Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə165/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   161   162   163   164   165   166   167   168   ...   182
əhəmiyyətini  istehsalın  ictimai  üsulla  təhlili  zamanı  izləmək  çətin 
deyil,  ruhi  mədəniyyət 
ölkənin  istehsal  qüvvəsi  və  istehsal 
münasibətlərindən  yaranan  istehsal üsulları  ilə müəyyən olunur.  Ruhi 
mədəniyyət,  hakimiyyət  və  kapital  arasında  qarşılıqlı  əlaqəni  təhlil 
edən 
M.Kastels, 
İnformasiya 
dövrü. 
İqtisadiyyat, 
cəmiyyət, 
mədəniyyət”  adlı  monoqrafiyada  qeyd  edir  ki,  ruhi 
mədəniyyət 
hakimiyyətin  mənbəyidir,  hakimiyyət  isə,  öz  növbəsində 
kapital 
mənbəyidir.  Bu  qarşılıqlı  asılılıq  informasiya  dövrünün  yeni  sosial 
ierarxiyasının  əsasında  durur.  Belə  vəziyyətin  düzgünlüyünü  təsdiq 
edərək,  qeyd  etmək  lazımdır ki,  burada,  ən  qədim  dövrlərdən  indiyə 
qədər 
bəşəriyyətin  sosial-mədəni  inkişafının  obyektiv  tarixi 
qanunauyğunluqlarının  biri 
öz  əksini 
tapır. 
Bu  müddəanın 
düzgünlüyünü  təsdiqləyərək,  qeyd  etmək  lazımdır ki,  burada  qədim 
dövrlərdən  indiyə  qədər  bəşəriyyətin  sosial-mədəni  inkişafının 
obyektiv-tarixi  qanunauyğunluqları  əks 
olunur.  İnsan  qüvvəsinin 
mənbəyi, eneıjisi və yaradıcılığı olan ruhi mədəniyyət müxtəlif sosial- 
tarixi  şərait və dövrlərdə  dünyanın ən  tanınmış alim,  filosof və dövlət 
xadimlərinin,  o  cümlədən,  Azərbaycanın  görkəmli  mütəfəkkirlərinin 
mülahizələrində  müxtəlif  formalarda  əks  olunmuişdur.  Müasir  in­
sanın  inkişaf istiqamətini  və  imkanlarını  məhz  intellektual  və  mənəvi 
mədəniyyət, biliyin və sosial etikanın  səviyyəsi  müəyyən edir.
Buna 
görə 
də 
vətəndaş 
cəmiyyəti  quran 
Azərbaycan
Respublikasının  sosial-mədəni  siyasət  inkişafının  mərkəzi  vəzifəsi  -  
bilik  və  mənəviyyatlılığın  ahəngindən  ibarət 
yüksək  ruhi 
mədəniyyətin daşıyıcısı olan  yeni insan və vətəndaş formalaşdırılması 
olmalıdır.  Davamlı  insan  ,  sosial  və  dövlət  inkişafının  məqsədlərinə 
nail  olma  həm  peşəkarlıq  -   insanların  bilik  və  təcrübəsi,  həm  də 
yüksək  məsuliyyət  ,  alicənablıq  tələb  edir.  Mənəviyyatsızlıq 
mühitində  bilik,  bacarıq  və  mütəşəkkillik 
eqoizm  və  dağıdıcı
qüvvələrə  xidmət  edə  bilər.  Biliksiz  mənəviyyatlılıq  ümumi  ictimai 
və  insani  dəyərlər  baxımından  səhv  dərk  edilər  və  “kor”  olar.  Buna 
görə, 
vətəndaş  cəmiyyətində  harmonik  ictimai  münasibətlərin 
qurulmasının  zəruri  şərti  elmi  biliklərin  inkişafi  ilə  bərabər  legitim 
sosial  intizam  statusu  verilmiş  yüksək  insani,  vətəndaş və peşə etikası 
formalaşdırmaqdır.  Yüksək  insan  etikası  olmadan  ,  hətta  ən  yaxşı 
qanunlar  belə  işləməyəcəkdir. 
Əgər  dövlət  qanunlarına  əsaslanan
354
Fuad  Mammadnv
Kulturologjya effeklivli havat va faalivvata aparan vol
hüquq  bütün  sosial  normalar  üçün  məcburi  sistemdirsə,  əxlaq  -  
müəyyən  dövr  ərzində  cəmiyyət  tərəfindən  könüllü  qəbul  edilmiş 
davranış  forma  və prinsiplərinin məcmuudur.  Deməli,  əxlaq  qanunun 
icrasımn  əsas  motivasiyasıdır.  Əxlaq  hüquqdan  fərqli  olaraq, 
cəmiyyətin  ayrı-ayrı  təbəqələri  və  peşələri  üçün  müxtəlif ola  bilər. 
Əxlaqın  xarakteri  cəmiyyətin  inkişaf səviyyəsindən,  maddi  vəziyyəti, 
intellektual  və  mənəvi  inkişaf  səviyyəsi,  istehsal  münasibətlərinin 
xarakterindən  asılıdır. Etika məsələləriinsanm Xeyir və Şər arasındakı 
mənəvi  seçim  məsələləri  ilə  daha  çox 
bağlıdır.  Dəyişən  ideya  və 
maraqlar 
məkan  və  zaman  baxımından  subyektiv  xarakter  alaraq, 
insanın fəaliyyət və  məqsədlərinə təsir göstərir. Buna görə də  insanın 
mənəvi inkişafi  üçün  humanist tərbiyənin mühüm əhəmiyyəti var.
insan  mədəniyyətinin  inkişafı  uyğun  sosial-mədəni  mühitin 

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin