Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə159/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   155   156   157   158   159   160   161   162   ...   182
Orta  məktəb  səviyyəsində,  o,  şagirdlərdə  vətən  tarixi  və  dünya 
mədəniiyyəti  şüur mədəniyyəti, etik mədəniyyət,  bədii, tibbi, ekoloji 
mədəniyyət, 
şəxsiyyətlər-,  millətlər,  dinlərarası  münasibətlər
333


Kund  Mammadov
Kulturologiya cffektivli havat 
у д
 
faalivvata aparan  vol
mədəniyyəti,  onlarda  humanist  dünyagörüş  və  vətəndaş  cəmiyyəti 
dəyərlərinin 
formalaşdırılması  sahəsində,  onlara 
sivilizasiya 
inkişafının  dünya  və 
milli  təcrübəsinin 
ötürülməsinin  interaktiv 
inkişafını  nəzərdə  tutur.  O,  həmçinin,  istehsal  və  sahibkarlıq,  hüquq 
və idarəetmə, istehlak 
mədəniyyəti,  məsuliyyət mədəniyyəti, sülh 
mədəniyyəti  və  gender  bərabərhüququ  sahəsində 
qabiliyyət  və 
bacarıqların inkişaf etdirilməsini nəzərdə tutur.
Ali  məktəb  səviyyəsində,  o, 
tələbələrin  və  dinləyicilərin  həyat 
mədəniyyəti  və  sülh  mədəniyyəti, 
dünya  iqtisadiyyatının  müasir 
texnologiyaları  və beynəlxalq  ticarət,  insanın və təbiətin ekologiyası, 
informasiya-kommunikasiya  texnologiyaları,  beynəlxalq  hüquq  və 
qlobal  idarəetmə,  beynəlxalq jurnalistika,  qeyri-hökumət  sektorunda 
vətəndaşların effektiv fəaliyyəti  sahəsində təlimini nəzərdə tutur.
Ali kulturoloji təhsil  aşağıdakı sahələr üzrə hazırlığı nəzərdə tutur:
•  dünya  mədəniyyəti  və  sivilizasiyası  tarixinin  yüksək  ixtisaslı 
müəllim və tədqiqatçıları;
•  aşağıdakı  sahələr üzrə ekspertləri:
■  demokratiya  mədəniyyəti  və 
vətəndaş  cəmiyyəti,  təhlükəsiz 
həyat fəaliyyəti texnologiyaları;
■  sülh, 
xalqlararası, 
dinlərarası 
və 
gender 
münasibətləri 
mədəniyyəti;
■  mədəni  irsin  mühafizəsi,  mədəni  turizm,  ətraf  mühitin 
qorunması;
■  daxili siyasət, dövlət və ictimai demokratik idarəetmə;
■  yoxsulluqla mübarizə və iqtisadi inkişaf;
■  beynəlxalq hüquqi münasibətlər və qlobal  idarəetmə;
•  qeyri-hökumət,  həmkarlar təşkilatlan,  bələdiyyələr və  vətəndaş 
cəmiyyətinin digər strukturlan.
Beynəlxalq  kulturoloji  təhsil 
şəxsiyyətin  peşəkarlığı  və  etik 
inkişafında,  demokratiya  mədəniyyəti  və 
vətəndaş  cəmiyyəti 
inkişafında,  düzgün sosial, siyasi və iqtisadi qərarlann qəbul edilməsi, 
BMT  və  YUNESKO-nun 
bütün  dünyada  qəbul  edilmiş 
etik 
prinsiplər,  beynəlxalq  dəyər  və  normalar  təsdiqi  üçün  aktual 
əhəmiyyət daşıyır.  O, cəmiyyətin  sosial  və siyasi kapitalının -  yüksək 
mədəniyyətli  vətəndaş,  şəxsiyyət  və  liderlər,  zəruri  bilik,  bacanq,
334
Fuad  Mammadoy
Kulturologiya cffektivli haval va faalivvata aparan vol
müstəqillik  və  məsuliyyətlilik, 
mənəviyyatlılıq  və  yaradıcı 
fəaliyyətinin  mütəmadi  olaraq  yeniləşməsinə  yardım  edəcəkdir.  O, 
müasir innovativ pedaqogikanın nailiyyətlərindən istifadəyə istinadən, 
bizi  əhatə  edən  dünyanın  modernləşdirilməsi  və  tərəqqipərvər 
transformasiyası  mənafeyinə  uyğun  olaraq, 
müxtəlif  ölkə 
vətəndaşlarının  istedad,  qabiliyyət  və  potensialının  hərtərəfli 
reallaşmasına  yardım edəcəkdir.
Kulturoloji təhsilin  inkişafının aktuallığı  müxtəlif xalqların  mədə­
niyyətlərinin  harmonizasiyasına  yardım  etməsi  ilə  şərtlənir  ki,  o  da, 
sivilizasiyalann  dialoqu  və əməkdaşlığı  və bizim ümumi  gələcəyimi­
zin uğurunu təmin  edir.  O,  insanda yüksək  intellektual  və etik  mədə­
niyyət  və  gələcəyi  düzgün  görmə  qabiliyyəti  formalaşdıraraq,  şəxsiy­
yətdə  insanlar  və  xalqlararası  münasibətdə  yarana  biləcək  dağıdıcı 
proseslərin  və  ziddiyyətləri  tənzimləmə  qabiliyyətinin  yaranmasına 
yardım  edəcəkdir.  O,  qarşıdurmanı  dünyada  sülh  mədəniyyətinin 
bərqərar  olması  üçün  zəruri  destruktiv  proseslərə, 
qarşılıqlı 
anlaşmanın  yaradıcı  məcrasına  yönəltməyə,  dostluq  və  əməkdaşlığa 
çevirməyə imkan verəcəkdir.  Bunların hamısı  kulturoloji təhsili sosial 
terapiya  və  ziddiyyətlərin  profilaktikası,  şəxsiyyətin  mənəvi 
ekologiyasının formalaşdırılması,  sülh mədəniyyəti, hüquqi  və  gender 
mədəniyyəti,  gəlir  və  resurslann  paylanması  mədəniyyəti,  eləcə  də 
ümumbəşəri  təhlükəsizliyin əldə edilməsinə  istiqamətlənmiş maraq və 
mədəniyyətlərin  harmonizasiyası  prosesi  üçün  etibarlı  baza  kimi 
nəzərdən keçirməyə imkan verir.
Beynəlxalq  kulturoloji  təhsil  inkişafının 
həyati  zəruriliyinin 
məntiqi  əsaslandırılması  kimi,  onu  da  qeyd  etmək  olar  ki,  universal 
kulturoloji biliklər mürəkkəb sosial və siyasi problemlərin  çox zaman 
sosial  və  humanitar  elmlərin 
ənənəvi  metodlarına  tabe  olan 
mürəkkəb  sosial  və  siyasi  problemləri  düzgün  konseptual  şəkildə 
görməyə,  diaqnostikasını  keçirməyə, 
strateji  planlaşdırmağa  və 
sistemli şəkildə həllinə yardım edəcəkdir.
Qlobal  idarəetmə, 
gender  bərabərliyi  və  sülh  mədəniyyətinin 
qurulması,  terrorizm  və  yoxsullyuğun  aradan  qaldırılması,  davamlı 
və  təhlükəsiz inkişafa nail  olunması  üçün  kulturoloji təhsilin  xüsıısi 
beynəlxxalq proqramının  hazırlanması  və  reallaşdırılması  vacibdir. 
Xüsusi  kulturoloji  təhsillə  yanaşı, 
dünya  mədəniyyhətinin
335


Fuad  Mammadov
Kulturologiva cffcklivli hovat va faalivvata aparan  vol
nəzəriyyəsi  və  tarixi,  şəxsiyyətin  harmonik  inkişafına  yardım  etmək 
və  müxtəlif  xalqların  mədəni  dəyərlər  sisteminin  yaxınlaşdınlması 
üçün,  dünyanın  bütün  orta  və  ali  məktəblərində  interaktiv  təhsilin 
ayrılmaz tərkib hissəsi olmalıdır.
Bizə 
elə  gəlir  ki,  kulturoloji  təhlilə  əsaslanan  bu  mülahizələr 
YUNESKOmun  üzv  ölkələrində  sistemli  və  interaktiv  kulturoloji 
təhsilin  inkişafına  istiqamətlənən,  YUNESKO-da 
xüsusi 
qəbul 
edilmiş 
deklarasiya 
vasitəsi 
ilə 
kulturoloji 
təhsilin
məqsədəmüvafiqliyini təsdiq edir.
•  Elm  və Cəmiyyət.  Elmi məqalələr toplusu,  Bakı,  2004,  s.  277-285.

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin