Ф International conference on cultural policy research.
November, 10-12, Bergen, Norway. Volume 1, 351-358.
VƏTƏNDAŞ CƏMİYYƏTİNDƏ
MƏDƏNİ SİYASƏTİN
FORMALAŞDIRILMASINA ELMİ YANAŞMA HAQQINDA
( “Kulturologiya - Mədəni siyasət - İnkişaf'
Beynəlxxalq
konfransının plenar iclasındakı məruzənin mətni. Moskva, 1-3 iyul
2001-ci il)
Hörmətli həmkarlar, xanım və cənablar!
İcazə verin SİZİ Azərbaycan “Simurğ” mədəniyyət Assosiasiyası
adından salamlayım, konfransın işində uğurlar arzulayım, kulturoloq
alimlərin bu mötəbər beynəlxalq forumunun plenar iclasında mənə
çıxış etmək imkanı verdiyinə görə, təşkilat komitəsinə öz
minnətdarlığımı bildirim.
Mövzuya başlamazdan əvvəl, Sizin diqqətinizi konfransın, Rusiya
Kulturoloji İnstitutu tərəfindən formalaşdırılmış, adma cəlb etmək
istərdim: “Kulturologiya - Mədəni siyasət - İnkişaf’. Fikrimcə, bu
uğurla seçilmiş adda kulturologiyanın bəşəriyyətin inkişafi üçün elmi-
praktik dəyəri çox dəqiq əks olunmuşdur. Keçən əsrin ikinci yarısında
öz inkişafının fəal dövrünə qədəm qoymuş bu fundamental elm dövlət
quruculuğu və idarəetməsinin, insanın və ictimai inkişafin elmi-nəzəri
əsası kimi daha böyük əhəmiyyət kəsb etməyə başlayır. XX əsrin
kulturoloji düşüncəsi və onunla əlaqədar, inkişafin əsas məqsədi olan
insana baxış, yeni humanist sivilizasiya yaradılması, bəşəriyyətinn
daha uğurlu gələcəyi naminə insan və təbiətin dəyişdirilməsinin
universal əsası olan, ruhi mədəniyyət üçün geniş imkanlar açır.
Üçüncü minilliyin başlanğıcı ilə bəşəriyyət öz sosial-mədəni
inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ruhi mədəniyyətin
artan sosial əhəmiyyəti, təhsil və maarif sisteminin təkmilləşməsi və
280
Fuad Mammadot
Kullurnlogiva effekti»li hava! 'a faalivvata aparan yol
informasiya texnologiyalanndakı inqilabla əlaqədar biliklərin sürətli
inkişafi bizi yeni mədəni inqilaba - sənaye cəmiyyətindən “bilik
cəmiyyətinə”
keçidi təmin edən, biliklər inqilabına apanr.
Bəşəriyyətin mədəni inkişafının ən mühüm nailiyyəti olan bilik,
müasir cəmiyyətin
təşkilati prinsipinə çevrilərək,
dəyərlər
statusunnun dəyişməsinə, bəşəri tərəqqinin genişlənməsinə getdikcə
daha çox təsir göstərir.
Bununla yanaşı, davamlı inkişaf və sülhə nail olunma, dövlətli və
yoxsul ölkələr arasında fərqin, konfliktlərin, məcburi miqrasiyanın,
yoxsulluğun aradan qaldırılması, ekoloji təhlükəsizlik və bəşəriyyətin
bir çox başqa qlobal problemlərinin həll edilməsi üçün bir çox işlər
görmək tələb olunur. Dünya iqtisadiyyatının xarakterini
kardinal
olaraq dəyişən və dünya miqyasında disbalans yaradan qloballaşma
şəraitində cəmiyyətin, təhsil və tərbiyəyə yeni yanaşmalar əsasında,
maarifləndirilməsi və humanistləşdirilməsinə ehtiyac
daha çox
artmışdır. Bunun üçün, qüvvələrin nisbətinin ümumi harmoniya və
sülhün xeyrinə dəyişməsinə, ümumi təhlükəsizlik və maraqların
tarazlığına, bütün bnəşəriyyətin və hər bir xalqın gələcəyini pozitiv
görmək və dəyərləri yeni humanist idrakın xeyrinə dəyişdirilməsinə
nail olmaq vacibdir. Bilik və əxlaq, elm və humanizmin sintezindən
ibarət daha yaxşı gələcəyin yolu yüksək mədəniyyətdən keçir.
Bəşəriyyət, texnogen sivilizasiyanın dağıdıcı proseslərini aradan
qaldıraraq,
“çətinliklərdən ulduzlara” doğru
hərəkət edir. Belə
hərəkət yalnız fəal təhsil və bəşəri dəyərlərə əsaslanan
yüksək
humanist mədəniyyət,
dünyanın intellektual və mənəvi mədəni
nailiyyətlərini bəşəriyyətin daha yaxşı gələcəyi uğrunda inkişaf və
istifadə edilməsi
əsasında mümkündür.
Bu həyati tələblər kulturoloq alimlər qarşısında, davamlı insan
inkişafı prosesinin elmi təminatının zəruriliyi ilə bağlı mürəkkəb və
məsuliyyətli vəzifələr qoyur. Belə vəzifələrdən biri, postsovet məkanı
xalqlarının milli mədəniyyətlərinin nəzərdən keçirilib, tənqidi
qiymətləndirilməsi, onlann
dünya sivilizasiyası kontekstində
müqayisəli kulturoloji təhlilinin aparılmasıdır. Bu məsələnin həlli
milli mədəniyyətlərin
nailiyyətləri, uğursuzluqlan və
böhran
hadisələrini aşkar edib, obyektiv qiymətləndirməyə, onlann dünya
mədəniyyəti inkişafının tələbləri və tendensiyalanna uyğun gələcək
281
Fuad Mommadov
Kulturologiya cffcktivll hoval vo foalivvata aparan vol
təkmilləşdirilməsi və modemləşdirilməsinin
imkan, yol və
metodlarının müəyyənləşdirilməsinə imkan verir.
Dövlət quruculuğu və insan inkişafının potensial imkanlarının
reallaşdırılması təşkilati, maliyyə və dünyagörüş səciyyəli obyektiv
və subyektiv çətinliklərlə bağlıdır. Postsovet məkanı ölkələri ideoloji
yenidənqurma, mədəni yeniləşmələr, təhsil, elm, səhiyyə, ekoloji
struktur şəbəkələrinin optimallaşdırıİması, dövlətlərin rəqabətəqabil
texnolojiyalann təminatı,
xalqın həyattəminedici sistemlərinin
effektivliyinin artırılması ilə bağlı bir sıra mürəkkəb məsələləri həll
etmək məcburiyyətindədirlər. Struktur, regional, social və
şəxsi
baxımdan mədəni inkişafın qeyri-bərabərliyini də çətinliklərə aid
etmək olar. Bu özünü, bütöv system olan mədəniyyətin müxtəlif
sahələrinin və
ayn-ayn regionların mədəni inkişafının
qeyri-
bərabərliyində, əhalinin elitar və kütləvi mədəniyyəti inkişafının
əhəmiyyətli dərəcədə daxili disproporsiyalarında, inkişafın mənbəyi
olan
mədəniyyət
nailiyyətlərinin
istifadəsində
gender
bərabərhüququnun olmamasında göstərir. Bununla bağlı olaraq,
mədəniyyətin social institutlarının
prioritet inkişafının seçilməsi
məsələsi aktuallaşır. Sadalanan məsələlərin uğurlu həlli, zamanın
obyektiv tələblərinə cavab verən
mədəniyyət və mədəni siyasət
sahəsində
novasiyalı islahatlar proqramının hazırlanıb həyata
keçirilməsini israrla tələb edir. Belə proqramların hazırlanması üçün
ruhi mədəniyyətin yüksək missiyasına və onun insan, ictimai və
dövlət inkişafındakı
novasiyalı dəyişdirici
roluna yeni nəzərlə
baxmağa imkan verən problemlərin kulturoloji təhlilinin aparılması
vacibdir.
Ruhi mədəniyyətin insan inkişafındakı artan social əhəmiyyəti ilə
əlaqədar olaraq, “Simürğ” Azərbaycan mədəniyyət assosiasiyası
Sorosun Budapeşt Fondunun yardımı ilə 2001-ci ildə, ilk dəfə olaraq,
“Azərbaycanda mədəni
siyasətin
formalaşdınlmasına yardım”
layihəsini reallaşdırmışdır. Ona uyğun olaraq, iyun ayının 27-29-da
Bakıda respublikada mədəni siyasət üzrə Beynəlxalq konfrans təşkil
edilmişdi. Onun işində Azərbaycan, Rusiya Federasiyası, ABŞ,
Norveç, Fransa, Yaponiyadan
tanınmış alim, mütəxəssis və
diplomatları, eləcə də
respublikanın mədəniyyət və gənclər
nazirlikləri, Milli Elmlər Akademiyası, Parlament,
qeyri-hökumət
282
Fuad Mammadov
Kulturolngiva cfTckthli h.ıvııl t.ı faallvv.il» aparan vol
təşkilatlan,
MEDİA, yaradıcı
ittifaqlar, həmkarlar ittifaqı və
beynəlxalq fondlann nümayəndələri iştirak etmişlər.
Kulturoloji
metodologiyaya və Assosiasiyanın çoxillik kulturoloji tədqiqatlanna
istinadən, biz, mədəniyyət və mədəni siyasət üzrə Azərbaycan əhalisi
arasında xüsusi sosioloji sorğu keçirmiş, həmçinin 20 seminar-treninq
və ekspert focus-qruplan keçirilmişdir. Bu işlərin nəticələri,
konfransda müzakirə edilmiş və bizə bir sıra demokratik ölkələrin
mədəni siyasət sahəsindəki təcrübəsini öyrənməyə, eləcə də, ölkədə
yeni mədəni siyasətin formalaşdırılması üzrə praktik tövsiyələrin
hazırlanmasına imkan vermişdir.
İcazə verin sizi, “Simürğ”AKA -nın sosial fenomen olan
mədəniyyətə baxışını və ictimai-siyasi sistemin transformasiyası
şəraitində insan, döbvlət və cəmiyyətin sosial-mədəni inkişafına
praktik yardımın yol və vəzifələri ilə tanış edim. Bu gün mədəniyyət
anlamına və mədəni siyasətin prinsip, problem və prioritetlərinə
aydınlıq gətirmək, həyatın diktəsi ilə yaranan, kulturoloji ijkişafın
zəruri şərtidir. Kollektiv şüur bizə
qloballaşma və
sənaye
cəmiiyyətindən “bilik cəmiyyətinə” keçidlə əlaqədar yeni tarixi
şəraitdə insan inkişafının hərəkətverici qüvvəsi və universal əsası
olan ruhi mədəniyyətin yeni imkanlarını daha yaxşı anlamağa, ölkə
və xalqlarımızın inkişaf edən tələbat və maraqlarına cavab verən
əlaqələndirilmiş fəaliyyət proqramının tərtibinə yardım edəcəkdir.
“Simürğ” AKA-nın hazırladığı məruzənin və Azərbaycanda
yeni mədəni siyasətin formalaşdırılması üzrə yaradılmış tövsiyələrin
əsasını Assosiasiyanın çoxillik kulturoloji tədqiqatlarının, mədəniyyət
məsələləri üzrə
ölkə əhalisi arasında aparılmış
xüsusi sosial
sorğunun, kulturoloq ekspertlərin düşüncə və mülahizələrinin, eləcə
də
azərbaycan cəmiyyətinin
müxtəlif dövlət və qeyri-hökumət
strukturları nümayəndələri ilə keçirilmiş iyirmi kulturoloji seminar-
treninq materiallarının nəticələri təşkil edir. Tədqiqatlar təsdiq etdi ki,
mədəniyyətimizdəki böhran hadisələri, hər şeydən əvvəl, bizim
mədəni siyasətimizin qeyri-effektivlik göstəricisidir. Mədəni siyasətə
optimal elmi yanaşmaların yaradılması məqsədi ilə, tərəfimizdən
sovet, qərb və rus kulturoloji məktəblərinin nailiyyətləri, o cümlədən,
Rusiya Kulturoloji İnstitutunun konsepsiya və nailiyyətləri, Norveç
və Yaponiyanın social-mədəni inkişafının tarixi təcrübəsi, BMT,
283
Euad ıMammadov
Kullurologiva cffeklivli hjvat v.i foalivvata aparan vol
YUNESKO, Avropa Şurası və digər mədəni siyasət sahəsindəki
beynəlxalq təşkilatların sənəd və müasir fəaliyyət təcrübəsi öyrənilib,
istifadə edilmişdir. Adlan çəkilən materiallann
kompleks təhlili
nəticəsində,tərəfimizdən, konkret olaraq Azərbaycan şəraitinə tətbiq
edilən, yeni mədəni siyasət formalaşdın İması üzrə praktik tövsiyələr
hazırlanmışdır. Bu zaman, həm Azərbaycanın tarixi-mədəni inkişaf
xüsusiyyətləri, həm də dünya sivilizasiyası kontekstində ölkənin
social-mədəni inkişafının sistemli təhlilinin nəticələri
nəzərə
alınmışdır.
Tədqiqatlanmızm
başlıca
metodu,
sosial
fenomen
olan
mədəniyyətin elmi-idraki, ideoloji və praktik funksiyalanm aşkar
edən, sistemli yanaşmadır. O, elmlərarası bütöv system olan
mədəniyyəti kompleks,
dialektik qarşılıqlı əlaqəli
tədqiqat
prinsiplərinin birliyi: kəmiyyət, keyfiyyət,
struktur,
funksional,
genetik-tarixi, məkani və müqayisəli təhlil əsasında, öyrənməyə imkan
verir. Bu yanaşmanın metodoloji əsasını: dialektika (Hegel fəlsəfəsi
daxil olmaqla), tarixilik prinsipi, məntiq (Lütvi Zadənin “qeyri-səlis”
məntiqi daxil olmaqla) təşkil edir. Belə yanaşma,
obyektiv elmi
dünyagörüş,
insan, cəmiyyət və dövlətin
inkişafını bütövlükdə,
sinfilik və partiyalılıq prinsiplərindən azad, zaman və məkanda
görməyə imkan verir. Bu metodologiya əsasında, tərəfimizdən ,
mədəniyyətin
üçlük olaraq elmi anlaşılması formula edilmişdir:
təbiət, insane və cəmiyyəti dərk etmək və dəyişdirməyin yaradıcı
prosesi, onun nəticələri - ruhi və maddi dəyər və normaların məcmuu,
eləcə də texnologiyalar - insanın həyat fəaliyyətinin dəyər, norma və
təcrübəsinin istehsali, mühafizəsi, istifadəsi və
ötürülməsi. Bu
baxışlara uyğun olaraq, tərəfimizdən, obyektiv qanunauyğunluqlar
əsasında ayn-ayn sahələrinin bir-biri ilə qarşılıqlı əlaqə və təsirə
malik
qabaqlayıcı inkişafa malik bütöv sosial sistemli cəmiyyətin
müasir mədəniyyət modeli təklif olunur. Bura təhsil və tərbiyə, elm
və texnologiyalar, ədəbiyyat və incəsənət, iqtisadiyyat, din, əxlaq,
informasiya, mətbuat və turizm, hüquq, təşkilat və idarəetmə, həyat
tərzi-dil-mədəni irs, səhiyyə-ekologiya- həyattəminedici sistemlər,
ideologiya, daxili siyasət və beynəlxalq münasibətlər kimi sosial
institut və insan fəaliyyəti sahələri daxildir. Bu zaman,
insanın
humanizmi və intellektual fəaliyyətinin əsas hərəkətverici qüvvəsi
284
Kuad Mommadov
Kulturologiva cffeklivli haval ta fauHvvata aparan vol
olan “ruhi istehsal”,
mədəni inkişaf kimi bütöv sistemin bazası
rolunu oynayır.
Tərəfimizdən işlənib hazırlanmış aşağıdakı məntiqi sistemi
nəzərədən keçirməklə, Azərbaycanda keçirilən yeni mədəni siyasətin
rol və əhəmiyyətinin məntiqi zəruriliyini anlamaq olar (bax.əlavə
N91-8).
° Şüurlu bəşəriyyətin ali mədəni məqsədi - ruhi kamillik və
rifaha nail olmaqdır. Bundan çıxış edərək, ölkə mədəniyyətinin ali
məqsədi insan, cəmiyyət, dövlətin rifahına, ruhi kamilliyinə və
harmonik inkişafına nail olmaq
üçün
əlverişli şəraitin
yaradılmasıdır (şəkil№l).
o Lakin müasir sivilizasiya çərçivəsi daxilində şər və dağıntılar
mövcuddur. Məsələ ondan ibarətdir ki, mədəniyyətin sosial
bazasını genişləndirib, mədəniyyət və antimədəniyyət arasındakı
tarazlığı ümumilikdə mədəniyyətin, dünya mədəniyyətinin, daha
konkret isə,
dünya mədəni məkanı sahəsini genişləndirməyin
xeyrinə dəyişəsən(şək. №2.).
° Bununla yanaşı, dialektik inkişaf qanunlarına uyğun olaraq,
insani, sosial və coğrafi baxımdan mədəni qeyri-bərabərlik
mövcuddur. Burada, müxtəlif xalqlann mədəniyyətləri arasında
uyğunluğun əldə edilməsi daxil olmaqla,
bütün səviyyələrdə
mədəni harmonizasiyaya nail olmaq zəruridir (şək. N93).
° Yeni mədəni siyasət bu məsuliyyətli sosial-siyasi və iqtisadi
məsələlərin həll edilməsinə yönəlməlidir. O, bütöv sistem olan
mədəniyyət sahəsinin inkişafını ideoloji, texnoloji və təşkilati
səviyyələrdə elmi əsaslarla idarə edilməsini nəzərdə tutur (şək.
№4).
o Lakin mədəniyyəti sosial hadisə kimi düzgün anlamadan, onu
effektli idarə etmək mümkün deyil. Mədəniyyəti dar(adi) .
kontekstual və elmi mənada görüb, anlamaq zəruridir (şək. №5).
° Bununla bərabər, müasir cəmiyyətin mədəni strukturunu, bütöv
sosial sistem kimi, ətraflı təsəvvür etmək vacibdir (şək. №6). Bu
zaman, ictimai rifahın genişlənməsi üçün iqtisadi inkişafın əsas
aləti
və
açan
olan
“ruhi
istehsalın”
kulturoloji
qanunauyğunluğunu
anlamaq
vacibdir.
Dövlətin
iqtisadi
285
Fuad Mommadov
Kulturotogiva cffcktivli harm >a foalivvjto aoaran vol
istehsalının effektivliyi elmin, elmi texnologiyaların nailiyyətləri ,
təhsil və tərbiyə sisteminin effektivliyi ilə düz mütənasibdir,
o İnsanın mədəniyyət yaradıcısı və daşıyıcısı insan olduğu üçün,
mədəni insanın formulunu da bilmək vacibdir.O, insanın
imkanlarını, özünütəkmilləşdirmədə və ətraf aləmin tərəqqipərvər-
humanist dəyişdirilməsi prosesində aşkar edir (şak. №7).
o Nəhayət, insan, cəmiyyət və dövlətin sosial-mədəni inkişafının
əsas istiqamət, şərt və prioritetlərinin düzgün müəyyənləşdirilməsi
üçün mədəni inkişafın başlıca faktor və qanunlarını, eləcə də
kulturoloji metodologiyanı bilmək vacibdirfşək. №8).
Mədəniyyətin inkişafında mədəni siyasətin rolu mühümdür,
çünki, mədəniyyət siyasi faktorlardan, ölkənin mədəni inkişafını ya
stimullaşdıran, ya da buxovlayan dövlət siyasi sistemindən asılıdır.
Buna görə, hər şeydən əvvəl, mədəni siyasətin mahiyyətinə müraciət
etmək vacibdir.
Dostları ilə paylaş: |