AZƏRBAYCAN
MƏDƏNİYYƏTİNİN
MODERNLƏŞDİRİLMƏSİNİN AKTUAL PROBLEMLƏRİ
HAQQINDA
Müasir dünya sivilizasiyası mədəniyyətdə yaradıcı və destruktiv
proseslərin, mədəniyyət və sivilizasiyanın qarşılıqlı təsiri, mədəniyyət
və antimədəniyyətin mübarizəsi ilə
şərtlənən,
məzmun-dəvər
dəyişiklikləri ilə səciyyələnir. Müasir həyatın dialektikası özündə
mədəniyyətin klassik, ənənəvi, milli, ümumbəşəri, intellektual, bədii,
siyasi, mənəvi, dini və digər dəyərlərini əxz etmiş fəaliyyətinin yeni
sintetik forma və üsullarının yaranması ilə müşayiət olunan, inkişafin
təbii ziddiyyətlərinin yaranması və onların həll edilməsi ilə bağlıdır.
Müasir informasiya texnologiyaları ilə stimullaşdınlan bu prosesdə
təhsil, elm, texnoloji inkişaf, həyat tərzi, əxlaq, incəsənət, dəyişən
dünyagörüş, mentalitet, təfəkkür, planetin milyonlarla insanının
373
N a d Mwnmadot
Kullurologiva cffektlvli havat
уэ
faallvvata aparan vol
davranışda yeni dəyər
eyniliyinin formalaşdırılması mənzərəsi
müşahidə olunur. Bu dəyişikliklər zamanı bəşəriyyətin elə qlobal
problemləri yaranır ki, onların effektiv həlli üçün insanların ümumi
maraqlarının, müxtəlif ölkə və xalqların qüvvələrinin birləşdirilməsi
tələb olunur. Bununla bərabər, yeni qlobal tələbat, şərait və dəyərlərin,
həyat və kommunikasiya qaydalarının formalaşdırılması milli
səviyyədə
yeni
həyatfəaliyyət texnologiyalarının kulturoloji
baxımdan hazırlanması və tətbiqi zərurətini yaradır. Sosial-mədəni
inkişaf prosesinin optimallaşdınlması və həm qlobal, həm də milli
səviyyədə yaranan böhran hadisələri və destruktiv proseslərin aradan
qaldırılması aktual elmi və idarəetmə məsələsinə çevrilir. Ənənəvi
mədəniyyətin modernləşdirilməsi şəraitində, həmçinin mədəniyyətin
unifikasiyasının aradan qaldırılması və xalqların mədəni müxtəlifliyi,
mədəni plüralizm, mədəni özünəməxsusluq və ümumbəşəri dəyərləri
özündə ümumiləşdirən dünya mədəniyyətinin
polisentrikliyinin
qorunmasına nail olmaq zəruridir.
Şüur və hissin, bilik və etikanın birliyi olan ruhi mədəniyyət insan
inkişafının dinamik, universal hərəkətverici qüvvəsidir. Mədəniyyətin
inkişafının müəyyənedici faktoru olan sosial mühit iki əsas şərtdən
asılıdır : dövlətin siyasi sistemi və dövlətin sosial-mədəni siyasəti.
Əgər dövlətin sisyasi sistemi demokratiyadırsa, sosial mühitin pozitiv
inkişafi üçün şərait yaranır. Ölkənin sosial-mədəni siyasətinin
kulıturoloji elmin nailiyyətləri əsasında qurulmasına, siyasi və sosial
qərarları isə uyğun kulturoloji ekspertizadan keçirilməsinə yardım
etmək zəruridir. Demokratik dövlətlərin novasiyalı mədəniyyət
standartlarından istifadə edilməsi inkişaf etməkdə olan ölkələrin
ənənəvi mədəniyyətinin inkişafi üçün
xüsusi dəyərə malikdir.
Bununla belə, Yaponiya təcrübəsi göstərir ki, milli kulturogenez
prosesində seçkili yanaşmanın gözlənilməsi vacibdir. Yad təcrübəni
milli dəyər və maraqlar baxımından dəyişdirmədən istifadə olunması
nəinki milli özünəməxsusluğun itirilməsinə, eləcə də, həyat fəaliyyəti
texnologiyaları sahəsində bu və ya digər ölkə üçün lazım olan
özünəməxsus
kəşf və
işləmələrin
hazırlanması
imkanlarının
itirilməsinə səbəb ola bilər. Bunu, təqribən, ibtidai sinif şagirdləri ilə
yuxan sinif və ay ali məktəb tələbələri tədrisinin, sonunculann
proqramı üzrə, təşkil edilməsi kimi izah etmək olar. Başqa sözlə, milli
374
Fuad Mammadov
Kullurologiva effektivli həyal va faalivvala aparan vol
təhsil modul və standartlannda
xalqın intellektual potensialının
tərəqqipərvər ənənələrinin və onun daxili inkişaf tələbatlanm, sosial-
mədəni təcrübəsini nəzərə alan öz həyat fəlsəfəsinin hazırlanıb
təkmilləşdirilməsi nəzərə alınmalıdır.
İnsan inkişafının milli və qlobal problemlərinin effektiv həllində
kulturologiya mühüm rol oynayır.
Kulturologiya - dövlətin və
cəmiyyətin yüksək texnologiyalarının dünyanın dəyişən tələblərinə
uyğun olaraq yaradılmasını, eləcə də cəmiyyətin sosial terapiyasını,
dialektik ziddiyyətlərin həllini təmin edən mürəkkəb problemlərin
sistemli təhlilini keçirməyə imkan verən bir elmdir. O, qloballaşma
şəraitində milli özünəməxsusluğun qorunması yollarının aşkar
edilməsinə, müasir mərhələdə milli mədəniyyətin, onun irsinin,
nailiyyət və inkişaf imkanlarının hərtərəfli tədqiqinə imkan yaradır.
Bununla bərabər, o, dünya mədəniyyəti tarixi və nəzəriyyəsinin
interaktiv öyrənilməsinin yardımı ilə tarixi inkişaf prosesində
yaradılan bu və ya digər dərəcədə əhəmiyyətli ruhi xəzinə, təcrübə və
sosial texnologiyaların mənimsənilməsinə, dünya təcrübəsinin milli
tərəqqisi naminə yaradıcı istifadəsinə yardım edir.
Kulturoloji tədqiqatın dəyəri, çox zaman, milli və dünya
mədəniyyətinin
inkişaf
qanunauyğunluqlarının
və
tarixi
mərhələlərinin aşkar edilməsi, düzgün şərh bacarığı, məlum və yeni
faktların birgə ümumiləşdirilməsi, elmi əsaslı nəticələr çıxarmaq
bacarığı və sosial-mədəni siyasət, sosial və dövlət idarəçiliyi üçün
əməli əhəmiyyətli tövsiyələrin formula edilməsi ilə müəyyən olunur.
Kulturoloji təhlil həm milli, həm də qlobal inkişafin obyektiv elmi
mənzərəsinin yaradılmasına, birtərəfli qiymətləndirmələrin aradan
qaldırılmasına, müxtəlif Şərq və Qərb dövlətlərinin inkişafındakı
sosial-mədəni qeyri-bərabərliklərin aradan qaldırılması yollarının
müəyyənləşdirilməsinə, dünya sivilizasiyası kontekstində cəmiyyətin
pozitiv
obrazının
düzgün
formalaşdınlmasına
və
proqnozlaşdınlmasına imkan verir.
İnsanın həyat fəaliyyəti inkişafinın sosial texnologiyaları və nəzəri
problemlərini öyrənən elm olan kulturologiya vətəndaş cəmiyyəti,
sülh və demokratiya mədəniyyətinin universal elmi-informativ və
nəzəri-metodoloji rolunda çıxış edir. Demokratiyanın inkişafi üçün
kulturoloji təhsilin mühüm beynəlxalq əhəmiyyəti onunla şərtlənir ki.
375
l-uad Mammado'
Kulluroloüiva cffcklivli hoval va faalivtala aparan vol
o. xalqlann həyatfəaliyyət texnologiyalannın, həyat fəlsəfələrinin və
mədəniyyət tarixi haqqında elmi biliklərinin genişlənməsində
müxtəlif etiqada və milliyyətə malik müxtəlif insanların din, maraq və
mədəniyyətlərinin harmonizasiyasının effektiv alətidir.
Qloballaşma Azərbaycan respublikasının mədəniyyətinə də öz
təsirini göstərmişdir. Bununla bağlı, bizim milli mədəniyyətimizin
dünya sivilizasiyası
kontexstində
kulturoloji
ekspertizasının
keçirilməsi, inkişaf etmiş ölkələrin informasiyalı cəmiyyətə keçidi
şəraitində rəqabətəqabil və təhlükəsiz inkişafı aktual əhəmiyyət kəsb
etməyə başlamışdır.
Demokratik cəmiyyət və hüquqi dövlət
quruculuğu dövründə
A/ərbaycanda düzgün mədəni siyasət və ruhi mədəniyyətin inkişafı
problemi strateji əhəmiyyət kəsb etmişdir. Azərbaycan xalqının və
dö\iətinin bu günü və gələcəyi, bizim ölkənin dinamik inkişafını
təmin elmək qabiliyyətimiz,
dünya mədəniyyəti və sivilizasiyası
inkişafının
müasir dialektikasının
yaratdığı
bizim
milli
mədəniyyətimizin hansı sosial texnologiyaların yardımı ilə, hansı
'əyər və prioritetlər əsasında inkişaf edəcəyindən asılıdır.
Milli mədəniyyətin inkişafına dövlət yardımını təmin edən
Л/.ərhuycan
Respublikasının
Konstitusiyasına
uyğun
olaraq,
azərbaycan dövləti və cəmiyyətinin təhlükəsiz və davamlı inkişafının
əldə edilməsi məqsədi ilə mədəniyyətimizin modernləşdirilməsi və
milli irsin qorunmasına vətəndaş yardımı üçün Azərbaycan ziyalılan
öz qüvvələrini birləşdirirlər. Müstəqil Azərbaycan Respublikasının
yüksək intellektual, etik, hüquqi və idarəetmə mədəniyyətinə malik
şəxsiyyətlərə və yeni nəsi liderlərinə xüsusi ehtiyacı vardır. İstehsal,
istehlak mədəniyyəti,
fiziki, tibbi, ekoloji mədəniyyət, məişət
mədəniyyəti
və şəxsiyyətlərarası
və
beynəlxalq
münasibət
mədəniyyətləri intellektual, etik, hüquqi və idarəetmə mədəniyyətinin
səviyyəsindən asılıdır.
Bu yaradıcı missiyanın yerinə yetirilməsi üçün
kulturologiya
sahəsində
beynəlxalq
əməkdaşlığın
inkişafı,
Azərbaycan
kulturoloq larinin elmi-pedaqoji fəaliyyətinin
konsolodasiyası və
koordinasiyası, milli və dünya mədəniyyəti və sivilizasiyasının tarixi,
nəzəriyyəsi və praktikası sahəsində
biliklərin yayılması və
tədqiqatların genişləndirilməsi üzrə
fəaliyyət mühüm
376
Fuad jVfomm.'xkv
Kulturologiya cffcklivli hay at vo foalivvota aparan vol
əhəmiyyət daşıyır. Bir sıra
dövlət strukturları - Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəetmə Akademiyası,
Milli Elmlər Akademiyası İnstitutları, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya
Akademiyası və respublikanın bir sıra digər ali təhsil müəssisələri
alim və müəllimlərinin yaradıcı
cəhdləri buna yardım edir.
Mədəniyyət, mədəni siyasət və kulturologiyanın inkişafında dövlət
strukturları ilə bərabər bir sıra qeyri-hökumət təşkilatlarının, həmçinin
Azərbaycan Mədəniyyəti Dostlan Fondu,
“Simürğ” Azərbaycan
Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti,
vətəndaş cəmiyyəti mədəniyyəti Beynəlxalq Forumunun maarifçilik
və tədqiqatçılıq fəaliyyəti mühüm rol oynayır.
Demokratik,
hüquqi
dövlət
quran
müasir
Azərbaycan
Respublikasının təbii maraqlarına cavab verən həyat keyfiyyəti,
inkişaf sürəti yüksəldilməsi üçün demokratiyanın üstünlüklərindən
şüurla istifadə etməyə imkan verən həyat fəaliyyəti texnologiyalannın
formalaşdınlmasmın universal elmi mənbəyi olan kulturologiyanın
elmi dəyərini qiymətləndirməmək çətindir. Lakin, təəssüf ki,
azərbaycan kulturologiyasının inkişafında müəyyən nailiyyətlərlə
bərabər, mədəniyyətin bütöv sosial sistem kimi anlanılmasından ibarət
səhv anlamla əlaqədar , Azərbaycanın insan, ictimai və dövləti
inkişafının universal strateji rolunun qiymətləndirilməməsi ilə bağlı
bir sıra çatışmamazlıqlar vardır. Belə ki, 1996-cı ildə kulturologiya
kafedraları - Bakı sosial idarəetmə və politologiya institutunda, N.Tusi
adına Azərbaycan pedaqoji universitetində, eləcə də Bakı Dövlət
Universitetində etika kafedrası bağlanmışdır. Sonrakı illərdə ölkənin
ali təhsil müəssisələrində
“mədəniyyətin tarixi və nəzəriyyəsi"
(kulturologiya) fənni əsassız olaraq, kulturologiya elminin bir hissəsi
olan “mədəniyyətşünaslıq” adı ilə əvəz edilmiş, fənnin saatlarının
həcmi isə, 72 - dən 18 saata qədər milli və dünya mədəniyyətinin
nəzəriyyəsi və tarixi üzrə imtahan və referatlann ləğv edilməsi ilə)
azaldılmışdır. Hal-hazırda Azərbaycanın ali təhsil müəssisələrində
müxtəlif profilli mütəxəssislərin yüksək peşə və etik mədəniyyətinin
formalaşdırılmasında mühüm əhəmiyyəti olan
kulturologiyanın
tədrisi minimuma endirilmişdir.
2004-2005-ci illərdə “boloniva
sisteminin tələblərinə” istinadən kulturologiya Tikinti və memarlıq
377
Fuad Maroroadov
Kulturologiya cffcklivli hayat va faalivvata aparan vol
institutunda, Texniki universitetində, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət idarəetmə Akademiyası və Azərbaycanın
digər ali təhsil müəssisələrində kulturologiya ləğv edilmişdi. Şəxsi
ambisiya və ya anlaşılmazlıqla bağlı olan
belə mədəni siyasətə,
Azərbaycanın milli maraqlan baxımından, bəraət qazandırmaq olmaz.
Bu gün Azərbaycanda kulturologiyanın institutlaşdınlmasına mane
olan, ictimai və dövlət həyatında ona olan tələb nədən yaranmışdır?
Onun mahiyyətini və ölkənin modernləşdirilməsi üçün onun
möhtəşəm dəyişdirici imkanlannı anlamamaq, biganəlik, yeniliyə əks-
təsir göstərmək, bəzi məsul siyasətçi və məmurlann dəyişmək
istəməməsidir.
Əfsuslar olsun ki, bizim ayn-ayn məmurlarımız hələ də “sovet”
düşüncə
stereotiplərindən
imtina
etməyərək,
ölkənin
inkişaf
proseslərini əvvəlki kimi, real həqiqətlərdən uzaq, sovet dövrünün
monopol totalitar ruhunda qiymətləndirməyə davam edirlər. Belə
mövqe müasir dövlət
və
cəmiyyətin həyatında
dialektik
qanunauyğunluq kimi, kulturoloji idarəetmə böhranlarının qurulduğu
tənqidi təhlili inkar edir. O, millətin tərəqqipərvər inkişafında mühüm
rol oynayan, sosial-mədəni inkişafin obyektiv böhran hadisələrini
izləməyə mane olur. Buna görə də, vətənpərvər ziyalıların sosial -
mədəni inkişaf proseslərinin tənqidi elmi təhlili respublikada ictimai
tərəqqinin əldə edilməsi və çatışmamazlıqlann sosial terapiyasına
istiqamətlənmiş
fəaliyyəti düşmənçiliklə qarşılanır. Belə mədəni
siyasət üçün məsuliyyəti kim daşıyır? Yəqin ki, Azərbaycanın milli
maraqlan və sağlam düşüncə tələb edir ki, respublikanın apancı
ekspert-kulturoloqlannm iştirakı ilə bu məsələyə bir də baxılsın.
Azərbaycan xalqının
davamlı milli-mədəni inkişafı mənafeyinə
uyğun olaraq, kulturologiyanın inkişafına dövlət yardımını tezliklə
təmin etmək və Azərbaycanda onun
tədris fənni və elm kimi
institutlaşdınlmasım
təmin etmək vacibdir .
Həyatın özünün
dialektikası bizdən, hər şeydən əvvəl ziyalılardan, həmçinin siyasətçi
və məmurlardan insan, sosial, dövlət inkİşafi öproseslərinin
təkmilləşdirilməsini tələb edir. Sosisal-mədəni inkişafin mürəkkəb
proseslərinin elmi təminatı kulturoloq-alimlər qarşısında ciddi tələblər
qoyur. Tədqiqatçı-kulturoloqlar nəinki cəmiyyət qarşısında problemlər
qoymalı, həm də onların həllinin
düzgün yollarını və effektiv
378
Fuad Manunadov
Kulturologiya effcktivli havat уд faalivvata aparan vol
texnologiyalarım, obyektiv ziddiyyətlərin həllinə yeni yanaşmaları,
tərəqqinin əldə edilməsi və
böhran
hadisələrinin aradan
qaldırılmasına yardım edən, daxili və xarici siyasəti, iqtisadiyyat və
insan münasibətlərini sağlamlaşdıran yeni yanaşmalar tapmalıdır. O,
elmi tədqiqatın yeniliyinin yalnız yeni faktlann aşkar edilməsindən
ibarət deyil, həm də, hər şeydən əvvəl, mədəniyyətin və onun insan
inkişafındakı, düzgün siyasətin formalaşdınlmasındakı və düzgün
idarəetmədəki tərəqqipərvərliyini görüb elmi əsaslandırmaqdan çıxış
etməlidir.
Buna görə də mədəniyyətin tarix və nəzəriyyəsinin tədqiqi məkan,
zaman, komparativ, struktur, keyfiyyət və kəmiyyət təhlilini həyata
keçirib, tədqiqatda tarixi, dialektik və məntiqi prinsiplərə dəqiq istinad
edib, tədqiqatın mövzusu üzrə
bütün əsər və anlayışların
məzmununun tənqidi təhlilini keçirməyi tələb edir. Elmi müddəa və
kulturoloji tezislər konkret faktlar və onların düzgün şərhi ilə təsdiq
edilməli, mədəniyyətin inkişafında bu və ya digər şəxsiyyətlərin,
hadisələrin rolunun düzgün qiymətləndirilib aşkarlanması ilə
təsdiqlənməlidir. Mədəniyyət yalnız qazanılmış keyfiyyətlər kimi
deyil, həm də müəyyən sosial mühitdə aşkar edilmiş genetik yaddaş -
valideynlərin “genetik yaddaşından” (bəlkə də şüuraltı səviyyədə)
ötürülmüş potensial qabiliyyətlər kimi təhlil edilməlidir. Kulturoloji
tədqiqatlar mədəniyyətin idraki, dəyişdirici, normativ-tənzimləyici,
maarifçi, dünyagörüş, aksioloji, humanist, ideoloji, istehsalat-praktiki,
idarəetmə, proqnostik və digər
funksiyalarının konkret sistemli
təhlilinin keçirilməsini tələb edir. Mədəniyyətin gələcək inkişafinı
proqnozlaşdırmağa imkan verən qarşıya qoyulan məqsədlərə nail olma
yollarını, siyasi və idarəetmə texnologiyalarının hazırlanmasına imkan
verən tarixi(arxiv) və sosiolojif respondentlərin sorğusu) tədqiqatlann
aparılması mühüm əhəmiyyət daşıyır.
Kulturologiya və ölkənin mədəni sitasətində azərbaycan dilində
“əqli mədəniyyət”-lə “mənəvi mədənityyəf’-in birliyindən ibarət olan
“ruhi mədəniyyət” termininin işlənməsi effektiv idarəetmə üçün
mühüm əhəmiyyət daşıyır. Belə yanaşma “mənəvi mədəniyyət”
terminini nəinki düzgün anlamağa, eləcə də effektiv sosial-mədəni
siyasət, xalqın davamlı mənəvi inkişafının, ölkənin iqtisadi və sosial
rifahının tərəqqisi, şəxsiyyətin düzgün inkişafını təmin edilməsində
379
Kuad Mamıtı-xlov
Kulturologiva effeklivli haval va foalivvata aparan vol
“intellektual mədəniyyət” anlayışının zəruriliyini diqqətə çatdınr. O,
mədəniyyətin ayn-ayn komponentləri və sosial institutlarının
diferensial
olaraq
nəzərdən
keçirilməsinə,
mədəni
siyasətin
prioritetlərini düzgün müəyyənləşdirilməsinə, dövlət, cəmiyyət və
insan inkişafi naminə
mədəniyyətin müxtəlif funksiyalarından
effektiv istifadə edilməsinə imkan verir.
İnkişafın beynəlxalq təcrübəsinin çoxillik öyrənilməsi təcrübəsi
qloballaşma şəraitində Azərbaycanın
sosial-mədəni inkişafının
effektiv modelinin hazırlanmasına imkan yaradır. Mədəniyyətin sosial
fenoman və noumen kimi düzgün anlanılması bu model əsasını təşkil
etməlidir. Mədəniyyət - intellektual, etik, estetik, intellektual və maddi
sərvətlərin, eləcə də, insanın ağlı, hissi və fiziki əməyi ilə yaradılan
ruhi və maddi dəyər və normaların istehsalı, istehlakı, tədarükü və
ötürülməsindən ibarət tarixi prosesdir. Bu, insanın yaşaması üçün
əlverişli mühitin, yəni “ikinci süni təbiətin” formalaşdırılması, insanın
həyatını yaxşılaşdıran, zənginləşdirən, qoruyan, cilovlayan inkişaf
texnologiyaları və idarəetmə metodlarıdır. Bununla belə, mədəniyyət
- insanın ətraf aləmin şüurlu dərki, dəyişdirilməsi ilə yaranan həyat
fəaliyyətinin fəlsəfəsi, texnologiyası, şəraiti və nəticəsi deyil, həm də,
hər şeydən əvvəl, fərdi, sosial və qlobal səviyyədə insan kapitalının
fəaliyyəti və əsas məqsədi olan insanın özünün inkişafı və
təkmilləşməsi prosesidir. Qeyd edək ki, canlı və böyük rus dilinin
izahlı lüğətinin müəllifi Vladimir Dal mədəniyyətin mühüm mahiyyəti
olaraq, təbiəti emal edib, hazırlamağı, qurmağı, təbii mənbələrdən
yeni, süni əşyaları yaratmağı, hər şeydən əvvəl, insanın əqli və mənəvi
Dostları ilə paylaş: |