətlərinə əsaslanan azərbaycan elmi, təhsili və yüksək texnologiyalarının qabaqlayıcı inkişafı hesabına təmin edilə
bilər. Bu, həm iqtisadi istehsal, həm də həyat keyfiyyətinin davamlı
inkişafına nail olmaq üçün
ölkəyə zəruri valyuta axınını təmin
edəcəkdir. Milli iqtisadiyyatın
innovasiyalı fəallığı maraqların
tarazlığını
təmin edən, ölkədə akkreditə olunmuş transmilli
korporasiyaların fəaliyyətinin düzgün hüquqi və etik tənzimlənməsi
ilə uyğunlaşdırılaraq, qloballaşma şəraitində respublikanın dünya
iqtisadi mühitinə uğurlu inteqrasiyasını təmin edə bilər.
İqtisadi mədəniyyətin inkişafi ilə sıx bağlı olan aktual sosial-
mədəni
vəzifə ölkədə, həm ayrı-ayrı vətəndaşların optimal
tələbatlarının
formalaşdırılması yolu ilə, həm də təbii resursların
bütövlükdə cəmiyyət tərəfindən səmərəli istifadəsi hesabına, yüksək
352
Fuad Mammodov
Kulturologiva cffektivli həyat ta fəaliyyətə aparan vol
istehlak mədəniyyətinə nail olmağa yardım etməkdir. Bu məsələnin
həlli əhalinin ümumi mədəniyyətinin inkişaf səviyyəsi, eləcə də dövlətin resursqoruyucu texnologiyalarının yaradılması və onlardan effektiv istifadə etməkdən daha çox asılıdır. 1972-ci ildə Roma klubu
bəşəriyyətin rifahının təbii resurslann istehlak mədəniyyətindən
asılılığını elmi tədqiqatlar əsasında göstərməyə müvəffəq olmuşdur.
Qlobal problemlər sahəsində
təhlil-proqnoz fəaliyyətini davam
etdirən Klub, artıq 1997-ci ildə eyni vaxtda - resurslann azaldılıb,
ekoloji təhlükəsizliyə riayət etmək şərti ilə istehsalın artınlnmasının
yeni imkanlanm aşkar etmişdir. Məruzədə, resurslann eyni zamanda
50% qorunması ilə istehsalın effektivliyinin dörd dəfə artınlmasına
imkan verən, ekoloji baxımdan təmiz texnologiyalann “Dörd faktoru”
müəyyənləşdirilmişdir.
Bu məsələni ümumiləşdirərək, inamla demək olar ki, iqtisadiyyat
və davamlı sosial inkişaf, elm və texnologiya, dövlət və sosial
idarəetməsi, dövlətin daxili və xarici siyasəti - bütün bu həyati
əhəmiyyət daşıyan sahələr ölkədə ruhi mədəniyyətin inkişafinın
ümumi səviyyəsindən, ilk növbədə intellektual və mənəvi mədəniyyət
səviyyəsindən asılıdır. Bu, müasir sivilizasiyanın ruhi mədəniyyətinin
inkişafi üzrə məqsədyönlü fəaliyyətin əhəmiyyətini göstərən təcrübəsi
ilə də təsdiqlənir. Son zamanlar Bergen, Moskva, Sankt-Peterburq və
dünyanın digər şəhərlərində keçirilmiş kulturoloqların beynəlxalq
konfransının, eləcə də BMT-də millenium problemləri üzrə və
Moskva və Vaşinqtondakı liderlik və məsuliyyət mədəniyyəti üzrə
keçirilən konfrans materiallarına müraciət etmək kifayətdir. Ruhi mədəniyyətin ictimai dəyəri “ruhi istehsal” həyat fəaliyyəti üçün zəruri
olan
bilik və texnologiyalar yaradır, şəxsiyyəti formalaşdırır və
peşəkar kadrlar yetişdirir, müxtəlif sosial qrup və sinifləri vahid
birliyə inteqrasiyaedir,
cəmiyyət və dövlətin strateji məqsəd və
inkişafinı proqnozlaşdırır.
Buna görə də
vətəndaş cəmiyyət
quruculuğu şəraitində yeni mədəni siyasət çərçivəsində dövlət
tərəfindən ruhi mədəniyyətin qabaqlayıcı inkişafının
prioritetləri
düzgün müəyyənləşdirilməli və “ruhi istehsal” texnologiyalarının
təkmilləşmə prosesi təmin edilməlidir.
İnsanın özünün, iqtisadiyyatın, sosial mühitin, cəmiyyət və
bütövlükdə dövlətin
inkişafi üçün
ruhi mədəniyyətin aparıcı 353
Fuad IVbmmadov
Kulturoloeiva effcktivli havat va faaljyyata aparan vol