İdarəetmə mədəniyyətinin effektivliyi bütün səviyyələrdə müəyyən
dərəcədə rəhbərin mədəniyyətindən asılıdır. Siyasətçi və menecerlər
rəhbərlik qabiliyyətinə malik olaraq, insanları istiqamətləndirməyi və
öz arxası ilə aparmağı bacarmalıdır. Bu, xüsusi təbii istedad olan
düzgün planlaşdırma bacarığıdır. İşə münasibətini şəxsi nümunə ilə
nümayiş etdirərək, yüksək peşəkarlıq nümayiş etdirən rəhbər
tələbkarlıq və nəzarəti
öz kollektiv üzvlərinə hörmət, inam,
humanistlik və qayğı ilə uyğunlaşdırmalıdır. Belə münasibət rəhbərin
yüksək nüfuz qazanmasına yardım edir, təşkilatın əməkdaşlarında ona
cavab məhəbbəti, səmimiyyət, təşəbbüskarlıq və vətənpərvərlik hissini
stimullaşdırır.
Vətəndaş cəmiyyətində idarəetmə mədəniyyəti sosiumlararası və qruplararası
razılığın əldə edilməsinə yardım
etməlidir. Belə idarəetmənin başlıca vasitələri informativ- maarifçi
texnologiyalardır. Bu, kütləvi informasiya vasitələrinin yardımı ilə
həyata keçirilən maarifçilik proqramlarıdır.
Qarşılıqlı anlaşma və
razılığın əldə edilməsinin ən effektiv vasitələrindən biri
debat,
tərəflərin qarşılıqlı anlaşması üçün birbaşa dialoqlar metodlarının
istifadəsi ilə tele, - radio verilişlərinin təşkilidir. Belə yanaşma
vətəndaş cəmiyyəti üçün dağıdıcı epidemik effektə malik “qara PR”-
la bağlı şəxsi konflikt, rəqabət, həsəd və uğurlu inkişafa mənfi təsir
göstərən digər neqativ hadisələrin aradan qaldırılmasına imkan verir.
Rəhbər öz məntiqi-psixoloji yanaşmasında, hər bir insanın can atdığı,
səadət anlamını rəhbər tutmalıdır. Gənclərlə aparılan interaktiv
məşğələlər göstərir ki, müasir insanların əksəriyyətinin səadət
haqqında anlayışı - məhəbbət; insanın və onun yaxınlarının
sağlamlığı; maddi rifah; ailə, kollektiv və cəmiyyətdə hörmət,
məhəbbət, anlam
qazanaraq, həyatda layiqli yer tutmaq imkanı;
insanlar naminə yaratmaq imkanı, başqaları üçün yaşamaq bacarığı;
insanın maraq və həyati tələbatlarının ödənilməsi, başqalarından asılı
olmadan sərbəst, lakin
öz söz və əməllərinə görə məsuliyyət
mədəniyyəti daxilində, cəmiyyətin etik mədəniyyəti ilə həmahəng
360
Kuad Məmmədov
Kulturologiva effcktivli havat
уэ
foalivvota aparan vol
yaşamaq
imkanı;
məqsəd
və
arzularına
nail
olmaq,
özünütəkmilləşdirmək imkanından ibarət hiss və təsəvvürlərin
məcmuudur.
Müasir
dövlətlərdə
yüksək
idarəetmə
mədəniyyətinin
formalaşdırılması kulturoloji yanaşma üzərində qurulmalıdır. Dövlət
quruculuğu proseslərini düzgün görüb uğurla idarə o, etmək üçün kulturoloji yanaşmanın böyük elmi və praktik əhəmiyyəti vardır.
Bununla belə, o, dövlət və sosial idarəetmə sisteminin özünün təkmilləşdirilməsi üçün olduqca zəruridir, çünki, ölkənin maddi-
maliyyə, təbii-coğrafi və insan resurslarının effektiv istifadəsi ondan
asılıdır. O, idarəetmə proseslərinin yüksək humanist etika, insan
həmrəyliyi,
vətəndaşların
maraq
və
mədəniyyətlərinin
harmonizasiyası əsasında planlaşdırma və nəzarətini təmin edən
düzgün siyasi menecmentin formalaşdınlmasma imkan verir.
Kulturoloji yanaşma mədəni proseslərin ümumi dinamikasının sosial,
elmi, etik, estetik, siyasi, iqtisadi, ekoloji, psixoloji, antropoloji, dini
və uğurlu sosial - mədəni siyasətin yaradılması üçün digər aspektlərdə
də öyrənilməsinə imkan verir.
Beləliklə, kulturologiva, inkişaf prosesində yaranan
dialektik
ziddiyyətlərin ətraf mühitin tələbi və təşkilatın daxili ehtiyaclarına
uyğun həll edilməsinə düzgün yanaşmanın yaradılması, təşkil və
idarəetmə üsullarının innovativ dəyişdirilməsi üçün geniş imkanlar
açır. Məlum olduğu kimi, “rəssam şah əsərləri təqlid edə-edə yaranır”.
Lakin, bu, onun təşəkkülünün
birinci mərhələsidir. Əsas odur ki,
toplanmış bilik və təcrübə əsasında yeni, daha kamil əsər yaradasan.
Bu qanunauyğunluq idarəetmə mədəniyyəti üçün də ədalətlidir. İnsan,
cəmiyyət və dövlətin rifahı naminə özündə insan təfəkkürünün ən
yüksək nailiyyətlərini təcəssüm etdirən
yeni, daha kamil effektiv
idarəetmə modellərini yaratmaq vacib və zəruridir. İdarəetmə
mədəniyyətinin təkmilləşdirilməsi məqsədi ilə təşkil fəaliyyətinin beş
əsas sahəsi daimi kulturoloji təhlillə əhatə olunmalıdır - strategiya,
texnologiya, psixologiya, sosiologiya və dizayn. Bununla belə,
effektiv inkişafa nail olmaq üçün imkanlardan düzgün istifadə etmək
və hakimiyyət mədəniyyəti, rol mədəniyyəti, vəzifə mədəniyyəti və
şəxsiyyət mədəniyyəti kimi
təşkilat mədəniyyəti formalarının
harmoniyasına nail olmaq lazımdır. Bütün bunlar məmurlann dövlət-
inzibati idarəetmə sahəsində
xüsusi nəzəri hazırlığı ilə bərabər.
361
Kuad Mammjdo’
l^u|turgiya.effektivlj h?yal to foaliyvatj аватар yçl
onlann
ciddi
ümumi və xüsusi kulturoloji
hazırlığının həyata
keçirilməsini tələb edir.
Əfsuslar olsun ki, respublikada hələ də dövlətin kulturoloji elm və