Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə64/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   60   61   62   63   64   65   66   67   ...   182
Ф  Ay  (sağtərəfli)  svastika  (  ağ  rənglə  təsvir  edilir)  materiya 
üzərində  hakimlik  və  enerjinin  idarə  edilməsi  işarəsi  kimi 
mənimsənilir.Tibetin  qara bon  təriqətlərində  güc  və təcavüz 
rəmzidir.  Hitler Almaniyasında  qəbul  edilmiş antisemit işarəsi 
hesab edilir.
Svastika həm Asiyada,  həm də  xristianlığaqədərki  Avropada geniş 
yayılmışdır.Ona  Troya  qazmtılannda,  məişət  əşyalannda,  eləcə  də 
Ellin  dəfinələrində  rast  gəlinmişdir.  Svastika,  həmçinin  ezoterik 
buddizmin  rəmzidir.  Çində,  Lotos  Məktəbində  sitayiş  edilən  bütün 
səcdəgahlann 
işarəsi  kimi  istifadə  edilirdi.  İlkin  xristianlıqda.o, 
qammalaşdınlmış  xaç  kimi  məlum  olmuş  və  Genona  görə,  orta 
əsrlərin  axırlanna  qədər  xristianlığın  əlamətlərindən  biri  kimi 
işlənmişdir.
Pentaqramma  -  Solomon  ulduzu,  qüdrət,  ağıl,  kamillik  və  sin- 
rəmzidir.  Magiya, qnostisizm, okkultizm və kabbalada  istifadə edilən 
ən güclü işarə hesab olunur.  Şüalann istiqamətindən asılı olaraq, xeyir 
və  ya  şəri  rəmzləşdirə  bilər.  Sirli  şüalar  saçan  insanın 
moson 
rəmzidir.
Düzgün 
beşbucaqlı  (pentaqon)  - 
sağlamlıq,  cadugərlərdən 
qorunma  rəmzi, misir allahı  Totun  ,  Kesalkoatlın, roma Merkurisinin 
işarəsi, İsa Məsihin  beş yarasının rəmzidir.
Heksaqram  -  David  ulduzu,  Mikro  və  makro  kosmos,  kişi  və 
qadın  başlanğıclan  arasında  ahəng  və  kosmik  vəhdət;  xeyirxahlıq 
nümunəsi,  israfçılıq  və  çatışmazlıq  arasında  ortaq,  xeyirin  şərə  qarşı
111


Fuad Maounarfflv
Kulturologiva cfTcklivli hsvat vj foallyyota aparan yol
qoyulması;  odla  suyun  birləşməsi,  ruhun  materiya  üzərində  qələbəsi, 
Adəm Kadmonun  rəmzi.
Altıbucaqlı -  kainatın bütövlük rəmzi.
Heptoqram
Ф  Osiris,  Mars  və  Klio  (qədim  yunanların  şöhrət və tarix  ilahəsi) 
kultlan  ilə  bağlı,  dini,  sehrli  və  mistik  rəqəm,  yeddidəfəlik 
universum; 
Pərvərdigarın 
yaradıcı  düşüncəsinin  keçilməz 
materiyaya qədər  açılma mərhələləri.

İnsanın  varlığını  xilasa  və  azadlığa  aparan  yeddi  dəfəlik 
təkamülü  :
• 
Üzvi cisim  (chat)
• 
Həyat gücü (ankh)
• 
Ulduz cismi (ka)
• 
Heyvani  cisim və ya  (hati)
• 
Şüurlu cisim (bai)
• 
Qəlb (cheubi)
• 
Ruh (kov)
Materiya aləmində həyat  hakimi:
• 
Ay dövrünün yeddi günü
• 
Həftənin yeddi günü
• 
İnsan sifətinin yeddi hissəsi
• 
Səs düzümünün yeddi notu
• 
Spektrin yeddi rəngi
• 
Zərdüştlükdə  dünyanın  yaranışının  yeddi əsası
ф  Zərdüştlükdə dünyanın yeddi xilqəti  və yeddi səcdəgahı:
• 
Axura  Məzda 
-  Müdriklik  Tanrısı, 
insanı  yaradan  və
qoruyan
• 
Aşa  Vahişta  -   Yüksək  möminlik,  dünyanı  tənzimləyən 
nizam, odu yaradan və qoruyan
• 
Vohu  Manna  -   Xoş  niyyət, 
heyvanat  aləmini  yaradan  və 
qoruyan
• 
Ameretat -  Ölümsüzlük,  bitki  aləminin  yaradan və qoruyan.
• 
Xaurvatat -  Bütövlük, suyu yaradan və qoruyan.
• 
Spenta  Armaiti  -   Müqəddəs  möminlik,  torpağı  yaradan  və 
qoruyan
112
Fuad  Mammxlov
KuUurok>giva cffcktivli havat ta faalivvola aparan vol
• 
Xşatra  Vairya  -İstəkli  hakimiyyət,  göy  qübbəsini  yaradan  və 
qoruyan
Ф 
Yeddi növ səadət bəxş edən  7 yapon allahı:
• 
Uzun ömür
• 
Maddi rifah
• 
Düzlük
• 
Həyatdan məmnunluq
• 
Müdriklik
• 
Qüvvət 
Həmçinin məlumdur:
• 
Planetlərin yeddi mənası
• 
Zikkuratın  yeddi  mərtəbəsi  (  mesapatamiya  məbədləri),  ruhi 
kamilliyə yüksəlişin rəmzi
• 
Nuh gəmisinin yeddi cütü
• 
İohannın  yeddi  möhürü
• 
Yeddi cəbrayıl
• 
axirət heyvanının yeddi başı
• 
qəzəbin yeddi badəsi
Səkkizguşəli  ulduz  :
  dünyəvi  xeyirxahlıq,  rifah  və  yeni  həyatın 
əbədilik  rəmzi;  cənnət  simvolu.  Allahın ulduzlara  aid  rəmzi  Allahın 
astroloji  rəmzi  kimi,  dünya  mədəniyyəti  tarixində  ilk  dəfə  Şumerdə 
yaranmışdır.Burada  məhəbbət,  məhsuldarlıq,  ölkənin  mühafizə  və 
rifah ilahəsi olan İnanna bu kulturoloji simvolla təsvir edilirdi. Misirdə 
Sirius  “Sotis”  adlanırdı.Ona  ulduzların  şahı,  xoşbəxt  ailə  və  analıq 
rəmzi, uzaq  səfərlərdə  yol göstərən ulduz  kimi  ehtiram  edilirdi.  Onu 
“ulduzların  anası”  ,  dünyanın  hakimi,  ilin  fəsillərinin  yaradıcısı 
adlandırırdılar.  Sirius -  külək, su və məhsuldarlıq ilahəsi olan İzidanın 
ulduzu  idi.Buna görə də  simasını  dəyişərək,  gah  quşa,  gah  da əqrəbə 
çevrilən  İzida möhtəşəm qüdrət, mərhəmət və rəhmdillik  rəmzi hesab 
olunurdu.  Misirdə  ilin  əwəlni  17  iyul  tarixində,  səmada  Sirius 
görünəndən  sonra  təbiətin  canlanması,  Nil  çayının  qabardığı  zaman 
qeyd edirdilər.
London 
universitetinin 
professoru 
Meri 
Boysun
rekonstruksiyasına  görə,  Zərdüşt  kahinləri  dünyanın  yaranmasının 
dualistik  tərvirini  tərtib  edərkən,  düşünürdülər ki,  allahlar  dünyanı  7 
məhələyə  yaratmışlar  -   səma,  su,  torpaq,  bitkilər,  heyvanlar,  insan,
113


Fuad Mom m odov
K ultu ro lo g lva  e ffe ktlvli h.ival 
у э
 
faalivvata aparan vol
od.  Olumlu,  ölümlü  yeddiqat  yaranışın  arxasında  baş verən  xeyir- 
şər  mübarizəsi 
xeyirin  qələbəsi 
ilə  başa  çatmalıdır. Yüksək 
mənəviyyatlı  bu  fəlsəfənin  əsas  prinsiplərindəki  varisliyk  dünya 
monoteist  dinlərində  -  iudaizm,  xristianlıq  və  islamda  da  müşahidə 
edilir.  Sonralar  səkkizguşəli  ulduzun  bədii  təcəssümü  İntibah  dövr 
italyan  rəssamı  Andrea  Montenyanın 
“Cadugərlərin 
sitayişi” 
əsərində öz əksini  tapmışdır.  Sonralar isə bu ulduz, bizans ənənələrinə 
uyğun  olaraq,  Müqəddəs  Məryəmin 
Smolensk  və  vladimir 
ikonalarında 
təsvir  edilmişdir.  Bəşəri  ruhi  vəhdəti  simvollaşdıran 
dünyəvi  həyat  işarəsi  olmaqla,  o,  islam  mədəni-dini  ənənələrində  öz 
əksini,  cənnətdə  yeni  həyatın  ifadəsi  kimi  tapmışdır.  Bu  rəmz  müasir 
Azərbaycan  Respublikasının  bayrağı  və  gerbinin  də  əsasını  təşkil 
edir.  O,  azərbaycan  folkloru  və  təsviri  sənətində  ,  daha  dəqiq,  qədim 
azərbaycan xalçalan  və memarlığında geniş yayılmışdır.  Səkkiz guşəli 
ulduzun mahiyyət mahiyyət sinonimi mifoloji Simürğ quşudur.
Feniks  (cənnət  quşi)  -   yunan  mifologiyasında,təqribən  Həbəş 
mənşəli, 
assiriyalılan  tərəfindən  adlandırılan  sehrli  qartalaoxşar 
quşdur.  Feniks  ölümünə  yaxm  özünü  yandırır  və  külün  içərisindən 
yenidən  yaranır.  Digər  mülahizələrə  görə,  o, 
finikiya  hökmdarı 
Agenorun  oğlanlarından  biri,  Kadm,  Kilik  və  Avropanın  qardaşı, 
Sidon şəhərinin  banisi, ya da  beotiya hökmdarı Aminorun oğludur.
Moson  təsəvvürlərinə  görə,  Feniks -  xeyirxahlıq  və  yenilik rəmzi, 
qanun, vicdan və kamillik  hamisidir.  Despotizm, zorakılıq, şər, həsəd, 
hərislik, qüsur, təkəbbür və qəzəbi inkar edən simvoldur.
Simürğ  -   uzağıgörən  qartalaoxşar  quşdur,  iran  və  azərbaycan 
mifologiyasında 
xoş  məram  və 
yenidən  yaranma 
(  “ölülər 
içərisindən  dirilmə”), 
yeni  həyat  üçün  dirilmə  rəmzidir.  Qədim 
avrasiya  mifi,  müqəddəs  dağ  və  ya  səmadan  yerə  “  həyat  ağacının” 
budağını  gətirən  qartalaoxşar  quşla  əlaqədardır.  Həm  Şərq,  həm  də 
Qərbdə  qəbul  edilmiş,  kainatda  xeyirin,  yeninin,  əbədi  həyatın 
qələbəsi  ,  ölkədə  rifahın  və  allah  mərhəmətinin  qədim  rəmzi  olan 
səkkizguşəli  ulduzun  mahiyyət və sinonimlərindən biridir.  Simürğ adı 
avestadakı  “mereqxo  saeno”  quşunun  işarəsinə  qədər  gedir.  Dünya 
ağacında  (bütün  toxumlar  ağacı)  yaşayan  it  başlı  və  pəncəli,  qanadlı, 
bədəni  balıq  pulcuqlanndan  ibarət  “quşlar  şahı”  ,  fantastik  məxluq
114
F u a d  M a m m a d o v
Kulturologiva effektivli tovat va faalivvata aparan vol
(torpaq,  dəniz  və  havada  hakimlik  rəmzi)  olan  “senmurv” 
bizi 
avesta işarələrinə aparır.
Sol ə l

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin