Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə175/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   171   172   173   174   175   176   177   178   ...   182
keyfiyyətidir.  Beynəlxalq  təcrübənin  yaradıcı  istifadəsi  və  ictimai 
inkişafin  kulturoloji  texnologiyalarına  əsaslanan  sosial  fəaliyyətin 
yüksək  keyfiyyəti  cəmiyyətin  effektiv  inkişafını  və  insanların  həyat 
keyfiyyətini  təmin edir.  Fəaliyyətin ketfiyyəti  elmin və istifadə olunan 
texnologiyaların  səviyyəsi  ilə;  işçilərin  intellektual,  istehsalat,  etik  və 
idarəetmə  mədəniyyəti  -  onlann  peşə  bilikləri,  şəxsi  təcrübə,  istedad, 
beynəlxalq  təcrübənin 
innovasiyalı  istifadə  bacarığı,  məsuliyyəti, 
ləyaqəti  və  vətənpərvərliyi;  lider  tərəfindən  fəaliyyətlərin  düzgün 
stimullaşdınlması  ilə  şərtlənən,  kollektivin  hər  bir  üzvünün  yaxşı 
işləmək istəyi ilə müəyyən edilir.
Bütöv  sosial  sistem  olan  mədəniyyətin  elmi  anlamı,  Azərbaycanın 
sosial  inkişafının məqsədi,  vasitəsi  və  göstəricisi,  mədəniyyəti  “ikinci 
süni  təbiət”  kimi  görmək,  onun  sosial  institutlarını,  eyni  zamanda 
iqtisadiyyatına  qiymət  verməyə  və  ona  yeni  nəzərlə  baxmağa  imkan 
verir.  İqtisadiyyat  Lütvi  Zadənin  qeyri-səlis  məntiq  nəzəriyyəsinin 
köməyi  ilə daha parlaq təsvir edilən ruhi və maddi  mədəniyyətin bütöv 
sisteminin  ayrılmaz  hissəsidir.  Məlum  olduğu  kimi,  iqtisadiyyat 
anlamı  altında  insani  münasibətlər,  paylama  münasibətləri,  mübadilə, 
maddi 
nemət  və  xidmətlərin  istehlakından  ibarət 
istehsal 
münasibətlərinin  məcmuunu,  həmçinin  -   ruhi  və  maddi  istehsalın 
proses, komponent və şəraitini, eləcə də  idarəetməni öyrənən elm başa 
düşülür.  İqtisadiyyat  mədəniyyətin  strateji  sosial  institutu  kimi 
cəmiyyətin  keyfiyyətli  həyatı  vəyüksək  rifah  səviyyəsinin  əldə 
edilməsi  üçün  fundamental  əhəmiyyətə  malikdir.  Mədəniyyət  kimi, 
iqtisadiyyat  da  ruhi  və  maddi  komponentlərə  malik  olsa  da,  maddi 
istehsal  və nəticədə alman hazır məhsulun əsasını “ruhi istehsal” təşkil 
edir.  Deməli,  iqtisadiyyat  ruhi  istehsalın  maddi  nəticəsi  prosesidir  və 
ya  insanın  maddi  tələblərinin  ödənilməsinə  istiqamətlənən  ruhi 
mədəniyyətin  maddi  təcəssümüdür.  Dünya  təcrübəsi  göstərir  ki, 
fundamental  tədqiqatlara  əsaşlanan  özəl  elmi  biliklərin  istehsalı 
yüksək  elmhəcmli  texnologiyaların  və  iqtisadi  rəqabətin,  qiymətli 
səhmlərin  mədaxil  həcmi  və  dövlətin  real  müstəqillik  səviyyəsinin 
artırılmasına  imkan  verir.  Belə  bir  gözəl  ifadə  var:  “Rəssam  məşhur
382
Fuad  МэтппЫо»
Kullurologiva cffeklivli havat va faalivvata aparan  yol
əsərlərin  üzünü  köçürərək  yaranır”.  Öz  iqtisadiyyatımızı  yüksək 
texnologiyaların  lisenziyası  əsasında  inkişaf  etdirə-etdirə,  biz,  öz 
fundamental  elmimizi  yadfdan  çıxarmamalıyıq.  Cəmiyyətin  strateji 
potensialı  olan  qabaqlayıcı  inkişafına  artıq  bu  gün  şüurlu  şəkildə 
investisiya  qoyulmalı,  bunun  üçün  vasitələri  isə,  digər  az  istegsala 
malik  xərclərdən  ayırmaq  lazımdır.  Bizim  gələcəyimiz,  ilk  növbədə, 
bəşəriyyətin  ruhi  mədəniyyətinin  iki  bayraqdanndan  -   elm  və 
təhsildən  asılıdır,  çünki  onlar olmadan,  nə  yüksək  rifah,  nə  də  dövlət 
və cəmiyyətin keyfiyyət və təhlükəsizliyini əldə etmək mümkün deyil.
Mədəniyyəti bütöv sistem kimi  görmək, iqtisadiyyatı  mədəniyyətin 
əsas  komponenti  kimi  nəzərdən  keçirməyə  imkan  verir.  Bunun  üçün 
iqtisadiyyatın  formalaşması  prosesinə  insan  fəaliyyətinin  bir  sahəsi 
kimi  diqqət  yetirmək  kifayətdir.  Kulturoloji  baxımdan,  bu  proses, 
intellektual  kapitalın  maddi  kapitala,  ruhi  istehsalın  maddiyə 
çevrilməsi  prosesidir.  İqtisadi  fəaliyyətin  məntiqini  aşağıdakı 
ardıcıllıqla ifadə etmək olar:
•  İdeya
•  Ruhi istehsal (elm)
•  Texnologiyalar
•  Maddi istehsal
•  Hazır məhsul (əmtəə və xidmətlər)
•  Reallaşdırma  (ticarət)

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin