VƏTƏNDAŞ CƏMİYYƏTİ MƏDƏNİYYƏTİ Vətəndaş cəmiyyəti mədəniyyəti - bəşəriyyətin sosial-siyasi mədəniyyətinin şüurlu, proqressiv və humanist forması olub, vətəndaşların sosial fəallığı və özünüidarəsi hesabına ictimai rifahın inkişafım təmin edən həyat fəaliyyətinin yüksək mədəniyyətidir. Vətəndaş cəmiyyəti mədəniyyəti - məzmun və dəyər, tarixi-siyasi
göstəricilər də daxil olmaqla,
demokratik mədəniyyətin konkret
ifadələrindən biri olub, geniş anlayışı əhatə edir. Bu, ictimai-siyasi
sistem olan demokratiyanın mədəniyyətidir. O, həyat fəaliyyətinin
müxtəlif dəyər, norma və texnologiyalarının məcmuudur. Bunların
arasında - siyasi, mənəvi, hüquqi, idarəetmə, sosial, milli, dini,
məişət və s.
dəyərlər vardır.Vətəndaş cəmiyyəti mədəniyyətinin
əsasını
insanın hüquq və azadlıqları, plüralizm və humanizm
prinsipləri təşkil edir. Vətəndaş cəmiyyəti mədəniyyəti - şəxsiyyətin
azadlığı və sosial məsuliyyəti, fikir plürializmi, qanuni hökumətə və
qanuna, mülkiyyət və şəxsiyyət hüququna hörmətdir.
124
rua.d_M?mm?dpv
Kulturologiva efTcktivli havat va faalivvata aparan yol