demokratiyanın
hüquqi
mədəniyyətinin
inkişafıdır. Cəmiyyət və dövlət həyatının demokratikləşdirilməsinə
yardım edən bir sıra yeni qanunların qəbul edilməsi ilə yanaşı,
demokratik idarəetmə mədəniyyətinin formalaşdırılması məqsədi ilə
2001-2002-ci
illərdə
Azərbaycanda
Ombusman
institutunun
yaradılması mühüm əhəmiyyət daşımışdır. Ombusmanm mühüm
vəzifələrindən biri
dövlətin hökumət orqanları tərəfindən qeyri-
peşəkar idarəetmə nəticəsində insanların pozulan hüquqlarının
bərpasıdır.
Bununla bərabər, Azərbaycanda ölkə həyatında real dəyişiklikləri
əks etdirən müasir qanunlar qəbul edilsə də, cəmiyyətdə onlann zəif
icrası göz qabağıdadır, belə ki, ayn-ayn vətəndaş və məmurların
kifayət qədər yüksək olmayan intellekt, hüquqi, etik və idarəetmə,
eləcə də məsuliyyət mədəniyyətinin aşağı səviyyəsi bu işi əngəlləyən
səbəblərdəndir. Pis idarəetmədən qətiyyətlə imtina etmək lazımdir ki,
cəmiyyət və dövlət bundan zərər çəkməsin. Düzgün idarəetmə
vətəndaşla hökumət arasında, xoş münasibətlərin formalaşmasına
yardım edir ki, bu da ölkənin sosial-siyasi inkişafının təhlükəsizliyi
üçün zəruri olan şərtlərdəndir. İlk növbədə, Azərbaycanın hər yerində
qanununn aliliyi prinsipinim gözlənilməsinə nail olmaq vacibdir.
385
fu a d M am m odov
K u ltu ro lo g iva efTcktivll hoval to faallvvata aparan vol
Beynəlxalq təcrübə göstərir ki,
demokratiya prinsipləri və
dəyərlərinə əsaslanan effektiv sosial və dövlət idarəçiliyi bir sıra
hüquqi, etik və idarəetmə məsələlərinin həllini nəzərdə tutur:
V qanunun aliliyinin təmin edilməsinə cavabdeh olan vətəndaş və
vəzifəli şəxslərin qanunu icra mədəniyyətinin və qanunvericiliyinin
davamlı olaraq təkmilləşdirilməsi;
V baza siyasi və inzibati sənədlərin və onların idarəetmə
sistemində düzgün istifadəsinin şəffaflığı;
V vəzifəli şəxslər tərəfindən vəzifədən sui-istifadə, proteksionizm,
monopolizm,
korrupsiya
hallarının
aradan
qaldırılmasında
vətəndaşların ədalətlilik hüququnun müdafiəsi, bölgü münasibətləri
mədəniyyətinin inkişafı;
V ombusman
institutunun yardımı ilə dövlət strukturu ilə
vətəndaşlar, eləcə də ölkə vətəndaşları arasında ziddiyyət,
toqquşma və mübahisələrin etik tənzimlənməsi və yüksək hüquq
mədəniyyəti;
V dövlət quruculuğu və idarəçiliyinin prosesləri effektivliyinin
ictimai monitorinq proqramlarının hazırlanıb, reallaşdırılması;
V məmurlar və əhali üçün demokratiya, sülh, vətəndaş cəmiyyəti,
hüquqi, etik, idarəetmə, istehsal, məişət və gender mədəniyyəti
problemləri
üzrə
daim
fəaliyyət
göstərən
kulturoloji
maarifləndirmənin təşkili.
Son olaraq, qeyd etmək lazımdır ki, milli mədəniyyətin inkişafında
müəyyən nəticələrin əldə edilməsinə baxmayaraq, bu gün həlli tələb
olunan bir çox problemlər mövcuddur. Cəmiyyətdə mədəniyyət
anlamına məhdud yanaşma, insan inkişafında onun universal rolunun
qiymətləndirilməməsi, köhnəm “sovet” mədəniyyət struktur və
sistemlərinin üstün fəaliyyəti, bir sıra “sovet” düşüncə stereotiplərinin
aradan qaldırılması zərurətiləri, kulturoloji elm və təhsilin inkişafi
üçün əlverişli şəraitin olmaması, ölkədə kulturoloq müəllim,
tədqiqatçı və idarəçilərinin olamaması və s. bunlara aiddir. Əfsuslar
olsun ki, ölkə bürotratiyasının bir hissəsi hələ də, dövlət və cəmiyyətin
idarəedilməsi sisteminin effektivliyinə neqativ təsir göstərib, təbii
ziddiyyət və çətinlikləri yaradan, sovet inzibati amirlik düşüncələri
stereotiplərindən azad olmamışdır. Bunun nəticəsidir ki, bəzi hallarda,
ziyalıların
dövlət əhəmiyyəti daşıyan tərəqqipərvər təşəbbüsləri
386
Luad.MaiTimylnv
Kulturologiva cfTcklivli ha\aı ta faaliyyala aparan \o l
diqqətdən kənarda qalır. Bununla yanaşı, alim və qeyri-hökumət
təşkilatlarının
cəmiyyətin
strateji
maraqlarına
cavab
verən
tərəqqipərvər təşəbbüslərinə yardım etmək, demokratik dövlətin
vəzifəsi oplaraq qalır. Demokratik dövlətin bürokratiyası cəmiyyətdə
tərəqqipərvər yeniliklər uğrunda mübarizəni stimullaşdırmalı və
убагапап tormozlama mexanizmlərini aradan qaldırmalıdır. Bunun
üçün, o, demokratik idarəetmə mədəniyyətinə yiyələnməli, sosial-
mədəni inkişafın beynəlxalq təcrübəsi və dünya elminin ən yeni
nailiyyətlərinə əsaslanan interaktiv kulturoloji təhsil və maarif
sisteminin köməyi ilə öz bilik və bacarıq səviyyələrini daim
təkmilləşdirməlidirlər. Bu məqsədlə, bütün səviyyələrdəki məmurlar
üçün demokratik idarəetmə mədəniyyəti üzrə
xüsusi
interaktiv
treninqlərin təşkil edilməsi mühüm əhəmiyyət daşıyır.
Bu.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafi, siyasi stabillik və sosial
harmoniyanın əldə edilməsinə yardım edən dövlət quruculuğu və
idarəedilməsinin aktual problemlərinin həlli yollarına yeni baxış və
yeni həyat fəlsəfəsinin formalaşdınlmasında ağrılı prosesləri
əhəmiiyyətli dərəcədə sürətləndirər və tədricən totalitar düşüncə
stereotiplərindən azad olmağa kömək edər.
Bu problemlərin kulturoloji təhlili, keçid dövrünün tələblərinə
uyğun olaraq, azərbaycan xalqının milli maraqlarına cavab verən,
Azərbaycan Respublikasında kulturoloji elm və təhsilin inkişafına
hərtərəfli dövlət yardımının zəruriliyini göstərir. Dövlət milli inkişafın
mühüm prioritetlərindən biri olan ruhi mədəniyyətin və “ruhi
istehsal"-ın qabaqlayıcı inkişafını müəyyən etməlidir. Cəmiyyətin
müxtəlif sahələri üçün şəxsiyyət və liderlərin etik və peşə
hazırlığlında, eləcə də, milli ideologiyanın formalaşdınlmasında
kulturologiyanın əhəmiyyətini vurğulayaraq, bu mühüm fənnin
tədrisinin ölkənin ali və orta məktəblərində , həmçinin məktəbəqədər
müəssisələrində tədrisinin dərinləşdirilməsi və genişləndirilməsinə
qanunvericilik səviyyəsində yardım etmək zəruridir. Dövlət idarəçiliyi
strukturlarında çalışmaq üçün ekspert-kulturoloqların cəlb edilməsi,
bütün səviyyəli məmurlar və geniş əhali üçün mədəniyyət üzrə daim
fəaliyyət göstərən kulturoloji treninqlərin təşkili mühüm məsələlərdən
biridir.
387
Kuad Mammadov
Kullurologiva clTcktivlI haval v» foaljytata aparan yol
Azərbaycan mədəniyyətinin zamanın tələblərinə cavab verən real
modemləşdirilməsinə yardım etmək məqsədi ilə, dövlət bir sıra ciddi
addımlar atmalıdır. Xüsusilə, Azərbaycanda kulturologiyanın elm və
tədris fənni kimi institutlaşdınlmasını və ölkənin əsas sosial-mədəni
siyasət prioritetləri olan intellektual, etik, hüquqi və idarəetmə
mədəniyyətinin bərqərar olmasını təmin edən qanunun qəbul edilməsi
zəruridir. Mədəni dəyişikliklər çərçivəsində “mədəniyyətşünaslıq”
fənninin ibtidai və orta məktəb proqramlarına daxil edilməsini, Bakıda
və Azərbaycanın regionlarında xüsusi kulturologiya məktəblərinin,
eləcə də ölkənin ali məktəblərində kulturoloji təhsil proqramlarının
genişləndirilib, dərinləşdirilməsini təmin etmək lazımdır.
Azərbaycanda Şərqin və Qərbin inkişaf etmiş ölkələrinin zəngin
sosial-mədəni təcrübəsinin tədqiqi və tətbiqi məqsədi ilə kulturologiya
institutunun yaradılması, eləcə də Bakıda Beynəlxalq Dünya
Mədəniyyəti Universitetinin açılması aktual əhəmiyyhət kəsb edir.
Mədəniyyətin struktur və sisteminin innovativ islahatı çərçivəsində
mədəniyyətin inkişafi problemləri üzrə Milli Şuranın yaradılması,
təhsil və mədəniyyət nazirliklərinin vahid Sosial-Mədəni İnkişaf
Nazirliyinə inteqrasiyası, eləcə də
Azərbaycan mədəniyyəti
inkişafının Milli onilliyinin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bakıda kulturologiya üzrə elmlər namizədi və doktorların hazırlığı
üçün
milli və dünya mədəniyyətinin tarix və nəzəriyyəsi üzrə
sahələrarası Dissertasiya Şurasının yaradılması mühüm vəzifələrdən
biridir. Bu Şuraya tarix, fəlsəfə, psixologiya, mədəni antropologiya,
sosiologiya, politologiya, məntiq, iqtisadiyyat, etika, estetika,
filologiya,
pedaqogika, dilçilik, incəsənətşünaslıq
sahəsində
mədəniyyətin tarixi və nəzəriyyəsi üzrə əsərləri olan ekspertlər daxil
olmalıdır.
Mədəniyyətin demokratikləşdirilməsi prinsipinə uyğun olan milli
maraqlardan çıxış edərək, ruhi mədəniyyətin modernləşdirilməsi və
demokratikləşdirmə problemləri ilə məşğul olan ölkənin aparıcı qeyri-
hökumət təşkilatlan ilə dövlət strukturlan arasında stabil əməkdaşlıq
və tərəfdaşlığa nail olmaq vacibdir. Bu məqsədlə, kulturologiya və
mədəni siyasətin işlənməsi ilə bağlı problemlərlə məşğul olan apancı
qeyri-hökumət təşkilatlanna mədəniyyət və təhsil üzrə milli
hesabatlann surətlərinin göndərilməsi məqsədəuyğundur.
388
Fu_ad_M?mmadov
Kulturologiya cffektivli havat va fəalivvata aparan vol
Tərəfimizdən apanlan kulturoloji təhlil göstərir ki, müasir
Azərbaycanın dövlət sosial-mədəni inkişaf strategiyalannın əsasını
azərbaycan xalqının gələcək pozitiv obrazı qoyulmalıdır. Bu obraz
ideoloji kateqoriya olaraq, hər bir şəxs və bütün cəmiyyət üçün,
özündə insanın mütləq dəyər prioritetlərini, onun mənəvi kamillik və
maddi rifahının birliyini, eləcə də xalqın milli-mədəni dəyər, ideal və
maraqlarını əks etdirərək, dünyada qəbul edilən sistemli elmi təhlil
əsasında müəyyən edilməlidir. Bizim tədqiqatımız, Azərbaycanın
dünya inkişaf səviyyəsindən çoxillik geriləməsini qısa müddətdə
aradan qaldırıb, burada paralel olaraq, sənaye və bilik cəmiyyəti
qurmağa imkan verən, hansı sosial-mədəni inkişaf yollan və
texnologiyalan seçilməlidir, sualına cavab verməyə yardım etmək
məqsədi daşıyır1. Təhlil göstərir ki, bu məsələnin uğurlu həllinə,
yalnız, cəmiyyətin yüksək intellektual mədəniyyətinin qabaqlayıcı
inkişafına, apancı dünya ölkələrinin zəngin təcrübəsini yaradıcı
istifadə edib, dəqiq kulturoloji təhlilini keçirməklə
nail olmaq
mümkündür. Ölkədə yüksək iqtisadi, texnoloji, etik, hüquqi və
idarəetmə mədəniyyətinin qarşılıqlı şərtlənən inkişafi mühüm
şərtlərdəndir.
Vətəndaşlann ruhi kamilliyi, maddi rifahına istiqamətlənən effektiv
milli inkişafa nail olmaq üçün düzgün - beynəlxalq münasibət və
dövlət idarəçiliyinin prioritet, strategiya və texnologiyalan, dövlət və
cəmiyyətin inkişaf sürəti və əməyin yüksək keyfiyyətli vacibdir.
Həyatın dialektikası belədir ki, inkişaf məqsədinin özü və bizim təbiət
və cəmiyyət haqındakı bilik səviyyəmiz dəyişir. Deməli, dövlət
siyasəti elmin, beynəlxalq təcrübənin, dünya və milli inkişaf
tendensiyalannm kulturoloji proqnozlaşdınlmasının son nailiyyətləri
üzərində qurulmalıdır. Yalnız bu zaman.o , dünya sivilizasiyası
məkanında və zamanında cəmiyyətin və dövlətin rəqabətəqabil,
persprktivli, effektiv və davamlı inkişafını təmin edə bilər.
Bütöv sosial sistem olan mədəniyyətin yeni anlamının dərk
edilməsi və milli inkişaf, ideologiyanın təkmilləşməsi, yüksək etikalı
cəmiyyətin yaradılması, effektiv dövlət quruculuğu və dövlət
idarəçiliyinin
yaradılmasında
onun
qeyri-məhdud
uni\ersal
imkanlarını görmə qabiliyyəti müstəqil Azərbaycan Respublikası üçün
strateji əhəmiyyət daşıyır. Dövlətin strateji prioriteti olan yüksək ruhi
F u a d M a m m a d o t
J ^ iu m k g b t p ffck ı M İ B t a l a f»»livv?ı» аРагапуд1
mədəniyətin qabaqlayıcı inkişafi və modernləşdirilməsi sosial həyatda
neqativ hallarla effektiv mübarizə aparmağa, korrupsiya, yoxsulluq,
cəhalət, etik və hüquqi savadsızlıq,
yerlibazlıq və Azərbaycanın
ictimai tərəqqisini buxovlayan digər insani çatışmamazlıqlarla
mübarizə aparmağa imkan verəcəkdir.
Respublika mədəniyyətinin struktur və sistemində qloballaşma
Dostları ilə paylaş: |