Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə140/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   136   137   138   139   140   141   142   143   ...   182
mədəni  siyasət 
dövlətin  məqsədləri  və 
cəmiyyətin  həyati 
maraqlarının 
ölkənin  sosial-mədəni  inkişaf  prioritetləri,  sürəti  və 
istiqamətinə  uyğunluğuna  və  mədəni  imperativlərə  riayət  edilməsinə 
sosial  nəzarətin həyata keçirilməsini təmin etməlidir.
Tərəqqipərvər  mədəni  siyasət 
üç  əsas  prinsip  üzərində 
qurulmalıdır. 
Birinci  -   elm,  təhsil  və  yüksək  texnologiyaların 
qabaqlayıcı  inkişaf  prioritetlərini  təmin  edən 
azad  intellektual 
fəaliyyət üçün  əlverişli  şəraitin  yaradılması.  İkinci  -  xalq  kütlələrinin 
novasiyalı  mədəniyyəti  yüksək  mənimsəmə  səviyyəsini  təmin  edən 
effektiv 
dövlət 
maarifçilik 
fəaliyyətinin 
təşkili. 
Üçüncü 
-  
tərəqqipərvər  demokratik  ölkələrlə  fəal  mədəni  mübadilənin  həyata 
keçirilməsi.  Bu  prinsiplərin  uğurla  reallaşdırılması  və  kütlələrin  elmi 
maarifləndirilməsi  üçün,  dövlət  quruculuğu  və  idarə  edilməsinə, 
dünya  mədəniyyətinin  ən  yeni  nailiyyətlərinin  tarixi-nəzəri  təhlilinə 
kulturoloji metodologiyanın  tətbiqi həyata keçirilməli, kulturoloji  elm 
və  təhsilin  inkişafı  təmin  edilməlidir.  Kulturologiya  vətəndaşların 
elmi  və  siyasi  biliklərinin  inkişafı, praktik  imkanlarının  genişlənməsi, 
onların  həyat  fəaliyyət 
keyfiyyətinin 
yüksəlməsi, 
ictimai 
münasibətlərin  inkişafına  pozitiv  təsir  göstərən  prinsip,  dəyər  və 
normalarının  təkmilləşməsi  üçün  ilkin  şərait  yaradır.  Belə  siyasətin 
effektivlik  meyarı  cəmiyyətion  yüksək  rifah  və  davamlı  inkişafını 
təmin  edən  vətəndaşların  sosial  aktiv  fəaliyyəti  olur.  Bu  məqsədə 
çatmaq  üçün,  bütövlükdə  dünya  mədəniyyəti  inkişaf  təcrübəsinin 
tendensiya,  xüsusiyyət  və  qanunauvğunluqlannı 
nəzərə  almaqla, 
vətəndaş  cəmiyyəti  dəyərləri  əsasında 
xalqın  maraq  və  həyati 
tələbatlarının  təmin edilməsinə istiqamətlənmək lazımdır.
Dövlət  mədəni  siyasətinin 
effektivliyi 
ideoloji,  texnoloji  və 
təşkilati  səviyyədə  ruhi mədəniyyət sahəsinin  idarə edilmə sisteminin 
effektivliyindən  çox  asılıdır.  Müasir “ruhi  istehsalın”  nüvəsini  təşkil 
edən  təhsil,  elm  və  incəsənət  mədəniyyətin  bütün  sahələrinin 
harmonik və qarşılıqlışərtləndirici  inkişafına nail olmağa yardım edir.
Mədəniyyətin  idarə  edilməsi 
dünya  sivilizasiyasının  inkişafi 
kontekstində 
ölkənin  mədəni  inkişafi  haqqında 
obyektiv 
informasiyanın  sistemləşdirilməsi  və  təhlili  əsasında  proqramların 
hazırlanması  və 
mədəniyyətin  inkişafının  nəzəri  modellərinin 
kulturoloji  baxımdan  qurulmasını  nəzərdə  tutur.  Mədəniyyətin  idarə
288
K u a d  
М
эшп
Ы
оу
Kulturologiya cffckıMI haval ta haliyyala aparan vol
edilməsinin  üç  mərkəzi 
problemini  ayırmaq  lazımdır.  Birincisi, 
dövlətin  sosial-mədəni  prioritetlərinin  qurulması  və 
strateji 
istiqamətlərin  müəyyənləşdirilməsi  ilə,  -  İkinci,  ruhi  və  maddi 
mədəniyyətin  müxtəlif  sahələri  üzrə  mütəxəssislərin  hazırlığı  və 
tərbiyəsi,  onların fəaliyyəti üçün maddi-texniki şəraitin yaradılması, - 
Üçüncü,  mövcud  mütəxəssislərin,  ocümlədən, 
onların  fəaliyyəti 
nəticələrinin  sosial-mədəni  və  iqtisadi  tərəqqi  naminə  effektiv 
istifadəsi ilə əlaqədardır.
Ölkənin  yeni  dövlət  siyasətində  öz  əksini  tapan  sosial-mədəni 
texnologiyaların  inkişafi  və  tərəqqipərvər  mədəni  islahatların  həyata 
keçirilməsi demokratik ictimai münasibətlərin təkmilləşməsinə  imkan 
verəcəkdir.
“Simürğ”AKA-nm  mədəmi  siyasət  konsepsiyası, 
tərəfimizdən 
əldə  edilmiş  elmi  nəticə  və  tövsiyələr  demokratik  ölkələrin  sosial- 
mədəni  inkişaf təcrübəsi,  əhalinin  sosioloji  sorğularının  nəticələri  və 
kulturoloji  ekspertlərin  fikri  ilə  təsdiqlənmişdir.  Dünya  kulturoloji 
fikrinin,  aparıcı  kulturoloqların  mülahizələrinin  təhlili  göstərir  ki, 
dünya  inkişafının  müasir  mərhələsində  mədəni  siyasətin  ən  mühüm 
vəzifələri  həm də aşağıdakılardır:  mədəni müxtəliflik,  mədəni  kapital 
və  mədəni  resursların 
inkişafi  və  qorunmasına  yardım,  müxtəlif 
xalqların mədəniyyətlərinin ənənəvi  olaraq dirçəldilməsi prinsipindən, 
modernləşdirilməsi və harmonizasiyası prinsipinə keçid.
Azərbaycanda  mədəni  siyasətin  formalaşdınlmasının  ən  dəyərli 
mənbəyi  kimi  - 
BMT,  YUNESKO,  Avripa  Şurası  və  digər 
beynəlxalq  təşkilatlar,  eləcə  də,  dövlətin  ruhi  və  maddi  rifahının 
artması,  onun  keyfiyyətinin  yüksəldilməsi,  cəmiyyət  və  şəxsiyyət 
həyatının  təhlükəsizliyinin təmin edilməsinə  yardım edən, təhsil, elm 
və  incəsənətdən  ibarət  başlıca  “ruhi  istehsal”  komponentləri  çıxış 
edir.
Fikrimizcə,  milli,  regional  və  planetar  səviyyədə  bəşəriyyətin 
sosial-mədəni  inkişaf prosesinin  təşkil  və  tənzimlənməsində  qeyri- 
hökumət  təşkilatlarının  fəallaşdınlmış  rolunu  nəzərdə  tutan,  yeni 

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin