Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə163/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   159   160   161   162   163   164   165   166   ...   182
modeli  olan  insanın  özünün  təhlilinə  müraciət  etmək  kifayətdir. 
İnsan  ruh  (ağıl  və  hisslər)  və  fiziki  mövcudluğun  təcəssümüdür. 
Fiziki  mövcudluq  ruhla  idarə  olunur,  əlsinə  yox.  İnsanın  davranışı, 
onun  həyat tərzi,  onun  fəaliyyətinin  məzmun  və  effektliyi  onun  ruhi 
mədəniyyəti  -  bilik, etika,  psixologiya,  xarakteri  ilə müəyyən  olunur. 
Analoji  mexanizm  cəmiyyətin  “ikinci  süni  təbiət”-i  adlandırılan  ruhi 
və maddi mədəniyyətinin bütöv sisteminə də aiddir.  Ruhi  mədəniyyət 
insan, cəmiyyət və dövlətin həyat təminatı  sisteminin ayrılmaz hissəsi 
olan  maddi  mədəniyyətin,  istehsalın  formalaşdırılmasmın  əsasıdır. 
Maddi  mədəniyyət,  “ruhi  istehsalın”,  ilk  növbədə  elm,  təhsil  və 
incəsənətin  nəticələrinin  ifadəsidir.  Burdan  belə  çıxır  ki.  millətin 
intellektual  mədəniyyətinin  səviyyəsi  ictimai  rifahın  inkişafının  və 
dövlətin  müdafiə  qabiliyyətinin  müəyvənedici  şərtidir.  İqtisadiyyatın 
inkişafinda  elmin  fəal  rolunun  təminatı  olmadan  və  effektli  təhsil 
sistemi  yaradılmadan,  investisiya  və  struktur  siyasəti  gözlənilən 
nəticələri  verə  bilməz.  Ən  effektiv  kapital  qoyuluşu  -   mədəniyyətin 
bayraqdan  olan 
elm  və  təhsil  sahəsinə  qoyulmuş  sərmayədir. 
İstehsalın  iqtisadi  effektivliyinin  kulturoloji  formuluna  müraciət 
zamanı  bu  daha  aydın  olur.  Məlum  olduğu  kimi,  iqtisadi  istehsalın 
effektivliyi  keyfiyyətlə  xərclərin  nisbətinə  bərabərdir.  Nəticənin 
böyüməsinə  aparan,  surətin  artması  və  məxrəcin  azalması,  ilk 
növbədə,  elmin  inkişafı,  eləcə  də  insanların  təhsil  və  mədəni 
səviyyəsindən  asılıdır.  Deməli,  rifahın yolu  ruhi  mədəniyyət  və  "ruhi 
istehsaldan " keçir.  Elm  və  təhsilin  inkişafında  effektiv  nəticələr  əldə 
etmədən, davamlı sosial-iqtisadi  inkişafa nail olmaq olmaz.
Azərbaycanda  bu  strateji  vəzifənin 
dərindən  başa  düşülməsi  və 
düzgün  həll  edilməsi  üçün  iqtisadi 
baxımdan  qabaqcıl  inkişaf 
təcrübəsinə  malik  dünya  ölkələrinin  kulturoloji  cəhətdən  öyrənilib, 
yaradıcı  tətbiq  edilməsi  mühüm  əhəmiyyət  kəsb  etməyə  başlayır. 
“Məndən  əvvəl  çalışanların 
çiyinlərinə  qalxdığıma  görə,  mən
351


Fuad  Mammadov
KuHurologiva cffektivli  həyat va faalivvala aparan vol
onlardan uzağı  gördüm”.  İsaak Nyütona aid olan  bu müdrik sözlər  bu 
gün  Azərbaycan  üçün  aktualdır.  Qərbi  Avropa  ölkələri,  Avropa  və 
Yaponiyanın  inkişafı  təsdiq  edir  ki,  effektiv  təhsil  sistemi  və 
fundamental elmin  fəal inkişafının təmin olunduğu yerdə son nəticədə 
əməyin  ən  yüksək  məhsuldarlığı  mümkündür.  Bu  isə,  ölkənin  dövlət 
siyasətinin,  respublikanın 
sosial-iqtisadi  tərəqqisinin  təməli  kimi, 
intellektual 
və 
mənəvi 
mədəniyyətin 
prioritet 
inkişafina 
istiqamətlənməsi  zəruriliyini  təsdiq  edir.  Bu nəticə  həm  Adam  Smitin 
iqtisadi  nəzəriyyəsi,  həm  YUNESKOnun  fəaliyyəti,  həm  skandinav 
ölkələrinin  sosial-iqtisadi  inkişaf  təcrübəsi,  həm  də  yaponiyanın 
“iqtisadi  möcüzə”  fenomeni  ilə  təsdiq  olunur.  Norveç  və  İsveçin 
yüksək  sosial-iqtisadi  inkişafının  özülü  onların  ruhi  mədəniyyət 
səviyyəsinin  yüksək  olmasındadır.  Bu  dövlətlərin  həyat  standartları 
təqribiliyi  və  elmyanılığı  qəbul  etmir.  XX  əsrin  əvvəlində  açılıb, 
iqtisadi  təhsilin  dünya  mərkəzlərindən  birinə  çevrilən 
Stokholm 
iqtisadi  məktəbi  -   özəl  institutunun  nəticələri  bunun  təsdiqlərindən 
biridir.  Millətin rifahının inkişaf səbəblərini təhlil edən alimlər belə bir 
nəticəyə  gəlmişlər  ki,  ölkənin  milli  sərvətinin  əsasını  təşkil  edən, 
əhalinin  bilik  və  bacarıq  səviyyəsi,  təhsil  və  elm 

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin