TWO
İradə: Karmanın əsas prinsipi
Qayda #2
Son olaraq, həyat nə kədər, nə də xoşbəxtlikdir.
Həyat sənin əməlinlə bağlı olan məfhumdur.
Qiymətləndirmənin nəticəsi
Bu hadisə belə baş verdi.
Bir gün axşam iki dost birlikdə yol gedirdilər. Hər şənbə axşamı əxlaqsız yanına getmək onların həftəlik adətinə çevrilmişdi. Onlar əxlaqsızlıq yuvasına doğru gedərkən birdən Hindistanın müqəddəs kitabı Bhagavad Gita haqqında diskursya aparan bir səs eşitdilər.
Dostlardan biri günah hissiylə tutulub qaldı. O əxlaqsız yanına getməmək qərarına gəlir və Gita haqqında olan mühazirəyə qoşulmaqla özünü inkişaf etdirməyə üstünlük verdiyini bildirir. Dostlardan digəri isə onu orada qoyub yoluna davam edir.
Mühazirə zalında oturan adamın fikri fahişə yanında olan dostunun yanında idi. Onu qısqanmağa başladı.
Ona elə gəlirdi ki, o mühazirə zalında ilişib qalarkən dostu gözəl vaxt keçirirdi.