YUNESKO, MƏDƏNİ DƏYƏRLƏR VƏ KULTUROLOJİ TƏHSİL Dünya mədəniyyəti bizim qarşımızda,
milli-mədəni dəyərlərin
müəyyən
sistemlərinə
uyğun, mədəni müxtəlifliyi və mədəni
özünəməxsusluğu, insan maraqlarının ifadəsi və tələbatlarının
ödənilməsi ilə fərqlənən xalq, millət və etnosların həyat fəaliyyətinin
fövqəladə mənzərəsini təqdim edir.
Bu baxımdan, mədəniyyətin sinergetikası sosial səciyyəli hadisə
olduğuna görə, onun insanların yaradıcı təsirinə daim ehtiyacı var.
Həyatın dialektikası,
milli və dünya mədəniyyətində destmktiv,
böhran hadisələrinin vaxtında aradan qaldırılması, yaradıcı fəaliyyət
və ictimai tərəqqini təmin edilməsi məqsədi ilə,
milli və qlobal
inkişaf proseslərinin daimi kulturoloji monitorinqini tələb edir. Bu
dialektikadan çıxış edərək, milli dövlətlər və beynəlxxalq təşkilatlar
tərəfindən bəşəriyyətin milli, regional və qlobal problemlərin həllinə,
sülh mədəniyyətinin təsdiqi və
xalqların rifah səviyyəsinin
yüksəldilməsinə yönəlmiş çoxtərəfli fəaliyyət həyata keçirilir.
Dünyada sülhün bərqərar olması uğrunda BMT və YUNESKO, eləcə
də
Avropa Şurası,
Roma Klubu, Beynəlxalq və dinlərarası
Federasiya tərəfindən , azadlıq, sülh, ədalət və bərabərlik ideallarının
təsdiqi, insanların həyat təminatı sisteminin inkişafı, ümumi rifaha
nail olunma üçün qeyri-hökumət təşkilatlarının Dünya Assosiasiyası
və digər strukturlar tərəfindən çox işlər görülmüş və görülməkdədir.
Bununla belə, insan ləyaqətinə ümumi hörmətin təsdiqi,
insan
haqlarının
qorunması,
yoxsulluq
və
korrupsiyanın
aradan
qaldırılması, stabil sosial-iqtisadi inkişafa nail olunma, ziddiyyətlərin
həlli, zorakılıq və terrorizmin
aradan qaldırılması, ekoloji
təhlükəsizlik və ətraf mühitin qorunması ilə bağlı problemlərin həlli
bu gün gündəmdə qalır.
Bu problemlərin həllində, BMT-nin
intellektual vicdanı hesab
edilən,YUNESKO təşkilatının həyata keçirdiyi beynəlxalq mədəni
328
Fuad Mammadov
Kulturologiva effcktivli havat va faalivvata aparan vol
siyasətin rolu mühümdür. Hal-hazırda YUNESKO yeni yüzillikdə
bəşəriyyətin intellektual və etik inkişafında özünün apancı rolunun
bərpa edilməsi istiqamətində qiymətli təşəbbüs irəli sürmüşdür. O,
sosial həqiqətlərin müstəqil tənqidi ekspert təhlili yolu ilə qlobal
problemlərin
həllində,
dünyanın
daha
uğurlu
gələcəyə
transformasiyasında xalqlann arzusu və zamanın tələbinə düzgün
cavab axtarışına can atır. Bu gün müxtəlif millətə və dinə mənsub
insanların düzgün humanist istiqamətli fəlsəfə və həyat fəaliyyəti
texnologiyalarının yaradılması, Yer kürrəsində həyati dəyərlərin
qorunması, bütün dünyada sosial ədalətin və sülh mədəniyyətinin
təntənəsi üçün əvvəllərdən daha artıq zəruridir. YUNESKO-nun
sosial ədalətin real təsdiqinə, insan şəxsiyyətinə və ləyaqətinə hörmət
istiqamətindəki
fəaliyyəti
dünyanın
gələcək
quruculuq
perspektivlərinin daha yaxşı
başa düşülməsi üçün etibarlı
perspektivlər açır. YUNESKO-nun köməkliyi ilə idrak mədəniyyəti,
sülh mədəniyyəti, məsuliyyət mədəniyyəti, şəxsiyyətə hörmət, sosial
ədalət, böyüklərə hörmət və uşaqlara məhəbbət, dürüstlük, insan
haqları, səbrlilik və digər keyfiyyətlər tədricən bütün dünyada mədəni
normaya çevrilir. Bu, dünyanın xilası, Yer kürrəsində həyatın
təhlükəsizliyin təminatı, xalqlann daha uğurlu gələcəyi üçün möhkəm
özül yaradır.
Müasir şəraitdə bu siyasət insanların dünya mədəniyyəti tarixi