şəraitində azərbaycan cəmiyyətinin modernləşdirilməsini təmin edən effektiv islahatların aparılması zəruridir. Bu islahat çərçuivəsində
demokratik Azərbaycanın milli maraqlanna və zamanın tələblərinə
cavab verən mədəniyyətin inkişafının idarə edilməsi, eləcə də mövcud
strukturların yenidən təşkili və yenilərinin yaradılması sahəsində
çalışan
kadrlann seçilib yerləşdirilməsi və təlimləndirilməsi
sisteminin təkmilləşdirilməsi vacibdir.
Belə bir ifadə var: “Cəhənnəmə gedən yol xeyirxah niyyətlərlə
döşənmişdir”. Bu o deməkdir ki, yalnız xeyirxah niyyətlər kifayət
deyil, daha yaxşı bu gün və gələcək naminə fəaliyyət göstərmək
lazımdır. Hadisələrin mahiyyətini düzgün görərək, ictimai tərəqqi
tələblərinə cavab verən proqressiv proqram və layihələr, kulturoloji
inkişaf modelləri, elmi bilik və yüksək texnologiyalann köməyi ilə
fəaliyyət göstərmək lazımdır. Antual de Sent Ekzüperi yazır: “Heç
zaman demə ki, edərəm, başla və de: mən artıq edirəm”.
* Elm və Cəmiyyət. Elmi məqalələr toplusu, Bakı, №1, 2005, s. 279-288; №1, Bakı, 2006, s. 137-141.