DÜNYA SİVİLİZASİYASI KONTEKSTİNDƏ
AZƏRBAYCAN MƏDƏNİYYƏTİ
( "Müasir Azərbycan : dil, ədəbiyyat və cəmiyyət" Paris, 27-28 may
2004-cü il)
Çoxminillik təkamül ərzində ruhi mədəniyyət sosial inkişafın
universal əsası və bəşəriyyətin mənəvi və intellektual tərəqqisinin
kompleks gücünə çevrilmişdir.
O, informasiyalı və etik
qlobal
birliyin
formalaşma səviyyəsi , sürətinə, istehsal və istehlakına,
xalqların tarixi məsuliyyətinə, siyasət, idarəetmə, sülh mədəniyyəti və
beynəlxalq münasibətlərinə
böyük təsir göstərmişdir.
Mədəni
mübadilə və qarşılıqlı zənginləşmə xalqların sosial-mədəni inkişaf
təcrübəsinin,
dünya mədəniyyəti tarixi qanunauyğunluqları üzrə
biliklərin öyrənilib, yaradıcı istifadə edilməsi qloballaşma şəraitində
transnasional nəzəri və praktik əhəmiyyət kəsb etməyə başlayır.
Azərbaycan - dünya sivilizasiyasının ən qədim mərkəzlərindən
biridir. Azərbaycan xalqı öz kökləri ilə bəşəri düşüncə və yaradıcı
həyat
fəaliyyətinin
minillik
dərinliklərinə,
ilkin
sivilizasiya
epoxasından qabaqkı arxaik dövrə gedən zəngin ruhi və maddi
mədəniyyət yaratmışdır. Dünya mədəniyyətinin, müəyyən zaman
daxilində
mədəniyyətlərin yaranması və bir-birini əvəz etməsi
qanunauyğunluqlarına əsasən, sivilizasiyanın
əsasını qoyan ilk
dövlətlərdən başlayaraq azərbaycan mədəniyyətinin inkişafinı üç
dövrə və ya pilləyə ayırmaq olar.
336
Fuad Məmmədov
Kulturologiva effektivli haval va faalivvata aparan yol
Birinci - b.e.ə. XI əsrdən b.e. III əsrə qədər Manna, Midiya,
Atropatena və Albaniya antik dövlətlər çərçivəsi daxilində mədəni
inkişaf dövrü. İkinci - III-X1 əsrlərdə əvvəl İranın Sasani, sonra isə,
Ərəb Xəlifəliyi
və Səlcuq imperiyası daxilində
feodal
mədəniyyətinin formalaşması ilə əlaqədardır. Bu,
antik zərdüşt-
midiya və ellin quldarlıq mədəniyyətindən monoteist xristian və
islam feodal mədəniyyətinə keçid dövrüdür. Üçüncü - XII-XVI əsrləri
əhatə edən Azərbaycan İntibahı adını almış, yeni feodal azərbaycan
mədəniyyətinin təsdiqi və çiçəklənməsi dövrüdür. Dördüncü -
XVIII əsrdə başlanan feodal dövrdən
Yeni Dövr innovasiyalı
azərbaycan mədəniyyhətinə tədrici keçidlə şərtlənir. Beşinci - XX
əsrin 1918-1920- ci illərində “birinci respublika “adlanan,
Azərbaycan
Demokratik Respublikasında
demokratik siyasi
mədəniyyətin təşəkkülü və inkiişafi dövrü. Altıncı - XX əsrin 1920-
1990- cı illərini əhatə edən, tarixdə “ikinci respublika” adlanan,
azərbaycan mədəniyyətinin
totalitar sovet dövrü. Yeddinci -
“üçüncü respublika” adlanan, müasir azərbaycan mədəniyyətinin
demokratikləşdirilmə və modemləşdirilməsinə keçid dövrü. Bu dövr
1991- ci ildə
müstəqil Azərbaycan Respublikasının
dünyəvi
demokratik cəmiyyət və hüquqi dövlət elan edilməsi ilə başlayır.
Beləliklə, azərbaycan xalqının sosial mədəniyyəti çoxəsrlik tarixə
malikdir. Onda, hələ qədim dövrlərdən, demokratik mədəniyyətin
elementləri, təbiət və cəmiyyətin dəyişdirilməsinə, insanın özünü
təkmilləşdirməsinə
istiqamətlənmə təzahür olunur. Tərəqqipərvər
təfəkkür və azərbaycan mədəniyyətinin tərəqqipərvər tendensiyaları
zərdüştlük, məzdəkilik, hürufilik, azərbaycan İntibahı və Maarifində
müxtəlif forma və səviyyələrdə əks olunurdu.
Orta
əsrlərdə azərbaycan xalqının
ruhi mədəniyyətinin
humanistləşdirilməsi və
tərəqqipərvər inkişafı Nizami Gəncəvi,
Bəhmənyar əl-Azərbaycani, Xaqani Şirvani, Əbül Həsən Şirvani,
Səfıəddin Urməvi, Əcəmi Naxçıvani, Qətran Təbrizi, Mahmud
Şəbüstəri. Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və
digər alim, mütəfəkkir və şairlərin adı ilə bağlıdır. Onlardan bəziləri
nəinki vətəndə, eləcə də dünya mədəniyyəti tarixində şərəfli yer
tutmuşlar.
337
Ku»d Mammodo»
KuUurologiva effcktivli həyal v» faalivvotj aparaırvol
Yeni Dövrdə azərbaycan maarifçilərindən - A.Bakıxanov, Mirzə
Şəfi Vazeh, Mirzə Kazım Bəy, M.F.Axundov, Həsənbəy Zərdabi və
digərləri azərbaycan xalqının tərəqqipərvər nailiyyətləri ilə avropa və
rusiya mədəni dəyərlərinin
sintezi yolu ilə mədəni islahatlar
keçirməyə can atırdılar. Onlar azadlıq, tərəqqi, səadətə gedən düzgün
yol axtarışında
azərbaycan xalqına yardım edərək,
feodal
mədəniyyətdən demokratik mədəniyyətə inqilabi
keçidə yardım
edirdilər. Əgər XII-XV1 əsrlərdə
Azərbaycanda
maarifçiliyin
əsasını qoyan
mədəni İntibah
müşahidə olunurdusa, XIX əsrdə
burada mədəni inqilab baş verdi. Çoxəsrlik antik, orta əsr asiya və
avropa - zərdüşt-midiya, ellinistik, alban-xristian, islam və türk
mədəniyyətləri Yeni Dövrün
qərbi-avropa
və rus mədəniyyəti
novasiyalan ilə zənginləşərək, özünəməxsus azərbaycan mədəniyyəti
yaradıldı. Ənənəvi feodal azərbaycan mədəniyyəti novasiyalı inkişaf
pilləsinə qədəm qoydu. Avropa İntibahı, elmi, iqtisadi və sosial
inqilablar ruhu, Avropa universitet təhsilinin çoxəsrlik ənənələri
azərbaycan mədəniyyətinin inkişafina tərəqqipərvər təsir göstərərək,
onun keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına yardım
etdi. Azərbaycanda kitab nəşri yarandı, dövri mətbuat inkişaf etməyə
başladı, xalqın maariflənməsinin pozitiv prosesi başladı.
XIX və XX əsrlərdə azərbaycan ruhi mədəniyyətinin inkişafının
demokratik mahiyyət daşıması onun səciyyəvi cəhəti idi. Bu, özünü
həm milli şüurun formalaşmasında, həm
milli maarifçiliyin və
mədəni-maarif cəmiyyətlərinin, ədəbiyyat və milli incəsənətin - teatr,
musiqi, təsviri incəsənətin təşəkkülündə öz əksini tapırdı. XIX əsrin
sonunda Azərbaycanda demokratik mətbuat, milli teatr, xalq təhsili
və maarifin yeni forması yarandı, milli dramaturgiya və jurnalistikanın
əsası qoyuldu, azərbaycan xalqının yaradıcı qüvvəsinin azad
edilməsinə yardımçı olan mühəndis işinin, ictimai, texniki və təbiət
elmlərinin öyrənilməsi, onun sosial-mədəni potensialının artması
sahəsində müəyyən addımlar atılmışdı. Azərbaycan müsəlman
Şərqində tərəqqipərvər demokratik ideyaların fəal genişləndiyi sosial-
mədəni tərəqqinin dayağına çevrildi.
Keçmiş yüzilliklərin
mədəni nailiyyətlərinə istinad edən
azərbaycan xalqı, XX əsrdə də öz inkişafında müəyyən uğur qazandı.
1918-ci ildə Azərbaycanda ilk dəfə olaraq, parlamentarizm prinsipləri
338
Fuad Moromadot
KuUurologiya cffcHivli havat ta foalivvaı» aparan yol
və ilk Demokratik Respublika təsdiq olundu. Azərbaycan Demokratik
Respublikasının
yaradılması
ənənəvi azərbaycan mədəniyyəti
novasiyalı inkişafının
yeni mərhələsinin təməlini qoydu. Siyasi
tarixin bütün çətinliklərinə baxmayaraq, XX əsrdə azərbaycan
mədəniyyətinin nailiyyətləri Azərbaycan milli mədəniyyətinin fəxri
olan görkəmli alim, filosof, yazıçı, şair, ictimai xadim, rəssam,
heykəltaraş, bəstəkarlar və ifaçılar tərəfindən zənginləşdirilib, artırıldı.
Onların arasında - M.Ə.Sabir, C.Məmmədquluzadə, Əhməd Ağa
oğlu, Ə.Hüseynzadə,
Ə.Cavad,
M.Rəsulzadə,
Ə.Topçubaşov,
F.Xoyski,
N.Nərimanov,
C.Cabbarlı,
H.Cavid,
Ü.Hacıbəyov,
M.Mirqasımov, Y.Məmmədəliyev, M.Useynov, M.Maqomayev,
Q.Qarayev,
F.əmirov,
T.Quliyev,
Niyazi.
A.Məlikov,
C.Qaryağdıoğlu,
R.Behbudov,
S.Bəhlulzadə,
M.Abdullayev.
T.Salahov, F.Əbdülrəhmanov, T.Nərimanbəyov və
xalqın sosial
mədəniyyətinə layiqli töhfələr vermiş bir çoxları var.
Bu gün müstəqil Azərbaycan Respublikasının xalqı gələcəyə
inamla baxır. Bu inam azərbaycanda insani və milli inkişafin, rifahın
və sülhün universal əsası olan yüksək ruhi mədəniyyətin inkişafina
verilən əhəmiyyətlə bağlıdır. Azərbaycan xalqının mədəni irsinin
qorunması və təbliğ olunması, eləcə də milli mədəniyyətin
modernləşdirilməsi və demokratikləşdirilməsi, beynəlxalq sosial-
mədəni
və iqtisadi əməkdaşlığın inkişafi ilə
əlaqədar fəaliyyət
Azərbaycanın
mədəni
siyasətində
mühüm
yer
tutur.
Bu
modernləşdirmənin əsasını hələ XX əsrdə Fransada və digər avropa
ölkələrində, eləcə də Rusiyada təhsil almış Azərbaycan tərəqqipərvər
ziyalılarından Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə, Məmmədəmin
Rəsulzadə və bir çox başqalan qoymuşdular. Bu maarifçilərin yaradıcı
təfəkkürü və qurucu fəaliyyəti azərbaycan milli mədəniyyətini qərbi
avropa mədəniyyətinin tərəqqipərvər nailiyyətləri və təcrübəsinin
yaradıcı istifadəsi əsasında modernləşdirilməsi ideyalarının praktik
olaraq həyata keçirilməsi işinə xidmət edirdi. Bu ənənələr demokratik
cəmiyyət və hüquqi dövlət quran müstəqil Azərbaycan Respublikası
- “üçüncü respublika” şəraitində də uğurla davam və inkişaf etdirilir.
Həyat fəaliyyətinin tərəqqipərvər sosial texnologiyalarına keçidi
nəzərdə tutan müasir azərbaycan cəmiyyəti postsovet mədəniyyətinin
davamlı olaraq demokratik mədəniyyətə transformasiyası ilə
339
Nad M»Pim?KulturoİPgİYa e ffck tiv ll haval va foallyysta aparan vol
səciyyələnir. Bu, siyasi baxımdan - hakimiyyətin bölüşdürülməsi,
insanın azad seçimi,
hüquq və azadlıqlarının inkişafi, qanunun
aliliyinin təsdiqi, demokratiyanın siyasi institutlarının
dərinləşib,
genişlənməsidir. Sosial-iqtisadi baxımdan - bazar iqtisadiyyatının
rəqabətəqabil inkişafına istiqamətlənmiş islahatların davamı və
dərinləşdirilməsi, xalqın rifahı və həyat keyfiyyətinin yüksəlməsidir.
Sosial-mədəni baxımdan -
milli-mədəni dəyərlərin dirçəldilməsi,
onların ddemokratik mədəni dəyərlərlə sintezi, yeni demokratik etika,
ideal və liberal dəyərlərin təsdiqidir.
Demokratik ölkələrin və beynəlxalq təşkilatların yardımı ilə həyata
keçirilən
inkişaf
prosesləri
əsasında
milli
mədəniyyətin
demokratikləşdirilməsi, sağlam milli ideyanın təsdiqi, intellektual,
etik,
hüquqi,
informasiya və idarəetmə mədəniyyətinin prioritet
inkişafı
durur.
Vətəndaş
cəmiyyəti
mədəniyyətinin
formalaşdınlmasma, korrupsiya və yoxsulluqla mübarizəyə, iqtisadi
inkişafa, ətraf mühitin qorunmasına, ekoloji təhlükəsizliyin əldə
edilməsinə ciddi fikir verilir. Qadın, uşaq və gənclərin gender
mədəniyyəti, fiziki mədəniyyət və idman, sağlamlığın qorunması və
vətəndaşların sosial müdafiəsi, sülh mədəniyyəti və beynəlxalq
əməkdaşlıq fəaliyyətin prioritet istiqamətlərinə aiddir. Azərbaycanda
demokratiyanın
qeyri-hökumət təşkilatlan, bələdiyyə və icma
institutlan fəal inkişaf edir.
Azərbaycanın sosial-mədəni siyasəti ölkə vətəndaşlannın bilik,
bacanq, mütəşəkkillik,
mənəviyyatlılıq və yaradıcı fəaliyyətinə
gündən-günə
daha
artıq
istiqamətlənir.
Mədəniyyətin
demokratikləşdirilməsi prosesi şəxsiyyət, ailə, kollektiv və bütövlükdə
cəmiyyət səviyyəsində apanlır. Demokratik mədəniyyətdə
sosial
mühitin formalaşdınlması strategiyalan təbii-coğrafi mühitin, millətin
bioloji kodunun, tarixi şəraitin və mədəni mübadilə imkanlanndan
düzgün istifadə etmənin nəzərə alınması əsasında həyata keçirilir.
Təhsilin,
elm və incəsənətin, yeni rəqabətəqabil istehsal və
informasiya texnologiyaların işlənməsi və istifadəsinə mühüm
əhəmiyyət verilir.
Avropa Şurasının üzvü olan respublika, demokratiya , sülh və
tərəqqi yolu ilə inamlı addımlarla irəliləyir. Bu gün azərbaycan
mədəniyyətinin inkişafına yardım göstərən avropa ölkələri içərisində
340
Ni»d
K ullurologiva cffe k livli haya! va faaliyy.ua aparan vol
Fransanın da olması ürəkaçan haldır. Azərbaycanın Avropa Şurasına
daxil olması, BMT, YUNESKO, ATƏT
və digər beynəlxalq
təşkilatlarla, dünyanın demokratik ölkələri ilə fəal əməkdaşlığı
xalqımızın ruhi və maddi inkişafı üçün yeni imkanlar açmışdır.
Azərbaycanın böyüklərə hörmət, sədaqət, dözümlülük, uşağa sevgi,
qonaqpərvərlik və dini dözümlülük bu gün avropa mədəniyyətinin
mədəni dəyərləri - şəxsiyyətə hörmət, məsuliyyət, doğruculluq,
intellektual mədəniyyətin prioriteti və insan və onu əhatə edən
dünyanın
innovativ dəyişdirilməsi uğrunda
mübarizəsi
ilə
zənginləşir. Azərbaycan xalqının sosial-mədəni və siyasi həyatında
demokratik mədəniyyətin - insanın hüquq və azadlıqları, qanunun
aliliyi, bazar iqtisadiyyatı, gender mədəniyyəti, azərbaycan xalqının
yaradıcı fəaliyyəti, tərəqqipərvər inkişafı, eləcə də yaradıcı sərbəstliyi
üçün geniş imkanlar açan vətəndaş cəmiyyəti özünüidarəsi kimi
dəyərləri öz təsdiqini tapır. Bu dəyərlərin
azərbaycan milli
mədəniyyətinə
ardıcıl inteqrasiyası ölkəmizin sülh zonası olan ,
demokratik dünyaya stabil inkişafa və sosial tərəqqiyə harmonik daxil
olmasına yardım edir.
Mədəni insan həyatının əsas tələbatı və daxili motivasiyalanndan
biri şəxsiyyətin özünütəkmilləşməsidir. Bu motivasiyadan çıxış
edərək, hər bir mədəni insan bu gün dünənkindən, sabah isə bu
günkündən daha yaxşı olmağa can atmalıdır. Bu zaman insanın
mədəni inkişafı intellektual, mənəvi və fiziki mədəniyyətdən ibarət üç
səviyyədə həyata keçirilməlidir. Qeyd edək ki, bütöv cəmiyyətin
sosial-mədəni inkişaf prosesi məhz bu üç səviyyədə baş verir. O,
özündə intellektual və mənəvi yaradıcı fəaliyyəti, eləcə də sosial
mədəniyyətin “tikinti materialı” , cəmiyyətin sosial kapitalı olan, fiziki
mədəniyyəti əks etdirir. Bizə elə gəlir ki, əgər bu kulturoloji yanaşma
milli və dini sərhədlərdən asılı olmadan planetin hər bir adamının
fəlsəfi həyat norması və etik qlobal idarəetmənin başlanğıc prinsipi
olarsa,
bəşəriyyət üçüncü minillikdə humanizmə istiqamətlənən
sivilizasiya quruculuğunda real uğurlar qazana bilər.
Bütün
dünyada
demokratiya
mədəniyyəti
və
vətəndaş
cəmiyyətinin coğrafi sərhədlərinin genişklənməsi etik və sosial dünya
birliyinin formalaşması xalqın daha uğurlu gələcəyinin alternativi
olmayan yoludur. Bu yolun uğuru çox halda, dünya sivilizasiyasi
341
Ewd
Мишдика
Kulturologiva effektivli havat va faalivval» aparan vol
çərçivəsində
Şərq və Qərb mədəniyyətinin harmonizasiyasma
istiqamətlənmiş məhsuldar dialoqundan çox asılıdır. Belə bir dialoqun
əsas prinsipi
humanist mədəniyyətin insan dəyərlərinin prioriteti -
insanların ümumi maraqlarını ifadə edən həyati, sülh, inkişaf və səadət
dəyərləri olmalıdır.
Bu gün müasir Azərbaycan xalqı və ziyalılar insanın həyat
fəaliyyətinin universal əsası və hərəkətverici qüvvəsi
olan ruhi
mədəniyyətə fundamental əhəmiyyət verən bu yanaşmadan çıxış edir.
Respublikada sülh mədəniyyəti və əməkdaşlıq, qarşılıqlı anlaşma,
dialektik dəyişən dünyada davamlı inkişaf naminə mədəniyyətlərin
dialoq və harmonizasiyasının təsdiqinə mühüm əhəmiyyət verilir.
Digər sivil xalqlar kimi, biz bu seçimə sadiq qalaraq, bəşəriyyətin bu
tarixi missiyasımn həyata keçirilməsinə öz töhvələrimizi vermək
əzmindəyik. Biz demokratik mədəniyyətinn prinsip və dəyərlərindən
şıxış edərək, sülh və davamlı inkişaf naminə bütün ölkələrlə mədəni,
iqtisadi və siyasi əməkdaşlığı genişləndirmək və möhkəmləndirməyə
can atırıq. Tərəqqipərvər mədəniyyətə və mədəni yeniliklərə həssaslıq
bizə gələcəyin pozitiv obrazını düzgün görməyimizə, qloballaşma və
müasir sivilizasiyanın
informasiyalı cəmiyyətə doğru hərəkəti
şəraitində düzgün milli təfəkkür və davranışımıza ümid yaradır.
Yeni yüzillikdə azərbaycan mədəniyyətinin inkişaf perspektivləri,
qloballaşmanın obyektiv tələblərinə cavab verən modernləşmə və
innovativ demokratik islahat problemlərinə kulturoloji yanaşma ilə
daha çox bağlıdır. Bu, həm azərbaycan cəmiyyəti tərəfindən öz milli-
mədəni xüsusiyyətlərinin saxlanmasını, həm də, həyat fəaliyyətinin
tərəqqipərvər fəlsəfə və texnologiyaları olan demokratik mədəniyyətin
tarixi üstünlüklərini göstərən müasir demokratik dünyaya davamlı
harmonik inteqrasiyasım nəzərdə tutur.
Dostları ilə paylaş: |